Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                 

İTV - MM davası böyüyür - Mətbuatda “atışma”
Tarix: 4-01-2022, 10:54 | Çap et
İTV - MM davası böyüyür
Xəbər verdiyimiz kimi, Milli Məclisin payız sessiyasının son iclasında bir neçə deputat İctimai Televiziyanın (İTV) fəaliyyətini sərt tənqid etdi.
İTV barəsində həmin tənqidi çıxışlar cəmiyyətdə də ciddi reaksiyalara səbəb oldu.
Mətbuatda bununla bağlı məqalələr yazıldı, sosial şəbəkələrdə geniş müzakirələr aparıldı.
DİA.AZ Bakupost.az-a istinadən xəbər verir ki, “Ayna” qəzetində çap olunan yazı isə münasibətləri daha da kəskinləşdirib.
Həmin yazını və o yazıya millət vəkili Fazil Mustafanın cavabını təqdim edirik:

İTV - MM davası böyüyür
Günümüzün “klim petroviçləri”, yaxud 3 deputatın İTV-yə “hücumu”
Müəllif: Əkbər Həsənov
Milli Məclisin bu üç “qəhrəmanını” yaxından tanıyaq, onlar ayrıca təsvir olunmağa layiq obrazlardır
Məhşur Aleksandr Qaliç "Klim Petroviç sülhün müdafiəsi üçün mitinqdə necə danışdı" adlı maraqlı, ironik şeirində oxucuların mühakiməsinə absurd bir vəziyyət təqdim etdi. Bu şeirdə müəllif adi bir sovet zəhmətkeşinin bazar günü Mədəniyyət Evində nitq söyləmək üçün “könüllü” tapşırıq almasından bəhs edir.
Əvvəlcədən hazırlanmış kağız parçasını onun əlinə soxdular, kürsüyə çağırdılar, zəhmətkeş sözünü deməyi xahiş etdilər. O da dedi: “İsrail hərb maşını bütün dünyaya tanınır, mən bir ana və bir qadın kimi onlardan cavab vermələrini tələb edirəm!”.
Məlum oldu ki, o, fəhlə sinfinin qadın yarısının nümayəndəsi üçün hazırlanmış nitqi oxuyurmuş...
Bu şeiri Qaliçin təsvir etdiyi vəziyyətə çox oxşar bir hadisə ilə bağlı ani olaraq xatırladım. Milli Məclisin 3 deputatı birdən-birə, sanki əvvəlcədən xəbər tutmuş kimi, İctimai Televiziyanın (İTV) ünvanına tənqidlə hücuma keçmək qərarına gəliblər. Milli Məclisin bu “üç qəhrəmanı” kimlərdir? Bunlar ayrıca təsvir olunmağa layiq obrazlardır - Siyavuş Novruzov, Fəzail Ağamalı, Fazil Mustafa.
Yox, onlar hələ sovet dövründə Marksın, Engelsin, Leninin profilləri asıldığı kimi binaların fasadlarına öz profilləri ilə bəzədilməyə layiq deyillər. Ancaq bu üçlük hələ də çox spesifik olsa da, müəyyən bir şöhrətə malikdir. Bununla belə, onların İTV-yə iddialarının mahiyyətindən keçəcəyəm.
Mən sözə, üzvlərinin əsl sayını müəyyənləşdirmək çox çətin olan psevdo-müxalifət Böyük Quruluş Partiyasına rəhbərlik edən Fazil Mustafadan başlayacağam. Belə ki, bu dəfələrlə seçilən MM üzvü dövlətin İctimai Televiziyaya ayırdığı vəsaiti saymağa qərar verib. Polemika üçün tamamilə yersiz ton seçən deputat, MM-in fəaliyyətinin İTV-də daha geniş işıqlandırılması arzusunu ifadə edib. Deyib ki, dövlət büdcəsindən İTV-yə vəsait ona görə ayrılır ki, MM-in gündəlik fəaliyyətini daha geniş işıqlandırsın. Üstəlik, Fazil bəy cəmiyyətə faydalı olmağın vacibliyindən də danışıb.
F.Mustafanın gəldiyi son məqamla razılaşmamaq olmaz. Ancaq bu məsələdə o, özündən başlasa, daha yaxşı olar. Maraqlarını parlamentdə Fazil bəyin təmsil etdiyi bir Azərbaycan vətəndaşı kimi deyim ki, o, hətta seçki kampaniyasını da çox təvazökarlıqla aparıb. Onu, səsləri uğrunda mübarizə aparmalı olduğu insalar nadir hallarda görürdülər. MM-ə növbədənkənar seçkilərdən il yarım keçsə də, onu öz dairəsində praktiki olaraq görən yoxdur. Deməli, Fazil Qəzənfəroğlu “moizə oxumazdan əvvəl əmrləri yerinə yetirsə”, pis olmazdı.
O ki, qaldı İTV-nin fəaliyyətinə, onun reytinqinə, qiyməti bu sahənin peşəkarları verməlidirlər. Bəli, parlamentarilərin bu barədə öz mülahizələri ola bilər, amma bu, həvəskar mövqe olacaq. Əslində, bu deputatın mülahizəsinin diletantlığı artıq onun hərtərəfli öyrənilməmiş bir mövzuda mülahizə yürütmək öhdəliyi götürməsində özünü göstərir.
Başqa cür olsaydı, F.Mustafa bilərdi ki, İTV-nin Nizamnaməsində telekanalın bütün vaxtını MM deputatlarının gündəlik həyatından bəhs edən süjetə ayırmağa borclu olduğu barədə heç bir bənd yoxdur. İTV ictimai maraq doğuran prosesləri işıqlandırmalıdır. Bunu da edir, o cümlədən ölkədə və parlamentdə baş verən ən mühüm hadisələrdən danışır, MM deputatlarını tribuna ilə təmin edir.
Bu bariz həqiqəti Ana Vətən Partiyasının sədri, dəfələrlə deputat olmuş Fəzail Ağamalının da birdəfəlik yadında saxlaması yaxşı olardı. O, əslində tanınmış Yoldaş Saaxovu təqlid edərək, “şəxsi yununu dövlət yunu ilə qarışdırmaq” qərarına gəlib. “Bilirsiniz ki, məni “3D” proqramına dəvət ediblər, getməmişəm. Ondan sonra daha bu televiziyaya dəvət olunmuram”, - deyə o şikayətlənib.
Maraqlı personajdır! Özü imtina edir, özü də qəzəblənir. Və o, əslində, İTV ilə şəxsi hesablaşdığını etiraf edir. Nədənsə çox xırdaçılıq çıxır. Lakin “qanuni oğru” Rövşən Lənkəranskinin Azərbaycan gəncləri üçün nümunə ola biləcəyini iddia edən birindən fərqli nəsə gözləməyə dəyməzdi - və parlament tribunasından alovlu çıxışları ilə deyil, o vaxt həmkarı olan Hüseyn Abdullayevlə düz Milli Məclisin zalında davası ilə yadda qalan birindən.
Yeri gəlmişkən, mən İTV rəhbərliyinin yerində olsaydım, cənab Ağamalını studiyaya dəvət edərdim, onunla müsahibə edərdim, digər məsələlərlə yanaşı, partiyasının maliyyə mənbələri ilə bağlı, o cümlədən çox dəbdəbəli həyat üçün vəsaitlərin mənşəyi haqqında sual verərdim. Və ümumiyyətlə, mən ona məktəb proqramından suallar verərdim ki, hamı birdəfəlik başa düşsün ki, bu dəfələrlə seçilə bilən deputatın əsl mahiyyəti nədir.
Ancaq Ağamalı və Mustafa cənabları, məncə, Siyavuş Novruzovun görünməmiş yüksəkliyə qaldırdığı plankadan çox uzaqdırlar. O da, həmçinin İTV-nin MM-in işinə diqqət yetirməməsindən narazılığını bildirib. Lakin o, bununla kifayətlənməyib. Müxtəlif mövzularda danışmağa hazır olan cənab Novruzovu İTV-nin efirində “eyni adamların müxtəlif mövzularda çıxış etməsi” çox qəzəbləndirib.
Bunun doğru olub-olmaması barədə dəqiq fikir söyləyə bilmərəm. Amma xatırladım ki, Siyavuş müəllim yalanları ilə də məşhurdur. Onun tərcümeyi-halında sərbəst güləş üzrə SSRİ çempionu olduğu deyilir. Sərbəst güləş üzrə bütün illər üzrə SSRİ çempionlarının siyahısı var. Orada S.Novruzovun adı yoxdur. Eyni zamanda ola bilər ki, o, SSRİ çempionu olmaq arzusunda olub. Amma kosmosa uçmaq arzusunda olanların heç də hamısı kosmonavt deyil.
Digər tərəfdən, Siyavuş müəllim “Molotov kotletləri”nin hazırlanması üzrə mütəxəssisdir. Belə bir istedadla onun tez-tez nümayiş etdirdiyi bütün döş nişanlarını, orden və medallarını, o cümlədən, əgər haradansa ala bilibsə, “Berlinin alınmasına görə” medalını taxaraq, iştirak edə biləcəyi kulinariya şousunu açmağın vaxtı çatıb. İTV rəhbərliyi isə, məncə, öz tənqidçisinə belə bir veriliş açmaq imkanını düşünməlidir.
Burada əsas odur ki, Siyavuş müəllim vaxtında efirə çıxmağı unutmasın, efirə gecikməsin. Onun yaddaşı, geniş ictimaiyyətin əmin olduğu kimi, o qədər də yaxşı deyil. Bu problem Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin rezonans doğuran toyundan sonra üzə çıxdı. Bildiyiniz kimi Siyavuş müəllim əvvəlcə toy olmadığını iddia etdi. Sonra inandırdı ki, baş tutanı heç toy adlandırmaq da olmaz. Daha sonra hər şey, o cümlədən videogörüntülər açıqlananda S.Novruzov R.Mehdiyev tərəfindən aldadıldığını və buna uyğun olaraq günahsız yerə zərər çəkdiyini bildirdi.
Ümumiyyətlə, o zaman “qəhrəmanımız” çox yalanlar danışırdı. Və bütün o nağılların nəticəsində onun hakim Yeni Azərbaycan Partiyasındakı mühüm vəzifəsini itirməsi təəccüblü deyildi. Amma yenə də yeni çağırış parlamentə düşdü. İndi də MM-dən olan iki həmkarı ilə birlikdə İTV-nin fəaliyyətindən qəzəblənir. Üstəlik, bunu Klim Petroviçin sülhün müdafiəsi üçün mitinqdə danışdığı kimi edir...

İTV - MM davası böyüyür

PSEVDO-AYNALARIN İCTİMAİ ƏKSİ
"Ayna" qəzetinin internet səhifəsində əleyhimizə sifarişli yazı yazılıb. Olur belə şeylər, həmişə bapbalaca kişilərin atmacaları gözləniləndir və siyasi həyatımızda bunları rahatlıqla dəf edə-edə gəldiyimizən, bu dəfə də sadə bir üslubda bunlara qanunun aliliyini başa salmağa gücümüz yetəcəkdir. Öncə vurğulayım ki, bu, müəllifin psevdo imzasıdır və bu savadsız yazını hansı subyektin yazdığı mənə aydındır. Jurnalistikamızda ciddi mətni ilə parlamağa qabiliyyəti çatmayan və xroniki alkoqolizmdən qaynaqlanan yaddaşsızlığını büruzə verən müəllif bir neçə ciddi səhvə yol verdiyinin görünür fərqinə varmayıb. Üstəlik ona verilən mətnin tələsik müəllif yazısı formasına salınmasının izlərini də peşəkarlıqla gizlədə bilməyib. Birbaşa İTV-nin qanunazidd fəaliyyətini tənqid edən üç deputatı hədəf alan müəllif; "mən sözə, üzvlərinin əsl sayını müəyyənləşdirmək çox çətin olan psevdo-müxalifət Böyük Quruluş Partiyasına rəhbərlik edən Fazil Mustafadan başlayacağam" proloqunu dərhal diqqətimizə çatdırır.
Bu ifadəni adətən radikal müxalifətin təəssübkeş mediası və tərəfdarları işlətməyi xoşlayırlar. Yazı müəllifi də məhz həmin medianın təmsilçisi kimi ürək sözlərini yazır və radikal və əsl müxalifət mediasının təmsilçisi olan İTV-ni bizim haqsız hücumlardan qorumağa çalışır. Belə anlaşılır ki, biz İctimai TV-ni psevdo-müxalifət olaraq tənqid etmişik, çünki İctimai Tv iqtidara qarşı əsl müxalifətdir. O halda qanun və tərbiyə gərəyi heç olmazsa həftədə bir dəfə bu televiziyada radikal müxalifətin mövqelərini əks etdirən verilişlər verilməliydi. Demək ki, oraya indiyədək siyasi partiya rəhbəri kimi dəvət olunan deputatlar da psevdo-müxalifəti təmsil edir və İTV rəhbərliyi həm mövcud iqtidara, həm də bu şəxslərə qarşı əsl müxalifətdədir. Əlahəzrət məntiq deyir ki, əgər İctimai Tv iqtidar mövqeyində olsaydı psevo-müxalifətin nəyinə gərəkdi ki, onu tənqid etsin. İkincisi də “Ayna” qəzetindəki yazı müəllifi Böyük Quruluş partiyasının üzvlərinin sayını müəyyənləşdirməkdə çətinlik çəkdiyini yazmaqla, burada da başqa bir anormallığı üzə çıxarır. Çünki bu gün istənilən partiyanın üzvlərinin sayını müəyyənləşdirməkdə həmin partiyanın rəhbərliyindən kənara olan hər kəsin çətinlik çəkməsi qanunauyğun bir haldır. Şəxsən mən də Azərbaycanda olan hər hansı partiyanın üzvünün sayını müəyyənləşdirməkdə çətinlik çəkirəm və bircə onu bilirəm ki, bu barədə ən dəqiq məlumat bir Allahda və qismən də partiyaları qeydə alan Ədliyyə Nazirliyindədir.
Maraqlır ki, bununla artıq neçənci dəfə ikinci əl müəllifləri eyham vurmağa çalışırlar ki, bizim İTV ilə bağlı Milli Məclisdə çıxışımız sifarişli və kampaniya xarakterlidir. Yenə də xronoloji yaddaşı olmayanlar üçün bir məqamı təkrar xatırlatmaqda fayda görürəm. Başqalarını bilmirəm, ötən il də, bu il də bir neçə çıxışımda, sosial şəbəkə profilimdəki statusda İTV-nin öz funksional fəaliyyətinə zidd yayım siyasəti izlədiyini vurğulamanın ardınca iki ay öncə də Milli Məclisin Mədəniyyət Komitəsinin on-line iclasında bu barədə geniş çıxışım olmuşdu. Maraqlıdır ki, yayım şurasının yeni üzvlüyünə namizədlər də bu çıxışı dinləmişdilər və bu zaman hansısa deputatın mənim mövqeyimi dəstəklədiyinə şahid olmamışdılar. Eyni zamanda Az.Tv-nin də fəaliyyətindəki bəzi məqamları tənqid etmişdim. Yəqin ki, bunu da bizə İTV-dən sifariş vermişdilər. Milli Məclisin 30 dekabr 2021-ci il tarixli iclasında yenə də ilk çıxış mənim tərəfimdən edilmiş və çıxış üçün müddət 5 dəqiqəyə endirildiyindən bu televiziyanın nə qədər ciddi qanun pozuntusu ilə fəaliyyət göstərdiyini geniş əsaslanırma olmadan cəmiyyətə çatdırmışam. Adətən öz çıxışlarımdan sonra kimlərin hansı istiqamətdə çıxış edəcəyi heç vaxt məni maraqlandırmır və öz mövqeyimi də hər hansı bir Milli Məclis üzvünün mövqeyi ilə uzlaşdırmağa maraq göstərmirəm. Ardınca isə bu televiziyanın rəhbərliyi tərəfindən yönləndirilən sifarişli yazılara ümumi şəkildə cavab vermək üçün "İctimai qanuntanımazlar" başlıqlı geniş məqalədə bu televiziya ilə bağlı mövcud qanunvericiliyə istinad edərək zəruri sualları ortaya qoymuşam. Qarşılarına qoyduğum xeyli sualları cavablandırmaq yerinə bu sifarişli yazılarında məsələyə dəxli olmayan başqa bir mövzuya toxunulur: "Belə ki, bu dəfələrlə seçilən MM üzvü dövlətin İctimai Televiziyaya ayırdığı vəsaiti saymağa qərar verib. Polemika üçün tamamilə yersiz ton seçən deputat, MM-in fəaliyyətinin İTV-də daha geniş işıqlandırılması arzusunu ifadə edib. Deyib ki, dövlət büdcəsindən İTV-yə vəsait ona görə ayrılır ki, MM-in gündəlik fəaliyyətini daha geniş işıqlandırsın...” Aya, doğrudanmı hələ anlamamısınız ki, bütün məsuliyyətli deputatlar nəinki İTV-yə, bütün sahələrə ayrılan vəsaiti saymağa, hesablamağa, təftiş etməyə, haraya xərcləndiyinə dair hesabat istəməyə nəinki səlahiyyətlidirlər, həm də borcludurlar!!! Hələ Milli Məclis tərəfindən rəhbərliyi təsdiq edilən, büdcəsi təsdiqlənən qurum və quruluşlara dövlətin ayırdığı vəsaiti daha çox araşdırmağa borcludurlar!!! O vəsait həm də ona görə ayrılır ki, başqa ictimai institutlarla yanaşı ölkə həyatı üçün vacib qanunlar qəbul edən və ictimai-siyasi maraqların toqquşma məkanı olan Milli Məclisdəki çıxışları da vətəndaş seçiciyə təqdim edəsiniz ki, onlar deputatın gerçək fəaliyyəti barədə aydın bilgi əldə etsinlər. Üstəlik həmin vəsaitin təyinatı üzrə xərclənmədiyini bildiyimiz halda bundan sonra bu işi daha ciddi səviyyədə davam etdirəcəyimizdən də əmin ola bilərsiniz.
Ən maraqlısı da məqalə müəllifinin bizim deputat kimi fəaliyyətimizin faydalılıq əmsalına, seçici məmnuniyyətsizliyinə işarə vurulması ilə bağlı məqamdır: “Üstəlik, Fazil bəy cəmiyyətə faydalı olmağın vacibliyindən də danışıb. F. Mustafanın gəldiyi son məqamla razılaşmamaq olmaz. Ancaq bu məsələdə o, özündən başlasa, daha yaxşı olar. Maraqlarını parlamentdə Fazil bəyin təmsil etdiyi bir Azərbaycan vətəndaşı kimi deyim ki, o, hətta seçki kampaniyasını da çox təvazökarlıqla aparıb. Onu, səsləri uğrunda mübarizə aparmalı olduğu insalar nadir hallarda görürdülər. MM-ə növbədənkənar seçkilərdən il yarım keçsə də, onu öz dairəsində praktiki olaraq görən yoxdur. Deməli, Fazil Qəzənfəroğlu “moizə oxumazdan əvvəl əmrləri yerinə yetirsə”, pis olmazdı". Bu ittihamın qarşılığında birbaşa özümdən başlayıram. Maraqlıdır, bu ilin yekunlarına görə Parlament Jurnalistləri birliyi keçirdiyi mötəbər sorğunun nəticələrinə görə bəndənizi ilin ən fəal deputatı nominasiyasına layiq gördü. Səhv etmirəmsə, ard-arda 15 il keçirilən eyni məzmunlu sorğuda həmişə ilin ən fəal deputatlarından biri seçilmişəm. Üstəlik də həm media, həm sosial şəbəkədə, həm də seçki dairəsində fəallığımın səviyyəsini istənilən subyektlə müqayisə aparmanızdan da xeyli məmnun olardım. Öz dairəmdə yetərincə tədbirlərə qatılıram və seçicilərlə ən intinsiv görüşlər keçirirəm. Pandemiya dövründə praktik görünmənin digər üsulları barədə sizlərdə hansısa bilgilər varsa, paylaşsanız, çox həvəslə yararlanardım.
Hə, əsas final məhz buradadır: “O ki, qaldı İTV-nin fəaliyyətinə, onun reytinqinə, qiyməti bu sahənin peşəkarları verməlidirlər. Bəli, parlamentarilərin bu barədə öz mülahizələri ola bilər, amma bu, həvəskar mövqe olacaq. Əslində, bu deputatın mülahizəsinin diletantlığı artıq onun hərtərəfli öyrənilməmiş bir mövzuda mülahizə yürütmək öhdəliyi götürməsində özünü göstərir”. Zavallı nadan psevdo-müəllif! Yazı yazmazdan və hələ bir ittiham irəli sürməzdən öncə qanunlara göz yetir! Biz deputat olaraq hətta hökumətin fəaliyyətinə də qiymət veririk, o halda hökumət də bizə bildirsin ki, siz peşəkar olmdığınıza görə, mülahizələrinizi dinləmirik? İctimai yayımın fəlsəfəsi və qanunvericilik əsasları vaxtaşırı bu yazını yazdırıb, yaxud da yazıb verənlərə bilgiləndirmə seminarlarının təşkilinə həmişə hazır olduğumu da diqqətinizə çatdırıram.
Və sonda: “Başqa cür olsaydı, F.Mustafa bilərdi ki, İTV-nin Nizamnaməsində telekanalın bütün vaxtını MM deputatlarının gündəlik həyatından bəhs edən süjetə ayırmağa borclu olduğu barədə heç bir bənd yoxdur. İTV ictimai maraq doğuran prosesləri işıqlandırmalıdır. Bunu da edir, o cümlədən ölkədə və parlamentdə baş verən ən mühüm hadisələrdən danışır, MM deputatlarını tribuna ilə təmin edir”. Deyəsən bu qanuntanımazlar hələ də anlamaq istəmirlər ki, İTV-nin Nizamnaməsi qanun deyil, qanunda nəzərdə tutulan müddəalar nə deyirsə, Nizamnaməyə də onu yazmalısınız. Həm də təkcə Milli Məclisdən söhbət getmir, Milli Məclisdən kənarda olan partiyaların, vətəndaş cəmiyyəti institutlarının, dini icmaların, elm müəssisələrinin debatlarının təşkil olunması birbaşa vəzifənizdir. İctimai Tv bərbəzəkli verilişlər hazirlayan, reytingli verilişlərə indeksli kanal deyil, ictimai müzakirələri efirdən aktuallaşdıran kanaldır. Büdcədən sizə vəsaiti buna görə verirlər.
Bu sifaişli yazılardan da anlaşılır ki, İTV-nin fəaliyyətində o qədər qanunsuzluqlar var ki, hüquqla bağlı məsələlərdən yayınmaqla qabaqdangəlmişlik etməyə çalışırlar. Bu cür psevdo-Aynalarla obrazınızı bizə tanıtmaq yerinə qarşınıza qanunu qoyub yayım siyasətinizi onunla uzlaşdırmağı bir daha sizlərə tövsiyyə edirəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru