Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                 

“Kefdə-damaqda olan məmurlar varsa, qoy onlar özləri cavablandırsınlar” - deputat
Tarix: 25-06-2020, 08:25 | Çap et
 “Kefdə-damaqda olan məmurlar varsa, qoy onlar özləri cavablandırsınlar”
Koronavirus pandemiyası ölkələr arasında fərq qoymadan yayıldığı kimi, varlı-kasıb, məmur-fəhlə, ya deputat-sadə vətəndaş fərqi də bilmədən insanlara yoluxur.

Azərbaycanda da həm ali qanunverici orqan, həm Prezident Administrasiyası, həm də bir sıra nazirliklərdə virusa yoluxma halları qeydə alınıb. Məlumatlara görə, icra hakimiyyəti başçılarından bəziləri hazırda xüsusi xəstəxanada müalicə alır. Rayonlardan birinin icra başçısının müavini isə koronavirusa yoluxması səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Milli Məclisin deputatlarının və Milli Məclis Aparatının əməkdaşlarının koronavirus testinin nəticələri açıqlanıb. Bununla bağlı deputatların və Milli Məclis Aparatının əməkdaşlarının mobil telefonlarına müvafiq bildiriş gəlib. Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nəticələr haqda geniş məlumat veriləcək.

Koronavirusa yoluxmuş Milli Məclis üzvü Sahib Alıyev isə “Mən artıq sağalmaq üzrəyəm” deyə bilərəm. Heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir"-deyə, bildirib. Digər sahə adamları, yaxud sadə vətəndaşların yoluxması bir sıra hallarda təəccüb doğurmur. Çünki onlar fəaliyyət sahəsinə, yaxud ictimai nəqliyyatdan istifadə etdiklərinə, digər amillərə görə risk qrupuna aiddirlər. Ancaq məmurlar və deputatların virusa haradan yoluxduğu sualı maraq doğurur.

Professor Adil Qeybulla bugünlərdə onları ittiham edib. Bildirib ki, məmurlar karantin qaydalarına əməl etmirlər, müxtəlif məclislər qururlar və s. Sitat: “Guya bizim məmurların hamısı yüksək intellektə malikdirlər?! Maska taxıb, sosial məsafə gözləyirlər? Hamısı kefdə-damaqda, əyləncə məclislərindədir. Elə ölkədəki çıxılmaz vəziyyəti yaradanlar məmurlardır”.

Deputat Əli Məsimli “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Azərbaycanda koronavirusa yoluxanların sayının sürətlə artmağa başlamasının bir sıra obyektiv və subyektiv səbəbləri var. Sosioloji sorğular göstərir ki, hər 100 nəfərdən 55-i koronavirusdan qorxur, 45-i isə hələ də inanmır. Virusdan qorxanların da, etinasızlıq göstərənlərin də sosial tərkibi rəngarəngdir və deməli, virusu yayanların sosial tərkibi də rəngarəngdir. Məsələyə bu kontekstdən yanaşanda aydın olur ki, səbəblər bir amildən asılı deyil, bu bəlanın yayılmasının ağırlığı rəngarəngdir. Ona görə də məsələ kompleks baxış tələb edir. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda bu sahə ilə məşğul olan mütəxəssislər sözügedən məsələyə obyektiv meyarlardan çıxış etməklə, kompleks şəkildə yanaşaraq, həmin səbəbləri yetərincə ortaya qoyublar. Bu virusla bağlı tibbi tərəfindən kənar qlobal miqyasda qaranlıq qalan, görünməyən, səhnənin arxasında olan amillər isə bir müddətdən sonra məlum olacaq. Ona görə də belə ciddi məsələni bir amillə izah etmək yarımçıq nəticəyə gətirər. Burada diskussiya obyekti yalnız hansı amilin payının daha çox olması ətrafında ola bilər. Hesab edirik ki, cəmiyyətin ”karantin qaydalarına əməl edib, özünüzü qorumaqla ailənizi, çevrənizi qoruyun və beləliklə cəmiyyəti qorumağa öz töhfənizi verin" deyən kəsimi fikirdə, sözdə və əməldə karantin qaydalarına ikiqat əməl etməli, nümunə göstərməlidir. Hamı fikirdə, sözdə və əməldə pandemiya mövzusuna bu mövqedən yanaşsa, koronavirus bəlasını tez adlaya bilərik. Amma əgər bu virusun mənşəyi tam aydın deyilsə, deməli, vaksin tapılana qədər onun davranışına qarşı 100 faiz etibarlı üsul da məlum deyil. Ona görə də beynəlxalq təcrübədə xeyli nümunələr də var ki, kimliyindən asılı olmayaraq, heç kim koronavirusa yoluxmaq riskindən kənarda deyil. Bu mənada səyləri birləşdirib, "Biz birlikdə güclüyük" prinsipinə ciddi əməl etməliyik. O ki qaldı sualın qalan tərəflərinə, onu da kefdə-damaqda olan məmurlar varsa - karantin rejiminə əməl etdiyimdən, mənə rast gəlməyib - qoy onlar özləri cavablandırsınlar".

Deputat Əziz Ələkbərli isə çox sərt reaksiya verdi: “Bu, çox məsuliyyətsiz ittihamdır. Mən, sadəcə olaraq, radikal müxalifətin və özünü müxalifətçi hesab edən bəzilərinin dövlətin və xalqın bu günündə fürsətçiliyinə heyrət edirəm. Bir qismi dünya bazarında neftin qiymətinin aşağı düşməsinə və bunun Azərbaycan iqtisadiyyatına və əhalinin güzəranının pisləşəcəyinə səbəb olacağına görə bir-birini təbrik edir, başqa bir qismi dünyanı başına götürən bu bəlaya görə az qala Azərbaycan rəhbərliyini ittiham edir, başqa bir qismi də virusa yoluxduğuna görə hökumət və parlament üzvləri üzərinə çirkab atır. Bu, nə siyasi düşüncədir, bu nə siyasi əxlaqdır?! İnsan da öz dövlətinin və millətinin fəlakətinə bu qədər sevinərmi? Bunlar bu qədər mənəvi deqradasiyaya nə vaxt məruz qalıblar?”

Ə.Ələkbərli dedi ki, Azərbaycanda indiyədək COVID-19 virusuna yoluxanların sayı 13200 nəfərdən çoxdur: “Onların içərisində məmurların və deputatların faiz nisbətini götürsək, bəlkə də mində bir faiz edər, ya etməz. Onların da çoxu əhali ilə gündəlik təmasda olanlar, öz sağlamlığını riskə atıb əhali arasında təbliğat aparanlardır. Təbii ki, məmurlar arasında öz vəzifəsinin məsuliyyətini dərk etməyənlər yox deyildir və cənab prezidentin apardığı kadr islahatları sayəsində belələri ifşa olunaraq vəzifədən kənarlaşdırılır. Amma demək ki, deputatlar və məmurlar ”hamısı kefdə-damaqda, əyləncə məclislərindədir", buna görə də virusa yoluxurlar, ən azı, vicdansızlıqdır. Əslində isə bu, bilərəkdən söylənilən təxribatdır, dövləti insanların gözündən salmaq və ölkəni xaosa çağırmaqdır".

Səslənən fikirlərlə bağlı professor Adil Qeybullanın da mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru