Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                 

“Akademiya neft deyil ki, yerini tapıb, buruq qazacağıq...” - deputat
Tarix: 21-01-2022, 16:38 | Çap et
“Akademiya neft deyil ki, yerini tapıb, buruq qazacağıq...”
Son vaxtlar ölkənin gündəmi əsasən təhsil qalmaqalları olsa da, artıq AMEA-da baş verən prosesləri də bura aid etmək olar.

Belə ki, son vaxtlar sosial şəbəkələrdə AMEA-da çalışan bir sıra alimlərin etirazları yayılır.

Son hadisələrdən biri də AMEA-nın Tarix institunun direktoru Kərim Şükürovun öz vəzifəsindən istefası olub. Direktor istefasının səbəbini “AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq” göstərib.

Ümumiyyətlə, son vaxtlar AMEA ilə bağlı səslənən fikirlər, mövcud vəziyyətlə bağlı suallarımızı millət vəkili Fazil Mustafa cavablandırdı.

-Fazil bəy, son vaxtlar AMEA ilə bağlı bir sıra tənqidi, o cümlədən bu qurumun fəaliyyətinə ehtiyacın olmaması ilə fikirlər səslənir. Siz bu barədə nə düşünürsünüz?

-Bu məsələ cəmiyyətdə illərdir ki, müzakirə olunur. AMEA o zaman gərəksiz olur ki, universitetlər elmi-tədqiqat modeli yükünü öz üzərlərinə götürsün. Buna nə dərəcədə hazırdırlar? Yəni bu, ciddi məsələdir və belə bir hazırlıq yoxdur. Əgər belə bir hazırlıq yoxdursa, biz orada olan müəyyən rasional imkanları da əldən çıxara bilmərik. Bu da böyük bir problem yaradır. Təsəvvür edin ki, kimya, fizika, riyaziyyat üzrə bütün tədqiqat institutları akademiyanın nəzdindədir. İş keyfiyyətli qurulmaya, nəticələr bizi qane etməyə, yaxud idarəetmədə problemlər ola bilər. Ancaq bütövlükdə sistemi o vaxt aradan qaldırırsan ki, onun alternativini hazırlayırsan. Biz yarada bilmədiyimiz universitetin yerinə bir boşluqmu saxlamalıyıq? Bunun üzərində düşünməliyik. Ona görə də bu məsələ ilə bağlı cəmiyyətdə müzakirələr açılmalıdır. Cəmiyyətdə bundan sonra hansısa bir şəkildə müzakirə aparmaq daha doğru olar.

-Dünən Tarix institutunun rəhbəri Kərim Şükürov istefa verib. Son vaxtlar AMEA rəhbərliyinə qarşı bir sıra etirazlar da səslənir. Sizcə, bu, nədən irəli gəlir- daxili proseslərlə, yaxud alimlərin çalışdıqları sahəyə diqqət göstərilməməsi ilə bağlıdır?

- Hazırda akademiyada daxili proseslərin hansı istiqamətdə cərəyan etdiyini bilmirəm. Hər halda problem varsa, müzakirə olunmalıdır. Ancaq bizim ümumiyyətlə, tarix, hüquq, fəlsəfə ilə bağlı nəzəri sistemimizin akademiya tərkibində o qədər də keyfiyyətli olmadığını düşünürəm. Ona görə də biz bu istiqamətdə də müzakirələr aparmalıyıq. Bu, fərdi fikirlərlə olmur, müzakirələrlə ortaya çıxır ki, çatışmayan məsələlər nədir. Yoxsa biri burdan bir söz dedi, o biri də ona söz atdı, bununla məsələ çözülmür. Geniş auditoriyalarda, elm sferalarında bu müzakirə olunandan sonra nəyin faydalı olduğu, hansı istiqamətin bizə lazım olduğunu daha tez üzə çıxaracağıq.

-Belə bir fikirlər də səslənir ki, bizim alimlər elmdə heç bir yenilik etmirlər. Heç bir yeni kəşflər etmirlər, sadəcə eyni mövzuların təkrar tədqiqatı ilə məşğuldurlar. Bu fikirlə razısınızmı?

-Bu, bir həqiqətdir. Çünki o baza da yoxdur. Hansı laboratoriyada,hansı müəssisədə eləsinlər? Sovet dövründən qalan bütün sistem də dağılıb. Yeni bir faydalı laboratoriya sistemi qura bilməmişik. Universitet mühiti də yoxdur. Mühit yoxdursa, bu, təkcə alimin günahı deyil. Alim də yetişəcəyi mühit axtarır. Bunu ancaq xaricə gedənlərdən gözləmək olar. Çünki orada bu şərait var. Bizdə yaxın gələcəkdə yəqin ki, bu olmayacaq.

-Bir çox alimlərimizin də xaricə üz tutduğunun şahidi oluruq. Bugünkü “beyin axını” elmimizin sabahı üçün təhlükə deyilmi?

-Bu normaldır və buna pis baxmaq lazım deyil. Bacardıqca daha çox adamı xaricə göndərmək lazımdır. Əgər mütəxəssis kimi yetişməsini istəyiriksə, ordan geri qaytarmağın bir mənası yoxdur. Çünki bu adamlar ancaq o mühitdə yetişə bilərlər. Normal alimin yetişməsi üçün model yoxdur. -Hazırkı AMEA rəhbərlyinin elmə diqqət göstərməməsi ilə bağlı fikirlər səslənir.

Sizcə, bu, nə dərəcə doğrudur?

-Akademiyaya kimi təyin etsən, elmə diqqət göstərməsi mümkün deyil. Çünki elm yoxdursa, nəyə diqqət göstərəcək? Bütövlükdə elmin konstruksiyası dəqiq müəyyən edilməlidir. Hansı elmi inkişaf etdiririk? Filologiya, ədəbiyyat, hüquq, fəlsəfədən minlərlə müdafiə olunan əsərlərlə elm inkişaf etmir, müasir dövrdə təbiət elmləri, fundamental elmlərin geniş tədrisi ilə inkişaf edir. Bizdə bu sahələr axsayırsa, humanitar sahəylə bu yükü qaldırmaq mümkün deyil. Ona görə də akademiya formal olaraq insanların sadəcə işsiz qalmaması, sosial müavinət əldə etmək yerinə daha çox bənzəyir. Başqa cür elmi “pompalamaq” mümkün deyil. Bu, neft deyil ki, yerini tapacağıq, vuracağıq, buruq nefti çıxaracaq. Bu, tamam başqa bir şeydir, illər lazımdır ki, kökü qalsın. Ancaq illərlə bunu sıradan çıxartdıq. Ona görə də bərpa etməyimiz çox çətin olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru