"Millət də artıq başa düşüb ki, Qarabağın azadlığı yalnız gücdən, müharibədən keçir" - deputat
Tarix: 23-07-2020, 08:44 | Çap et
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Türkiyədə təqribən bir ay ürəyindən müalicə aldıqdan sonra Azərbaycana dönüb. Dəyərli ağsaqqal millət vəkili ilə söhbətimizdə bir daha “keçmiş olsun” dedik və imkan düşmüşkən “Yeni Müsavat”ın suallarını cavablandırmasını xahiş etdik. Daim mediaya rəğbətlə yanaşan Vahid müəllim Milli mətbuatın yubiley günündə müsahibədən imtina etmədi. Jurnalistlərə xoş arzulrını çatdırdıqdan sonra dedi ki, bir neçə gündür Bakıya qayıdıb:
- Daha müalicəyə ehtiyac yoxdur. Hər şey qaydasındadır. Sadəcə, hələlik bağda istirahət edirəm. Allah qoysa, seçicilərimlə də görüşməyi planlaşdırıram. Amma hələlik karantin dövrüdür, baxaq, görək necə olur.
- Çox şükürlər olsun ki, sağlamlığınız bərpa olundu, Vahid müəllim! Yəqin ki, Türkiyədə müalicə aldığınız günlərdə baş verənləri də yaxından izləyirdiniz...
- Təbii ki. Hər şeydən xəbərim var. Tovuz döyüşlərini narahatlıqla izlədim.
- Sizin qənaətiniz necədir? Nə baş verdi ki, düşmən Tovuz istiqamətindən hücuma keçdi?
- Heç şübhəsiz ki, təxribat idi və bu təxribatın arxasında Rusiya dayanmışdı.
- Sizin təxmininiz necədir? Rusiya burada nə etmək istəyir? Burda əsas məqsəd neft-qaz kəmərləri ilə bağlı məsələdir.
- Çünki bu gün dünya bazarında Rusiya qazı ilə əlaqədar ciddi problem yaranıb. Hətta Türkiyə özü də Rusiya qazını almaq istəmir və s. Çünki Azərbaycan qazı daha sərfəlidir. Odur ki, bu kəmərləri həmişə təzyiq altında saxlamaq, bizə təzyiq etmək niyyəti var, bu, çoxdan məlum olan məsələdir. Hələ vaxtilə cənab prezident qaz ehtiyaları ilə əlaqədar olaraq çox ciddi iradə ortaya qoydu ki, bunu Gürcüstan və Türkiyə vasitəsilə xaricə çıxartmağa qərar verdi. Onda da təzyiqlər var idi və Azərbaycanda çox böyük hadisələr baş verməliydi, amma dövlət başçısı bunun qarşısını aldı. İndi artıq TANAP qaz kəməri çəkilib, TAP-ın çəkilişi də bu il qurtarmalıdır və istifadəyə veriləcək. O zaman Azərbaycan qazı birbaşa Avropaya çıxacaq və bu da kifayət qədər böyük əhəmiyyətə malik hadisədir. Həm də söhbət təkcə Azərbaycan qazından getmir. Orda Türkmənistanın, digər dövlətlərin də qazı ola bilər. Mümkündür ki, sonradan Xəzər dənizi vasitəsilə boru xətti çəkilsin və kəmərə birləşdirlsin. Yəni orada böyük işlər çoxdur. Ona görə də Rusiya bunu heç cür qəbul edə bilmir.
- Rusiyanın başqa hansı təzyiq rıçaqları var?
- Burda onun adamları var. Cənab prezident dediyi kimi, “beşinci kolon” var, bunlar həm hakimiyyətdə, həm kənarda var. Onlar da öz işlərini görürlər, müəyyən problemlər yaradırlar bizə. Amma bir şeyi başa düşmək lazımdır ki, Rusiya özü çökəcək. Çünki Rusiyada vəziyyət o qədər də yaxşı deyil. Fikir verdinizsə, Xabarovskda, Novosibirskdə, Sankt-Peterburqda necə yürüşlər, Putin əleyhinə çıxışlar olur. Bu problemlər var.
- Bəs, Tovuz döyüşləri sizdə ordumuzla bağlı hansı qənaəti yaratdı?
- Nə qədər çərtinliklər olsa da, Tovuz döyüşlərində ordu müəyyən qədər öz iradəsini ortaya qoydu. Bir daha inandıq ki, ordumuz torpaqlarımızı qaytarmağa qadirdir. Amma çox heyif ki, orda bizim generalımız şəhid oldu. Çünki generalla əlaqədar kifayət qədər məlumatım var idi. O, çox layiqli bir insan, millətini, dövlətini sevən bir adam idi. Həmçinin digər zabitlərimiz, əsgərlərimiz. Allah hamısına rəhmət eləsin!
- Amin! Hadisələr bir daha göstərdi ki, biz, dövlət və millət olaraq, hər an böyük savaşa hazır olmalıyıq, elə deyilmi?
- Heç şübhəsiz.
- Vahid müəllim, Türkiyə dövlətinin Azərbaycana dəstəyini necə qiymətləndirirsiniz? Bu, görünməmiş bir dəstək idi və hamımızı qürurlandırdı.
- Bəli, elədir. Bəziləri ehtiyat edir, amma bunu bilmək lazımdır, artıq Rusiya Azərbaycana heç nə edə bilməz. Çünki Türkiyə dövlət başçısı, XİN rəhbəri, müdafiə naziri öz sözlərini dedilər. Mən də qürurlandım bu mövqeləri eşidəndə. Bunlar hamısı faktdır. Türkiyə heç vaxt imkan verməz ki, yeni torpaq iddiasında olan dövlətlər tərəfindən Azərbaycana hansısa həmlələr edilsin. Ermənistan kimdir, onun nəyi var? Sadəcə, oyuncaq dövlətdir və Rusiya da ondan istifadə edir, orda baza saxlayır.
- Bundan sonrakı gedişatı necə təsəvvür edirsiniz?
- Çox ehtiyatlı olmaq lazımdır, bu proses bitməyib, sizə açığını deyim. Mən narahatam ki, ruslar yenə də təxribata əl atacaqlar, ermənilərin vasitəsilə müəyyən addımlar atmaq istəyəcəklər. Amma mən çox şad oldum ki, Türkiyə prezidenti belə cəsarətli çıxış etdi, faktiki olaraq dedi ki, əlinizi Azərbaycandan çəkin!
- Yəni artıq Türkiyənin Azərbaycanı dəstəkləməsi açıq və geridönməz xarakter almağa başladı...Bundan sonra Türkiyə ilə hərbi əməkdaşlıqla bağlı hansı addımlar atılmalıdır?
- Azərbaycanı açıq və qəti müdafiə edən, bizim yanımızda olan iki dövlət var: Türkiyə və Pakistan. Mən hesab edirəm ki, bu iki dövlətlə ciddi hərbi əlaqələr qurulmalıdır, hərbi müqavilələr imzalanmalıdır və Qarabağı azad etməliyik, başqa çıxış yolumuz yoxdur. Yoxsa ATƏT-dir, BMT-nin qətnamələridir, onlara arxayın olmaq olmaz. Düzdür, bunlar da siyasi cəhətdən vacibdir. Amma ATƏT-in Minsk Qrupu vecsiz bir təşkilatdır, biz onlardan müsbət nəsə gözləmirik. Yaxşı hal oldu ki, ABŞ konqresmenləri Azərbaycanın xeyrinə qərar qəbul etdilər, bu da bizim üçün çox vacib məsələdir. ABŞ ilk dəfə Ermənistanın işğalını tanıdı. Necə ki, Ukrayna, Moldova və Gürcüstanda işğal faktını tanıyırdılar, Azərbaycan ərazilərinin də Ermənistan tərəfindən işğal olunduğu Konqres səviyyəsində qəbul edildi.
- Daxildə hansı addımlar atılmasını zəruri sayırsınız? Xalq birmənalı şəkildə Ali Baş Komandanın yanındadır. Daha nələr olmalıdır?
- Bəli. Ümumiyyətlə, başqa cür ola bilməz. Çünki dövlət başçısının apardığı siyasətdə əsas məqsəd Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Amma mən çox təəssüf edirəm ki, “beşinci kolon” da sakit oturmur. İndi onların yavaş-yavaş adları açıqlanır. Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu işlə ciddi məşğul olmalıdır. Bunları, ümumiyyətlə, təmizləməliyik. O cümlədən orduda da məni narahat edən müəyyən məsələlər var, orda da təmizlənmələr olmalıdır. Milli qüvvələr olmalıdır ki, Azərbaycan torpaqlarını Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad etmək iqtidarında olsun.
- Siz də o fikirdəsinizmi Azərbaycanda Türkiyənin baza şəklində hərbi mövcudluğu olmalıdır?
- Söhbət Türkiyənin bazasının olub-olmamasından getmir. Türkiyə dövlətinin mövqeyindən gedir. Türkiyə Naxçıvan vasitəsilə bizimlə həmsərhəd dövlətdir, orda problem yoxdur, istənilən vaxt istənilən məsələni həll etməyə qadirdir. Necə ki, Ərdoğanın mövqeyinin ardınca müdafiə nazirinə komanda verdi, qırıcılar Ermənistanla sərhədə qalxıb uçuşlar keçirdilər. Türkiyə faktiki olaraq Azərbaycana görə istənilən dövlətlə qarşı-qarşıya dura bilər, bu, problem deyil. Bunu Türkiyə dövləti, parlament partiyaları bir daha bəyan etdi, Türkiyə boyunca dəstək mitinqləri təşkil olundu. Açığını deyim, bu günlərdə Almaniyada, Türkiyədə, ABŞ-da və digər ölkələrdəki səfirliklərimiz də müəyyən qədər işlər gördülər. Amma, çox təəssüf edirəm ki, Azərbaycandakı dəstək yürüşünün sonunda o hadisələr oldu, müəyyən təxribatçılar tapıldı, ziyan vurmaq istədilər. Məncə, bunlar hamısı xırda məsələlərdir. Mən belə hesab edirəm ki, Azərbaycan getdikcə güclənir, qüvvətlənir, ordusu daha müasir silahlarla təmin olunub. Amma bir sıra işlər, kadr islahatları bütün sahələri əhatə etməlidir ki, uğurlarımıza xələl gəlməsin. Ruslarla əlaqədar olan müəyyən insanlar, hətta yüksək vəzifədə olsalar belə, onlar kənarlaşdırılmalıdır. Bu olmasa, çətin olacaq. Biz elə məkrli düşmənlə üzbəüzük ki, o da qüdrətli bir dövlətin əlində oyuncaqdır. Fikir verdinizsə, cənab prezident də qeyd etdi ki, əgər Ermənistan istəyirsə, gəlsin, təkbətək vuruşaq! Yəni o da başa salmaq istəyir ki, Ermənistanın arxasında kimlər dayanır.
- Demək...
- Mən bu məsələ ilə əlaqədar nikbinəm. Amma hər şey bizim özümüzdən çox asılıdır. Müəyyən qərarları biz heç nədən qorxmadan verməliyik!
- Sevindirici həm də budur ki, Tovuz döyüşləri günlərində və ondan sonra Azərbaycanın xaricində də soydaşlarımız ciddi şəkildə birlik nümayiş etdirirlər. Rusiyada azərbaycanlı iş adamlarının ermənilərə zərbəsindən də yəqin məlumatınız oldu...
- Mən İlham Rəhimovla və Qoad Nisanovla danışdım. İlham Rəhimovla çox geniş söhbət elədik. Mən, əvvəla, minnətdarlığımı bildirim ki, belə bir addım atıblar, erməni mallarını öz bazarlarına buraxmırlar. Orda bizim qubalı uşaqlar da çoxdur. Mən də Rusiyada olan bizim bütün biznesmenlərə, azərbaycanlılara səslənirəm ki, İlham Rəhimov və Qod Nisanovun atdığı addımları onlar da təkrar etsinlər ki, ermənilərə növbəti dərs olsun! Düzdür, baxıb görürəm ki, bəziləri müəyyən qədər fərqli yanaşma qoyur, guya bu, beynəlxalq ticarət müqavilələrinə, beynəlxalq normativlərə ziddir. Bilirsiniz, burada söhbət millətin mərdiliyindən, birliyindən , vahid mövqeyindən gedir. Əlbəttə, nə qədər riskli olsa da, bu iş adamları belə addım atdılar. Ona görə də mən təşəkkürümü bildirdim. Aldığım məlumata görə, onlar çox işlərlə məşğuldurlar. O insanlar Azərbaycanla əlaqədar çox işlər görməyə qadirdirlər. Belə bir vəziyyətdə iş adamlarımızın gördüyü işləri çox yüksək qiymətləndirirəm, belə bir vəziyyətdə, Rusiya paytaxtının mərkəzində...Baxmayaraq ki, Moskvada kifayət qədər ermənipərəst qüvvələr var. Həmçinin Rusiya hökumətində...Amma yenə də iş adamlarımız belə bir cəsur addımı atdılar. Buna görə, əlbəttə ki, onlara böyük təşəkkür düşür. Onu da deyim ki, Diaspora Komitəsi Fuad Muradovun rəhbərliyi ilə çox böyük işlər görür. Təşkilatlar birləşir, böyük təbliğat işləri aparırlar, iclaslar, aksiyalar keçirirlər, ordumuza dəstək verirlər. Bunlar çox böyük məsələlərdir, xırda məsələ deyil. Millət də artıq başa düşüb ki, Qarabağın azadlığı yalnız gücdən, müharibədən keçir. Qısa bir müddətdə 50 mindən çox adam döyüşmək üçün yazılıb. Komanda olacaqsa, yaşımızdan asılı olmayaraq, hamımız döyüşə getməyə hazırıq!
- Vahid müəllim, xəstəxanada olduğunuz günlərdə sizə olan böyük sevginin bir daha şahidi olduq. Həm də arayıb-axtaranlar çox idi, yəqin xəbəriniz oldu...
- Bəli. Arayanlar çox oldu. Hamıya təşəkkür edirəm. Mən həkimlərin məsləhəti ilə heç telefonu aça bilmirdim, çox vaxt kənarda olurdum. Çünki müalicənin effektivliyinə xələl gələ bilərdi. Allah bütün millətimizi qorusun! “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
|