İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Həmkarları Tahir Kərimliyə haqq qazandırır - yerlərdə vəzifəlilər əhalini narazı salırlar
Tarix: 14-10-2021, 08:18 | Çap et
Həmkarları Tahir Kərimliyə haqq qazandırır
Parlamentin son iclasında millət vəkili Tahir Kərimli nazirlərin və məmurların müraciətlərə cavab verməməsindən şikayətlənib. Deputat bildirib ki, seçicinin hansısa problemi ilə bağlı nə Səhiyyə, nə də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxlaya bilir. Parlament üzvü məmurların deputatları saymadığını söyləyib: “Səhiyyədən danışırıq, səhiyyə naziri cavab vermir. Prezident sizi vəzifəyə qoyub ki, işləyin, üzərinizə düşəni edin, islahatlar keçirin! Nə vaxta kimi xalqdan qaçacaqsınız?!

Camaata deməyə sözümüz yoxdur”. T.Kərimli büdcə müzakirələrində iştirak edən hökumət nümayəndələrinin biganəliyindən də gileylənib. Vurğulayıb ki, dövlət qurumlarının təmsilçiləri deputatların çıxışına çox etinasız yanaşırlar: “Qarşıdan büdcə müzakirələri gəlir. Hökumət üzvləri yenə Milli Məclisə gələcək, məruzə edəcək, ora-bura baxacaqlar və çıxıb gedəcəklər”. Xatırladaq ki, Tahir Kərimlinin gündəmə gətirdiyi problem mütəmadi olaraq digər həmkarları tərəfindən səsləndirilir. Plenar iclaslarda çıxış edən millət vəkilləri dövlət orqanlarına ünvanladıqları suallara standart cavab verildiyini, problemin isə həll edilmədiyini vurğulayırlar.

Millət vəkili Elman Məmmədov “Şərq”ə açıqlamasında həmkarı Tahir Kərimlinin emosional çıxış etdiyini söyləsə də, haqsız olmadığını bildirib. Parlament üzvü qeyd edib ki, əksər deputatın məqsədi öz seçicilərinin problemlərinin həllinə nail olmaqdır:

“Millət vəkilləri məhz bu məqsədlə hansısa dövlət qurumuna, nazirə, məmura müraciət edir. Əhalidən daxil olan şikayətləri, problemləri müvafiq orqanların diqqətinə çatdırırıq. Bəzən məktub yazır, bəzən isə telefonla xahiş edirik ki, vətəndaşın problemi həll olunsun. Mən Yeni Azərbaycan Partiyasının təmsilçisiyəm, iqtidar partiyasının nümayəndəsiyəm. Bu gün yüksək vəzifədə olanların hamısını Prezident İlham Əliyev təyin edib. Dövlət başçısı eyni zamanda YAP-ın sədridir. Ölkə rəhbəri nazirləri, məmurları vəzifəyə təyin edəndə onlara ciddi tövsiyələr verir, xalqın qulluğunda durmağı tapşırır. Vurğulayır ki, o, özünü xalqın xidmətçisi hesab etdiyi kimi təyin etdiyi bütün məmurlar da eyni yolu getməlidir. Vətəndaşların problemlərinə laqeyd yanaşmamalı, yerlərdə narazılıq yaratmamalıdırlar. Müxtəlif bölgələri, minlərlə seçiciləri təmsil edirik. İnsanların problemləri kifayət qədər çoxdur. Yol, işıq, su, qaz, səhiyyə, təhsil, əhalinin dolanışığı, pensiya, sosial müavinət və s. çətinliklərlə bağlı seçicilərdən yüzlərlə şikayət məktubu alırıq. Bunları hökumət üzvlərinin nəzərinə çatdırır, tədbir görülməsi üçün çağırış edirik. Tahir Kərimli də bunu istəyir. Əgər yerlərdə xırda məmurlar vətəndaşların problemlərini həll etsələr, narazılıq böyüməz, mərkəzə çatmaz. Bu gün Prezidentin, Birinci Vitse-prezidentin, Baş nazirin, Milli Məclis Sədrinin ünvanına ona görə çoxsaylı müraciətlərin daxil olmasının səbəbi onların yerlərdə həll olunmamasıdır”.

E.Məmmədov bildirib ki, müraciətlərə müsbət cavab verən məmurlarla yanaşı, problemlərə göz yumanlar da var:

“Parlamentdə Şuşa, Xocalı və Xocavəndi təmsil edirəm. 15 minə qədər də Ağdam rayonundan seçicim var. Ümumən, 45 min insan mənə səs verib. Bu da uşaqlı-böyüklü problemli kateqoriyaya aid 100 min məcburi köçkün deməkdir. Onlar bizə, biz də müvafiq qurumlara müraciət edirik. Deməzdim ki, bütün müraciətlərimiz cavabsız qalır, hamısına laqeyd yanaşılır. Elə söyləsək, ədalətsizlik etmiş olarıq. Məsuliyyətli nazirlər, komitə rəhbərləri, icra başçıları çoxdur. Həllini tapan problemlərimiz də saysız-hesabsızdır. Təbii ki, hələ də həllini tapmayanlar var. Başa düşürük, elə məsələlər var ki, həqiqətən həlli çətindir, bəzi dövlət qurumlarını qınamıram. Lakin müraciətlərimizə şablon cavablar verənlər az deyil. Məsələn, bir sıra ali təhsil müəssisəsinə müraciət edirik ki, məcburi köçkün gəncin təhsil haqqına güzəşt edilsin. Bəzi üzdəniraq rektorlarımızın adından hazır, şablon cavab gəlir ki, “maliyyə sahəsində problemlər olduğuna görə bunu etmək imkan xaricindədir”. Bu artıq “başdaneləmə”dir. Yaxud bir neçə qazimizin işlə təmin olunması haqqında komitələrə məktub göndərirəm. Cavabında “qəbul dövlət proqramı əsasında olduğu üçün həmin şəxs dövlət qulluğuna imtahan verməlidir” deyilir. Mən də bildirirəm ki, qazilərimiz canını Vətən uğrunda qurban verməyə gedərkən, qəhrəmanlıq göstərərkən öz imtahanlarını veriblər. Əfsuslar olsun ki, belə arzuolunmaz mənzərələrə də rast gəlirik”.

Digər millət vəkili Razi Nurullayev də “Şərq”ə açıqlamasında bəyan edib ki, bütün müraciətlərin kütləvi olaraq cavabsız qaldığını demək olmaz. Deputatın qənaətincə, məmurlar bütün millət vəkillərinə etinasız yanaşmır:

“Ayrı-ayrı məmurların münasibətləri də fərqli olur. Ya da ola bilər ki, deputatlar arasında fərq qoyurlar. Millət vəkilinin səlahiyyəti və sözünü deməsi üçün tribuna var. Sualı cavabsız qalan deputat konkret ad çəkməklə özünə qarşı hörmətsizlik edən məmuru məsuliyyətli olmağa səsləyə bilər. Nəzərə alaq ki, tənqidi çıxışlardan sonra adıçəkilən qurumlara və ya məmurlara cəmiyyətin baxışı da dəyişir. Hətta ölkə rəhbərliyində də həmin məmurlara qarşı münasibət dəyişmiş olur. Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, əksər məmurlar deputatlarla qarşıdurmaya getməməyə çalışır. Amma elə məsələlər var ki, məsələn, pensiyaların və sosial müavinətlərin kəsilməsi, işlə təmin olunmaq və s. mövzularda deputatlar problemlə üzləşirlər. Müraciətlərimizə imtina cavabı gəlir. Anlayırıq ki, bütün tələblərə müsbət cavab verilməsi mümkün deyil. Yəni Tahir müəllimin qaldırdığı problem bəzi hallarda kəskin formada qarşımıza çıxır”.

Parlament üzvü qeyd edib ki, bəzən məsələ qaldırılsa da, problem həll edilmir:

“Nazirlər, komitə rəhbərləri bizi çox qəşəng dinləyir, xoş münasibət göstərirlər, amma sonda nəticə olmur. Şablon cavablarla kifayətlənirlər ki, “hələlik imkan yoxdur, sonra müraciət edin”. Bizim üçün isə konkret nəticə lazımdır. Çünki deputat seçici ilə işləyir. Seçici birbaşa deputata müraciət edir və bizi hədəf alır. Hətta bəzən kobud şəkildə deputatın üzərinə gəlirlər. Deputatları başa düşmək lazımdır. Seçicinin problemi həll olunmayanda növbəti seçki kampaniyasında deputatı daşa basır, fəaliyyətsizlikdə ittiham edir. Ona görə də deputatlar həyəcan təbili çalırlar. Millət vəkilləri məmurlarla vətəndaş arasında təhlükəsizlik buferi, körpü rolunu oynayır. Bu körpünü dağıtmaq lazım deyil. Bəzən məmurlar bu körpüdən keçmək istəmir”.

R.Nurullayev həmkarı T.Kərimlinin büdcə müzakirələri ilə bağlı iradına da münasibət bildirib:

“Keçən il büdcə müzakirələrində bütün deputatalara çıxış üçün imkan yaradıldı. Sözü olan millət vəkillərinin hamısı danışdı. Parlament sədri builki müzakirələrdə də hər kəsə şərait yaradılacağını vurğulayıb. Büdcə müzakirələri geniş çərçivədə aparılmalı, deputatlara sual vermək imkanı yaradılmalıdır. Ümid edirik, bununla bağlı problem yaşamayacağıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru