İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Milli Məclisin sədrinə müraciət edəcəyik - Pənah Hüseyn
Tarix: 4-09-2021, 08:55 | Çap et
Milli Məclisin sədrinə müraciət edəcəyik
Regiondakı vəziyyət gərgin olaraq qalır. İctimai-siyasi gündəm, geopolitik durum o qədər qarışıqdır ki, proseslərin düzgün məcraya yönəlməsi ağıllı və qətiyyətli tədbirlərin görülməsini tələb edir. Bunun üçün siyasi partiyalar nə edir, nə düşünür?

Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Xalq Partiyasının sədri Pənah Hüseyn maraqlı nüanslara diqqət çəkib.

-Pənah bəy, bu günlərdə sosial şəbəkə hesabınızda bir sıra partiyalarla görüşüb müəyyən məsələləri müzakirə etdiyinizi və parlamentdə olmayan partiyaların Milli Məclisdə fəaliyyəti ilə bağlı müraciət hazırladığınızı bildirmisiz. Milli Məclisə nə təklif etmisiz?

-Mütəmadi olaraq 4 partiya - Ağ Partiya, Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Xalq Partiyasının sədrləri qeyri-rəsmi şəraitdə toplanır və orada Qarabağ məsələsi, partiyalar arasında münasibətlər, partiyaların fəaliyyəti və son bir ayda Milli Məclisə müraciət hazırlayırıq. Müraciətdə parlamentə daxil olmayan siyasi partiyalarınn müşahidəçi kimi iştirakı məsələsini reqlament daxilində həll eləsinlər. Orda Partiya nümayəndələrinin komitələrdə müzakirə olunan qanunvericilik aktlarının müzakirəsində iştirakı nəzərdə tutulur. Əlbəttə ki, komitələrin iclasında profilə uyğun şəxslərin iştirakı nəzərdə tutulur. Qanunvericilik aktları Milli Məclisin saytında dərc olunsa da, həm də onlara əlavə edilən sənədlər də daxil olmaqla partiyalara əvvəlcədən göndərilsə, partiyalar da o barədə öz rəylərini hazırlayıb Milli Məclisə təqdim edə bilərlər. Ən nəhayət parlamentdə təmsil olunmayan partiya nümayəndələrinin parlamentin plenar iclaslarında qonaq, müşahidəçi qismində iştirakının təmin olunması faydalı olar. Dünyanın bir çox yerlərində nəinki parlamentdə olmayan partiya sədrləri, hətta adi vətəndaşlar da müəyyən bilet, dəvətnamə alıb parlamentin işinə qatılırlar. Məsələn biz 1991-ci ildə Türkiyədə olanda Millət Məclisində adi vətəndaşların parlamentin işində iştirakının şahidi olduq. Mən Londonda həm Lordlar Palatasında, həm də Nümayəndələr Palatasında eyni halı müşahidə etmişəm. İndi dünyanın bir çox yerlərinin parlamentlərin iclasları canlı şəkildə yayımlanır, onlayın əlaqələr üçün imkanlar yaradılır. Təəssüf ki, biz hələ də nəinki ayrıca kanalda, hətta internet televiziyalarında belə bizim Milli Məclisin canlı şəkildə efirə verilməsini görmürük. Məncə bunun olması ölkədə demokratikləşməyə xidmət edər, əhalinin parlamentlə əlaqəsinə və deputatların fəaliyyətinə müsbət təsir edər. Hətta 63-cü ilə qədər müstəmləkə olan Afrikada belə bu hal mövcuddur. Amma 1918-ci ildə çox müasir, çağdaş parlamentini yaradan Azərbaycan xalqı hələ də bu üstünlüklərdən bəhrələnməyib. Düşünürük ki, bu barədə Milli Məclisin sədrinə müraciət edək. O cavaba uyğun olaraq da sonrakı hərəkətlərimizi nizamlayaq.

-Müharibədən sonrakı ərəfəyə diqqət çəksək, ictimai-siyasi gündəmdə, siyasi müxalifət partiyalarının fəaliyyətində hansı yenilənməni müşahidə edirsiz?

-Əslində müharibədən əvvəl bir proses başladı. Prezident Admnistrasiyasında xüsusi bir şöbə yaradıldı, sonradan həmin şöbənin profili bir qədər də genişləndi, qanunvericilik hakimiyyəti, yerli icra hakimiyyətləri ilə müəyyən əlaqələr saxlandı. Sonra hakimiyyət tərəfindən dialoq deyilən, bizim tərəfimizdən dialoqa hazırlıq adlandırdığımız bir proses başlandı. Nəticədə bir sıra partiyaların qeydiyyat məsələsi həll olundu, eləcə də partiyaların qurultaylarının nəticələrinin qeydiyyatı aparıldı. Ofislərin verilməsi müharibədən sonrakı mərhələyə düşdü və partiyalara maraq nisbətən artdı. İqtidar və onun opponentləri arasında, bütövlükdə qeyri-hökumətlə siyasi hakimiyyət arasında bir insani münasibətlər müstəvisində hərəkətlənmə oldu və sonradan dayandırıldı. Buna səbəb kimi pandemiyanın başlanması əsas gətirildi və müharibə bu prosesi bir qədər də dayandırdı. Açığı müharibədən sonra bu istiqamətdə bir aydınlaşma olmadı. Gözləntimiz ondan ibarət idi ki, məlum prosesin davamı olaraq partiyaların hüquqi əsası möhkəmlənsin. Bilirsiz ki, 1992-ci ildə Siyasi Partiyalar Haqqında qanun qəbul olunandan sonra ona 14-15 dəfə dəyişiklik edilib. Hazırda belə söz-söhbət var ki, Siyasi Partiyalar Haqqında yeni qanun hazırlanır. Bu məsələ ilə bağlı ciddi narahatlığım var ki, bu bir qədər sərt çərçivəyə alınma istiqamətində ola bilər. Hələlik layihə ortada olmadığına görə bu barədə konkret danışmaq mümkün deyil.

-Konkret nədən narahatsız?

-Ümumiyyətlə, bütün dünyada siyasi partiyaların partiya şəklində birləşmənin daha sadə və asan olması tendensiyası var. Amma söhbətlər var ki, Azərbaycanda siyasi partiyaların yaranması ağırlaşa bilər. Belə bir məsələ ortaya gələrsə biz də öz münasibətimizi bildirəcəyik. Məsələn bir sıra ölkələrdə 20-30 adam toplanır və bir partiya təsis olunur və o da qeydə alınır. Bizdə isə minimum 1000 nəfərin siyasi partiyaya üzv olması tələbdir. Deyilənə görə bu sayın 5000 həddinə çatdırılması gözlənir. Mən bunun əleyhinəyəm. Siyasi partiyalara yönəlik olan bu addım açılımın, islahatların yenidən geriyə atılması olar. Xüsusən də artıq formal-hüquqi təşkilatlanma yox, qeyri-formal təşkilatlanmanı aktuallaşdıra bilər. Bu nəinki ölkədə guya tam idarə olunan siyasi partiyalar toplusu yaradacaq, əksinə heç bir idarəçiliyə sığmayan açıq və gizli qeyri-formal təşkilatlanmaya rəvac verəcək. Bizim yanaşmamız odur ki, siyasi partiyaları qanun idarə etsin.

-Müxalifət özü bu islahatlara hazırdırmı?

- Müxalifətin müxtəlif bölmələri var. Bir var möhtədir müxalifət, bir də var radikal deyilən müxalifət. İndi radikal da, möhtədir də özünü əsl müxalifət hesab edir. Eyni zamanda iqtidarın müəyyən dairələri var ki, islahatları gözdən salmaq üçün bəzən “radikal müxalifətin xaricdən ötürülmüş sifarişlə ölkədə qarışıqlıq yaratmaq” rəyini yaratmağa çalışırlar. Hələ ki, bu qeyri-müəyyənlik qalır. Yaxın dövrdə bu prosesin hara qədər getməsi ilə bağlı aydınlıq yaranacaq. Mənim fikrimcə, bu, qələbənin 1 ilinin tamamında sülh müqaviləsinin bağlanması mərhələsidir. Lakin daxildə o islahatlar getməsə, düşmən üzərində, hərb meydanında qazanılmış qələbə, ölkənin daxilində ciddi tərəqqəyə malik olan islahatlar tamamlanmasa, problemlər qalacaq. O baxımdan da daxili və xarici məsələləri heç vaxt bir-birindən ifrat şəkildə ayırmaq olmaz.

