Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                 

"Neftin qiyməti aşağı düşsə iqtisadi və sosial böhran qaçılmaz olacaq" - Deputatdan HƏYƏCAN TƏBİLİ
Tarix: 5-01-2022, 08:40 | Çap et
"Neftin qiyməti aşağı düşsə  iqtisadi və sosial böhran qaçılmaz olacaq"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, çörəyin qiymətinin artmasına münasibətinizi bilmək istərdik.

- Münasibətim çox pisdir. Hesab edirəm heç qiyməti qaldıranlar da bundan məmnun deyil. Həm də ona görə narazıyam ki, yalnız çörəyin qiyməti yox, digər ərzaq məhsullarının da qiyməti qalxır. Artırılmış əmək haqlarının, pensiyaların artan qiymətləri qarşılayacağı da bəlli deyil. Bu isə aztəminatlı və çoxuşaqlı ailələrin, pensiya alanların sosial vəziyyətini ağırlaşdıracaq. Hökumət manatın kursunu sabit saxladığı kimi, heç olmasa çörəyin də qiymətini sabit saxlamalıydı. Ekspert hesablamalarına görə vətəndaşlarımız qazanclarının 2/3-ni ( üçdə ikisini) ərzaq məhsullarına, 1/3-ni isə digər tələbatlarının ödənilməsinə xərcləyir. İnkişaf etmiş ölkələrdə bu əksinədir. Vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün ciddi iqtisadi islahatlara ehtiyac var. Neftin qiyməti aşağı düşsə iqtisadi və sosial böhran qaçılmaz olacaq.

- Sizcə niyə genişmiqyaslı islahatlara gedilmir?

- Görünür, hesab edirlər ki, görülən işlər yetərlidir ki, insanlar acından ölməsin. Həm də ola bilsin səmimi olaraq düşünürlər ki, ölkədə biznes mühüti yaxşıdır, sadəcə bəlli olmayan səbəbdən yerli və xarici sərmayədarlar iqtisadiyyata əhəmiyyətli miqyasda pul yatırmır. Amma Baş nazir inandığı bir adama desə ki, get hər hansı istehsal və emal müəssiəsinin açılması üçün aidiyyatı olan və olmayan dövlət orqanlarının tələb etdiyi qanuni və qanunsuz vəsaitin məbləğini öyrən və gəl mənə de. Onda bəlli olacaq ki, nə qədər böyük əlavə xərclər var. Sahibkar da hesablayır ki, qoyduğu pulu hansı müddətə çıxara bilər. Bəlli olanda ki, onun ömrü buna kifayət etməyəcək, əlindəki vəsaiti xaricə çıxarmağa çalışır. Həm də sahibkarların mülkiyyətlərinin toxunulmazlığına dair ciddi narahatçılıqları var. Ona görə də qanunun aliliyi ciddi şəkildə təmin olunmalı, dövlət iqtisadiyyatda tənzimləyici rol oynamalı, bizneslə məşğul olmamalıdır. Bazar iqtisadiyyatı qanunları tətbiq olunmalı, ölkəmiz Dünya Ticarət Təşkilatına, böyük iqtisadi birliklərə üzv olmalıdır. İndiki şərtlər altında, təbii sərvətləri satmaqla bundan yaxşısına nail ola bilməyəcəyik.

- Qüdrət bəy, Silahlı Qüvvələrin siyasətə cəlb olunması istiqamətində müəyyən iş aparılır, bu nə dərəcədə təhlükəlidir?

- Sosial şəbəkələrdə, Youtube- da uşaqlarının anası erməni olanlardan bu tipli çağırışları mən də eşidirəm. Bu iş müxtəlif adlar altında görülür. Həmin adamlar Azərbaycanı sevsəydilər, təxribatçı olmasaydılar anlayardılar ki, odla oynayırlar. Ordunun siyasi proseslərə cəlb olunması heç bir ölkənin problemlərini həll etməyib. Əksinə həmin ölkəni məhvə aparıb. Onlara sığınacaq verənlərin bəlkə elə istədiyi də budur.

Mən uzun illər, Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmlərdən parlamentdə Ordunun rəhbərliyinin milli kadrlarla gücləndirilməsinin və Orduya mülki nəzarətin artırılmasının zəruriliyi barədə çıxış etmişəm. 2017-ci ildə "Silahlı Qüvvələr" Haqqında qanun qəbul ediləndə Ordudakı işgəncələr barədə danışdım, Silahlı Qüvvələrdə mövcud ola biləcək hər cür neqativ halların qarşısını almaq üçün qanunçuluğun gücləndirilməsi məqsədilə Orduya Parlament və mülki nəzarətin həyata keçirilməsini təmin edəcək qanunvericilik bazasının yaradılmasını təklif etdim. O zaman Milli Məclisə dəvət olunmuş Kərim Vəliyev əvvəl bunu normal qarşıladı, amma nahardan sonra kiminsə ola bilsin məsləhəti, yaxud tapşırığı ilə mənim çıxışıma sərt reaksiya verdi, Orduda hər hansı işgəncə faktının olmadığını bəyan etdi. Düzdür, Milli Məclisin sədri Oktay Əsədov onun cavabını verib sakitləşdirdi. Sonra özüm də onun cavabını verdim, daha ciddi pozuntuların olmasından danışdım. Yeni Ombudsman təyin olunanda da bu məsələni qaldırdım. Amma çox təəssüf ki, o zaman həm iqtidar, həm mətbuat "ermənilər də ordudakı problemləri bilər" yanaşması ilə bu məsələnin üstünə gedib ictimaiyyəti məlumatlandırmadı.

Hökumətin bəzi məsələlərə dair ləng qərarlar qəbul etməsi də sui-istifadə hallarına yol açdı. İndi, ümid edirəm gec də olsa günahkarlar cəzalarını alacaq, Ordunun rəhbərliyinə ən ekstremal vəziyyətdə belə qanunları pozmayan, millətini sevən insanlar gətirilməli, kadr islahatları başa çatdırılmalıdır. Həmişə söyləmişəm ki, ilk növbədə, Orduya mülki nəzarəti təmin etmək üçün Müdafiə naziri mülki şəxs olmalıdır. Bütün sivil dünyada bu belədir. İkincisi, peşərkar orduya keçməliyik ki, hərbçilərimiz psixoloji və fiziki baxımdan o dərəcədə hazırlıqlı şəxslər olsunlar ki, təkcə xarici düşmənə qarşı yox, eyni zamanda qanunlar pozulanda Konstitusiyanın, Cinayət Məcəlləsinin onlara verdiyi "son zərurət və zəruri müdafiə" hüququndan istifadə edib özlərinin və başqalarının şəxsi ləyaqətlərini və həyatlarını qorumağı bacarsınlar. Hətta ən ağır dövləti cinayət törətmiş ola biləcək şəxslərə münasibətdə belə. Belə hazırlığı olmayan 18 yaşlı gənclərin alçaldılması və işgəncələrə məruz qalması daha asandı. Məni və cəmiyyətimizin düşünən hissəsini ən çox üzən işgəncələrlə yanaşı, işgəncələrlə və şəxsi ləyaqətin ən pis formada alçaldılması ilə üzləşmiş zabit və çavuşların, mən əsgərləri bir kənara qoyuram, heç birinin özünü müdafiə hüququndan istifadə etməməsi, hadisələrin içində olan heç bir zabitin işgəncələrə etiraz olraq istefa verib ən azından ictimaiyyətə bu barədə açıq məlumat verməməsi olmuşdur. Ona görə düşünüləsi, nəticə çıxarılmalı olan, ailə və dövlətin uşaqların tərbiyə olunmasında görməli olduğu çoxlu işlər var.

Biz hərbçilərimizin sosial müdafiəsini gücləndirməklə, qanunçuluğu təmin etməklə, hərbçilərin karyera yüksəlişini ciddi tənzimləməklə orduya uzanan əlləri kəsə bilərik. Hesab edirəm bizim ləyaqətli və vətənpərvər zabitlər də nə baş verdiyinin fərqindədir və onlar heç vaxt siyasi dələduzların onları siyasi, antikonstitusion proseslərə cəlb etməsinə imkan verməz. Əminəm ki, dövlətin təhlükəsizliyinə cavabdeh olan orqanlar da proseslərə ciddi şəkildə nəzarət edir və bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru