Müxalifət partiyaları Qarabağ üçün siyasi fəaliyyətdən imtina edərmi…
Tarix: 3-06-2020, 09:08 | Çap et
Dağlıq Qarabağ probleminin həlli, ərazi bütövlüyümüzün təminatı məsələsi ölkə gündəmində mühüm yer tutur. Maraqlıdır, siyasi partiyalar bu mühüm məsələsinin həlli üçün bütün digər fəaliyyəti bir kənara qoya bilərlərmi? Yəni siyasi təşkilatlar müəyyən müddət ərzində sırf Qarabağ problemi ilə məşğul olub bu istiqamətdə hansısa işlər görə bilər?
Modern.az bu suallar siyasi təşkilatlara müraciət edib:
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyir ki, müxalifətə bütün problemləri bir kənara qoyub ancaq Qarabağ məsələsi ilə məşğul olmaqla bağlı təklif vermək olmaz:
“Siyasi partiyaların fəaliyyət sahəsi genişdir. Bura sosial-siyasi, ictimai və iqtisadi məsələlər də daxildir. Siyasi partiyaların fəaliyyətinin prioritetliyinə ölkədə olan problemlər və onların həllinə yanaşma təsir göstərir. Məsələ bundadır ki, Qarabağ probleminin həlli müxalif düşərgəsinin üzərində deyil. Bu problemin həlli ilə bilavasitə iqtidar məşğul olmalıdır. Ona görə hakimiyyət bu problemin həllinə çalışmalıdır. Çox təəssüf ki, son 30 ildə Qarabağ məsələsi ilə bağlı hər hansı irəliləyiş əldə olunmayıb. Əksinə, hər dəfə Ermənistanda hakimiyyət dəyişdikcə, Qarabağ məsələsində biz uduzuruq. Buna görə də müxalifətə digər sosial problemləri bir kənara qoyub, Qarabağ problemi ilə məşğul olmaq barədə təklif vermək doğru olmazdı. Çünki müxalifətin işıqlandırdığı problemlər daha tez həllini tapır”. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi deyir ki, real vəziyyət yaranarsa, bütün məsələləri kənara qoyub Qarabağ problemi ilə məşğul olmaq olar:
“Əgər xatırlayırsınızsa, 2016-cı ilin Aprel döyüşləri ərəfəsində Xalq Cəbhəsinin sədri bildirmişdi ki, döyüş əməliyyatları daha da qızışarsa, biz siyasi fəaliyyəti də dayandırmağa hazırıq. Əlbəttə, real və taleyüklü bir məqam yaranarsa, Qarabağ Azərbaycanın bütün problemilərinin başında gəldiyi üçün digər məsələlərin hamısını partiya olaraq təxirə sala bilərik. Amma söhbət real və həqiqi vəziyyətdən gedir”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov Dağlıq Qarabağ probleminin siyasi partiyaların həll edəcəyi məsələ olmadığını deyir:
“Ərazi bütövlüyümüzün bərpa olunması partiyaların həll edəcəyi bir məsələ deyil. Əgər bu məsələ bizə aid olsaydı, böyük məmnuniyyətlə bütün fəaliyyətimizi bu istiqamətdə davam etdirərdik. Bu problem dövlətin həll edəcəyi məsələdir. Biz hərbi əməliyyatlar başlayarsa, həm siyasi, həm mənəvi cəhətdən lazım olan bütün dəstəyi göstərə, əhalinin ruhlandırılması və bütün diqqəti qələbəyə yönləndirməkdə kömək edə bilərik”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Dağlıq Qarabağ probleminin həll olunması üçün bütün istiqamətlərdə fəaliyyət göstərməyin zəruriliyini qeyd edib:
“Biz bütün istiqamətlərdə nə qədər çox iş görsək, Dağlıq Qarabağ məsələsi də bir o qədər tez həllini tapar. Siyasi təşkilatlanma, ideoloji işi yaxşı qurmaqla ərazi bütövlüyünü bərpa etmək olar. Xalqda vətənpərvərlik ruhu yaratmasaq, təşkilatlanma işi aparmasaq, Qarabağı necə geri qaytara bilərik?! Qarabağ probleminin həllində ən önəmli məsələlərdən biri vətəndaşların sosial-iqtisadi hüquqlarının gündəmdə saxlanılmasıdır. Çünki sosial cəhətdən təmin olunmamış xalq müharibədə qalib gələ bilməz”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Qarabağ probleminin həlli məsələsinə partiya olaraq aktiv yer verdiklərini bildirib:
“Bizim partiya - BAXCP hər zaman öz fəaliyyətində Qarabağ məsələsini proritet olaraq əsas tutub. Mütəmadi olaraq Qarabağ probelminin həlli istiqamətində öz təkliflərini verib. Qarabağ məsələsinin həlli üçün işlərin görülməsinə gəldikdə isə, bu gün Qarabağ probleminin həlli üçün Ermənistana ciddi şəkildə dəstək verən Rusiya ilə müzakirələr, danışıqlar aparmalıyıq. Hər kəs bunu çox yaxşı bilir ki, Rusiyanın bu məsələdə neytrallığını təmin etmiş olsaq, qısa müddət ərzində işğal altında olan torpaqlarımızı azad edə bilərik. Rusiya dünyanın hərbi baxımdan çox güclü dövlətlərindən biridir. Və bizim qarşımızda duran da Rusiyadır”.
Ümid Partiyasının mətbuat katibi Elşad Barat Qarabağ mövzusunda bütün müzakirələrə açıq olduqlarını, lakin digər işləri kənara qoymayacaqlarını qeyd edib:
“Ümid Partiyası yarandığı gündən bəri fəaliyyətinin ana xəttini Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən mübarizəyə bağlayıb. Bizim üçün Qarabağ məsələsi hər zaman gündəmdə olan məsələdir. Biz bu mövzunu daim diqqətdə saxlamışıq, saxlayacağıq da. Buna görə də hesab etmirəm ki, biz digər işlərimizi kənara qoymalıyıq. Digər siyasi partiyaların bu barədə nə düşündüklərini mən deyə bilmərəm, ancaq biz Ümid Partiyası olaraq Qarabağ mövzusunda bütün müzakirələrə açığıq”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyir ki, təmsil etdiyi partiya zaman-zaman Qarabağ məsələsini diqqətdə saxlayıb və bundan sonra da saxlayacaq:
“Təkcə partiyalar yox, media nümayəndələri, digər sahənin əməkdaşları da daxil bütün vətəndaşlar Qarabağ məsələsini gündəmdə saxlmalıdırlar. Liberal Demokrat Partiyası olaraq pandemiya dövründə səfərlərdə olmamışıq. Amma səfərlərdə olanda bütün görüşlərdə Dağlıq Qarabağ məsələsini müzakirə etmişik. Yəni partiyaların işi yalnız sosial problemləri yox, bu məsələni də işıqlandırmaqdır. Hesab edirəm ki, Qarabağ məsələsində iqtidar, yaxud da müxalif anlayışı olmamalıdır. Hamımız bir yumruq kimi problemi beynəlxalq təşkilatlara, bütün dünyaya çatdırmalıyıq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|