““Surətin qabağından dövşan kimi qaçılıbsa", deməli, sən də qaçanların sırasında olmusan" - QALMAQAL
Tarix: 29-12-2021, 09:59 | Çap et
Milli Məclisin son iclasında deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli müxalifət haqda sərt fikirlər söyləyib.
Deputat deyib: “Sosial şəbəkələrdə deyirdilər ki, Tahir Kərimli yaltaqlıq edib. Mən niyə yaltaqlıq etməliyəm ki?! Deyirlər ki, Tahir Kərimli deyib ki, İlham Əliyevin alternativi yoxdur. Əlbəttə alternativi yoxdur. Alternativi siz uduzmusunuz. Nə vaxt uduzmusunuz, deyim. O vaxt ki, siz Surətin qabağından dovşan kimi qaçdınız, xilaskar kimi Heydər Əliyevi gətirib, yalançı müxalifətçilik edəndə uduzmusunuz. 2005-ci ildə ağalarınız Amerikadan deyəndə ki, siz hətta qalib gəlsəniz belə, hakimiyyəti əldə saxlaya bilməyəcəksiniz. Onda minlərlə insanı küçəyə tökəndə uduzdunuz. 2000-ci ildə boykot elan edəndən sonra gedib ağalarınızla danışdınız, gəldiniz Milli Məclisdə təmsil olundunuz. İnhisarçılıq sizin dövrünüzdə yaranıb. Biz bu Milli Məclisdə oturub xalqın bütün problemlərini dilə gətiririk. Siz 10-15 il oturub parlamentdə hansı məsələni qaldırmısınız? Epizodik çıxışlardan başqa sizin hansı çıxışınız var? Tək istəyiniz sizin kimi dövlət başçısını söyməyimizdir. Siz onu görməyəcəksiniz. Biz islahat istəyirik. İslahatın tərəfdarıyıq. İnhisarçılar sizin dövrünüzdə yaranıb, onları biz yaratmamışıq. 22 il işsiz qaldım, evimə əmək haqqı gəlmədi. Sizsə gəlib burada iqtidara yaxın oldunuz”.
Bəs Tahir Kərimli hansı müxalifətçiləri nəzərdə tutur? Dedikləri nə qədər həqiqətdir?
DİA.AZ-ın məlumatına görə, REAL Partiyasının icraçı katibi Natiq Cəfərli bildirdi ki, müxalif partiyanın fəaliyyəti və verilən qiymət seçkilərdən asılıdır. Nəticələri hamı tərəfindən tanınan seçkilərin keçirilməsi baş tutandan sonra bütün bu cür söhbətlər aradan qalxacaq: “Mənim əsas tezisim bundan ibarətdir. Ona görə də biz proporsional seçki sisteminin tətbiq olunmasına böyük önəm veririk. Partiyaların xalq arasında nə qədər nüfuzu var, hansı partiya nə qədər deputat yeri qazana bilmək nüfuzuna sahibdir kimi məsələyə məhz demokratik seçkilər keçirilən zaman aydınlıq gələcək. Məhz bundan sonra məğlub olanlar qalib olanların əlini sıxıb təbrik edəcək və sonra ölkədə əsl müxalifət kimdir, kimlər xalq tərəfindən dəstək görür aydın olacaq. 30 illik mənasız diskussiyalar, söz atışmaları, atmacalar aradan qalxacaq. İndiki vəziyyətdə isə istənilən partiya çıxıb ”əsl müxalifət bizik, digərləri satqındır, saxta müxalifətdir" deyə bilir. 30 ildir Azərbaycanda müxalifətçilik proqram tezislər, alternativ təkliflər üzərində qurulmayıb. Çox zaman şəxsi münasibətlərin siyasətə təsiri olub, siyasi partiyalar arasında münasibətlər də liderlərin şəxsi münasibətlərindən asılı olub. Yaxud da şəxsi incikliklər siyasətdə önə çıxıb. Bu gün parlamentdə olan müxalifət partiyalarını ittiham edən, onları hökumətin oyununda iştirak etməkdə suçlayan partiyaların nümayəndələri 1990-cı illərdə və 2000-ci illərdə parlamentdə beş-beş oturublar. Yəni indi onların durub hazırda parlamentdəki partiyaları ittiham etmələri diskussiyanın çox aşağı səviyyəyə çəkilməsidir. Azərbaycan kimi ölkələrdə birdəfəlik bu məsələlərin həlli üçün prororsional seçki sistemi ilə keçirilən seçkilərə ehtiyac var. Bu seçki sisteminə keçid olsa və normal seçki keçirilsə, bu gün siyasi səhnədə gördüyünüz onlarla partiyalardan ən azı yarıdan çoxu birdəfəlik tarixə qovuşacaq".
ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, əslində Tahir Kərimlinin bu açıqlamasının ADP-yə də qismən aidiyyəti var. Çünki onun bu çıxışı bütünlüklə özünün də təmsil olunduğu 1992-1993-cü illərdəki hakimiyyət təmsilçilərinə yönəlib. ADP isə həmin hakimiyyətdə təmsil olunmayıb, yəni həmin dönəmdə də müxalifətdə olub: “Amma buna baxmayaraq, onun bu çıxışını qüsurlu hesab edirəm. Onun bütün çıxışlarına qulaq asanda hiss olunur ki, bu adamın əsəbləri yerində deyil, isterikaya tez qapılır. Hiss olunur ki, bu açıqlamasında da isterik vəziyyətdə olub və vaxtilə özünün də təmsil olunduğu keçmiş hakimiyyəti ifşa etdiyinin fərqinə varmayıb. 1993-cü ildə AXC hakimiyyətində təmsil olunanları “Surətin qabağından dövşan kimi qaçmaqda” ittiham edir. Bu adamdan soruşan lazım, sən də həmin hakimiyyətdə təmsil olunurdun, əgər doğrudan da “Surətin qabağından dövşan kimi qaçılıbsa”, deməli, sən də qaçanların sırasında olmusan. Və yaxud Tahir Kərimlini 2003-cü ildə “Bizim Azərbaycan” blokuna zorla gətirməmişdilər ki, özü gəlmişdi də. 12 oktyabr 2003-cü il tarixində keçirilən mitinqdəki çıxışını yada salsa yaxşı olar. Tarix göstərdi ki, meydan hərəkatı bir çox adamları ulduza çevirib. Əslində isə onların heç bir siyasi potensialı yox imiş. Bu adam deyir ki, 22 il evimə əmək haqqı gəlmədi, evinə əmək haqqı gəlməsini istəyirdinsə, elə 1993-cü ildən siyasi mövqeyini dəyişərdin, qalıb işləyərdin də Ali Məhkəmənin sədri kimi. Buna görə keçmiş silahdaşlarını niyə günahkar çıxarırsan?
Zaman-zaman hakimiyyətlə işbiriliyinə gedən və buna görə parlamentdə oturan müxalifətçilərin olduğu barədə dediklərində isə həqiqət var".
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, Tahir Kərimlinin müxalifət haqqında dediyi sərt fikirlər radikal müxalifətə, “fit müxalifəti”nə aiddir. Bunu açıq şəkildə də görmək olur: “Konkret olaraq Tahir Kərimli Əli Kərimlini, Cəmil Həsənlini, Sevinc Osmanqızını və digərlərini nəzərdə tutur. Tahir Kərimlinin dediklərinə qarşı ”səlib yürüşünü" sosial şəbəkələrdə təşkil edən Əli Kərimlidir. O, mənəvi terrorla məşğuldur. Əsl bolşevikdir. “Kim bizdən deyil, düşməndir” prinsipi ilə yaşayır Əli Kərimli. Bir zaman bu mənəvi terroru Əli Kərimli mərhum Əbülfəz Elçibəyə qarşı həyata keçirirdi. Həm partiyanın daxilində, həm də mətbuatda. Mətbuatda özünün muzdlu jurnalistləri var idi. Hər ay onlara əmək haqqı verirdi. Kərimlinin gündəlik tezislərini mətbuatda yayanların başında Xədicə İsmayıl, Qənimət Zahid dururdu. Elçibəyə qarşı ifadə olunası mümkün olmayan ən iyrənc yazılar yayırdılar. Hətta Elçibəyin dünyasını dəyişməsinə bir necə gün qalmış Əli Kərimlinin qəzeti olan “Məkan”da hansı sifarişli yazılar yazdırdığını görə bilərlər. Jurnalistlər o dövrkü “Azadlıq”, “Məkan” qəzetlərinə baxa bilərlər. Amerikanın Azərbaycandakı səfirinin tapşırığı ilə 2003-cü ildə Əli Kərimli Qarabağa həsr olunmuş mitinqi təxirə saldı. Həmin vaxtlar Amerikada Qarabağa dair mərhum Heydər Əliyev Ermənistanın rəhbərliyi ilə danışıqlar aparırdı. Amerika da Heydər Əliyevə təzyiq etmək istəyirdi. Belə bir vəziyyətdə Azərbaycanda müxalifət mitinq təyin etmişdi. Həmin mitinqi səfirin göstərişi ilə Əli Kərimli təxirə saldı. Hakimiyyətlə gizli danışıqlar aparan və öz ətrafına hər zaman xəyanət edən Əli Kərimli indi özünü “müxalifət” kimi cəmiyyətə sırıyır. Cəmil Həsənli deputat olduğu dövrdə hakimiyyətin ünvanına, o cümlədən prezident İlham Əliyevin şəninə nəinki çıxışlar edirdi, kitablar yazırdı. Cəmil Həsənli kitabında yazırdı ki, “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qafqazın lider dövlətinə çevrilib”. Bu adam bu kitabları qoltuğuna vurub nazirlərin, komitə sədrlərinin və bır sıra vəzifəli şəxslərin qapılarının ağzında oturub, pul yığmaqla məşğul idi. Sevinc Osmanqızı ANS-da çalışanda hakimiyyətin maliyyəsi ilə Azərbaycanın yüksək inkişafına dair BBC-də, CNN-də veriliş hazırlayıb yayırdı. Bütün bunlar faktdır. Hər kəs Osmanqızının bu verilişlərini “Yotube” kanallarından görə bilər. Bax, bu adamlar şəxsi maraqlarının təmin olunmamasından sonra olublar “radikal müxalifət”. Bu baxımdan Tahir Kərimli haqlıdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
|