“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                 

“Ermənistan dövlətinin varlığı sual altında qalacaq” - Partiya sədri
Tarix: 28-12-2021, 08:50 | Çap et
 “Ermənistan dövlətinin varlığı sual altında qalacaq”
Prezident İlham Əliyev 50 yaşını Ağcabədidə qaçqınlarla keçirmişdi. 60 illiyini isə Ali Baş Komandan dekabrın 24-də işğaldan azad edilmiş Hadrut və Şuşada qarşıladı.

Dövlət başçısı 10 il öncə qaçqınların qarşısında çıxışında işğal nəticəsində dədə-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımıza söz vermişdi ki, onları öz vətənlərinə, el-obasına qaytaracaq. 10 il sonra verdiyi sözü tutdu və ümummilli arzumuz reallaşdı. Bu nəticəni şərtləndirən əsas səbəblər azərbaycanlıların heç vaxt işğal faktı ilə barışmamaları oldu. Qarabağ heç vaxt, heç bir şərtlərdə unudulmadı, yaddan çıxmadı. Nəsillər dəyişdi, amma milli hədəf dəyişmədi. İkinci səbəb Azərbaycanın son 10 ildə ordunu, silahlı qüvvələri möhkəmləndirməsi, yeni sistemə keçməsi, zabit heyətinin sağlamlaşdırılmasıdır. Üçüncü səbəb Rusiya, Türkiyə amilidir. Bu iki dövlətin müharibədə ədalətli mövqeyi çox şeyi həll etdi. Və nəhayət, ən ciddi faktor 44 günlük müharibədə milli birliyin əldə edilməsi oldu. Bu savaşın qalibi dövlət-ordu-xalq üçlüyü oldu.

DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev mövzuya dair açıqlamasında dedi: “Ərazilərimiz uzun müddət işğal altında olsa da biz millət olaraq bu işğal faktı ilə barışmadıq. Bir gün olsa belə Qarabağı unutmadıq və onun azad edilməsi üçün hədəfləndik. Nəzərə alaq ki, dünyanın iri gücləri hər vəchlə bizə işğal faktını qəbul etdirməyə çalışırdı. 1994-cü il Bişkek protokolu imzalandıqdan sonra biz dövlət olaraq müharibəyə hazırlaşmağa başladıq. Buna həm insan potensialımız, həm də iqtisadi resurslarımız imkan verirdi. Xüsusən 2000-ci illərin ikinci yarısından müasir döyüş qabiliyyətli ordu yaratmaq, müasir növ silahlarla silahlanmaq və ondan istifadə qaydalarına mənimsəmək bizə döyüşlərdə qələbə şansı yaradan amil hesab olunmalıdır.

Ən əsası bütövlükdə ordumuz və xalqımız torpaqlarımızın işğaldan azad olunması ücün o qədər qərarlı mövqe tutmuşdu ki, heç bir düşmən bu iradənin qabağında dura bilməzdi. Nəticədə Azərbaycan Ermənistanı və onun havadarlarını ağır məğlubiyyətə uğratdı və bölgədə yeni şərait yarandı. Artıq bu bölgədə ermənilərin şərtləri qəbul etməkdən başqa şərtləri qalmayıb. Əks halda, Ermənistan dövlətinin varlığı sual altında qalacaq”.

ALDP rəhbəri Fuad Əliyev də analoji düşüncələrə sahibdir: “Azərbaycan xalqı torpaqların işğalda qalmasını heç vaxt qəbul etmirdi və razılaşmırdı. Bu işğal dövründə iqtisadiyyatın gücləndirilməsi və paralel olaraq orduda islahatların aparılmasının, möhkəmlənməsinin şahidi olduq. Türkiyə zabitlərinin Azərbaycanda, bizim əsgər və zabitlərin Türkiyədə təlimlərdə iştirak etməsi nəticəsində peşəkar ordumuz formalaşdı. Xalq ordunun arxasında duraraq dəstək verdi. Bütün bu amillər arzularımızı reallaşdırdı, arzularımız çin oldu. Ümumiyyatlə, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli İlham Əliyev siyasətinin Azərbaycana daim uğur, qələbə gətirdiyini söylədi: “Həqiqətən də son 10 il bir sıra yaddaqalan hadisələrlə zəngindir. 2016-cı ilin aprel müharibəsindən sonra ikinci dəfə ordumuz sınaqdan üzüağ çıxdı. Cəmiyyətə məlum oldu ki, ordu quruculuğu prosesi uğurla gedir, Azərbaycan gec-tez məqsədinə nail olacaq. 2016-cı ildən başlayaraq ölkədə bir sıra islahatların startı verildi. Bu islahatlar iqtisadi, sosial-siyasi sahələri əhatə etdi. Ölkədə idarəetmə sistemi, kadrların yerləşdirilməsi, bütövlükdə cəmiyyətin təkmilləşdirilməsi istiqamətində bir sıra cəsarətli addımlar atıldı. Həmin dövrdə rüşvət korrupsiyaya qarşı amansız müharibə elan olundu. Hələ onun kökü tam kəsilməsə də, hər halda, bir sıra rüşvətxor icra başçılarına qarşı qaldırılan cinayət işləri, onların həbsə atılması, hətta kriminal hadisələrdə adları hallandırılan bir sıra nazirlərin, məsələn, Milli Təhlükəsizlik, nəqliyyat, xarici işlər, mədəniyyət nazirlərinin işdən çıxarılması onu göstərdi ki, ölkənin yenidən qurulmasına, ölkədə dərin islahatların aparılmasına ciddi bir tələbat var. Ölkə Prezidenti cənab İlham Əliyev bunları yaxşı bilirdi və bu istiqamətdə də fəaliyyət göstərdi. Ölkədə struktur islahatları həyata keçirildi. Köhnə, bürokratik, məmur özbaşınalığı ilə səciyyəvi olan sistemin dəyişdirilməsi və yeni kadrların irəli çəkilməsi prosesi başladı. İndi bu kadrların bəziləri uğursuz görünsə də, idarəetmə aparatının təkminləşdirilməsi istiqamətində ciddi addımlar atılmağa başladı. Bu islahatların mühüm istiqamətlərindən biri də ölkədə çoxpartiyalı siyasi sistemin formalaşdırılması istiqamətində atılan addımlardır.

Məsələn, siyasi partiyaların qeydə alınması, bəzi siyasi partiya rəhbərlərinin səhhətinin pisləşməsi ilə əlaqədar onların müalicələrini dövlətin öz üzərinə götürməsi, siyasi partiyalara mənzil qərargahların ayrılması, bu qərargahların icarəsinin o qədər də yüksək olmaması, bütövlükdə indiyə qədər 58 siyasi partiyanın dövlət qeydiyyatında olması onu göstərir ki, dövlət siyasi plüralizm ənənələrinə sadiqdir, bu ənənəni hüquqi dövlət quruculuğunun başlıca amili hesab edir. Ölkəmizdə çoxpartiyalı siyasi sistemin oturuşması ölkədə aparılan siyasi islahatların istiqamətlərindən biridir. Ölkə idarəetməsində islahatlar sona çatıb, məqsədlərə çatılıb filan kimi fikirlər səsləndirmək tez olsa da, amma aparılan islahatlar öz bəhrəsini verməkdədir. Ordunun yenidən qurulması, ordu quruculuğu 44 günlük müharibədə öz nəticəsini göstərdi. Siyasi islahatlar sahəsində atılan addımlar da elə müharibə dövründə partiyaların ümummilli məsələlərdə Prezidentin yanında olması faktı da onu göstərdi ki, xalq, dövlət birliyi prosesi baş tutub. Cəmiyyətdə mövcud olan dərin siyasi həmrəylik fonunda ölkəmizin sarsılmaz birliyi formalaşdı. Bu da müharibədə qazandığımız qələbənin əsası oldu. Siyasi partiyaların konstruktiv mövqedən çıxış etmələri, milli məsələlərimizdə birmənalı şəkildə İlham Əliyev kursunun yanında olmaları onu göstərir ki, bir çox məqamlarda dövlət başçısının apardığı siyasət dərin düşünülmüş bir konsepsiyaya söykənir. 60 yaş müdriklik dövrüdür. Hər bir kəs bu yaşa çatanda keçdiyi dövrə nəzər salır, nəyi doğru və yanlış etdiyinə diqqət yetirir. Əlbəttə, Prezidentin fəaliyyəti bütövlükdə qənaətbəxş hesab edilsə də, hələ də görülməli işlər çoxdur. Yeni islahatlar xəttinin müəyyənləşdirilməsi qarşıda dayanır. Demokratik, dünyəvi dəyərlərin reallaşdırılması istiqamətində atılan addımlar daha da sürətləndirilməlidir. Qarşıya qoyulan müasir dövlətçiliyimizin qurulması istiqamətində daha iradəli addımlar atılmalıdır. Hazırkı kurs çox düzgün bir kursdur. Bu kurs ölkəmizi nəzərdə tutduğumuz hədəflərə aparıb çıxaracaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru