"Qarabağa səfərlərin təşkili daşıyıcıların gəlir götürməsinə hesablanmayıb" - deputat
Tarix: 26-01-2022, 08:46 | Çap et
“Qarabağa böyük qayıdış” planının reallaşacağı 2022-ci ili yaşayırıq. “Ağıllı kənd”in birincisinə bu il qayıdış olacaq. Bundan əlavə, yanvarın 24-də Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşdü. Bu da qayıdış prosesində yaşanan tarixi hadisələrdən biri oldu.
“Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlanılacaq. Bu, müasir Azərbaycan tarixinin ən böyük hadisəsi olacaq”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının yaradılması ilə bağlı addımlar atılır: “Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Müdrik siyasət nəticəsində Azərbaycanın regionada iqtisadi gücü daha da artıb. Əldə edilmiş qələbə qarşıdakı illərdə davamlı islahatlarla yeni imkanlara çevriləcək. Yeni iqtisadi rayonların yaradılması formalaşmış obyektiv reallıqları əks etdirir. Yaxın dövrdə müstəqil Azərbaycanın yeni yaradılan iqtisadi rayonlarının inkişafının şahidi olacağıq”.
Bu tipli açıqlamanı hələ ötən həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib: “Yaxın zamanlarda ilk məcburi köçkün ailələrinin öz evlərinə geri dönüşünün şahidi olacağıq”.
DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, deputat, iqtisadçı alim Azər Badamov qayıdış mərhələsində çox mürəkkəb prosesin getdiyinə işarə etdi: “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinin aparılması çətin və mürəkkəb prosesdir. Çünki ermənilər bu əraziləri işğal altında saxladıqları 30 ildə darmadağın edib, 10 minlərlə minalarla zəhərləyib. İşğala son qoyduğumuzdan sonra görməyə başladığımız ilk məsələ ərazilərin minalardan təmizlənməsi olub. Ermənilər bəzi rayonların minalanmış ərazilərinin xəritələrini bizə versələr də, çox təəssüf ki, bu xəritələrin dəqiqliyi maksimum 25%-dir. Ona görə də işğaldan azad olunmuş ərazilərin hər bir qarışını yoxlamalı oluruq. Müvafiq qurumlar ilk növbədə kommunikasiyaların keçəcəyi əraziləri minalardan təmizləyib. Ona görə də qısa zaman kəsiyində yollar çəkilib və çəkilməkdədir. Füzuli Beynəlxalaq Hava Limanı istifadəyə verildi. Bir neçə rayonun baş planları təsdiqlənib. Elektrik şəbəkəsi demək olar ki, yenidən qurulub. Şuşanın bərpası işləri sürətlə aparılır. Və digər layihələrin icrası davam etdirilir. Tezliklə Ağalı kəndi ağıllı kənd konsepsiyasında yenidən tikilib başa çatdırılaraq öz sakinlərini qarşılayacaqdır. O cümlədən Şuşaya da qayıdışın başlanğıcı olacaqdır. İşlər çox sürətlə aparılır. Dövlət başçımız və birinci vitse-prezident mütəmadi olaraq bu ərazilərə səfərlər edir, icra olunan və icra olunmuş layihələrlə yerində tanış olur, tapşırıqlarını verir və yeni layihələrin təməlləri qoyulur. Burada işlərin gedişatı ilə bağlı narahatedici məqamlar yoxdur. Görülən işləri hər bir vətəndaşımız yüksək dəyərləndirir”.
İqtisadçı alim Qarabağa qayıdışda Azərbaycanın yeganə rəqibinin zaman olduğunu söylədi: “Sevindirici haldır ki, vətəndaşlarımız 30 ildən sonra turist qismində olsa da artıq sərnişin avtobusları vasitəsilə Şuşaya və Ağdama səfər etmək imkanını əldə edib. Bu ərazilərə səfər edən sərnişinlərin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün müəyyən tələblər qoyulub və izahat işi aparılır. Çünki bütün ərazilər minalardan təmizlənib başa çatmayıb. İcazə verilməyən ərazilərə giriş minaya düşmək riskini artırır. Ona görə də hər bir sərnişin müəyyən olunmuş ərazilərdən kənara çıxmamalıdır. Biletlərin qiymətləri isə düşünürəm ki, simvolikdir. Burada səfərlərin təşkili daşıyıcıların gəlir götürməsinə hesablanmayıb. Məqsəd vətəndaşların 30 ildə intizarla gözlədikləri ərazilərə gedişini təşkil etməkdir. Bu gün Şuşaya və Ağdama müəyyən məhdudiyyətlərlə səfər etmək imkanına malik olmuşuqsa da, yaxın gələcəkdə əraziləri minalardan təmizlədikcə məhdudiyyətlər aradan qaldırılacaq və səfərlər də sərbəst olacaqdır.
İşğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsinin yetərli olub-olmadığına toxunanda qeyd etmək istəyirəm ki, bu, uzunmüddətli prosesdir. Keçən il və bu il hər il 2.2 milyard manat bu prosesə vəsait ayrılıb. Bundan sonra həmin ərazilər tam bərpa edilib başa çatana qədər hər il dövlət büdcəsindən ölkənin iqtisadi gücünə uyğun vəsaitlər ayrılacaq. Ermənilərin viran qoyduğu ərazilərimiz 10 min kvadrat kilometrdən çox olmaqla dünyada 30-a yaxın ölkənin ərazilərindən böyükdür. Bu əraziləri dövlətimiz heç bir xarici maliyyə dəstəyi olmadan ancaq öz iqtisadi gücü ilə bərpa edir. Bu o demək deyil ki, yenidənqurma və bərpa işləri yavaş gedir. Bütün gücümüz demək olar ki, işğaldan azad olunmuş ərazilərə səfərbər olunub. Son bir ildə bu ərazilərdə görülmüş işlərin masştabı hətta böyük dövlətləri təəccübləndirir. Qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərimizin hər bir qarışı bərpa olunmalıdır. Ona görə də qaçqınların bu ərazilərə qayıdışı mərhələli şəkildə icra olunacaqdır. Hansı yaşayış məntəqələri rahat və təhlükəsiz yaşayış üçün yetərli olarsa, o yerlərə də sakinlər qayıdacaqlar. Düşünürəm ki, cari ildə qayıdışımız Ağalı kəndi və Şuşa şəhərindən başlanacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilərin bərpasında yeganə rəqibimiz zamandır. Tam qayıdışımızın da zaman aparan proses olduğunu düşünürəm".
Deputat hər kəsi anlayışlı olmağa da çağırdı: “İşğaldan azad olunmuş topraqların hansı ərazilərində çox və ya az mina basdırılmasından asılı olmayaraq hər bir qarışı yoxlanılmalıdır. Çünki, minalar torpağın altında olduğundan hansı ərazilərdə minaların olmadığını heç kim deyə bilməz. Müharibə bitəndən bu günə qədər 200 vətəndaşımız minaya düşərək ya həlak olmuş və ya da ağır yaralanmışdır. Ona görə də o yerlərə köç etməyimiz üçün səbirli olmalıyıq. Dövlətimiz üçün hər bir vətəndaşımızın həyatı dəyərlidir. Ona görə də böyük maliyyələr sərf edilərək minatəmizləmə işləri aparılır və qayıdacaq insanların təhlükəsizliyi təmin edilir. Düzdür, 30 il həsrətlə gözləməyimiz indi bizi tələsdirir. Amma real vəziyyəti də hamımız başa düşməliyik. Qayıdışımız yubanmır. İcra olunan hər bir iş plan üzrə gedir. Orada hər hansı bir gecikmə yoxdur. Sadəcə, görüləcək işlərin miqyası və həcmi çox böyükdür. Qayıdışımız nə vaxt olacağından asıllı olmayaraq azad olunmuş ərazilərin hər bir qarışı ordumuz tərəfindən göz bəbəyi kimi qorunur. Ermənistanla bütün sərhəd boyu sərhədçilərimiz yerləşib və vəziyyətə nəzarət olunur. Düşmən tərəfindən hər hansı təxribata cəhdin qarşısı çox ciddi şəkildə alınır. Biz işğaldan azad olunmuş ərazilərə qaçqınları yüksək yaşayış şəraiti yaradaraq qaytaracağıq. 30 il əzab içində yaşayan qaçqınlarımız müasir qurulmuş evlərdə rahat yaşamaqla o çəkdiyi əzabları unudacaqlar. Hətta düşmənlərimiz də qaçqınlarımız üçün yaradacağımız şəraiti görüb təəccüblənəcəklər. Bu il, qeyd etdiyim kimi, Ağalı kəndinin yenidən qurulması başa çatacaq və ilk qayıdışımızın baş tutacağı gözlənilir. İşlər planauyğun və öz axarı ilə gedir. Xarici işlər nazirinin qaçqınların yaxın zamanlarda öz evlərinə geri dönəcəkləri ilə bağlı dediyi fikir də reallığa uyğundur. Cənab Prezidentin qeyd etdiyi kimi: ”Nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilirik".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
|