-Belə fikirlər də var ki, əgər demokratik islahatlar yoxdursa məhz ona görə Qərb, Avropa ölkələri Ermənistana milyardlar ayırdığı halda, bunu bizə etməyəcək. Dünyanın Azərbaycana olan ikili yanaşmasına bu bəhanələr səbəb ola bilərmi?

-Düşmən və onun havadarları Azərbaycana qarşı apardığı fəaliyyətdə bu və ya digər problemlərdən bəhanə kimi istifadə edir. Gəlin o bəhanələri onların əlindən alaq. Əgər bizim bir sıra problemlərimiz düşmən tərəfindən əleyhimizə istifadə olunursa, o daxili problemi həll eləmək lazımdı. Ona görə yox ki, bu bizim stratej inkişafımızla bağlı olan məsələdir. Həm də ona görə ki, düşmən bu məsələlərdə bizim əleyhimizə istifadə etməsin. Ona görə də mən o ideologiyanın tərəfdarıyam ki, demokratiya həm də təhlükəsizlik məsələsidir. Demokratiya bəzən insan, hüququ və azadlıqlarından daha artıq daxili milli təhlükəsizlik kimi meydana çıxır. Hətta bəziləri demokrat deyillərsə də ən azı təhlükəsizliyimiz naminə bu cür məsələlər üzərində düşünməlidirlər.

-Azərbaycan sülhməramlıların bölgəyə gəlməsindən yayına bilərdimi?

-Əvvəla sülhməramlıların adını dəqiq ifadə eləsək, bu Rusiya silahlı qüvvələrin leqal şəkildə gəlib Azərbaycan torpaqlarında yerləşməsidir. Guya Rusiya burdan getmişdi? Dağlıq Qarabağın işğalı Rusiyanın birbaşa iştirakı və ermənilərə veridiyi dəstək sayəsində mümkün olmuşdu. Bu da böyük problemdir. Biz deyirik ki, “Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi ərazilər”, ruslar öz müdafiə nazirliklərinin saytında rəsmən deyirlər ki, “Rusiya sülhməramlılarının məsuliyyət zonası”... Onlar burda “müvəqqəti” sözünü işlətmirlər. Ona görə də bizə məcbur olduğumuz bu problem üzərində düşünmək lazımdır. 5 ilin artıq bir ili gedib. Çalışmaq lazımdır ki, 4 ildən sonra bizim torpağımızda nə ad altında olursa-olsun bir dənə də xarici silahlı qüvvə olmasın. Və bizim Azərbaycan torpağının heç bir kvadrat metdi də Azərbaycanın azad olunmayan torpağı adlandırılmasın. Bu hazırda bizim qarşımızda duran bir hədəfdir, vəzifədir. Məncə Rusiya sülhməramlılarının 9-10 noyabr tarixli sənəddən kənar fəaliyyəti bütövlükdə Azərbaycanın iqtidarlı, müxalifətli bütün cəmiyyətini narahat edir. Biz bu yaxınlarda gördük ki, bu narahatlıq o sənədə imza atmış Azərbaycan Prezidentinin SNN Türkə verdiyi müsahibədə də açıq şəkildə ifadə olundu. Son dövrdə bu mövzuya qadağa kimi baxan şəxslər də artıq o məsələdə ciddi narahatlıqlarını ifadə eləməyə başlayıblar. Bu ümummilli məsələdir. Azad olunmayan torpaqları azad eləmək və Azərbaycanın bütün sərhədləri daxilindəki əraziləri, o cümlədən 3 min 400 kvadrat km civarinda ərazidə bizim müqəddəs bayrağımızın dalğalanmasına, dövlət orqanlarının səlahiyyətinin bərpa olunmasına, suverenliyimizin tam şəkildə bərpa olunmasına nail olmaqdır.

-Rusiya sülhməramlılarının öz missiyalarından kənar davranışını, erməniləri silahlandırmasını və sair neqativləri əsas götürən ölkənin ictimai-siyasi kəsimi onların vaxtından əvvəl bölgəni tərk etməsini istəyir. Müddət bitmədən sülhməramlıların bölgədən çıxması nə dərəcədə realdır?

