“Əslində müharibənin taleyinin necə olacağı əvvəlcədən məlum idi” - Sərdar Cəlaloğlu
Tarix: 27-11-2020, 09:04 | Çap et
44 günlük müharibədən sonra Qarabağın azad olunması istiqamətindəki diplomatik gedişlər diqqətlə izlənir. Hazırda regionda sabitliyin təminatçısı kimi çıxış edən rus sülhməramlılarının Avropa və Qərbin “qızışan maraqları” fonunda bu missiyanın öz işini nə dərəcədə ədalətli davam etdirə biləcəyi barədə yeni müzakirələrə səbəb olub. Bütövlükdə isə II Qarabağ savaşının təhlili Azərbaycanın dəyişməz üstünlükləri fonunda necə realizə olunur?
Bu və ya digər məqamlarla bağlı hafta.az-a müsahibə verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, bu fonda Azərbaycanın qalibiyyətinin əsasları və onu qorumağın yolları ilə bağlı bir sıra nüanslara toxunub.
-Sərdar müəllim, II Qarabağ müharibəsinin siyasi təhlilini aparsaq hansı nüansın üzərində dayana bilərik?
- Əslində müharibənin taleyinin necə olacağı əvvəlcədən məlum idi. Birincisi, Azərbaycanı müdafiə edən cəbhəni daha hörmətli, daha təsirli güclər təşkil edirdi. Azərbaycan öz təbii müttəfiqi olan Türkiyə ilə birləşib əlaqələr qura bildi. Baxmayarq ki, ermənilərlə də ruslar hərbi təlimlərdə iştirak etdilər, amma müharibənin nəticəsində biz qalib gəldik. Bu, onu göstərdi ki, müasir texnologiyaya yiyələnmək, müasir müharibə taktikasına üstünlük vermək bizim bu döyüşdəki üstünlüyümüzü təmin etdi.
Nəhayət, bu müharibədə Azərbaycan xalqının birliyi meydana çıxdı. Bu vaxt ərzində Azərbaycanda müharibə əleyhinə heç bir çıxışlar edilmədi, hakimiyyətin siyasəti tənqid olunmadan baş verənlərin hamısı ümumi şəkildə qəbul olundu. Yəni bu müharibədə həm xarici, həm də daxili faktorlar əvvəlki müharibələrdən kəskin fərqlənməklə, Azərbaycanın qalibiyyəti ilə nəticələndi.
- Şuşanın azad olunmasından sonra diplomatik müharibədə sülhməramlıların aparıcı olması, son nəticənin bizim üçün əlverişli ola biləcəyini necə isbat edir?
-Əvvəla onu deyim ki, bütün müharibələrin sonu belə olur. Cəbhədə hansı nailiyyət əldə edilirsə, həmin nailiyyət üzərində problemin qalan hissəsini sonra döyüşsüz həll edirsən. Bu təcrübə birinci dünya müharibəsində, ikinci dünya müharibəsində özünü göstərdi. Ümumiyyətlə, bu hal müharibənin təbiəti ilə bağlıdır. Əslinə baxsan burda sülhməramlılara ehtiyac da yox idi. Ermənistan kapitulyasiyaya məcbur ediləndən sonra sülh müqaviləsini imzalasaydı, sülhməramlıların həyata keçirəcəyi əməliyyatları biz özümüz təklikdə həyata keçirəcəkdik. İndi Rusiya, sülhməramlı qüvvələri adı altında burda öz maraqlarını qorumağa cəhdlər elədi. Faktiki olaraq bu bizim üçün bir qədər gözlənilməz olsa da, hər halda çox da pis nəticə olmadı. Burda bizə Türkiyə-Azərbaycan hərbi ittifaqının Rusiya tərəfindən real geosiyasi güc kimi qəbul edilməsi vəd olundu. Putin çıxışında, “Türkiyə-Azərbaycan ordusu kifayət qədər güclüdür” ifadəsini işlətdi. Adımızın Türkiyə ilə birlikdə çəkilməsi, artıq Rusiyanın bizi bir güc kimi görməsini göstərdi. Artıq Azərbaycanla Türkiyənin bir Konfederativ Birliyi təsəvvürü ortaya gəlir. Bu çox ciddi bir məsələdir. Nəhayət, Türkiyənin regionun müxtəlif bölgələrində gedən hadisələrdə söz sahibi olduğu və hadisələri istənilən istiqamətə çevirmə potensialına, nüfuzuna sahib olması üzə çıxdı ki, bu da bizim üçün çox şərəflidir. Çünki Türkiyə bizim təbii müttəfiqimizdir, qardaşımıdır. Türkiyə Azərbaycan, Azərbaycan, Türkiyə deməkdir. Bu baxımdan, Türkiyənin regionun super güc olması bir daha etiraf olundu.
-Qarabağın-Xankəndinin mənəvi olaraq, faktiki Azərbaycana qayıdışı növbəti gedişdə hansı siyasi proseslərin, əməyin sərf olunmasını tələb edir?
-Birincisi, Azərbaycan dünya ictimaiyyətini inandırmalıdır ki, ermənilərdən fərqli olaraq Azərbaycan çoxmillətli respublikadır və burda Azərbaycan xalqına düşmənçilik etməyən, cinayətlərdə iştirak etməyən istənilən vətəndaş yaşaya bilər. Ağdamda əsgərlərimizin nəzarəti altında bir erməni ailəsinin öz mallarını yığıb sağ-salamat aparması da sübut elədi ki, biz ermənilərdən fərqli olaraq yenə onların nazı ilə oynayırıq. Biz bunu dünyaya inandırmalıyıq.
İkincisi, Prezident İlham Əliyev böyük cəsarətlə Xankəndinə, Xocalıya və digər rayonlara icra başçıları, prokurorlar, hakimlər təyin eləməlidir. Qarabağın erməni icmasına bizim üçün məqbul olan vəzifəli şəxsi müəyyən etməli və onlarla əlaqələr qurulmalıdır. Beləliklə də Qarabağda Azərbaycanın suveren hüquqları bərpa olunmalıdır. Təbii ki, Azərbaycan Xankəndində beynəlxalq hüquqda nəzərdə tutulmuş azlıqlar haqqında konvensiyanın şərtlərinə uyğun olaraq onların hüquqlarının qorunmasını öhdəlik kimi götürməlidir.
-Sərdar müəllim, Qarabağda yenə də ATƏT-in Minsk qrupunu canlandırmaq cəhdləri var və bir çox siyasilər bu istiqamətdə “diplomatik mühəndislik” aparırlar. Fransa, Amerika Minsk Qrupunu bərpa etməklə, yenidən “status kvo”nu ortaya atır və Xankəndində erməniyə status vermək üçün çabalayır. İndiki vəziyyətdə bu prosesi əngəlləmək üçün hansı strateji üstünlüyümüz var?
-Bu proses Minsk qrupu ilə bağlı deyil. Bu Minsk qrupunda olan ölkələrin Rusiyanın Qafqazın problemini Türkiyə ilə bir yerdə həll etməsinə etirazıdır. Minsk qrupu 20 ildən artıq müddət ərzində bu bölgədə heç nəyə nail olmadı. Amma Türkiyə, Rusiya ilə birlikdə 44 günün içində bu problemi həll elədi. Bu baxımdan onlar Rusiyanın, Türkiyənin bölgədəki nüfuzuna kölgə salmaq üçün yenidən Minsk Qrupu, status-kvo məsələsini qaldırırlar. Statis-kvo Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunması və beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa zidd olaraq Azərbaycan tərəfinə təzyiq edib ermənilərin şərtlərini qəbul elətdirməsi ilə bağlı idi. Bu gün də Minsk Qrupunun davranışları göstərir ki, onlar bizim torpaqları qoparıb Ermənistana verilməsinə vasitəçilik edirdilər. Yəni artıq bu mümkün deyil, artıq necə deyərlər, “ qatar gedib”. Münaqişə Türkiyə və Rusiya tərəfindən birdəfəlik həll olunacaq. Buna hamı əmin ola bilər. Azərbaycan bilavasitə Türkiyə, Ermənistan isə Rusiya ilə birlikdə bu məsələdə barışığa gələcəklər. Burda başqa qüvvələrin müdaxiləsinə heç bir ehtiyac yoxdur. Ona görə də hesab edirəm ki, hamısı boş çabalardır. Minsk Qrupu özünü buraxmalıdır. Üstünlüyümüz onda oldu ki, Türkiyə Minsk Qrupunda olmasa da, bu gün problemin həllində söz sahibidir. Azərbaycan dövlətinin beynəlxalq hüquqlarını müdafiə edən bir dövlət Minsk Qrupunda yox idisə, bu problem heç vaxt ədalətli həll oluna bilməzdi. Türkiyənin proseslərə müdaxiləsi bu məsələni öz yoluna qoydu və ən böyük nailiyyət də budur. Dünya tərəfindən mübahisəsiz qəbul olunan üstünlük əldə eləmişik. Bu çox vacib bir məsələdir. Türkiyə bu məsələdə bizim yanımızdadır və artlq biz bu döyüşdə, İlham Əliyevin dediyi kimi tək deyilik. Əksinə, yanımızda çox böyük və bizimlə eyni strateji maraqları olan qardaş bir ölkə var.
-Türkiyə Qarabağa yönəlik geosiyasi maraqlar fonunda hansı əsas strateji yeri tutur və Türkiyə-Azərbaycan hərbi Birliyinin yaranması üçün hansı zəminlər yaranıb?
-Artıq Türkiyə-Azərbaycan Hərbi Birliyi de-fakto yaranıb. Qeyd etdiyimiz kimi, biz türklərlə təlim keçirdik və bu təlimin üstünlükləri müharibədə sübut elədi ki, bizim təlimlər ermənilərlə rusların keçirdiyi təlimlərdən üstündür. İkincisi, artıq Azərbaycan Türkiyə silahları ilə silahlanıb, Türkiyənin hərbi texnikasını qəbul edib. Çox güman ki, bundan sonra da Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik, konfederativ əlaqələr yaradacaq. Vahid bir ordumuz olacaq. Bu da bizim strateji hədəflərimizdir.
-Türkiyə hərbiçiləri niyə gəlib çıxmır?
- Əvvəla onu deyim ki, Türkiyə ciddi işlərlə məşğuldur. Ruslar sülhməramlı kimi tez-tələsik gəlib ora girdisə, o demək deyil ki, elə rusların dediyi olacaq. Türklər müharibədə Ermənistan tərəfə böyük bir qoşun yeritdilər və bəyan elədilər ki, biz Ermənistana girə bilərik. Bu Rusiyanın Qarabağda ermənilərlə hər hansı oyun oynamaq imkanlarını sıfırladı. Yəni bizim üçün Türkiyənin Ermənistan sərhəddinə gəlməsi Qarabağa gəlməsindən min dəfə vacib idi. Türkiyə bu addımı atdı, artıq Rusiya da bilir ki, əgər ermənilərin mənafeyinə uyğun adım atacaqsa, dərhal Türkiyə sərhəddən gedəcək Ermənistana. Bu da Rusiyanın strateji maraqlarına uyğun deyil və Rusiyanın burda öz missiyasından kənara çıxan oyunlar oynamasının imkanını azaldır.
Yəqin ki, türk sülhməramlıların gəlişi Ərdoğanın bu yaxınlarda Rusiyaya nəzərdə tutulan səfərindən sonra bəlli olacaq. Orada bu məsələlər qarşılıqlı olaraq razılaşdırılacaq.
-Sizcə hazırda Xankəndidə erməni köçürülmələri nə dərəcədə əsaslı narahatlıqlardan xəbər verir?
-Bizim məqsədimiz azsaylı erməniləri bu bölgədən çıxarmaq, bu bölgədən qovmaq deyil. Məqsədimiz Azərbaycan dövlətinə qarşı üsyan qaldırmış erməni millətçilərini cəzalandırmaq və digər ermənilərlə sülh şəraitində birgə yaşamaqdr. Bizim məqsədimiz budur və bu məqsədimiz bir dəfə də olsun şübhə yaranmayıb.
-Araik Harutunyan cinayətkardır, beynəlxalq axtarışa verilib. Niyə onun həbs edilib təhvil verilməsi ilə bağlı qərar verilmir?
-Əslində orda bizim ürəyimizcə olmayan, bizi narahat edən həddən artıq nüanslar var. Bunlardan da biri sülhməramlı qüvvələrin nəzarətsiz şəkildə fəaliyyət göstərməsi, eləcə də Azərbaycanın Xankəndində hərbi və rəsmi təmsilçilərinin olmamasıdır və s. Amma bunlar böyük bir narahatçılıqlar deyil. Dekabrın 1-ə qədər gözləməliyik. Dekabrda bizim Qarabağla bağlı hansı yolu tutacağımız müəyyən olunacaq. Çünki dekabrın 1-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə başlanacaq. Orda artıq bizi, cəmiyyətimizi narahat edən məsələlər müzakirə olunacaq. Amma Rusiya prezidentinin, həm Fransa prezidentinin Dağlq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı bəyanatları o deməkdir ki, bu məsələnin bizim üçün önəmli olan hissəsi həll olunub. Lakin bu formal tanınmadır. Faktiki tanınma o zaman olacaq ki, biz Xankəndində özümüzün dövlət orqanlarını bərpa edəcəyik. Bu isə dekabrda baş tutacaq danışıqlar prosesində müəyən olunacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
|