“Artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır” - Fazil Mustafa belə deyir
Tarix: 25-08-2020, 08:21 | Çap et
Artıq 6 aydır ki, Azərbaycanda insanlar “koronavirus”la birgə yaşamağa alışıblar. Pandemiyanın ilk dövrlərinə nəzər salsaq, o zaman insanlar COVID 19-a yoluxmaqdan daha çox qorxur, bəziləri hətta evdən çölə çıxmağa belə ehtiyat edirdi. Eyni zamanda, insanlar fiziki məsafə saxlamaq, maska taxmaq qaydalarına da əməl edirdilər.
Bununla bərabər həmin dönəmdə virusun olmadığını israr edən kütlə də var idi. Yoluxma sayı çoxaldıqca, ailə üzvləri koronavirusa yoluxduqca bu düşüncədə olan adamların da sayı azalmağa başladı. Yəni bu gün insanlar həm xəstəliyin təhlükəsini, həm də ondan qorunmağın yollarını mənimsəyiblər.
Qeyd edək ki, artıq bir sıra dünya ölkələri sərt karantin rejimindən çıxıb, bu ölkələrdə pandemiya ilə əlaqədar qoyulan bir sıra məhdudiyyətlər ləğv edilib. Azərbaycanda da karantin rejimi xeyli yumşaldılıb, amma bir çox məhdudiyyətlər avqustun 31-dək qüvvədədir. İndi çoxlarını düşündürən odur ki, sentyabrın 1-dən qadağalar aradan qaldırılacaqmı?
Millət vəkili Fazil Mustafa hesab edir ki, sərt karantin rejimini artıq aradan qaldırmaq lazımdır: “Rayonlara gediş-gəlişi bərpa etmək də vacibdir, yalnız insanlara nəzarət gücləndirilməildir. Qapalı məkanlarda sosial məsafə gözlənilməklə, gigiyenik normalara əməl etməklə, restoranların, kafelərin də açılmasına icazə verilməlidir. Çünki əhalinin iqtisadi cəhətdən yoxsullaşması, iş adamlarının müflis olması dövlətə daha böyük zərbə vurur. Məsuliyyətli insanlar yenə də qorunacaqlar. Məsuliyyətsiz insan onsuz da ”qaydalara əməl et" deyəndə narazı qalır. Ona görə biz daha çox məsuliyyətli insanların marağını təmin edərək addım atmalıyıq. Fikrimcə, bütün sahələrdə iş yerləri açılmalıdır. Məktəblərin də müvafiq qaydalarla açılmasını təmin etmək lazımdır. Onsuz da yoluxma riski yalnız özünü qorumaqdan asılı deyil. Müşahidələr də göstərdi ki, hətta çox sayda adamlar bir yerə yığışdığı zaman yoluxma sayı o qədər də artmadı".
F.Mustafa futbol oyunlarının yenidən bərpa edilməsini təqdirəlayiq addım kimi qiymətləndirib: “Bütün idman yarışlarını bərpa etmək lazımdır. Məncə, artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır. Əməl edənlər etsinlər, etməyənlər də özləri öz əziyyətlərini çəksinlər. Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin. Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz”.
İnfeksionist Nəzrin Mustafayeva bildirib ki, karantin qaydalarının tamamilə aradan qaldırılması bu gün üçün real deyil: “Çünki həm dünya statistikasına nəzər salsaq, həm ölkədəki gedişatı analiz etsək görərik ki, bugünədək rəqəmlərimizi bu formada saxlamağımızın səbəbi məhz karantin qaydalarına riayət olunma ilə bağlıdır. Əhalinin 70 faizi qaydalara normal riayət etsə - maska taxsa, sosial məsafəni saxlasa, gigiyena qaydalarına riayət etsə, karantin rejimi də aradan qaldırıla bilər. Amma müşahidə edirik ki, ən sərt karantin rejimində belə bu qaydaları pozanlar var idi. Bütün cərimələrə baxmayaraq insanlar öz sağlamlığını düşünmədən ictimai nəqliyyatda və digər sıxlıq olan məkanlarda adi bir maskadan istifadə etmədilər. Biz bu şərtlərlə karantin rejimini necə ləğv edə bilərik?! Təbii ki, bunun başqa bir tərəfləri də var. Əlbəttə, bu fikirləri həkim kimi insanların sağlamlığı baxımından deyirəm. Amma sosial, iqtisadi problemlər var ki, mən bu sahələrə toxunmaq istəmirəm. Ümumiyyətlə isə bu sahələrdə yaranan problemlərə görə müəyyən yumşaldılmalar tətbiq edilir. Təbii ki, ömür boyu karantin rejimi də davam edə bilməz. Bu balansı qorumaq şərtilə bir tərəfdən əhalini maarifləndirməklə, onlara vəziyyəti düzgün çatdırmaqla yumşalmalar ola bilər”.
Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, ölkədə yoluxma sayı sıfıra endiriləndən sonra karantin rejiminin ləğvindən danışmaq olar: “Bu haqda dəqiq proqnoz vermək mümkün deyil. Yoluxma sayı ilə bağlı rəqəmlər gah artır, gah azalır, təhlükə hələ də var. Ona görə də biz arxayın olmalı deyilik. Birmənalı şəkildə insanların çox toplaşdığı, qapalı yerlərdə, avtobuslarda, hətta dayanacaqlarda tibbi maskalardan istifadə olunmalıdır. Sosial məsafə qorunmalıdır. İnsanlar da vacib olan gigiyenik qaydalara riayət etməlidirlər. Bu şərtlərə o vaxta qədər əməl etməliyik ki, Azərbaycanda koronavirus yoxa çıxsın”.
F.Ağamalı onu da əlavə edib ki, qaydalara əməl edilməklə bəzi qadağalar aradan götürülə bilər:
“Kütləvi tədbirlər - yas mərasimləri tibbi maskalardan istifadə etməklə, məhdud sayda insanların iştirakı ilə keçirilə bilər. Toylarla bağlı qaydalar işlənməlidir, 300-400 nəfər iştirak etməyə bilər. Ancaq məsafə gözlənilməklə az sayda insanın iştirakı ilə toy mərasimləri bərpa oluna bilər. Lakin bərpa olunandan sonra toy sahibləri hökmən şadlıq saraylarının rəhbəri, heyəti ilə karantin qaydalarına ciddi şəkildə əməl etməlidirlər.
Amma məktəblərdə onlayn sistem tətbiq olunmalıdır. Körpələri maska ilə də təmin edə bilərik, gigiyena qaydalarına da əməl oluna bilər, amma məktəblərdə sosial məsafəni saxlamaq mümkün deyil. Bu ali məktəblərə də aiddir. Əgər istəyiriksə ki, az itki verməklə bu mübarizədən uğurla çıxaq, xalqımızın sağlamlığını təmin edək, hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti başa düşüb ona əməl etməlidir. Sadəcə anlamaq lazımdır ki, böyük bir müharibənin, bəlanın içərisindəyik". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
|