-Mən Azərbaycanın Əfqanıstanla müqayisə olunmasının əleyhinə olanlardanam. Əfqanıstan özünün tarixi, yaşam şərtləri, mentaliteti, siyasi mədəniyyəti, dövlətçilik ənənələri baxımdan tamamilə fərqli bir ölkədir. Dünyanın super gücü olan Amerikanın silahlı qüvvələri bu gün Əfqanıstanı tərk elədi. Bütün dünya gördü ki, ən müasir silahları ilə silahlanmış ən qüdrətli güc də geri çəkilməyə və qaçmağa məcbur olur. O baxımdan Rusiyanın burdakı təsir gücünü, təhdid, təhlükə dərəcəsini qəbul eləməklə yanaşı, heç bir halda bunu millətdə təslimçilik duyğularının aşılanması, vahimə kimi qəbul olunması, kollektiv təhlükə, qorxu hissinin yaradılması kimi də təbliğ eləmək olmaz. Rusiya reallığı var, amma onun vahiməyə çevrilməsinə imkan vermək olmaz. Buna baxmayaraq, mən Rusiya sülhməramlı qüvvələrinin burdan çıxmasını real hesab edirəm. Bunun bir sıra yolları var. 1921-ci ildə Qars müqaviləsi əsasında yaranmış təhlükəsizlik sistemi yenidən qurulmalıdır. Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan arasında yeni təhlükəsizlik sistemi qurulmalıdır. O halda burda Rusiyanın, Türkiyənin və digər regionda maraqları olan dövlətlərin maraq və mənafeləri gözlənilməklə əsasən də Azərbaycanın, Türkiyənn marağı gözlənilməklə bu məsələləri nizamlamaq olar. Bu hansısa rus sülhməramlılarının burda əbədi qalmasını nəzərdə tutmur. Hesab edirəm ki, artıq Türkiyəsiz burda davamlı və dayanıqlı təhlükəsizliyimizin təminatı mümkün deyil. Türkiyə bu məsələdə bir dövlət olaraq müstəqil iştirak edir, ikinci bir tərəfdən də bura Amerikanı, Fransanı çağırıb gətirməyə ehtiyac yoxdur. Monitorinq mərkəzinin bu istiqamətdə fəaliyyətini artırmaq, onu fəallaşdırmaqla da nail olmaq lazımdır. Müqavilə sistemi yaranarsa, Türkiyə və Rusiya regionda təhlükəsizlik sistemini birgə və bərabər qurarlarsa o halda bizi narahat edən bir sıra məsələlər həll olunar.

-Ermənistan sülhə gəlmir, Azərbaycan sərhəddində tez-tez atəşkəsi pozur, rəsmi şəkildə sülh danışıqlarına etiraz edir. Belə olan surətdə sülh müqaviləsi kiminlə bağlanacaq?

-Sülh müqaviləsinin imzalanması üçün ciddi əsaslar var. 1993-cü ilin yayından sonra ilk dəfədir ki, Ermənistan və Azərbaycan arasında geniş sülh müqaviləsinin imzalanmasına şərait var. Azərbaycan özünün iradəsini ifadə edib. Türkiyə, Rusiya da bu prosesdə iştirak edir və razılıqlarını bildiriblər. Ermənistan tərəfi müəyyən şərtlərlə olsa da sülh müqaviləsinə müəyyən razılıq jestlərini göstərməyə başlayıb. Hər halda sülh reallaşa bilər. Son günlərdə Azərbaycan prezidenti Şuşada çıxış elədi ki, biz hazırıq, Ermənistan tərəfi ağıllı hərəkət eləsə Ermənistan üçün də şans yarana bilər. Ondan bir gün əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında “Ermənistan bu tarixi şansı buraxmamalıdır”-dedi. Lakin burda əsas qüvvə Rusiyadır. Sülh müqaviləsinin ləngiməsinin əsl səbəbi Rusiyadır. Ermənistana ürək -dirək verən, Fransa, Amerika ilə yanaşı Rusiyadır. Lakin mən yaxın bir vaxtda bu istiqamətdə ciddi xarakterli məsələlərin baş verməsini gözləyənlərdənəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru