Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                 

“Hökumət 1 ilə qədər cəza müddəti qalmış şəxsləri azad etməlidir” - Novella Cəfəroğlu
Tarix: 19-06-2020, 08:45 | Çap et
“Hökumət 1 ilə qədər cəza müddəti qalmış şəxsləri azad etməlidir”
oronavirus pandemiyası hər ötən gün daha çox can almaqdadır. COVİD-19-a yoluxanların sayı durmadan artır. Görülən tədbirlər pandemiyanın Azərbaycan ərazisində sərhədlərinin genişlənməsinin qarşısını almır.

Rəsmi məlumatlara görə, cəzaçəkmə yerlərində saxlanılan məhbuslar sırasında 46 nəfər koronavirusa yoluxub. Ölüm faktları barəsində məlumat yoxdur.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, hazırda cəzaçəkmə yerlərində də durum ürəkaçan deyil: “Çox çətin vəziyyətlə üz-üzəyik. Artıq qohumlarımız sırasından da koronavirusa yoluxanlar var. Həkimlərin, tibb işçilərinin ölüm xəbərlərini alırıq. Bu gün vəziyyət həqiqətən çox ağırdır, üzücüdür. Xəstəxanalarda xəstə qəbul etmək üçün yer yoxdur. Cəzaçəkmə yerlərində vəziyyət ümumilikdə ölkədəki vəziyyətdən fərqli deyil. Hələlik cəzaçəkmə yerlərində kritik vəziyyət deyil. Hökumət 3-5 ay, 1 ilə qədər cəza müddəti qalmış şəxsləri azad etməlidir. Məhkumları evdə karantinə riayət etmək şərti qoymaqla, buna xüsusi nəzarət etməklə dərhal azad etməlidirlər. Hökumət həmin insanları azad etməklə qapalı məkanlar olan cəzaçəkmə yerlərində yoluxmaların qarşısını ala bilər. Bu addımlar təcili şəkildə atılmalıdır”.

Novella Cəfəroğlu deyir ki, yaşı 65-i ötmüş məhbusların azad olunması çox yaxşı addım idi və bu proses yaşı aşağı olan məhkumlara da şamil olunmalıdır ki, cəzaçəkmə yerlərində vəziyyət kritikləşməsin: “Yaşı 65-dən yuxarı olan məhkumlar azad olundu. Düzdür, bir çoxları sabiq MTN generalı Akif Çovdarovun pandemiya səbəbi ilə azad olunmasını yaxşı qəbul etmədi. Bununla belə, cəzaçəkmə müəssisələrindən məhkumların azad olunması müsbət haldır. Hökumət digər sivil dövlətlərin praktikasından yararlanmalıdır. Elə məhkum var ki, əlildir. Cəzasının bitməsinə də 5-6 ay var. Axı belə məhkumu infeksiyaya yoluxma riski altında həbsdə saxlamağın mənası nədir? Məmurların ləngliyi, səriştəsizliyi azadlıqdan məhrum olunmuş məhkumların canları bahasına başa gələ bilər. Bu məsələlər diqqətə alınmalıdır. Hazırda 17 saylı həbsxanada infeksiyaya yoluxmuş xəstə məhkumlar var. Düzdür, bu gün məhkumları azad edirlər, amma prosesi bir qədər sürətli şəkildə aparmaq lazımdır”.

Dünyanı silkələməkdə olan koronavirus pandemiyası hökumətləri operativ tədbirlər görməyə, vətəndaşları ölümcül xəstəliyin cənginə düşməkdən xilas etməyə səfərbər edib. Azərbaycanda koronavirus pandemiyasının önlənməsi üçün atılan addımlar çərçivəsində ilkin olaraq 260 məhkum cəzadan azad olunub. Ardından əfv sərəncamı verilərək koronavirusa görə xüsusi risk qrupuna aid edilən yaşı 65-dən yuxarı olan məhkumlar azadlığa buraxılıb. Sərəncamla 176 məhbus ailəsinə qovuşub. Onların içində 11 qadın və ömürlük azadlıqdan məhrum edilmiş 2 nəfərin olması xüsusi diqqət çəkir.

Bununla belə, azad olunanların sayının daha da artmasını istəyən xeyli məhbus ailələri var.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, pandemiya səbəbi ilə Azərbaycanda cəzaçəkmə yerlərinin, həbsxanaların boşaldılması prosesi davam edəcək: “Bir neçə ilə əvvələ qədər Azərbaycanda olan cəzaçəkmə yerlərində sıxlıq vardı. Lakin bu gün vəziyyət fərqlidir. Prezidentin 2017-ci il 10 fevral tarixli sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi üçün addımlar atıldı. Bu sərəncam 8 min məhkuma şamil olundu, 2 min 500 nəfər məhkum azadlığa qovuşdu. Bu sərəncamdan sonra həbs-qətimkan tədbirlərinin tətbiqi 40 faizə qədər azalıb. Bu cür tədbirlər cəzaçəkmə müəssisələrinin yüklənməsinin qarşısını alır. Bununla belə, pandemiya zamanı cəzaçəkmə yerlərindən ucdantutma məhkumların azad olunması da xoşagəlməz problemləri ortaya çıxara bilər. Ədalətə inam zəifləyər, ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslər çölə çıxıb keçmiş ədavətlərini davam etdirə bilərlər. Dövlətin cəza siyasətinin mahiyyəti itər. Ona görə də vaxtından əvvəl cəzadan azad etmə məsələləri xüsusi diqqətlə araşdırılır, müvafiq qərarlar qəbul olunur”.

Əliməmməd Nuriyev deyib ki, məhkumların azad edilməsi istiqamətindəki addımlar daim diqqətdədir və zaman-zaman əfv, amnistiya verilməsi də mümkündür: “Azərbaycanın 10 milyon nəfər vətəndaşı var və azadlıqdan məhrum etmə yerlərində 18 min nəfər məhkum var. Əgər qonşu ölkələr pandemiya səbəbi ilə məhkumları müvəqqəti olaraq azad edirsə, Azərbaycanda məhkumlar tam olaraq cəzadan azad olunur. Azərbaycanda yaşı 65-dən yuxarı olan 30-35 məhkum qalıb. Onlar da xüsusilə ağır cinayət etmiş şəxslərdir. Xroniki ağır xəstəlikləri olan, xüsusi risk qrupunda olan şəxslər tamamilə cəzadan azad olunublar. Bu gün ölkədəki cəzaçəkmə yerlərində saxlanılan məhkumların cəmi 15-20 faizi az ağır cinayət törətmiş şəxslərdir. Bu kateqoriyaya aid məhkumlara vaxtından əvvəl azad etmə tətbiq olunur və cəzadan azad olunmaqla sərbəst buraxılırlar. Cəzaçəkmə yerlərində əsasən ağır və xüsusilə ağır cinayət etmiş məhkumlar cəza çəkir. Bu şəxslərin də vaxtından əvvəl azad etmə hüququ yaranırsa, onların da azad olunması üçün işlərinə yenidən baxılır, müvafiq qərarlar verilir”.

Əliməmməd Nuriyev deyib ki, bu proses daimidir və davam edəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru