8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                 

"Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur" - deputat
Tarix: 29-12-2021, 08:55 | Çap et
"Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur"
Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Sorğuda iştirak edən vətəndaşların 91,2%-i Prezidentə tam etibar etdiyini söyləyib, 6,9% isə əsasən etibar etdiyi cavabını verib.

Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür.

Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.

Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh edib.

Sorğu nəticələrinə görə, Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, həm Azərbaycanda yaşayan vətəndaşlarımızın, həm bütövlükdə dünya azərbaycanlılarının Prezident İlham Əliyevə etimadı sonsuzdur: “Bu gün əminliklə söyləmək olar ki, dünyada öz xalqı, öz vətəndaşları tərəfindən ən yüksək səviyyədə etimad göstərilən, sevilən dövlət başçıları sırasında İlham Əliyev ilk üçlüyə düşən liderdir. Cənab Prezident İlham Əliyevə xalqımızın inamı, etibarı, sevgisi həmişə olub, 44 günlük müharibədən əvvəl də yüksək olub. 44 günlük Vətən müharibəsinin nəticələri isə İlham Əliyevə xalqın, bütün dünya azərbaycanlılarının məhəbbətinin miqyasını o dərəcədə artırdı ki, bunu sözlərlə ifadə etmək çətindir. Müharibədən sonra keçən bir ildən artıq dövrdə də Prezidentimizin diplomatik cəbhədə apardığı mübarizə xalqımız tərəfindən izlənilir, alqışlanır. Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur. İlham Əliyevin adı Azərbaycanın tarixinə, xalqımızın qəlbinə əbədi yazılıb. Odur ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsi sözsüz ki, reallığa güzgü salır. Sosial Tədqiqatlar Mərkəzi rəy sorğuları keçirməkdə peşəkarlaşmış və ciddi resurslara malik strukturdur. Ona görə də onun keçirdiyi rəy sorğusunda qoyulan suallar, rəy sorğusunun aparılması mexanizmi çox peşəkar olur. Bu gün əminliklə söyləmək olar ki, istənilən bir qurum ölkədə rəy sorğusu keçirsə, nəticələr yenə də İlham Əliyevə xalqın etimadının, etibarının, inamının 90 faizdən yuxarı olduğunu üzə çıxaracaq”.

Elçibəy İnstitutunun rəhbəri, siyasi analitik Oktay Qasımov isə bildirdi ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunda iştirak edən vətəndaşların Prezidentə etimadının yüksək olması təəccüblü deyil. Çünki vətəndaşların özləri də bu mövqelərini Prezidentin işğal edilmiş ərazilərin böyük əksəriyyətinin azad edilməsi və savaşdan sonrakı dövrdə diplomatik cəbhədəki fəaliyyəti ilə əsaslandırıblar: “Doğrudan da qeyd olunan istiqamətlərdə qazanılan nəticələr respondentlərin rəylərinə əhəmiyyətli təsir edib. Çünki 44 günlük savaşda Ermənistanın məğlub edilərək işğala son verilməsi ilə bağlı bölgədə yaranan yeni reallıqlar, Azərbaycan-Türkiyə arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi istiqamətində atılan addımların yekunu kimi imzalanan Şuşa Bəyannaməsi, Azərbaycan Ordusunun modernləşdirilməsinin davam etdirilməsi və ordudakı islahatlar, postmünaqişə dövründəki diplomatik fəaliyyətlər və son dövrlər baş tutmuş Soçi və Brüsseldəki üçtərəfli görüşlərdə qəbul edilən razılaşmaların Azərbaycanın maraqlarına uyğun olması kimi faktorlar respondentlərin rəylərinə ciddi təsir edib ki, bu da özünü sorğunun nəticələrində əks etdirib”.

Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə bildirdi ki, keçirilən bu rəy sorğusunun nəticələri, şübhəsiz, reallığı əks etdirir: “Azərbaycanda bu gün Prezident İlham Əliyevin reytinqi ən yüksəkdir. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Prezident İlham Əliyevə etimad göstərir, ona inanır. 44 günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlarımız işğaldan azad edildi. Bu, əlbəttə, İlham Əliyevə xalqın etimadının daha da yüksəlməsinə gətirib çıxardı. Ona görə də bu gün İlham Əliyev şəksiz Azərbaycan xalqının lideridir. Ona görə də aparılan rəy sorğularında ən yüksək nəticələr görünməsi təbiidir. İstənilən adam küçəyə çıxıb soruşsa, 10 adamdan 9-u eyni cavabı verəcək. Sosial Tədqiqatlar Mərkəzi kifayət qədər peşəkar, ixtisaslaşmış mərkəzdir. Bu mərkəz mütəmadi olaraq müxtəlif istiqamətlərdə sorğular keçirir. Bu rəy sorğuları aydın metodologiyaya malikdir, elmi cəhətdən əsaslandırılmış metodologiyadır. Ona görə də onun apardığı sorğular birmənalı olaraq həqiqəti ifadə edir.

Başqa bir sıra qurumlar və qruplar da müxtəlif sorğular keçirirlər. Bu sorğularda aydın metodologiya ilə bağlı problemlər meydana çıxa, xətalar da ola bilər. Eyni zamanda sorğu həm də bahalı bir prosesdir, sorğu aparılarkən təkrar yoxlamalar həyata keçirilməlidir. Yəni bu cür rəy sorğuları çox mürəkkəb mexanizmə malikdir. Ona görə də heç də hər keçirilən rəy sorğuları mükəmməl ola bilməz və reallığı əks etdirmir. Lakin Sosial Tədqiqatlar Mərkəzinin, qeyd etdiyimiz kimi, ciddi təcrübəsi, resursları, lazımi imkanları, ciddi metodologiyası var və onun keçirdiyi sorğular mötəbər, dəqiq hesab olunur".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru