“Əli İnsanov çaşıb, başından yekə hərəkətlər edir” - Partiya sədri
Tarix: 20-06-2020, 10:18 | Çap et
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Yenisabah.az saytına müsahibəsi:
- Hafiz bəy, sabiq səhiyyə naziri Əli İnsanov deyib ki, Azərbaycanda 4 müxalifət partiyasının və YAP-ın iştirakı ilə yeni hökumət formalaşdırılmalıdır. Müşahidəçilər həmin partiyaların Müsavat, AXCP, REAL və HƏP olduğunu iddia edirlər. Siz bu barədə nə düşünürsünüz?
- Görünür, Əli İnsanov çaşıb. İndi qocalıb da, qocalan insanın ağlı gedir. Onun danışdıqları xülyadı. Hər halda əgər hakimiyyətə gələcək olsaq, bizlər gələcəyik, buna heç kim narahat olmasın. Özü də bu gün hakimiyyətdə ölkə prezidenti var, o, çox yüksək səviyyədə dövləti idarə edir və bu idarəçilikdə də müəyyən irəliləyişlər var. Lakin onun ətrafında olanların hamısı xəyanətkardır.
Əli İnsanov başından çox yekə hərəkətlər edir. Ona görə də dedikləri mənasız bir şeydir. Hər halda gələcək koalisiya olacaqsa, bizim iştirakımız olmadan heç kim heç bir şeyə nail olmayacaq. Əgər lazım olarsa, Əli İnsanovu bir aya, hətta 10 günə koalisiya qurmaq istədiyi qüvvələri məhv edib pis günə salarıq. Sadəcə ağsaqqaldır, istəmirik ki, 3-5 illik ömrü qalıb, onu da geri salaq.
- Son vaxtlar baş verən hadisələrin kontekstində Əli İnsanovun fəallaşmasını necə qiymətləndirirsiniz?
- Əli İnsanovun fəallaşması ancaq “Boz kardinal”la və ona qorxma-qorxma deyənlərlə bağlıdır. Onların da əksəriyyəti hökumətdə təmsil olunan qüvvələrdir. Onlarla çox gizli əlaqələri var.
O, parlamentdə Ramiz Mehdiyevin təyin etdiyi deputatlarla sıx təmaslar qurubdur. O cümlədən bəzi partiyalarla gizli şəkildə işləyirlər. Əslində, buna görə də elə bir böyük narahatlığımız yoxdur. Sadəcə olaraq, biz də ehtiyatı əldən vermək istəmirik, çünki ölkəni qarışdırmaq istəyirlər. Son hadisələrin şahidi olmuşuq. Bunun hamısının başında duran islahatlara maneə törətmək istəyən qüvvələrdir. Onlar çalışırlar ki, qarışıqlıq yaratsınlar və prezidentin başı bu qarışıqlığa qarışsın, nəticədə isə onlar yaddan çıxsın.
Bu gün onlar qorxduqları üçün Əli İnsanovla da dostluq edəcəklər, hələ şeytanla da... Çünki artıq əməllərinin üstü açılıb və böyük narahatlıqları var. Həmçinin xaricdən müəyyən qüvvələr var ki, bunları maliyyələşdirirlər.
- Az əvvəl Əli İnsanovun fəallaşmasının kimlərlə əlaqəli olduğunu dediniz. Bildiyiniz kimi, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da Əli İnsanovun Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bir yerdə olduğuna dair ehtimallar səsləndirib. Belə bir ittifaqın olduğunu siz də düşünürsüz?
- Əlbəttə... Fəzail bəy bunu indi deyir, amma mən 10 may 2010-cu ildə “Xural” qəzetində verdiyim müsahibədə demişəm. Mən bunu, o, Prezident Aparatında olanda, qılıncının dalı-qabağı kəsən vaxtı demişəm və düşünürəm ki, onlar indi də qaşınırlar.
Birlikləri təbii ki, var və onlar bu gün də parlamentdə qeyri-qanuni təyin etdiyi deputatlar və digər adlarını çəkdiklərimlə bir yerdədirlər. Düşünürlər ki, prezidenti islahatlardan yayındırmağın yolu çevriliş etməkdir. Onlar hamıya bəllidir. Ən qorxulusu isə hakimiyyətin daxilində olan “Boz kardinal”, Eldar Mahmudov, Ziya Məmmədovdur. Bu qüvvələrin başında Ramiz Mehdiyev dayanır. Həmçinin xaricdə olan qüvvələrin, Cəmil Həsənlinin də rolu var. Onların hamısını danışdıran boz kordinaldır.
Elə partiya var ki, Ramiz Mehdiyev ora dörd adam salıb. Öz adamlarının hamısını təyin edib. Parlamentdə zamanla görəcəyik, hansı qüvvələr prezidentin əleyhinə qalxır. Biz prezidentlə bir yerdəyik və sonadək də onun qorunması üçün əlimizdən nə gəlirsə, edəcəyik, ona görə də mən narahat deyiləm. Bu gün Əli İnsanov Ramiz Mehdiyevlə birləşib, Eldar Mahmudovla gizli əlaqələr qurublar və bunlar düşünürlər ki, Azərbaycanda hakimiyyətə gələcəklər. Amma bu, mümkün məsələ deyil.
Əli İnsanova deyirəm ki, ağıllı olsun, ondan baba müxalifət olmaz, nə də hakiyyətə gələn olmaz, biz hakimiyyəti verən deyilik. “Boz kardinal” da arzusuna çatmayacaq. Nə olub? Allaha şükür, bu gün ölkənin prezidenti Azərbaycanı tam, ağılla idarə edir. Bizdə ciddi məlumatlar var, o məlumatların hamısını vermişik.
- “Köhnə qvardiya”nın da fəallaşacağı, hətta proseslərə müəyyən qədər təsir göstərəcəyilə bağlı proqnozlar səsləndirilir...
- Əvvəl də dediyim kimi, bu gün də Ramiz Mehdiyev komandasını Prezident Aparatında yerləşdiribdir. Rayon icra hakimiyyətlərini iflic vəziyyətinə salıbdır. Nə qədər rüşvət varsa, icra hakimiyyətlərində tuturlar və onların hamısı gəlib ona bağlanır. Bu gün rayonlarda da elə bil icra hakimiyyətlərinə göstəriş veriblər ki, ölkəni belə vəziyyətə salın. Bu baxımdan prezidentin ətrafında hüquqa əks qüvvələr var. Onu da Əli İnsanov açıq müsahibəsində deyir ki, mənə oradan bütün məlumatları çatdırırlar. Sadəcə olaraq bu məlumatların qarşısı alınmalıdır.
Zakir Qaralovun Azərbaycan dövlətinin bir milyardını oğurlayıb Gürcüstanda qoyması, müəyyən kazinolar açması, Ziya Məmmədovun Türkiyədə 50 milyona böyük bir şəbəkə yaratması hamısı dövlətə zərər verən şeylərdir. Fazil Məmmədov da oradadır. Mən zamanında dedim ki, onları boş buraxmaq olmaz, tutulmalıdırlar. Xalqdan oğurladıqları qaytarılmalıydı. Bu, olmadı. Pulları var, o pulların hesabına Azərbaycanda istədiklərini edirlər, onların övladları da xaricdədir.
Müxalif qüvvələr çox ciddi koalisiya qurublar. Keçmiş qvardiya üzvlərinin balalarının hamısı xaricdə səpələnib. Ölkə əleyhinə çıxanlar elə onlardır. Onlar qorxulu fenomendir. Amma tam nəzarətdədir. Mən düşünürəm ki, DTX sədri Əli Nağıyev işinin öhdəsindən gələn adamdır. Biz onlara əlimizdəki faktları mətbuat vasitəsilə veririk və verəcəyik. Köhnə qvardiyanın başında dayanan Ramiz Mehdiyev akademiyada, bağda gizli görüşlər keçirir və nə qədər çıxan nazirlər varsa, əlaqələri var. Çıxan mədəniyyət naziri ilə kirvədirlər.
Onlar bilirlər ki, müəyyən nazirlər yenə həbs ediləcək, bunu həzm edə bilmirlər. Onların əli dövlətin əleyhinə gedən qüvvələrin cibindədir. Gizli –gizli işləyirlər.
Bunlara qarşı ciddi tədbirlər görülməli, gözləmədən əksəriyyəti həbs edilməlidir. Əgər Sərhəd Xidmətinin müavini tutulubsa, digərləri niyə qalmalıdır? Bunların hamısını nəzərə almalıyıq. Məsələn, biz həmişə çıxanın arxasında danışmışıq. İndi də vəzifədə olanların çoxu rüşvətxor, korrupsioner, işlərini bilməyən insanlardır. Zamanında hərəsini bir tərəfə sırıyıblar. Əgər bu gün yoxlama aparılsa ki, ASAN Xidmət mərkəzlərinə neçə milyardlarla pullar yeyilib. Keçmiş Kənd Təsərrüfatı nazirini hansı formada oraya sırıyıblar? Bunların hamısı bəlli olacaq. Bu gün nazirin əgər iki qardaşı nazir müavinidirsə, bir əmisi Xızı rayon İcra Hakimiyyətinin başçısıdırsa, imza çəkə bilmirsə, bunlara baxılmalıdır. Ali Məhkəmənin sədri özü bu saat yerində deyil. Bunlar hamısı komandadır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|