İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

"Ceyran xanım əri öləndən sonra özü tək fars hakimiyyətinə qarşı vuruşub" - Partiya sədri
Tarix: 26-10-2021, 11:26 | Çap et
"Ceyran xanım əri öləndən sonra özü tək fars hakimiyyətinə qarşı vuruşub"
“Nigar hansı ideyaları özündə təmsil edir? Koroğlunun arvadıdır, acıq edib gedir dədəsigilə, nə bir qəhrəmanlığı var, nə qabiliyyəti, nə istedadı var, nə də xalq üçün nəsə edib...”

Bu sözləri Yenisabah.az-a Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, Azərbaycan xalqının sevib, seçdiyi qəhrəmanların milli maraqlara xidmət etmədiyini qeyd edib:

“Mən bir siyasətçi kimi bir ideallar barəsində sosioloji problem qaldırmışam. Elə idealları təbliğ edirlər ki, vətəndaşlar da müvafiq situasiyada həmin idealların hərəkətlərini təkrar eləsinlər. Sovet hökümətinin vaxtında bizə təbliğ edilən bütün ideallar kommunist ideologiyasına xidmət edirdi. Ona görə də böyük əksəriyyəti kasıb, varlılara qarşı, dinə qarşı mübarizə aparan obrazlardır. Artıq müstəqillik əldə etmişik, dinimizə qayıtmışıq, bu mənada sovet idealları yeni, müstəqil Azərbaycan dövlətinin gözlədiyi vətəndaşların tərbiyəsində rol oynaya bilməz. Oynayacağı təqdirdə də dövlətin maraqlarına zidd vətəndaşlar meydana çıxacaq. Mən o adamların şəxsiyyətinin əleyhinə deyiləm, sadəcə olaraq Azərbaycan dövləti vaxtilə rus, erməni qoşunlarına qarşı vuruşan adamlardan özünə qəhrəman seçməlidir. Eləcə də Azərbaycan tarixində çox yüksək keyfiyyətlərə malik, mübariz, savadlı, qabiliyyətli, ərinə, dövlətə, millətə sədaqətli qadın obrazları var. Həmin qadınları Azərbaycan xalqı üçün ideal kimi götürmək olar. Məsələn, Quba xanının bacısı Bikə xanım, Cavad xanın həyat yoldaşı Bəyim xanım, eləcə də Qacarın anası Ceyran xanım, bax bunlar Azərbaycan qadınının idealı ola bilər. Çünki Ceyran xanım əri öləndən sonra özü tək fars hakimiyyətinə qarşı vuruşub. Hətta bir vuruşmada 20 nəfər əlisilahlını məhv edib. Yəni o cür cəsarətli, döyüşkən qadın olub.

Cavad xan öləndə ruslar istəyib ki, onun meyitini götürüb, təhqir etsinlər, Bəyim xanım əlində silah döyüşüb, meyiti özü ölənə qədər qoruyub. Özü də, övladları da vuruşaraq həlak olub. Ondan sonra ruslar gəlib meyiti götürüblər.

Quba xanının bacısı Bikə xanım ruslar dənizdən hücum edəndə kişi paltarı geyib döyüşə qatılıb. Həmin vaxt Quba xanı qalada olmayıb və bacısı heç kəsin onun qalada olmadığını bilməyini istəməyib. Ruslar qalanı tutmağa başlayanda, özünü həmin qaladan atıb.

Bir də Nigara baxaq: Nigar hansı ideyaları özündə təmsil edir? Koroğlunun arvadıdır, acıq edib gedir dədəsigilə, nə bir qəhrəmanlığı var, nə qabiliyyəti, nə savadı, var, nə də xalq üçün nəsə edib.

Götürək, Əslini: erməni qızıdır, Kərəmə aşiq olub.

Şirin: Fərhadı sevir, sonra sevdiyi adamın atası ona elçi düşür, ona ərə gedir.

Həcər: 10-15 nəfər kişiylə bir yerdə qalıb, Nəbi öləndə heç 40-ı çıxmamış iki dəfə erməniyə ərə gedib. Nəbi öləndən sonra 4-5 dəfə ərə gedib”.

Sərdar Cəlaloğlu “Koroğlu” dastanının 11 variantından danışıb, o, qeyd edib ki, əlimizdə olan Koroğlu obrazı erməni mətnlərindən götürülüb:

“Koroğlu, Babək kimi qəhrəmanlar varlılara qarşı mübarizə aparıblar. Biz bu gün müstəqillik əldə etmişik, bizə millətin, xalqın maraqları uğrunda mübarizə aparan qəhrəmanlar lazımdır. Biz sinfi cəmiyyət yaratmırıq ki, varlılara qarşı mübarizə aparan obrazları özümüzə qəhrəman edək. Koroğlu haqqında Təhmasibin yazdıqlarını oxuyun. Azərbaycanda Koroğlunun mətnləri erməni tarixçi Avetisyanın tarix kitabından götürülüb, şeirləri də başqa bir erməniyə aid kitabdan götürülüb. Və bu adam Azərbaycan xalqının qəhrəmanıdır. Gülməli şeylərdir. Dünyada “Koroğlu” dastanının 11 variantı var. Bunun bir variantı bizdədir, digər 10 variantda Koroğlu Səfəvilərə, Şah Abbasa qarşı mübarizə aparıb. Dolayısıyla, Koroğlu bizim milli dövlətçiliyimizə qarşı mübarizə aparan bir simvol olub. Ruslar da onu qəsnən tapıb çıxarıblar ki. Biz öz dövlətçiliyimizə qarşı vuruşan adamı ideal götürək”.

Partiya sədri Azərbaycan qadını üçün ideal sayıla biləcək obrazları sadalayıb:

“Bu gün mən Azərbaycan xanımı üçün ideal obraz kimi İkinci Dünya müharibəsində snayperçi kimi ad çıxaran Ziba Qəniyevanı görürəm. Müharibə vaxtı 150 faşist öldürüb. Yaxud Şərqin ilk qadın təyyarəçisi -azərbaycanlı Leyla Məmmədbəyovanı götürə bilərik. İkinci Qarabağ Müharibəsində iştirak edən qadınlar haqda ətraflı məlumatım yoxdur, amma onlar arasında da qəhrəmanlıq göstərən qadınlar varsa, ideal kimi götürülə bilər. Onlar qala-qala heç bir xidməti olmayan insanları gətirib ideal eləmək düzgün deyil.

Camaat bunları bilmir, elə bilirlər ki, Sərdar Cəlaloğlu qəhrəmanların əleyhinə danışır. Bu belə deyil. Elə obrazlar var ki, bir tarixi dövr üçün qəhrəmandır, amma başqa bir tarixdə həmin obraz qəhrəman sayıla bilməz. “Dədə Qorqud” dastanında Qaraca Çoban adlı bir obraz var, o milli həmrəyliyi özündə ifadə edən ən güclü obrazlardan biridir, amma baxın görün, onu təbliğ edən varmı? Tariximizdə bu cür nümunə götürməli o qədər obrazlar var ki... Ruslar isə buna icazə verməyib, elə adamları seçib ki, o ideallar Azərbaycan xalqının özü-özü ilə mübarizəsinə gətirib çıxarsın”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru