“Milyonluq obyektləri özəlləşdirmək yolunu düşünməkdənsə, axirəti fikirləşsinlər” - ÇAĞIRIŞ
Tarix: 19-01-2022, 08:36 | Çap et
Hazırda həbsdə olan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun keçən ilin sentyabrından namaza başlaması, onun şeir yazması, idmanla məşğul olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Mediada yayılan xəbərlərə görə, sabiq başçı hətta iqtisadi sahədə layihələr yazır və azadlığa çıxdıqdan sonra onları reallaşdırmaq istəyir. Sabiq icra başçısının bu addımı ictimaiyyət arasında birmənalı qarşılanmayıb. İnsanlar “Niyə həbs olunmadan öncə ibadətlə məşğul olmurdu”, kimi fikirlər bildirirlər.
Yeri gəlmişkən, sabiqlər arasında namaza başlayan, şeir yazan yalnız A.Məmmədov deyil, sabiq nəqliyyat naziri Ziya Məmmədov da nazir vəzifəsindən azad ediləndən sonra namaz qıldığını, ibadətlə məşğul olduğunu, şeirlər yazdığını deyib.
Korrupsioner və oliqarx məmurlar kimi tarixə düşən sabiqlərin çoxunun namaz qılması, şeir yazması cəmiyyətdə də qəribə qarşılanır. Ekspertlər deyir ki, sabiqlərin demək olar ki, hamısının imici zədəlidir, özlərini yeni obrazda təqdim etsələr də, xalq onları bağışlamır və səmimiyyətlərinə inanmır.
“Bunlar həbsxanada namaz qılıb, şeir yazırlar ki, insanların bunlara yazığı gəlsin. Yəni səmimiyyətlərinə inanmıram”. Bunu mediaya açıqlamasında nasir Xeyrəddin Qoca deyib. X. Qoca məmurların atdıqları müsbət addımların səmimiyyətinə inanmadığını bildirib: “Savadsızlıq, cahillik baş alıb gedir. Bununla xalqı hara aparırlar?! Puldan ötrü hər yola əl atırlar. Bunlar dünyanın fani olduğunu heç də həbsxanada dərk filan etmirlər. Mənim kiməsə qarğış etmək, nə isə haqqında pis fikir söyləmək niyyətim yoxdur. Ancaq onu bilirəm ki, bunlar elə həbsxanada da öləcəklər. Bunların əksəriyyəti şəxsiyyətini itirmiş, xalqın başına oyun açmış adamlardır. Bu qədər eyiblərinin hansı düzəlib ki?” Bəs görəsən, niyə həbsə düşəndən sonra dinə gəlirlər?
DİA.AZ xəbər verir ki, Ağ Partiyanın sədri Tural Abbaslı mövzunu “Yeni Müsavat” a belə şərh edib: “İslam dinində bir deyim var: ”Siz daxili bilməzsiniz. Daxili Allah bilər". Kimsə deyirsə ki, namaza başlayıram, oruc tuturam, “Tülkü həccə gedir” demək də etik olaraq düzgün deyil. Amma bir məsələ var, insanlar niyə belə məmurlara lağ edir? Çünki bu insanların keçmişini, onun məmur kimi çalışdığı dövrü bilir. Bu adamın 60 yaşı var, 40 ildir vəzifədədir. Baxırlar ki, nə Allah, nə din, nə də yetim haqqı bilib. Birdən-birə Allah yoluna gəlir, dini tanıyır. Ona görə də bu insanların səmimiyyətinə inanmırlar. Bu o vaxt gözəl olardı ki, məsələn, Alimpaşa müəllim Şəmkirdə Cümə namazında hamı ilə namazını qılardı. Yaxud da Ramazan bayramında öz hesabına 10 qurban kəsdirərdi və ehtiyacı olan ailələrə paylayardı. Yaxud da Ramazan ayında kiminsə qapısını döyərdi, “sizə iftara gəlmişəm” deyərdi. Kim eşitsə ki, Alimpaşa müəllim namaz qılır, onda heç kim təəccüblənməzdi. Keçmiş məmurlar düşünməlidir ki, niyə insanlar bizə belə yanaşırlar. O haqda düşünsünlər. Əgər insanlar sənin ibadətinin səmimiyyətinə inanmırsa, axirətdə Allah buna nə edəcək?! Amma ümumi götürəndə yaxşıdır, 43 milyonluq obyekti özəlləşdirmək yolu düşünməkdənsə, axirəti, qəbir əzabını, haqq-hesabı, yetim, qul haqqı barədə düşünsünlər. Bəlkə onda adam olarlar".
Abbaslı həbsdə olduğu vaxtları da xatırladıb: “Mən özüm də həbsdə olmuşam. Orada məşğul olmalı iş yoxdur. Özəlləşdirməyə obyekt yoxdur ki, başlarını qatsınlar. Mən, məsələn, mitinq edə bilmirdim, nə edəcəyimi bilmirdim. Mən onsuz da həbsdən də əvvəl də ibadət edirdim. Həbsdə də namazımı qılırdım. Görürsünüz, medianın heç xəbəri də olmadı ki, Tural Abbaslı namaz qılır. Cəzaçəkmə müəssisəsində namaz qılmaq üçün ovaxtkı rəislə iki həftə mübahisəm olub. Çünki o, qanunsuz olaraq ibadətlərə icazə vermirdi. Heç o məsələ gündəmə gəldimi? Xeyr. Çünki hamı bilirdi ki, onsuz da ibadət edirik. Bunlar da əsas odur ki, dinə-imana gəlsinlər, eybi yoxdur”.
Mövzu ilə bağlı tanınmış psixoterapevt Elmir Əkbər də “Yeni Müsavat” a şərh verib: “Təbii ki, mən də çox istəyərəm ki, tövbə əhlinin səmimiyyətinə inanım. Amma qəlblərə hakim olan Allahdır. Biz insanların əməllərinə ancaq qiymət verə bilərik. Hansı biri malından, mülkündən kiməsə bağışladı, ianə etdi. Əvvəllər milyonçular təhsil müəssisəsi üçün böyük yerlər tikib, təhvil verərdilər. Universitetlər, institutlar, məktəblər açıblar. İndi bu məmurlardan hansı elmi laboratoriya açmaq üçün bir yer bağışladı. Çox gözəl bilirik ki, onlar həbs olunsalar da, onların bütün əmlakı əlindən alınıb. Bir təmsilimizin gözəl sözləri var: tülkü "İndi həccə gedirəm, artıq tövbə edirəm" deyir, yəni illər ərzində belə halları biz çox gördük. Mən bir tərəfdən bir eksisentiral psixoanalitik kimi istəyərəm inanım ki, onların bu tövbə addımında həqiqət var. Digər tərəfdən də, əməldə biz bunu görməliyik. Üçüncü məqam, onlar həbsxanadan çıxandan sonra dini əməllərini davam etdirirlərmi? Axı həyatda çox rast gəlirik ki, hər hansı bir çətin məqamda dini pərdəyə, dona bürünürlər. Haradasa özünü şüuraltı olaraq aldadır, hətta özü də inanır ki, guya din yoluna gəlib. Amma azadlığa çıxandan sonra görürsən ki, o, dindən tamam uzaq bir həyat sürməyə başlayır. Bu da sübut edir ki, onların heç əvvəldən səmimiyyətləri olmayıb".
E.Əkbər digər vacib məsələyə də toxunub: “Onlar həbsdə din yoluna gəliblər. Bəs etdikləri səhvlərin kəffarəsini veriblərmi?! Kiminsə pulunu, malını alıb qaytarıblarmı. Özlərinə bununla bağlı sual veriblərmi?! Sovet dövründə ”Komsomolun səbri" olanlar Sovet hökuməti dağılandan sonra din sahəsində özlərini sınamağa başladılar. Çünki insanlar üzərində dominantlıq etmək, şöhrət əldə etmək, kimlərisə idarə etmək istəyi və bu kimi müəyyən psixoloji səbəblər onların niyyətləri arxasında dururdu. Dinə hörməti olan insan çalışmalıdır ki, dinlə bağlı münasibətlərini açıqlamasın. Bu din yoluna gəlibsə, cəmiyyət bunu haradan bilsin. Niyə onlar bunu nümayişkaranə şəkildə edirlər? Həqiqi din yoluna gəliblərsə, niyə bunu ürəklərində saxlamırlar".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|