“İctimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar” - deputat
Tarix: 12-01-2022, 10:09 | Çap et
Görünən budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan düzələnə oxşamır. Əgər əksi baş versəydi, kapitulyasiya aktını imzaladıqdan sonra Azərbaycan və Türkiyə ilə əlaqələr qurub ölkəsinin mövcudluğunu saxlamağa çalışan baş nazir növbəti dəfə sərsəm iddialarını dilə gətirməzdi.
Biz daha bir sərsəmləməni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstan hadisələrinə həsr olunmuş onlayn sammitində müşahidə etdik. KTMT-yə sədrlik edən N.Paşinyan onlayn sammitdə növbəti təxribatçı bəyanatla çıxış edib. Qazaxıstanda fəaliyyət göstərən “döyüşçülər”dən söz açan baş nazir iddia edib ki, bir il əvvəl Ermənistanın olduğu region “terrorçularla” üzləşib. “Bir müddət əvvəl, 2020-ci ilin sentyabrında Azərbaycanın başlatdığı genişmiqyaslı müharibə zamanı biz ekstremizmin və terrorizmin ən qəddar təzahürlərinin şahidi olduq. Beynəlxalq birliyin bəzi üzvlərinin ciddi səyləri qarşısında, xüsusən də Rusiyanın həlledici töhfəsi və Rusiyanın sülhməramlı missiyasının rolu sayəsində müharibəni dayandırmaq, gərginliyi azaltmaq və ölkədə sabitlik yaratmaq mümkün oldu” - Paşinyan iddia edib. Aydındır ki, Paşinyan bu yolla guya Azərbaycan tərəfində vuruşan “suriyalı yaraqlılar” haqqında köhnə və dəfələrlə təkzib edilən saxta iddiaları yada salıb. Düzdür, N.Paşinyana reaksiya verən olmayıb. Ən azı KTMT-yə üzv ölkələr Azərbaycanın rolunu və mövqeyini yaxşı dəyərləndirdikləri üçün Ermənistana görə ölkəmizlə hər hansı problemin yaşanmasını istəməzlər, bunu ötən illərin təcrübəsi də göstərib. 2016-cı ildən sonra İrəvan dəfələrlə KTMT-yə hərbi yardım üçün müraciət etsə də, üzv ölkələr bu müraciətə məhəl qoymayaraq, torpaqları işğal altında olan Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Hətta bir sıra hallarda İrəvanda Azərbaycanın KTMT-nin üzvü olmadığı halda, bu qurumda artan nüfuzu geniş müzakirələrə səbəb oldu. Bu mənada N.Paşinyanın növbəti avantürası da “yel olub keçdi”.
Amma Paşinyanın ardınca Xankəndi separatçılarının lideri Araik Arutyunyan öz facebook səhifəsində daha irəli gedərək iddia edib ki, KTMT Qazaxıstanda “pantürkizm”lə mübarizə aparır. Arutyunyan iddia edib ki, “Qazaxıstanda və onun ətrafında vəziyyətin sabitliyini pozmağa, qeyri-sabitlik və terror qurşağının formalaşmasına yönəlmiş proqramın arxasında ekstremist qruplar və birləşmələr dayanır. Göz qabağındadır ki, radikal pantürkist dairələr bu prosesdə fəal iştirak edir ki, bu da Ermənistanın və ”artsax"ın təhlükəsizliyinə çox ciddi təhlükə yarada bilər". Aydındır ki, həm Paşinyan, həm Arutyunyan yaranmış fürsətdən istifadə edib, Azərbaycanı hədəfə çıxarmağa çalışıblar. O cümlədən regionda Türkiyənin nüfuzunun artmasından öz qorxularını dilə gətiriblər. Ermənilər həvəsləniblər ki, artıq KTMT-ni “xarici ölkə təhlükəsi’’ bəhanəsi ilə Azərbaycanla və ya Türkiyə ilə münaqişəyə cəlb edə bilərlər. Bu ehtimalı bölüşmək olarmı?
DİA.AZ-ın məlumatına görə, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Paşinyanın KTMT-nın onlayn konfransındakı çıxışında Azərbaycanla bağlı işlətdiyi fikirlər əslində köhnə təbliğat istiqamətinin davamıdır: “Sadəcə, indi düşünüb ki, əvvəlki fürsət ələ düşüb, Qazaxıstana işğalçı qüvvələr daxil olub və bunu hansısa formada Azərbaycan üzərinə də yönləndirmək lazımdır. Amma bu, bir az qeyri-ciddi səslənir. Ona görə ki, KTMT-dəki dövlətlərlə Azərbaycanın ayrıca münasibətləri var və savaş dövründə də həmin dövlətlər əslində Azərbaycanın öz ərazisini işğaldan azad etməsini dəstəkləyiblər. Yəni burada hər hansı problem yoxdur. Digər tərəfdən, burada guya terrorçuların iştirakı və başqa məsələlərdən danışılması da heç bir real fakta dayanmadığına görə o vaxt da ciddi qarşılanmamışdı, indi də eyni qaydada məsələyə baxış olacaq. Sadəcə, ictimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar”.
F.Mustafa əlavə etdi ki, eyni zamanda separatçıların başında duran Araik Arutyunyan da bu kimi məsələləri daha çox pantürkizm üzərinə yönəltməyə çalışır: “Bu, erməni-faşist cəlladı hələ də anlamır ki, pantürkizm deyilən ideya bütövlükdə hər hansı bir işğalçı, yaxud aqressiv, etnik təmizləmə xəttinə, kursuna dayanan ideya deyil. Bu, erməniçilikdən fərqli olaraq, əslində humanitar bir sağlam mühit yaratmaq üçün bu bölgələrdə sakit, dinc yolla yaşamağın təminatını nəzərdə tutan və sadəcə, ədəbiyyatda yer alan ideyadır. Hər hansı bir şəkildə belə bir siyasi model, ümumiyyətlə, gündəmdə yoxdur. Bu, sadəcə, düşmənlərin icad etdiyi bir modeldir. Çünki hər hansı bir şəkildə Türk Birliyi kimisə təhdid edən bir birlik kimi çıxış etmir, daha çox mədəni bir birlik kimi mövcuddur”. Deputat hesab edir ki, həm İrəvanda, həm Xankəndində olan erməni vəhşilərinin əsas məqsədi istiqaməti Azərbaycana doğru yönəltməkdir: “Amma bu, cılız bir xətt, cılız bir kursdur. Azərbaycan əslində Qarabağı terrorçulardan təmizlədiyiniə görə indi terrorçuların qalıqlarının belə sərsəm iddialarla çıxış etməsi anlaşılandır. Bütün hallarda Azərbaycan öz torpaqlarını işğalçılardan azad etmə kursunu davam etdirəcək və erməni seqmentinin burada yenidən baş qaldırmasına imkan verməyəcək. Biz bu məsələdə qərarlıyıq və qardaş Türkiyə ilə birlikdə bölgənin rifah içində, savaş olmadan mövcudluğunu təmin edəcəyik”.
Deputat Ceyhun Məmmədov bildirdi ki, KTMT-nin iclasında Paşinyanın sərsəm fikirlərindən Araikin iftira dolu yazısından sonra dərhal Ermənistan sərhəddə təxribat törədərək KMT-nin diqqətini yenidən bu məsələyə çəkmək istədi: “Halbuki Azərbaycan tərəfi atəşkəsi pozmamışdı. Bu, Ermənistanın növbəti şousu idi. Dərhal Ermənistan KİV-i və sosial şəbəkələri total hücuma keçdilər. Ermənistanın KTMT-ni münaqişəyə cəlbi cəhdi əbəsdir. Dəfələrlə KTMT bu məsələyə münasibət bildirib. Ermənistan tərəfi boş yerə həvəslənməsin”. C.Məmmədov qeyd etdi ki, Azərbaycan tərəfindən heç bir terrorçu döyüşməyib: “Əksinə, dünyanın müxtəlif bölgələrindən erməni terrorçularu Ermənistana axışaraq Azərbaycana qarşı vuruşdular. Azərbaycan tərəfdə dəqiq faktlar var Ermənistandan fərqli olaraq. Onların məhkəmələri də keçirilib. Onu da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın birgəyaşayışla bağlı bütün cəhdlərinə baxmayaraq Ermənistan rəhbərliyi və KİV-i Azərbaycana qarşı düşmənçiliyi təbliğ etməyə davam edir. Ermənistan buna son qoymalıdır. Bu təbliğat və cəhdlər Ermənistan xalqına yalnız faciə və bədbəxtlik gətirəcək. Ermənistan rəhbərliyi və xalqı gələcəyə baxmağaı bacarmalıdır. Gələcəyə sağlam baxış reallıqla barışıb bölgəyə sülh gəlməsinə çalışmaqdır. Ermənistana bu barədə Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib. Əgər rəsmi İrəvan bunu anlamaq istəməsə, sonu Ermənistan üçün yaxşı olmayacaq”.
Yazı çapa hazırlanarkən Ermənistanın növbəti təxribatı barədə məlumat yayıldı. Belə ki, düşmənin açdığı atəş nəticəsində Azərbaycan Ordusu Kəlbəcər istiqamətində şəhid verib. Əslində Paşinyanın davranışlarından sonra bu kimi cinayətlər gözlənilən idi. Belə aydın olur ki, Ermənistan növbəti dəfə “Dəmir yumruq”un zərbəsini dadmaq istəyir. Güman edirsə ki, onu KTMT xilas edəcək, yanılır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
|