Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                 

“Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər” - Qulamhüseyn Əlibəyli
Tarix: 26-09-2020, 09:44 | Çap et
“Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər”
Azərbaycan müharibənin astanasındadır. Düşmənin hərbi aqressiyası və sülh danışıqlarının tamamilə donması savaş ehtimalını artırır. Cəbhə xəttindəki gərginlik və Ermənistanın Tovuz istiqamətindən həmlələrinin səngiməməsi geniş hərbi əməliyyatların başlanmasını şərtləndirir. Eyni zamanda, Azərbaycanın son günlərdə keçirdiyi hərbi təlimlər, cəmiyyətdəki ovqat və ən əsası prezident İlham Əliyevin açıqlamaları deməyə əsas verir ki, müharibə uzaqda deyil.

Elə sentyabrın 25-də prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib ki, ciddi kəşfiyyat mənbələrimizdə məlumat var, hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir.

“Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”, - dövlət başçısı əlavə edib.

Belə olan halda müharibə başlasa, siyasi partiyalar, media və QHT-lər necə davranmalıdır, döyüş şəraitində öz fəaliyyətlərini məhdudlaşdırmalıdırlarmı?

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, iqtidar-müxalifət arasında bir sənəd imzalanmalıdır: “Bu sənəddə birgə razılaşma imzalanmalıdır ki, münaqişənin hansı yolla həllinin tərəfdarıyıq - müharibə, yoxsa sülh... Əgər müharibə yolu seçilibsə, dövlət hərbə hazırlaşmalıdır, siyasi təşkilatlar, vətəndaş cəmiyyətləri də insanları bu vəziyyətə hazırlamalıdırlar. Həmin dövrdə siyasi partiyalar öhdəlik götürə bilər ki, siyasi fəaliyyəti, müxalifətçiliyi məhdudlaşdırırıq. Müharibə dövründə görüşlər keçirə, izahatlar verə, könüllülük hərəkatı təşkil edə bilərik. Partiyalar üzvlərinə müraciət edə bilərlər ki, orduya könüllü yazılsınlar. Ümumilikdə həmin dördə müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər və deyə bilər ki, Qarabağ məsələsində dövlətin yanındayıq”.

AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, müharibə şəraitində adi vaxtda olduğu kimi siyasi fəaliyyət yürütmək mümkün deyil. Onun sözlərinə görə, qanunvericilik də buna icazə vermir: “Qarabağ uğrunda müqəddəs savaş başlayarsa, hər bir müxalifət təşkilatı, eləcə də AĞ Partiya öz məsuliyyətini bilir. Bizim üçün ərazi bütövlüyümüz, Qarabağımızın azadlığıdır. Ona görə müharibə başlasa, biz heç dövlətin çağırışını gözləmədən siyasi fəaliyyətimizi dondura bilərik. Bunun əksini etmək, siyasi mübarizə aparmaq, kreslo uğrunda döyüşmək xəyanətdir. Ona görə müxalifət partiyaları müharibə şəraitində fəaliyyətini dondurmağa və dövlətin yanında olmağa hazırdır.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirdi ki, QHT-lər hər bir şəraitdə, yəni müharibə, fövqəladə vəziyyət, karantin, təbiət hadisələri, qəzalar və s. zamanı fəaliyyətlərini həmin şəraitə uyğun olaraq davam etdirməlidir.

“Məhdudiyyət isə yalnız ölkədə həmin şəraitlə əlaqədar qəbul olunmuş qərarlar əsasında ola bilər. Hər bir şəraitdə QHT-lər öz nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən QHT-lər var. Və bu QHT-lərdə çoxlu peşəkarlar çalışır. Həmin QHT-lər öz fəaliyyətlərinə uyğun olaraq əhali arasında məlumatlandırma, maarifləndirmə, hüquqi yardım, orduya dəstək qrupları, əhali ilə sıx təmasda olaraq, ehtiyac olarsa onların riskli ərazilərdən uzaqlaşdırılmasında, yerləşdirilməsində, müxtəlif psixoloji yardımların göstərilməsində yardımçı ola bilərlər”, - deyə komitə rəhbəri qeyd etdi.

M.Qəhrəmanlı hesab edir ki, uşaq, qadın hüquqları ilə məşğul olan QHT-lərə bu halda daha çox ehtiyac duyula bilər: “Onlarla daima təmasda olmaq, dəstək olmaq ən vacib məsələlərdən biridir. Müəyyən riskli qruplarla işləyən QHT-lər (əlillər, yaşlılar və s.) bu halda fəaliyyətinə ciddi ehtiyac duyulur. Bir sözlə, QHT əvəzolunmaz bir qüvvədir. Heyf ki, bu əvəzolunmaz ”ordu"nu 2014-cü ildən zəiflədiblər..."

Azpost.info internet qəzetinin baş redaktoru Xaqani Səfəroğlu isə müharibə şəraitində medianın necə davranmalı olduğunu açıqladı. Onun sözlərinə görə, klassik anlamda müharibə zamanı media xüsusi qanunlarla tənzimlənir: “Bura daha çox hərbi məlumatların vahid mərkəzdən ötürülməsi, dövlət təhlükəsizliyi üçün vacib olan tənzimlənmə və ictimai rəyin formalaşdırılması daxildir. 21-ci əsrdə, internet erasında müharibə etmək bir sıra parametrlər baxımından mürəkkəbdir. İnformasiya texnologiyalarının geniş olması, hamının ”yeriyən KİV"-ə çevrildiyi bir zamanda medianın müharibə dönəminin qaydalarını tətbiqi çətindir. Məncə, döyüş əməliyyatları aparılarkən KİV-in fəaliyyəti zamana uyğun qurulmalıdır. Bunun üçün əsas olan oxucu etimadı olan KİV-lərin yaranması mühümdür".

Jurnalistin fikrincə, sosial şəbəkələrin “at oynatdığı” bir dövrdə anonim, şübhəli və xarici təsir agentlərinin təsirində olan ictimai rəy moderatorlarının qarşısına yalnız peşəkar, nüfuzlu və oxucu etimadı olan KİV-lər çıxa bilər: “Jurnalistlər ”informasiya əsgəri" yox, müharibənin gətirdiyi xofu, yalan məlumatları, düşmən təbliğatını dürüst xəbərləri ilə dağıdacaq bir gücdə olmalıdır. 2016-cı ilin aprel döyüşlərinə nəzərən son Tovuz döyüşlərində bizim jurnalistlər bu baxımdan bir sıra üstünlüklərini göstərə bildilər. Əsas məsələ bütün dünyanın üzləşdiyi “feyk xəbərlər”i zondaj edə biləcək müstəvini yaratmaqdır. Bu sırada dövlətin rolu əhəmiyyətlidir. Hərbi xəbərlərin, cəbhədə vəziyyətə dair məlumatların vahid informasiya qərargahından yayılması, yalan məlumatlara dərhal çevik reaksiyanın verilməsi, hərbçilərdən, jurnalistlərdən, ictimai rəy moderatorlarından ibarət çevik media komandasının qurulması işin xeyrinə olardı".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru