Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                 

"Ədliyyə Nazirliyi gəlməlidir ki, sən Allah qoy səni qeydiyyata alım" - Partiya sədri
Tarix: 3-07-2020, 08:26 | Çap et
"Ədliyyə Nazirliyi gəlməlidir ki, sən Allah qoy səni qeydiyyata alım"
İyulun 1-də son olaraq qeydə alınan üç partiya rəhbərinin, o cümlədən REAL sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşmələri gündəmdən düşmür. Bu görüşlər iqtidar-müxalifət arasındakı siyasi dialoqun tərkib hissəsi kimi qiymətləndirilir.

Eyni zamanda ötən ilin noyabrında yaradılan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyət göstərdiyi müddət ərzində müxalifətlə təmasları, gördüyü işlər yüksək dəyərləndirilir. Bu şöbəyə uğurlu bir kadrın təyinatından da söz açılır. Təsadüfi deyil ki, bu qurum koronavirusa baxmayaraq, iqtidarla müxalifətin arasındakı münasibətləri normallaşdırmaq cəhdlərini davam etdirir. Son aylarda iqtidarla müxalifət arasındakı təmaslardan, eləcə də əvvəl 4, son olaraq da üç siyasi partiyanın qeydə alınmasından çıxış etsək, görürük ki, hakim iradə düşərgələr arasında dialoq mühitinin mövcudluğunda maraqlıdır. Bu prosesin davamlı olacağına ümidlər böyükdür.

Son qeydə alınan partiyalardan biri olan AĞ Partiyanın başqanı Tural Abbaslı da ümidlidir: “Ümumən götürdükdə son dönəmlər iqtidarın müxalifət partiyaları ilə dialoq qurmaq və normal, sivil münasibətlər formalaşdırmaq cəhdləri bizim tərəfimizdən pozitiv qiymətləndirilir. Bütün çatışmazlıqlara və arada baş verən xoşagəlməzliklərə rəğmən müsbət bir prosesin getdiyini danmaq olmaz. Son aylarda partiyaların qeydiyyatı və digər bu istiqamətdəki məsələlərinin həlli də bunu deməyə əsas verir.

Həmçinin yeni şöbənin bu istiqamətdə gördüyü işlər də müsbətdir. Bütün siyasi partiyalarla ayrı-ayrılıqda görüş, onların bu və ya digər məsələlərə yanaşmalarının öyrənilməsi, həllini gözləyən problemlərin araşdırılması bizə bəzi ümidlər verir. Ancaq onu da qeyd etməliyəm ki, sadaladığım addımların pozitivlikləri ilə yanaşı, bunlar özlüyündə təbii ki, yetərli deyil. Bu proses ardıcıl və davamlı olmalıdır. Kampaniya xarakterli və protokol qaydasında olmamalıdır. Bu prosesin başlamasında və davamında təbii ki, siyasi iradə görünür, zatən hazırkı Azərbaycan reallığında bunu başqa formada da təsəvvür etmək mümkün deyil. Ümid edirəm ki, bu iradə sona qədər nümayiş etdirilər, elan olunmuş islahat və yeni kurs əvvəlkilər kimi kağız üzərində qalmaz. Nəhayət ki, Azərbaycan da demokratik və güclü dövlət quruculuğu istiqamətində ilk addımlarını atmış olar. Bütün bunları zaman göstərəcək, düşünürəm ki, bir az zamana ehtiyacımız var”.

ADP sədri Sərdar Cəlaloğlunun məsələlərə baxışı bir qədər fərqlidir: “Onu deyim ki, Avropada nəinki partiyalar, nəhəng müəssisələr belə bir günün içərisində qeydiyyatdan keçirdilir. Siyasi partiyaların qeydiyyatdan keçirilməsi Azərbaycanda o qədər ciddi bir problemə çevrilib ki, biz bir partiya qeydə alınan kimi bunu inqilabi dəyişiklik kimi başa düşürük. İndiyə qədər siyasi partiyaların, özəl sektorların qeydiyyatdan keçmə prosesi çox anormal vəziyyətə düşüb. Konstitusiyada birləşmə hüququ var. Mən səninlə birləşmişəmsə, dövlət orqanlarının qeydiyyata almama ixtiyarları yoxdur. Əksinə, mən müraciət etməməliyəm, Ədliyyə Nazirliyi gəlməlidir ki, sən Allah qoy səni qeydiyyata alım. Bütün bunlar ölkədə hüquqi şüurun aşağı olmasının göstəricisidir. İndi üç partiya qeydiyyatdan keçib. Az qala bunu inqilabi dəyişiklik kimi qələmə veririk. Bu günə qədər Azərbaycanda siyasi partiyaların sayını azaltmaq istədilər, QHT-ləri sıradan vurub çıxardılar. İndi bu sahələrdə müəyyən dəyişikliklər var. Hər halda, bunu başlanğıc hesab edirəm. Amma bu kifayət deyil. Ölkədə bu hüququ prosedurları konstitusiyaya uyğunlaşdırmaq lazımdır. İstənilən halda üç partiyanın qeydiyyata alınmasını irəliyə doğru bir addım kimi qiymətləndirirəm”.

ADP sədri partiyaların Ə.Vəliyevlə görüşlərinə də şərh verdi: “İqtidar-müxalifət dialoqu tamam fərqli bir anlayışdır. Kiminsə problemi varsa gedib görüşür, bu başqa bir məsələdir. Əgər iqtidar-müxalifət görüşü olursa, bu ictimaiyyətə mütləq açıq olmalıdır. Hər kəs görməlidir ki, orada nə müzakirə olunur. Əgər gizli görüş olursa, bu, cəmiyyətdə mənfi reaksiya doğurur. Belə görüşlərin cəmiyyətə açıq olmasını ona görə deyirəm ki, bu görüşlər xalqa xidmət etməlidir. Sənə, mənə xidmət edirsə, bu alverdir”.

REAL-ın icraçı katibi Natiq Cəfərli: “Ölkədə partiyaların qeydiyyatdan keçməsinin sadələşdirilməsi, əvvəllər olan süni əngəllərin aradan qaldırılması pozitiv bir məsələdir. Çünki konstitusiyadan irəli gələn haqlarımızdır ki, vətəndaşların sərbəst şəkildə birləşmə haqqı, hüququ var. Partiya yaratmaqla Azərbaycan vətəndaşı qanunvericilik və konstitusiya çərçivəsində məramı, proqramı ilə fəaliyyət göstərəcəksə, onların qeydiyyatının asanlaşdırılması, maneələrin aradan qaldırılması çox yaxşı haldır. Ölkəmizin gələcəkdə siyasi səhnəsinin yenidən qurulmasına səbəb olacaq. Müxtəlif siyasi partiyaların olması fikir müxtəlifliyinə, siyasi səhnənin rəngarəng olmasına dəlalət edəcək. Bu anlamda pozitiv bir məsələ kimi qiymətləndirirəm. İlqar Məmmədovun Ədalət Vəliyevlə görüşü davamlı xarakter daşıyır. Pandemiya dövründə belə bir neçə dəfə telefonla görüşləri olmuşdu, müəyyən məsələlər müzakirə edilmişdi. Son görüşdə isə bir çox məsələlər müzakirə olunub. Biz ilk günlərdən iqtidar-müxalifət görüşünə çox normal yanaşmışıq. Çünki indiki dövrdə müxtəlif fikirlərin olması, fərqli təkliflərin müzakirə olunması ölkənin düşdüyü ağır durumdan, yəni iqtisadi, epidemioloji durumdan çıxması üçün müəyyən ipucları verə bilər, həm də ölkədə yeni bir prosesin yaranması üçün təkan verə bilər. Bu müzakirələr davam edir. İlqar Məmmədovun Ədalət Vəliyevlə görüşündə müxtəlif məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Bu məsələlərdən biri kimi partiyamızın qurultayı ilə bağlı məsələ də müzakirə olunub. İndiki pandemiya şəraitində bunun nə vaxta qədər davam edəcəyi də bilinmir. Ola bilər ki, karantin rejimi avqustun birindən sonra da uzadılsın. Ona görə də yeni texnologiyalardan istifadə edə bilərik. Qanun buna birbaşa qadağa qoymur. Düzdür, bununla bağlı birbaşa nəsə yazılmayıb. Ədliyyə Nazirliyinə müraciət edəcəyik ki, onlayn platformalar üzərindən qurultayın keçirilməsi ilə bağlı müəyyən bir təşəbbüs olsun. Nazirliklə danışıqlarımız uğurla nəticələnsə yəqin ki, yaxın həftələrdə texniki məsələləri həll etdikdən sonra internet platformalarından biri üzərindən çox güman ki, qurultayı keçirəcəyik. Hər şey şəffaf şəkildə olacaq. Hətta qurultay onlayn qaydada yayımlana bilər. İstənilən şəxs evində, yaxud ofisində oturaraq onlayn şəkildə qurultayı izləyə bilər”.

N.Cəfərli Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin bir neçə aylıq fəaliyyətini də dəyərləndirdi: “Kifayət qədər effektiv fəaliyyət hələ ki göstərilir. Çünki görüşlərə, müzakirələrə açıqdırlar. Belə bir şöbənin yaradılması məntiqli yanaşma idi. Çünki siyasi partiyaların işi qanunvericilik hakimiyyətində təmsil olunmaq üçün mübarizə aparmaqdır. Bu baxımdan belə bir şöbənin yaradılmasını uğurlu gediş sayıram. Şöbəyə rəhbər təyin edilən Ədalət müəllimin görüşlərə açıq olması, ən azından müzakirələrə açıq olması gələcəkdə iqtidar-müxalifət dialoqunun, təmaslarının olacağına, ölkənin taleyüklü məsələlərinin həllində mühüm rol oyana biləcəyinə dair ilkin təəssürat yaradıb. Bizim də istəyimiz budur. Ona görə də ən çətin məsələlərin belə masa arxasında müzakirə edilərək həll edilməsinə çox normal yanaşırıq”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru