COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                     “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” .....                     ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər .....                     Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi .....                     444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? .....                     "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" .....                     Azərbaycan problemlə üzləşə bilər .....                 

"O görüntülər, ifadələr Milli Şuranı xeyli zədələdi” - VİDEO
Tarix: 22-05-2020, 10:38 | Çap et
"O görüntülər, ifadələr Milli Şuranı xeyli zədələdi”
Bu həftənin bazar ertəsi Azərbaycan Xalq Partiyasının (AXP) qərargahında 9 müxalifət partiyasının sədrinin toplantısının keçirilməsi müxalifət düşərgəsində yeni prosesin başlandığı barədə müzakirələrə yol açıb.

AXP sədri, sabiq baş nazir Pənah Hüseynlə partiyanın qərargahında görüşüb ortaya çıxan sualları, mülahizələri cavablandırmasını istədik. Pənah Hüseyn “Yeni Müsavat”a verdiyi müsahibədə müxalifətdaxili proseslərdən, hakimiyyət-müxalifət münasibətlərindən, tərəflər arasında dialoq və digər aktual məsələlərdən danışıb.

Müsahibənin əvvəli BURADA

- İqtidar-müxalifət dialoqu gündəmdə qalırmı və yaxın zamanlarda növbəti mərhələsi gözlənilirmi?

- Bu məsələ iqtidarın mövqeyindən asılıdır. Karantin rejimindən sonra dialoqun başlanıb-başlanmayacağı barədə suala dəqiq cavabı hakimiyyət tərəfi verə bilər. Bizim indi buna cavab verməyimiz hər baxımdan doğru olmaz.

Mən bu məsələyə bir aydınlıq gətirim. İlk dəfə bu proses başlayanda, məsələn, mənim tərəfimdən və görüşdə iştirak eləyən mütləq əksəriyyət tərəfindən dialoq kimi dəyərləndirilmirdi. Prezident Administrasiyasının şöbə müdiri də bunu tanışlıq görüşü kimi xarakterizə edirdi. Prezident İlham Əliyev bu dialoq barədə 19 martda danışıb. Ölkənin prezidenti başlanan prosesi dialoq kimi xarakterizə eləyəndən sonra o prosesin statusu dəyişdi. Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı təbrik çıxışında “Artıq dialoq başlayıb” ifadəsini işlətdi. Bununla da Prezident Administrasiyasının şöbə müdiri ilə keçirilən görüşlərin statusu dəyişdi. Ölkənin, hakimiyyətin birinci şəxsi deyəndə ki, bu, dialoqdur, onun verdiyi mandatla Administrasiyanın məsul şəxsi tərəfindən aparılır, deməli, artıq bu proses siyasi dialoqdur. Bəzi siyasi qüvvələr var ki, bunun real siyasi dialoq olmadığını deyir. Bu da onların yanşaması və münasibətinin ifadəsidir. Biz də deyirik bir halda ki, bu, siyasi dialoqdur, bura bütün siyasi qüvvələr dəvət olunmalıdır. O cümlədən bu prosesin başlanğıcında fərqli mövqe ortaya qoymuş qüvvələr də dəvət olunmalıdır. Çünki real baxsaq axı nə AXCP, nə də Müsavat “biz siyasi dialoqdan imtina edirik, bu iqtidarla danışmaq istəmirik” bəyanatını səsləndirməyib. İndi deyilə bilər ki, onların yanaşması əslində dialoqdan imtina idi.

Amma heç biri açıq bəyanat verməyib ki, imtina edirik. Sonradan qarşılıqlı şəkildə verilən açıqlamalar dialoq mühitini xeyli dərəcədə gərginləşdirdi. Hətta bunu mümkünsüz hala gətirdi də deyə bilərik. Mən burada “artıq mümkün deyil” demək istəmirəm. Hesab edirəm ki, indiyədək iqtidar-müxalifət dialoqu deyilən məsələ ətrafında yaranmış arzu olunmayan cəhətlərə baxmayaraq, yeni bir görüş təşəbbüsü olacaqsa, o halda qeydiyyatdan keçmiş bütün siyasi partiyalar oraya dəvət olunmalıdır. Əks təqdirdə dialoqda iştirak edən və etməyən siyasi partiyalar arasında parçalanma olacaq, hətta ictimai rəy də parçalanacaq. O halda isə bu dialoqun ictimai legitimlik dərəcəsi əhəmiyyətli şəkildə aşağı düşəcək. Deməli, bu dialoqda həqiqətən məqsəd siyasi qüvvələrin həmrəyliyinə nail olmaqdırsa, bu və ya digər qütbün qələbə çalması niyyəti daşımırsa, o halda hər kəsin iştirakı vacibdir. Ona görə də diqqət edirsinizsə mən iqtidar-müxalifət dialoqu ifadəsindən daha çox iqtidarla siyasi partiyaların dialoqu ifadəsini işlədirəm. Çünki iqtidar-müxalifət sözü işlənən kimi “müxalifət kimdir?” “müxalifəti kimlər təmsil edir?”, “filankəsi müxalifət hesab eləmək olarmı?” kimi yersiz, lüzumsuz söhbətlər meydana atılır. Mənim bu məsələdə yanaşmam budur ki, kim özünü müxalifət hesab edirsə, “mən iqtidarın siyasi kursuna müxalifətəm” deyən hər bir siyasi partiyanı “sən müxalifət deyilsən” deyə dışlamağa ehtiyac yoxdur. Onsuz da kimin kim olduğunu ictimai rəy kifayət qədər bilir. Kimin də kim olduğunu özü təsbit eləməlidir, ortalığa qoymalıdır və sübut eləməlidir, nümayiş elətdirməlidir.

- Dialoqla bağlı dedikləriniz Sizin şərt irəli sürməyiniz hesab oluna bilər? Ədalət naminə etiraf etmək lazımdır ki, hakimiyyət bütün siyasi partiyaların sədrlərini görüşə dəvət etmişdi. Dəvəti qəbul eləməyənlər var. Siz isə deyirsiniz ki, hamı dəvət olunmalıdır. Axı hakimiyyət hamını dəvət edib. Gəlməyənlər şərtlərini irəli sürüblər və gəlməyiblər. Məsələn, AXCP sədri və Müsavat başqanı dəvəti qəbul etsəydilər, onlar da Sizin kimi Prezident Administrasiyasında keçirilən görüşdə iştirak edəcəkdilər. Bu baxımdan yanaşdıqda, Sizcə, problemi dəvəti qəbul eləməyənlərin mövqeyində axtarmaq daha düzgün olmazmı?

- Mən heç vaxt ümumiyyətlə, müxalifətə və iqtidara qarşı bərabər tələblərlə yanaşılmasını doğru saymıram. İqtidar axı təkcə bir siyasi qüvvə deyil. İqtidar həm də dövləti təmsil edir, hakim siyasi qüvvədir. Konstitusiyanın və qanunların, vətəndaş hüquq və azadlıqlarının, ölkənin təhlükəsizliyinin təminatçısıdır. Bu məsələlərdə iqtidar daha tolerant olmalıdır, daha geniş, fərqli standartlarla bu məsələyə yanaşmalıdır. Çünki bu, onun konstitusion vəzifəsidir. Ona görə də burada məsələn, “Xalq Partiyası belə deyir, iqtidar da belə deyir” deyə bunları eyniləşdirmək olmaz. Bu bir. İkincisi, mən bir məsələyə də diqqətinizi cəlb edim. Prinsip etibarilə bu görüşlərə dialoq adı sonradan qoyulub. 19 martda Prezident İlham Əliyevin çıxışında artıq bu statusu aldı. O vaxta qədər fərqli idi. O vaxta qədər sadəcə Prezident Administrasiyası rəsmisi ilə tanışlıq görüşü kimi qəbul edilirdi. Bunu da nəzərə almaq lazımdır. Nəhayət, mən yenə o fikrə qayıdıram, baxmayaraq ki, o partiyaların bu məsələyə yanaşmasında, xüsusən bu görüşdə iştirak eləmiş digər siyasi partiyalara onların rəhbərləri və hətta tərəfdarları səviyyəsində heç də etik və doğru olmayan yanaşmaların olmasına baxmayaraq onların heç biri “biz iqtidarla siyasi dialoqdan imtina edirik” mövqeyini ortaya qoymayıblar. Bu, nəzərə alınmalıdır. Əli Kərimli öz müavinini həmin görüşə göndərməyə hazır olduğu barədə açıqlama vermişdi. Arif Hacılı PA rəsmisini Müsavat qərargahına dəvət etmişdi. Müsavat bu məsələdə konstruktiv mövqe nümayiş etdirir. Hətta bir daha deyirəm, bu vaxta qədər nə olubsa, onu kənara qoymaq lazımdır. Əgər istəyiriksə bu proses alınsın, belə olmalıdır. Mən bu prosesin alınmasını istəyənlərdənəm. Bunun üçün çalışanlardan biriyəm. Dediklərim şərt irəli sürmək deyil, şərt kimi dəyərləndirilməməlidir. İqtidar tərəfindən “Biz digər filan partiyaları dəvət etmirik, Sizi dəvət edirik” deyilsə, məncə, bu, şərt olar və prosesə arzu olunmayan əngəllər yarada bilər.

- Milli Şura ilə bağlı son günlər baş verənlərə toxunmaq istərdim. Milli Şuranın Koordinasiya Mərkəzinin keçirdiyi videokonfranslar ictimailəşdirildi. Həmin videokonfranslarda səslənən ifadələrə, davranışlara diqqət etdikdə bəlli bir mənzərə yaranır. Çoxları oradakı ifadələri, danışıq, davranış tərzlərini tənqid edir. Sizdə hansı təəssürat yaranıb? Sizcə o mənzərə Milli Şuranın mövqelərinə heç vaxt olmadığı səviyyədə çox ciddi zərbə vurmuş oldu?

- Əvvəla, onu deyim ki, Milli Şura bizim bu siyasi proseslərin və o cümlədən bizim də içərisində olduğumuz siyasi proseslərin subyekti deyil. Milli Şura bir siyasi partiya deyil. O baxımdan da açığı, mən Milli Şura ilə bağlı baş verən proseslərin həddindən artıq qabardılmasını və şişirdilməsini doğru saymıram. 2013-cü ildə yaradılmış Milli Şura xeyli fərqli Milli Şura idi, tamamilə fərqli bir təyinatı var idi. Hal-hazırda olan Milli Şura isə əhəmiyyətli dərəcədə AXCP-nin və Əli Kərimlinin siyasi komandasının bir vitrinidir. Sözün doğrusu, bu son baş verənlərdən, həmin videokonfranslardakı görüntülərdən o vitrin xeyli dərəcədə zədələndi. Məsələn, mən səmimi deyim, o görünütlərdən, o mənzərədən çox məyus oldum. Hesab edirəm ki, bir xeyli Milli Şura tərəfdarı da xəyal qırıqlığına uğradı. Əlbəttə ki, bu bir fraqmentdir. Bunu təbii ki, Milli Şuranın tərəfdarı olmayan, böyük ehtimalla xüsusi xidmət orqanlarına işarə olunur ki, onlar tərəfindən yayılıb. Amma hər bir halda fakt faktlığında qalır. Kimin yayıb ictimailəşdirməsindən asılı olmayaraq bəlli görüntülər, ifadələr var. Ona görə də etiraf olunmalıdır ki, həmin vitrin çox ciddi zədə aldı. Hər şeyin bir əvvəli olduğu kimi, sonu da olur. Yaxud qalxmalar olanda, enmələr də baş verir. O vitrində iştirak eləyənlərin çoxu AXCP üzvü deyil. Bunu biz gərək nəzərə alaq. Bir daha onun altını cızıram ki, bu, bizim içərisində olduğumuz siyasi proseslərin subyekti deyil. Milli Şura əslində AXCP-nin, Əli Kərimlinin siyasi taktikasının elementlərindən biridir. Milli Şura məsələsinin üzərində çox qapanıb qalmaq olmaz. Mütləq əlbəttə ki, biz başqa cəhətə də toxunmalıyıq: o videokonfrans xüsusi əməliyyat olaraq ictimailəşdirilibsə, bu, həm də bir kibercinayət kimi də qəbul edilir. Amma hətta belədirsə də gərək siyasi qüvvələr, siyasətçilər nəzərə alsın ki, onlar özlərinin dediyi kimi indiki iqtidara qarşı ən kəskin əsas müxalifət iddiası ilə çıxış edirlərsə o cür halların da qarşısının alınması üçün öz çıxışlarına və davranışlarına daha diqqətli olsunlar. Təəssüf ki, belə bir xoşagəlməz görüntülər oldu. Onu da demək lazımdır ki, orada təcrübəli siyasətçilər də var. Son illərdə elan etdikləri demokratiya və insan hüquqları uğrunda mübarizə aparan insanlar var.

- Yaranmış hazırkı vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Bilirsiniz, indi bütün dünya koronavirus pandemiyasına qədərki dövrə və pandemiya yarandıqdan sonrakı dövrə bölünür. İndi biz ikinci situasiyanın içərisindəyik. Post-pandemiyadan danışmaq hələ mümkün deyil. Fikrimcə, bu dövrün çağırışına cavab olaraq Azərbaycanın bütün insan resursları, dövlət resursları, iqtisadi, siyasi, mədəni, etnik resursları səfərbər olunmalıdır. Həqiqətən də milli həmrəylik, milli təsanüd deyilən böyük ideya ki, var, bu gün bəlkə də 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindəki müstəqillik uğrunda mübarizə dövründə olduğu qədər bunun əhəmiyyəti vardır. Hesab edirəm ki, bütün bu qeyd etdiyimiz problemləri aradan götürmək iqtidarındayıq. Azərbaycanda bu problemlərin həllinin məsuliyyətini təkcə iqtidar yox, həm də Azərbaycan siyasi müxalifəti öz üzərinə götürə bilər. Bu məsuliyyətlə yanaşı, əlbəttə ki, bir sıra məsələlər barədə konsensusa gəlmək imkanlarını mən mümkün sayıram. Hesab edirəm ki, biz Azərbaycanı, xalqımızı bu situasiyadan mümkün qədər az zərərlə çıxara bilərik. Hər bir çətinlik dövrünün, bəla dövrünün də özünün verdiyi üstünlüklər var. O dövlətlər güclüdür, o millətlər böyükdür ki, bax, belə çətin anlarda o üstünlükləri tapa və ondan istifadə edə bilir. Biz bunu edə və Qarabağ məsələsində də ciddi irəliləyişlərə nal ola bilərik. Bu istiqamətdə çalışırıq. Bu situasiyadan gərək əl-ələ verib Azərbaycanı və xalqımızı daha güclü çıxara bilək.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Bu gün, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Bu gün, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Bu gün, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Bu gün, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Bu gün, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Bu gün, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Bu gün, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Bu gün, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Bu gün, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Bu gün, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Bu gün, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Bu gün, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Bu gün, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Bu gün, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Bu gün, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Bu gün, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Bu gün, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Bu gün, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Bu gün, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Bu gün, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Bu gün, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Bu gün, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Bu gün, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Bu gün, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Bu gün, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Bu gün, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Bu gün, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Bu gün, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Bu gün, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Bu gün, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Bu gün, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Bu gün, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Bu gün, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Bu gün, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Bu gün, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Bu gün, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Bu gün, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Bu gün, 15:05
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... - Ölkəyə pul göndərənlər də azaldıqca azalır
Bu gün, 14:02
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Bu gün, 13:56
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru