Partiyalar haqqında qanun ictimai müzakirəyə çıxarılmalıdır - TƏLƏB!
Tarix: 20-01-2022, 12:32 | Çap et
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıla bilər. Bu barədə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, layihənin rəhbərlik etdiyi komitənin yaz sessiyasının işlər planına daxil edilməməsinə baxmayaraq, sessiya müddətində tam hazırlanıb müzakirəyə çıxarılacağı istisna olunmur:
“Komitənin işlər planına salınmaması o demək deyil ki, qanun layihəsi parlamentdə müzakirə edilə bilməz. Əgər ehtiyac olarsa, qanun layihəsi işlər planına daxil edilə və parlamentin müzakirəsinə çıxarıla bilər”. Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib. Əksər siyasilər hesab edirlər ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunması zərurətdir. Ölkədə fikir plüralizmi, siyasi dünyagörüş çalarları artırsa, bunun özü siyasi münasibətlərdə keyfiyyət yeniliyi yaradar. Həmçinin, qlobal çağırışlar Azərbaycandan daha təkmil fəaliyyət tələb edirsə, siyasi sistem mütləq təkmilləşməlidir. Bütün bunların da qanunvericilik bazası olmalıdır ki, fəaliyyət tənzimlənsin.
DİA.AZ-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna ötən müddət ərzində bəzi dəyişikliklər edilib. Amma təəssüflə qeyd etməliyik ki, bu düzəlişlər çoxpartiyalı demokratik sistemin güclənməsinə heç bir töhfə verməyib. Əgər “Siyasi partiyalar haqqında” qanun demokratik, işlək olsaydı, bu gün Azərbaycanda xeyli güclü partiyalar olardı. Bu qanun partiyaların güclənməsinə, siyasi həyatda rolunun artırılmasına, dövlət idarəçiliyində təmsil olunmasında yardımçı olmalıdır. Qanun partiyalara möhkəmlənmə və strukturlaşma istiqamətində stimul verməlidir. Siyasi təşkilatların səlahiyyətləri, imtiyazları artırılmalıdır. Bizdə 50 manata və 20 dəqiqəyə qeydiyyatdan keçirilən hansısa MMC-nin hüquq və səlahiyyətləri minlərlə insanı özündə birləşdirən siyasi partiyaların səlahiyyətlərindən daha çoxdur. Xeyli boşluqlar var. AĞ Partiya olaraq bir sıra fikirlərimizi şifahi şəkildə hökumətin diqqətinə çatdırmışıq. Hesab edirəm ki, partiyalar haqqında qanun ictimai müzakirəyə çıxarılmalıdır. Əgər qanunun işlək və faydalı olmağını, insanların ictimai-siyasi həyatda fəallığını istəyiriksə, reallıq, müasir siyasi situasiya nəzərə alınaraq qəbul olunmalıdır. Elə qanun qəbul etməliyik ki, partiyalar siyasi fəaliyyətdə peşəkarlaşsın və Milli Məclisə oliqarxlar, kartof və ya tozsoran satanlar deyil, əsl siyasət adamları düşsün”.
T.Abbaslı vurğulayıb ki, partiyaların qeydiyyatı, maliyyələşməsi, qərargahla təmin olunması, regionlarda fəaliyyətinin genişlənməsi, dövlət qurumları ilə münasibətlər və s. məqamlar tənzimlənməlidir:
“Oğuz rayonunda partiyamızın şöbəsini açmaq istəyirəmsə, bu məsələ rayonun icra başçısının şəxsi kefindən asılı olmamalıdır. Əlbəttə, bəzi tələblər daha da sərtləşdirilə bilər. Məsələn, partiyanın hüquq və səlahiyyətləri artırılırsa, öhdəlikləri, məsuliyyəti də paralel artırılmalıdır. Qeydiyyatın tələblərini ağırlaşdıra, seçkidə fəal olmağı, rayon şöbələrinin sayını şərt qoşa bilərlər. O zaman bir-iki adamdan ibarət partiyalar da olmaz. Kimlərsə özlərinə “mən partiya sədriyəm” deyib gəzməzlər. Amma “Siyasi partiyalar haqqında” qanunu tələm-tələsik qəbul etmək də olmaz. Qanun partiyalara, partiyalar siyasi sistemə, siyasi sistem isə dövlətçiliyə xidmət etməlidir”.
ReAL-ın icra katibi Natiq Cəfərli isə bildirib ki, mükəmməl qanun mövcud konstitusion, iqtisadi və siyasi şəraitdə işlək ola bilməz. Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” yeni qanun Konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azından Seçki Məcəlləsinə də uyğun dəyişikliklər edilməlidir:
“Hazırda mövcud olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır. İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə, ayda 2 saat canlı efirlə təmin etməlidir. Partiyalar özləri bu yayımı canlı, ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir. Dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimai çıxış və fəaliyyət, onun fəaliyyətində və ya fəaliyyətinin təşkilində iştirak tənzimlənməməlidir. Qeydiyyat üçün tələb olunan partiya üzvlərinin minimal sayının indiki 1000-dən 5000 nəfərə artırılması ideyası siyasi sistemin yeniliyə açıq saxlanılması marağına ziddir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|