"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                 

“Paşinyanın Moskva səfərinin ardınca baş verənlər təsadüfi deyil” - deputat
Tarix: 15-07-2021, 08:25 | Çap et
“Paşinyanın Moskva səfərinin ardınca baş verənlər təsadüfi deyil”
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən digər məlumata görə, iyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Ermənistan silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə atəşkəs rejimini pozması ciddi müzakirələrə səbəb olub.

Milli Məclisin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, kifayət qədər ciddi proseslər baş verir: “Ermənistandaki son seçkilərdə qələbə qazanan Nikol Paşinyan bir neçə gün öncə Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Ardınca bu hadisələrin baş verməsi böyük maraq doğurur. Görünən odur ki, onlar erməni xislətindən və işğalçılıq mahiyyətindən əl çəkmək niyyətində deyillər”.

“Digər yandan onları müdafiə edən böyük dövlətlər var. Səfirlərin Şuşa səfəri zamanı ABŞ, Fransa və Rusiya səfirlərinin bu səfərdə iştirakdan imtina etməsi kifayət qədər ciddi mətləblərdən xəbər verir. Bu gün Qarabağ mövzusu ətrafında kifayət qədər problemlər var. Bu problemləri yaradan əsas ölkə Rusiyadır. Bunu artıq hər kəs anlayır. Rusiya sülhməramlılarının əraziyə yerləşdirilməsi, 10 noyabr üçtərəfli bəyanatının ziddinə addımlar atılması bunun bariz nümunəsidir”, - deyə deputat bildirib.

“Halbuki həmin bəyanatda aydın şəkildə göstərilirdi ki, orada erməni silahlı dəstələri qalmamalıdır. Lakin bu gün erməni terrorçuları ərazidə fəaliyyətini davam etdirirlər. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi tarixi zəfər, dövlət başçısının müstəqil siyasəti yürütməsi bəzi dövlətləri qıcıqlandırır. Onlar hər vəchlə Azərbaycanı təzyiq altında saxlamağa çalışırlar. Bu dövlətlərin başında gələn ölkə, heç şübhəsiz, Rusiyadır. Bu yolla Azərbaycanı tutduğu yoldan geri çəkilməyə, öz siyasi iradəsini qəbul etdirməyə çalışır. Lakin artıq dünya o dünya deyil və buna nail olacaqları mümkün deyil”, - deyə o vurğulayıb.

Əhmədovun sözlərinə görə, Azərbnaycan artıq 90-cı illərin Azərbaycanı deyil və kifayət qədər oturuşmuş dövlətdir: “Bir məqama xüsusi diqqət çəkmək istəyirəm ki, Azərbaycan tam müstəqil siyasət yürüdür. Kimin nə deməsindən asılı olmayaraq, bu, belədir. Heç şübhəsiz, regionda Azərbaycan kimi qüdrətli dövlətin müstəqil xarici siyasət yürütməsi rəsmi Kremlin maraqlarına uyğun deyil. Ermənistanda Qərbə bağlı şəxsin iqtidarda olduğu deyilsə də, bu ölkə həmişə Rusiyanın forpostu olub və olacaq. İndiki halda forpost olaraq öz missiyasını davam etdirir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsi də təzyiq altında baş verib. Əslində, baş verənlər gözlənilən idi və gələcəkdə yenidən təkrarlanacağı ehtimalı var. Bu baxımdan biz istənilən təxribata hazır olmalıyıq”.

Milli Məclisin digər üzvü Məşhur Məmmədov da AYNA-ya söyləyib ki, Ermənistanın bu addımları sifarişin nəticəsidir: “Onlar sifarişlə hərəkət edirlər və yekunda yenə məyus olacaqlar. Nikol Paşinyan hakimiyyətə gələndən sonra müəyyən ümidləndirici vədlər versə də, sonradan öz vədinə asi çıxdı. Şuşada rəqs edir, hədəliyici bəyanatlar verirdi. Nəticə nə oldu? Nəticədə Ermənistan ordusu darmadağın oldu, Azərbaycan öz tarixi ərazilərini işğaldan azd etdi”.

Həmsöhbətimizin fikrincə, son parlament seçkiləri zamanı Ermənistan ictimaiyyətinin məğlub Paşinyana səs verməsi göstərdi ki, bu ölkədə artıq müharibə istəmirlər: “Ermənistan forpost ölkədir və heç zaman müstəqil siyasət yürütməyib. Paşinyanın Moskva səfərisonrası baş verənlər təsadüfi deyil və bəlli məqsədlərə xidmət edir. Görünən odur ki, Paşinyan yenə səhv yola qayıdır və bu yol onsuz da rəzil durumda olan Ermənistanı məhv aparacaq”.

“Azərbaycan Ermənistanın istənilən təxribatına cavab vermək iqtidarındadır. Bütün mənalarda onların bizim qarşımıza çıxmağa gücü yoxdur. Çünki biz Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdürük və heç kimin forpostu deyilik. Təbii ki, ölkəmizin müstəqil siyasət kursu müəyyən dairələri narahat edir. Xüsusən Azərbaycan-Türkiyə münasibətlərinin sürətli inkişafı onlarda qıcıq yaradır. Əslində müəyyən təxribatların olması gözlənilən idi. Bu mənada biz hər bir təxribata hazır olmalıyıq”, - deyə deputat qeyd edib.

O, bir məqama da diqqət çəkib: “Bu cür təxribatçı hərəkətlər nəinki bizi sarsıda bilməz, əksinə, onların öz əleyhinə işləyəcək. Diplomatik nümayəndəliklərin Şuşaya təşkil olunan səfəri zamanı ATƏT-in Mnisk Qrupunda təmsil olan dövlətlərin tədbirdə iştirakdan imtina etməsi onların qərəzli mövqeyinin göstəricisidir. Baş verən hadisələrin bu məsələlərlə də birbaşa bağlığılı var”.

Məmmədovun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələri məsələyə aydınlıq gətirməlidir: “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd edilir ki, Ermənistan silahlı dəstələri ərazini tərk etməlidir. Ərazidə təhlükəsizliyin təmin edilməsinə Rusiya cavabdehlik məsuliyyətini öz üzərinə götürüb. Bu xüsusda məsələyə aydınlıq gətirilməlidir. Bunu tələb etmək və sorğulamaq Azərbaycan tərəfinin hüququdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru