İrana hücumda onlar da iştirak ediblər .....                     Paşinyanın yeni ədliyyə naziri bəlli oldu .....                     Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? .....                     Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... .....                     Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı .....                     “Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” .....                     Yuliya Navalnaya Qərbi qəzəbləndirib .....                     Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu .....                     Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik .....                     Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi .....                     “Araz Supermarket”də yeni təyinat .....                     "40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ" .....                     Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib .....                     "Bunun yanına çox kişi gəlib-gedirdi" .....                     Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq .....                     Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb .....                     Tanınmış aktrisa doğum günündə özünə avtomobil .....                     “Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq” .....                     Gürcüstan Prezidenti iğtişaşların təşkilində iştirak edir .....                     KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ... .....                     “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb .....                     “Rabitəbank”da nə baş verir? .....                     Ramiz Mehdiyev hələ də Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvüdür... .....                     O, mövqelərimizə yaxınlaşıb dedi ki, Türkiyə hərbçiləri… .....                     Azərbaycanda 39 min manatlıq şirkət .....                     Azad olunan ərazilərdə pay torpaqları veriləcəkmi? .....                     Mədəniyyət Nazirliyi bu şəxslərdən 49 min manatlıq kitab alır .....                     "Qərb Cənubi Qafqazı qan gölünə çevirmək istəyir" .....                     Payız gəldi, üzdü getdi hər şey: Bakı sular içində .....                     Xaricdən buğda asılılığımız bitir? .....                     “Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur” .....                     Rusiyada general rüşvət almağa görə həbs edilib .....                     Özbəkistanda bu partiya qalib gəldi .....                     Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? .....                     Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? .....                     Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... .....                     Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda .....                     Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... .....                     Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib .....                     Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... .....                 

“Ceyhun Bayramov erməni nazirlə mənasız danışıqlarda iştirak etməyəcək” - Gözlənti
Tarix: 18-07-2020, 08:58 | Çap et
“Ceyhun Bayramov erməni nazirlə mənasız danışıqlarda iştirak etməyəcək”
Azərbaycan prezidenti İlham Əliyevin iyulun 16-da verdiyi sərəncamla xarici işlər naziri Elmar Məmmədyarovu təhsil naziri Ceyhun Bayramovun əvəzləməsi geniş müzakirələr doğurub. Yeni nazirin ölkəmizin xarici siyasətində ciddi dönüşə imza atacağına inananlar çoxluq təşkil edirlər.

Bundan əlavə, Azərbaycan XİN-də böyük kadr dəyişikliklərinin olacağı da deyilir. Eyni zamanda, Azərbaycan hücum diplomatiyası üçün nədən başlamalıdır kimi suallara da cavab axtarılır. Ölkə müxalifətinin bu təyinatla bağlı mövqeyini öyrəndik.

AĞ Partiya başqanı Tural Abbaslı yeni nazirə vaxt tanımağın tərəfdarıdır: “Əslində Elmar Məmədyarovun istefaya göndəriləcəyi çoxdan gözlənilirdi. Odur ki, bu kimsə üçün təəccüblü olmadı. Ancaq Ceyhun Bayramovun təyinatı gözlənilməz oldu. Şəxsən mən bu posta Hikmət Hacıyevin təyin olunacağını gözləyirdim. Hər halda təyinat iqtidarın öz işidir və kimi istəsələr, təyin edə bilərlər. Mən təhsil sistemindən birdən-birə xarici siyasət arenasına keçidin rahat olmayacağı düşüncəsindəyəm. Hər halda, prezidentin hansı keyfiyyət və göstəricilərə görə bu təyinatı etdiyini biz dəqiq deyə bilmərik. Yəni ola bilər ki, onda hansısa keyfiyyətlər hazırkı siyasi konyukturda onun xarici siyasət idarəsinin başında olmasını labüd edib. Mən bu məsələdə o qədər optimist olmasam da, hər halda yeni nazirə bir müddət vaxt tanımağın tərəfdarıyam.

Zatən yaxın zamanlarda onun bu postlardakı bilik və bacarıqları hər kəsə aydın olacaq. Təbii ki, yeni nazir təyin olunursa, onun ilk gördüyü iş öz komandasını formalaşdırmasıdır. Nəzərə alsaq ki, Elmar Məmədyarovun komandasının yüksək rütbəli işçiləri həbs edilib, o zaman gözləmək olar ki, heyətin böyük əksəriyyəti dəyişəcək. O ki, qaldı xarici siyasətdə yürüdülməli olan hücum siyasətinə, bu xarici işlər nazirinin təkbaşına görəcəyi iş deyil, bütün iqtidar komandasının birgə yürütməli olduğu siyasətdir. Bu siyasətdə XİN ancaq bir qanad rolu oynaya bilər. Gözləyək, görək zaman nə göstərəcək”.

ALDP rəhbəri Fuad Əliyev ümidlidir: “Ceyhun Bayramovun təyinatı, sözsüz ki, gözlənilməz idi. Təhsil naziri dövründə vətəndaşların mənə ünvanladığı şikayətləri, mənim tərəfimdən, ona yazıb göndərirdim. Və Ceyhun Bayramov bu şikayətləri nəzarətə götürüb həll edirdi. Onun peşəkar təşkilatçısı olduğunu nəzərə alsaq, hesab edirəm ki, XİN bundan sonra tamam başqa səviyyədə qurulacaq. XİN-in keçmiş nazirinin adı ABŞ-da 4 milyonluq əmlakın sahibi olması və nazirlikdə korrupsiya işlərində hallanırdı. İndi yeni naziri çox çətin işlər gözləyir. Nazirliyi bu səriştəsiz kadrlardan təmizləmək onun üçün prioritet məsələsi olmalıdır. Hesab edirəm ki, onu kənardan gətirib XİN naziri təyin etmək onun üstünlüyüdür. Vaxt aparmadan kadr dəyişikliyi edilməlidir. Yaxın zamanda hücum diplomatiyasının şahidi olacağıq. Hesab edirəm ki, birinci növbədə səfirlər dəyişilməlidir. Bu, əsas amildir. Adətən vəzifəyə təyin olunandan sonra ilk 100 günlüyündə görülən işlərə qiymət verilir. Ümid edirəm ki, Ceyhun Bayramovun XİN rəhbəri kimi ilk 100 günü uğurlu olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sualımıza bir neçə bəndlə cavab verdi: “Prezident İlham Əliyev xarici işlər naziri vəzifəsinə Ceyhun Bayramovu təyin edərkən onun qarşısında dayanan vəzifələri bir-bir sıraladı. Prezidentin geniş nitqində önəmli məqamlar var idi. Birincisi, o, Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazı qaldığını ortaya qoydu. Dövlət başçısının öz sözləri ilə desək, nazirlikdə kadr siyasəti yanlışdır, kadrlar kimlərinsə qohumluğu əsasında qurulub. Prezident yeni nazir qarşısında ilk vəzifəni belə qoydu: ”Nazirliyə təyinatlar zamanı peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır". Dövlət başçısı nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işlərinin lazımi səviyyədə təmin edilməsi vacibliyini də bildirdi.

İkincisi, prezident yeni nazirdən xarici nümayəndəliklərdə buna qədər görülən işlərin ciddi təhlil olunmasını tələb etdi. Prezident səfirliklərin işinin səmərəlilik əmsalından narazı olduğunu bu şəkildə izah etdi: “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər”. Prezident səfirliklərin xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqələr qurmamasından da narazıdır.

Üçüncüsü, prezidentin sözlərindən o da aydın oldu ki, diplomatlar çalışdıqları ölkələrdə kütləvi informasiya vasitələri ilə sıx təmasda deyillər. Prezident vurğuladı ki, diplomatların bir qismi Azərbaycan haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələri təkzib etmirlər. “Azərbaycana qarşı kampaniyaya adekvat cavab verilirmi? Verilmir” - deyən İlham Əliyev həmin diplomatların ünvanına belə bir sərt ifadə də işlətdi: “Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər”. Prezident bu qüsurların Xarici İşlər Nazirliyində aparılan yanlış kadr siyasəti ilə izah etdi. O, hətta bəzi diplomatların dövlətə xəyanət - satqınlıq etdiklərini, yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olduqlarını səsləndirdi.

Dördüncüsü, prezident Azərbaycanın xarici siyasətinin priroritetlərini sıralayarkən qonşu ölkələrlə sıx əlaqələrə əvvəlkitək üstünlük verdiyini bildirdi. Dövlət başçısı bu zaman qonşu dövlətlərin adlarını xüsusi olaraq çəkməsə də, Azərbaycanın təşəbbüsü ilə qurulan üçtərəfli formatların ölkəmiz üçün önəmli olduğunu bir daha qeyd etdi. Prezident Azərbaycan üçün vacib olan təşkilatlardan İslam Konfransı Təşkilatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adlarını çəkdi. Prezident Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini, bu qurumla saziş üzərində işlərin davam etdiyini, ancaq sazişin Azərbaycanın maraqlarına cavab verməsi üçün sənədi tələsik imzalamağın da əleyhinə olduğunu vurğuladı.

Beşincisi, prezident çıxışında ayrıca olaraq Azərbaycanın ABŞ və Böyük Britaniya əlaqələrinə toxundu. “Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var” - deyən İlham Əliyev Ağ Ev sahibi Donald Trampın il ərzində ona göndərdiyi məktublardan tutmuş, iki ölkənin Əfqanıstanda əməkdaşlığına dair bəndləri sadaladı. Prezident çıxışının Amerika ilə bağlı hissəsinə bu cümlə ilə yekun vurdu: “Amerika ilə əlaqələrin gələcəyi çox müsbət olacaq”. Prezident Böyük Britaniyanın və BP-nin Azərbaycan üçün strateji investor olduğunu xatırladaraq iki ölkənin qeyri-neft sektorunda daha böyük işlər görməli olduğunu da sözlərinə əlavə etdi.

Altıncısı, prezident yeni nazir qarşısında ən mühüm vəzifənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olacağını vurğuladı. Ölkə başçısı istefaya göndərilən nazirdən fərqli olaraq yeni nazirin mənasız danışıqlarda iştirakının əleyhinə olduğunu bildirdi".

Politoloq onu da bildirdi ki, Ceyhun Bayramovu gərgin iş gözləyir: “O bir neçə istiqamətdə fəaliyyət göstərməlidir. Yeni nazir ilk növbədə prezidentin də dediyi kimi, nazirlikdə kadr islahatlarından başlamalıdır. Bu, uzun prosesdir. Çünki özünü doğrultmayan səfirlərin və nazirlikdə çalışanların dəyişdirilməsi vaxt aparacaq. Ancaq Ceyhun Bayramovun başqa alternativi yoxdur. O, prezidentin tapşığırını yerinə yetirməlidir. Digər tərəfdən yeni nazir Xarici İşlər Nazirliyinin cəmiyyətdə itirilən nüfuzunu bərpa etməyə çalışmalıdır.

Ceyhun Bayramov Elmar Məmmədyarovdan fərqli olaraq həmsədrlər və erməni nazirlə mənasız danışıqlarda iştirak etməyəcək. Bunu nə prezident, nə də Azərbaycan cəmiyyəti istəyir. Danışıqlar predmetli olmalıldır. Ancaq erməni tərəfi predmetli danışıqlara hazır deyil. Bu, o deməkdir ki, danışıqlara bir müddət ara veriləcək. Ümumiyyətlə, hərbi əməliyyatların davam etdiyi şəraitdə danışıqlara başlamaq Azərbaycanın maraqlarına cavab vermir.

Azərbaycanla Ermənistan arasındakı hazırki gərginlikdə Azərbaycana əsas dəstək verən dövlət Türkiyədir. Bunu prezident İlham Əliyev Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana iyulun 15-də göndərdiyi məktubda da yazıb. Türkiyə prezidenti, xarici işlər və müdafiə naziri, parlamentdəki partiyalar, ictimai fəallar Azərbaycana istənilən, o cümlədən hərbi dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar. Bu arada Azərbaycanın müdafiə nazirinin müavini Ankaraya gedərək Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, rəsmi Bakı balanslaşdırılmış xarici siyasəti davam etdirməklə yanaşı Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməyə qərar verib. Bu doğru strategiyadır. Xarici işlər naziri Ceyhun Bayramov bu strategiyanın həyata keçirilməsində əsas firurlardan birinə çevriləcək".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Bu gün, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Bu gün, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Bu gün, 15:05
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... - Ölkəyə pul göndərənlər də azaldıqca azalır
Bu gün, 14:02
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Bu gün, 13:56
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik - Baş nazir
Bu gün, 13:00
Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi
Bu gün, 12:59
“Araz Supermarket”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:55
"40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ" - Gürcüstan müxalifəti kütləvi aksiyalara başlayır
Bu gün, 12:54
Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 12:51
"Bunun yanına çox kişi gəlib-gedirdi" - Oğlu öldürülən ana fəryad etdi
Bu gün, 12:41
Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq - KİV
Bu gün, 12:40
Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb - AÇIQLAMA
Bu gün, 12:35
Tanınmış aktrisa doğum günündə özünə avtomobil HƏDİYYƏ ETDİ
Bu gün, 12:32
“Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq” - İşxan Verdyan
Bu gün, 12:30
Gürcüstan Prezidenti iğtişaşların təşkilində iştirak edir - Papuaşvili
Bu gün, 12:26
KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ... - Müştəriyə rəsmən ÇİLƏ YAŞADIRLAR...
Bu gün, 12:24
“Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - BŞİH
Bu gün, 12:07
“Rabitəbank”da nə baş verir? – Kartlarla bağlı problem var
Bu gün, 12:00
Ramiz Mehdiyev hələ də Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvüdür... - İLGİNC...
Bu gün, 11:54
O, mövqelərimizə yaxınlaşıb dedi ki, Türkiyə hərbçiləri… – Malyan
Bu gün, 11:50
Azərbaycanda 39 min manatlıq şirkət - LƏĞV EDİLİR
Bu gün, 11:47
Azad olunan ərazilərdə pay torpaqları veriləcəkmi? - AKTUAL
Bu gün, 11:46
Mədəniyyət Nazirliyi bu şəxslərdən 49 min manatlıq kitab alır - SİYAHI
Bu gün, 11:44
"Qərb Cənubi Qafqazı qan gölünə çevirmək istəyir" - Erməni analitikin İLGİNC AÇIQLAMASI
Bu gün, 11:41
Payız gəldi, üzdü getdi hər şey: Bakı sular içində - VİDEO
Bu gün, 11:39
Xaricdən buğda asılılığımız bitir? - AKTUAL
Bu gün, 11:34
“Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur” - ETİRAZ
Bu gün, 11:33
Rusiyada general rüşvət almağa görə həbs edilib
Bu gün, 11:30
Özbəkistanda bu partiya qalib gəldi
Bu gün, 11:19
Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? - "Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır"
Bu gün, 11:17
Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:12
Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... - AMMA...
Bu gün, 11:11
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda TƏFTİŞ QƏRARI...
Bu gün, 11:01
Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... - VİDEO
Bu gün, 10:58
Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib - DİQQƏT
Bu gün, 10:52
Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... - BU FAKTDIR...
Bu gün, 10:47
Mədəniyyət naziri Xalq artistini təltif edib - FOTO
Bu gün, 10:43
Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu - DETALLAR
Bu gün, 10:42
Maşın almaq istəyən şəxsi döyənlər qərardan şikayətçidirlər
Bu gün, 10:30
Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi - YENİ TƏYİNAT
Bu gün, 10:19
Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır
Bu gün, 10:16
Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir - “The Times of India”
Bu gün, 10:12
Prezident Sahir Şamşad Mirzanı qəbul etdi - FOTO
Bu gün, 10:09
Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:07
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
Bu gün, 10:04
60 min DOLLARNI alıb, KÜÇƏYƏ ATDILAR... - "Hamı DEYİR MƏNLİK DEYİL"
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru