"Həmsədrlər bu məsələni öz bağ-bostanları sayır və ora heç kimin girməsini istəmirlər və üstəlik..."
Tarix: 15-06-2020, 08:52 | Çap et
Tanınmış konfliktoloq Elxan Mehdiyev Avropa Parlamentinin son bəyanatını Moderator.az-a şərh edib: - Avropa Parlamenti məruzəçilərinin son bəyanatını necə qiymətləndirirsiniz?
- Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçilərinin işğal olunmuş ərazilərdə erməni fəaliyyətləri ilə əlaqədar qəbul etdikləri bəyənat faydalı olmasından əlavə Avropa Parlamenti və digər təsisatların işğal olunmuş ərazilərə diqqət yönəltməsi baxımından da önəmlidir. İkincisi, bu bəyanatın sadəcə Azərbaycan üzrə məruzəçisi tərəfindən deyil, həm də Ermənistan üzrə məruzəçinin adından da verilməsi bu məsələyə AP-i strukturlarının vahid yanaşmasının tərənnümü kimi də qiymətləndirilə bilər. Üçüncüsü, bu bəyanat adətən qəbul edilən şablon xarakterli bəyanat yox, ünvanlı olması baxımından əsas əhəmiyyət daşıyır.
- Bu bəyənat göstərirmi ki, Avropanın demokratik təsisatları heç də deyildiyi anti-Azərbaycan mövqedə deyillər...
- Biz dəfələrlə bu məsələlərin Azərbaycan höküməti tərəfindən Avropa və beynəlxalq təşkilatlarda qaldırılmasına çağırmışıq. Avropanın demokratik təsisatları işğal olummuş ərazilərdə işğalçının məskunlaşma və infrastruktur qurma işlərini kəsinliklə qəbul etmir və bu beynəlxalq sazişlərdən əlavə, praktiki olaraq ancaq və ancaq Fələstin torpaqlarında məskunlaşmanın hansı acı nəticələrə gətirib çıxardığına görə belədir və indi orada ərəb-İsrail sülhü qarşısında duran ən böyük maneə elə bu məskunlaşmadır. Avropanın təsisatları və böyük dövlətləri hər zaman qətiyyətlə bu cür məskunlaşmaya qarşı çıxmışlar. Bu baxımdan, Avropa Parlamentinin də ermənilərin törətdiyi bu cür işləri qəbul etməsi mümkün deyil. İlk növbədə biz bu işdə məruzəçiləri yaxşı tanıyan və onlarla sıx şəkildə işləyən Azərbaycanın səfirlərinin səylərini qiymətləndirməliyik. Əgər Azərbaycanda demokratiya inkişaf edərsə və onun siyasi partiyaları Avropa ölkələrinin müxtəlif ideologiyalı partiyaları ilə birlikdə əməkdaşlıq edərsə və birgə alyanslara girərsə, o zaman bütün bu işlərin görülməsi daha da asanlaşar. Çünki Avropa Parlamenti üzvləri öz ölkələrini təmsil etməkdən savayı, fraksiya yaratdıqları ümumiavropa partiyalarını da təmsil edirlər və onlarla sıx əməkdaşlıq Azərbaycanın ancaq xeyrinə olar. Ermənistanda, Serj Sarkisyanın partiyası Avropa Xalq partiyasının üzvü olaraq onlarla əlaqə qurmuşdur. Bu bəyənat həm də onu göstərir ki, əgər Azərbaycan erməni işğalı ilə bağlı hərbi cinayətləri və işğal ərazilərində törədilən məskunlaşma və infrastruktur qurulmasını, törədilmiş etnik təmizləməni, o cümlədən, bilavasitə DQ-da törədilmiş Xocalı, Qaradağlı, Meşəli, Ağdaban qətliamlarını beynəlxalq müstəviyə əzmlə davamlı və ardıcıl şəkildə çıxararsa, orada da uğur qazana bilər. Və nəticədə Minsk Qrupu səyləri nəticəsində ört-basdır edilən bütün bu cinayətlər üzə çıxar və dünyanın heç bir ölkəsi erməni iddialarını və tələblərini ən azı qəbul etməz və istənilən milli müqəddərat tələbi isə ikrahla qarşılanar və ermənilər həqiqətən izolədə qalar. Amma bunu Azərbaycan höküməti etmir və etmək istəmir.
- Bu bəyanatı uğur və ya diplomatik qələbə kimi qəbul etməliyikmi?
- Yenidən bəyanata qayıdaraq, onu demək istəyirəm ki, bu cür mövqenin bütün beynəlxalq təsisatlarda qəbul edilməsinə çalışmalıyıq və beynəlxalq birliyin erməni işğalına qarşı konsensusda olduğunu göstərməliyik. Ancaq, Bir MÜHÜM məsələnin dəfələrlə altını cizərək deməliyəm ki, bu cür bəyanatlar bilavasitə torpaqları işğaldan azad etmir. Yuxarıda deyilən Ərəb-İsrail münaqişəsinə baxsaq, Fələstinin xeyrinə bu cür yüzlərlə bəyanat və rəy bildirilib, amma vəziyyət dəyişməyib və əksinə, güclü tərəf məskunlaşmanı daha da artırıb. Bu cür bəyanatlar torpaqları azad etmək əzmi və iradəsi üçün ancaq əlverişli mühit yaradır. Digər tərəfdən, əgər Azərbaycan rəhbərliyi ermənilərin bu cür bəyanatlarla torpaqlardan çıxacağına ümid edirsə, o zaman torpaqlar hələ də işğal altında qalacaq. Bütün bunları daxili auditoriya üçün təbliğata çevirib uğur kimi qiymətləndirmək torpaqların azad edilməsinə yox, işğalda qalmasına xidmət edər. Uğur o zaman olur ki, torpaqlar azad edilsin. Futbol oyunu zaman topun dəfələrlə rəqibin cərimə meydançasına girməsi və ya qapının yanından keçməsi oyunda qalibiyyətə gətirmir. 90 dəqiqə ərzində oyunu qurub bir hücumla qol vuran qalib olur. Sonda bir vacib məsələyə də diqqəti çəkmək istərdim. Baxın, Minsk Qrupu həmsədrləri susur və səsini çıxarmır. Əksinə, bəlkə də onlar öz kanalları ilə AP-i məruzəçilərinə bu bəyənata görə öz etirazlarını da bildirmişlər. Onlar bu məsələni öz bağ-bostanları sayır və ora heç kimin girməsini istəmirlər və üstəlik, “bu cür bəyanatlar sülh prosesinə zərbə vurur” adıyla demaqoqiya ilə məşğuldurlar. Amma bu cür bəyanat və müdaxilələrin sayı artdıqca onlar da bununla hesablaşmalı olacaq. Əksinə, indi Azərbaycan Minsk Qrupu həmsədrlərindən də hesabat tələb etməlidirlər, çünki onlar Azərbaycanın BMT – nin əliylə aparmaq istədiyi fakt toplma missiyasını da 2005-ci ildə öz üzərinə götürmüşdü və 2005-ci ildə nisbətən müəyyən faktlar ortaya qoysa da, 2010 - cu ildəki missiyası ilə əvvəlki faktları da ört basdır etməyə çalışdı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|