Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub .....                     Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. .....                     Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? .....                     İrəvana da müharibəyə başlamaq təklif edilib .....                     Şəhid atası vəfat etdi .....                     Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... .....                     UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... .....                     GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... .....                     Vitse-spikerin qəbuluna düşə bilmədilər... .....                     İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... .....                     Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... .....                     Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb .....                     Müharibənin taleyini həll edəcək elit əsgərlər: .....                     Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: .....                     Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib .....                     Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı .....                     “Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” .....                     Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? .....                     Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir .....                     MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır .....                     Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI .....                     Separatçıların azad olunması... .....                     Legitimliyini itirmək yolunda növbəti addım .....                     ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə .....                     Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI .....                     Aliment davaları böyüyür: Çıxış yolu tapılmır .....                     İki nişanın yanaşı olması sizi çaşdırmasın .....                     Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq .....                     Deputatdan AXCP-dəki istefaya REAKSİYA .....                     “Türkiyə bilir ki, bu savaş olacaq...” .....                     "Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?" .....                     Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq .....                     Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                     Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib .....                 

"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur" - deputat
Tarix: 21-10-2020, 08:32 | Çap et
"10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur"
“Hər bir millətin gələcəyi, uğuru, zəfəri, başucalığı, rifahı və nüfuzu təhsilə bağlıdır desəm, təbii ki, Amerikanı yenidən kəşf etmiş olmaram. Ölkəmizdə güclü təhsil sistemi var desək yalan olar. Universitetlər, elmi-tədqiqat mərkəzləri, Elmlər Akademiyası güclü kadrlar, mütəxəssislər hazırlayıb bazara buraxır desək, adama deyərlər ki, yalan danışma. Biz 10 milyonluq xalqıq və elə coğrafiyada yerləşirik ki, sağ qalmaq uğrunda mübarizə aparmalı oluruq.

O qədər kiçik xalqlar var ki, möcüzə yaradıblar. İsrail, Sinqapur, Luksemburq, onlarla digər əhalisi az olan ölkələr texnologiya, elm, kəşf sahəsində böyük ölkələri ötüb keçib belə. Biz də möcüzələr yarada bilərik. Amma şagirdlərə “Kulikovo döyüşü nə zaman olub?” sualını verməklə və “1380-ci ildə” rəqəmini əzbərtləməklə olmayacaq. "Dünyada neçə okean var?" sualını verib "4" cavabını almaqla olmayacaq, “Azərbaycan BMT-yə nə zaman daxil olub?”, “Toplananların yerini dəyişəndə nə dəyişmir?” sualına cavab əzbərtləməklə olmayacaq”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib. R.Nurullayev bildirib ki, indi müharibə vəziyyətində yaşayan ölkəyik:

“Biz özümüz müasir silahlar, pilotsuz uçan aparatlar, tanklar, təyyarələr, qırıcılar, mühəndislik istehkamları, yüksək-dəqiqli texnologiyalar hazırlamalıyıq və kodları da özümüzdə olmalıdır. Demirəm ki, bunları etmirik və yaxud etmək istəmirik. Bu işlərlə, xüsusən hərbi sənayeninin inkişafı ilə bağlı konkret addımlar atılıb, amma biz bir çox komponentləri yerli istehsal olan milli məhsullarımızın hazırlanması üçün elmə və təhsilə böyük məbləğlər yatırmalıyıq. Azərbaycanda kosmik sənaye və peyklərimiz var. Biz bu sahədə ciddi yatırımlarla və mütəxəssis hazırlamaqla daha böyük nailiyyətlər əldə edə bilərik.

10 milyonluq xalqın tibbi elmi-tədqiqat sahəsi yoxdur. Biz niyə koronovirusa qarşı peyvənd hazırlamaq istəmirik? Ümumiyyətlə, bizdə tibb sahəsində elmi araşdırmalar niyə yoxdur? Varsa, hanı o nəticə? Yoxdur. Bütün sahələr də belə. Bildiyimə görə, Elmin İnkişafı Fondu var. Neçə illərdir yaranıb. Bu fondun fəaliyyətinin nəticəsi nə olub? Nələri maliyyələşdiriliblər, onları səhiflərindən görə bilərik. Amma bilmək istəyirəm ki, konkret hansı nəticələr var və o nəticələr sizin, bizim, xalqımızın firavan, rahat yaşaması üçün hansı rolu oynayıb? Hansı elmi nəticələr var və biz bu elmi məhsullarla dünya bazarına çıxmışıqmı?".

Deputat bildirib ki, bu, vacib məsələdir:

"Təklif edirəm ki, Elmin İnkişafı Fondunun səlahiyyətli şəxslərini Parlamentə dəvət edək və onlar bizi də məlumatlandırsınlar. Jurnalistlərə təklif edirəm ki, araşdırma aparsınlar, nəticəsini dərc etsinlər. Bəlkə ciddi uğurlar var, biz məlumatsızıq. Hər bir şagird potensial savada malik olmalıdır. Gəlin bir məktəb seçək və istənilən bir sinfə daxil olub şagirdlərin bilik səviyyəsini yoxlayaq. 30 nəfər şagirdin içindən bir-iki nəfər fərqlənəcək. Savad deyilən məsələ bitmək üzrədir. Bu, həyəcan təbilini çalıram və deyirəm ki, orta məktəblərdə təhsilin səviyyəsi qalxmasa, bu ölkə heç zaman normal yaşaya bilməyəcək.

Müəllimlərin çoxunun heç dərs keçmək, öz üzərində işləmək həvəsi də yoxdur. Birinci növbədə, büdcəmiz imkan verən kimi müəllimlərə dövlət qulluqçusu statusu verilməlidir. Ölkədə yaşlıların təhsili də vacibdir. Biz normal, rifah içində və təhlükəsiz yaşamaq istəyiriksə, təhsilimiz və səhiyyəmiz ən üst səviyyədə olmalıdır. Yeni nazirdən gözləntilər çoxdur, amma bu məsələ bir nazirlə həll olunası deyil. Buraya ciddi dövlət intervensiyası və maliyyəsi lazımdır. Peşə təhsili ilə bağlı müəyyən işlər görülüb. Amma bunlar dənizdə damladır. Valideynlər çalışır ki, övladları ali təhsil məktəbinə daxil olsun, təki diplom alsın. Diplomlu savadsıza çevrilirlər. 8-ci sinifdən bilik, dünyagörüşü, həvəs, istedad qiymətləndirilməli və sınaqdan çıxmayanlar peşə məktəblərinə yönləndirilməlidir. Nə olsun ki, bir şagird 11-ci sinfi qurtarıb attestat alacaq. Məgər kağız-kuğuz, diplom, əzbərçilik nəyisə həll edir? Biz mütəxəssislər, kadrlar yetişdirməliyik. Bunun üçün hər bir şagirdə fərdi yanaşma olmalıdır, ciddi maliyyə lazımdır və mütləq bunu təmin etməliyik.

Mətbuatdan oxuyuram ki, bir nəfər mütəxəssisi müsahibə ediblər və deyir ki, kəşflərim var, maliyyəm yoxdur. Biri deyir təyyarə düzəltmişəm, biri deyir vertolyot, biri deyir avtomobil, biri deyir yeni informasiya dalğası, biri deyir peyk və s. Yazıqlar sənəd əlində o qapını -bu qapını gəzirlər, görüşüdükləri adamlar da yəqin onlara ürəyində gülür ki, başı xarab olub. Çünki, İQ-su onu qavramağa çatmır.

Bunun üçün də start up fondları olmalıdır. Bu cür insanları maliyyələşdirmək vacibdir. Batırsa maliyyə batsın. Məgər bütün layihələr uğurlu olur? Bu insanların beyinlərinin məhsulunu materiyaya çevirmək üçün vəsaitləri olmalıdır. Belə ixtiraçılara sadələşmiş maliyyə mexanizmi olmalıdır. Ya mövcud fondlar onlara vəsait ayırsın, ya da ayrıca bir Fond yaradılsın ki, ixtiraçılar öz ixtiralarını həyata keçirmək üçün maliyyə mənbəyi əldə edə bilsinlər. Biz nə qədər xarici istehsaldan və texnologiyadan asılı olmalıyıq?”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub - FOTO
Bu gün, 09:09
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. - Daha biri vuruldu!..
Bu gün, 09:03
Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? – Ekstrasens açıqladı
Bu gün, 09:02
İrəvana da müharibəyə başlamaq təklif edilib - Ananyan
Bu gün, 09:00
Şəhid atası vəfat etdi
Bu gün, 08:58
Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:51
UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... - BİZ DEMİRİK...
Bu gün, 08:43
GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... - YOXSA...
Bu gün, 08:32
Vitse-spikerin qəbuluna düşə bilmədilər... - "Mənim şikayətim elə, icra hakimiyyətinin özündən idi..."
Bu gün, 08:30
İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... - Rüstəmovun HESABATI...
Bu gün, 08:25
Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... - NARAZILIQ VAR...
Bu gün, 08:21
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb - SİYAHI
Bu gün, 08:12
Müharibənin taleyini həll edəcək elit əsgərlər: - Kremlin son ümidi
Bu gün, 06:43
Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: - Qadağan edildi
Bu gün, 06:36
Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib - AĞILLANIRLAR...
Bu gün, 06:34
Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı - Bəyanat
Bu gün, 06:29
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” - ETİRAZ
Bu gün, 06:25
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02
MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Dünən, 19:05
Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Dünən, 19:00
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Dünən, 18:00
Legitimliyini itirmək yolunda növbəti addım - Görünəni odur ki...
Dünən, 17:52
ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə AÇIQLAMA
Dünən, 17:50
Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI - FAKT BUDUR!
Dünən, 17:43
Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
Dünən, 17:40
İki nişanın yanaşı olması sizi çaşdırmasın – 60 manat cərimə oluna bilərsiz
Dünən, 17:38
Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq - ŞƏRH
Dünən, 17:32
Deputatdan AXCP-dəki istefaya REAKSİYA - “Fərqli düşüncələrə yol verilmir”
Dünən, 17:30
“Türkiyə bilir ki, bu savaş olacaq...” - Orta Doğu ilə bağlı qorxulu planlar...
Dünən, 17:26
"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Dünən, 17:23
Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Dünən, 17:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Dünən, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Dünən, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Dünən, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Dünən, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Dünən, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Dünən, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Dünən, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Dünən, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Dünən, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Dünən, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Dünən, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Dünən, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Dünən, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Dünən, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Dünən, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Dünən, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Dünən, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru