Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                 

"Nəzir qutularının yığışdırılması barədə hələ ki, bir qərar yoxdur"
Tarix: 3-02-2022, 09:40 | Çap et
"Nəzir qutularının yığışdırılması barədə hələ ki, bir qərar yoxdur"
Azərbaycanda bundan sonra dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər.
Bununla bağlı məsələ Milli Məclisin son iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə biləcəklər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. DİA.AZ-ın məlumatına görə, qanun dəyişikliyi ilə bağlı “Şərq”ə açıqlama verən Milli Cəbhə Partiyasının sədr müavini, ilhaiyyatçı Turan İrfan bildirib ki, bu qanun müvafiq sahədə şəffaflığı təmin edəcək:

“Nəzir qutularının yığışdırılması barədə hələ ki, bir qərar yoxdur. Sadəcə, nəzirin onlayn formada verilməsi haqda qərar var. Bu da müasirliklə bağlıdır. Artıq həm dünyada, həm də ölkəmizdə alış-veriş və digər məsələlər kart vasitəsi ilə həyata keçirilir. Bundan sonra hər hansı şəxs uzaq bir ölkədən, yaxud rayondan, məsələn, Bakıda yerləşən ibadət ocağına, yaxud da ziyarətgaha onlayn nəzir, ianə göndərə biləcək. Burada bir qəbahət yoxdur. Nəzir qutularının buna paralel olaraq məscidlərdə qalması da ola bilər. Çünki məscidlərdə kifayət qədər ehtiyaclar, çıxarlar var. Kommunal xərcləri ödəyə bilmədiyinə görə kifayət qədər işığı, qazı, suyu kəsilən məscidlərimiz var. Onlar ora toplanan nəzir pulu ilə ehtiyaclarını ödəyirlər. Müəyyən məbləğ toplanmadıqda isə məsciddə ibadətə uyğun şərait olmur. Məsələn, qışda suyu isitmək olmursa, insanlar soyuq su ilə dəstəmaz alıb xəstələnirlər.

Bunlarla yanaşı onu da deməliyəm ki, bəzi pirlərdə isə əksinə, daha çox pul toplanır və o pulu bir neçə şəxs mənimsəyir. Şəffaf olmayan şəkildə, heç yerə hesabat vermədən öz maddi maraqları üçün istifadə edirlər. Ona görə qanunun sayəsində bu məsələnin də kökündən tənzimlənməsi gözlənəndir”.

İlahiyyatçı həmçinin qeyd edib ki, Azərbaycanda yaşayan və fəaliyyət göstərən hər bir ruhani, imam, inanclı insan və hər bir ibadət yeri Azərbaycan qanunlarına tabe olmalı və şəffaf, hesabatlı şəkildə fəaliyyət göstərməlidir.

“Azərbaycanda ibadət yerlərinə, yəni məscidlərə və ziyarətlərə təyinatın müvafiq icra orqanına verilməsini də alqışlayıram və bunu çox düzgün qərar hesab edirəm. İndiyə qədər bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirirdi. Onlar da əsasən İranda, Qumda oxuyan şəxslərə üstünlük verirdi. O şəxslər də oxuyub təhsil aldıqları ölkənin siyasi xəttini təbliğ edir, o ölkənin özünə məxsus islam modelini ölkəmizdə təbliğ edirdilər. Xurafatçılıq da buna görə yayılırdı. Çünki xarici qüvvələr fanat insanları xurafat vasitəsilə daha asan təsir altına sala bilirlər. Bununla yanaşı ziyarətgahlarda da toplanan ianələr, nəzirlər, yardımlar qeyri-şəffaf şəkildə mənimsənilirdi.

İstər İran təmayüllü siyasiləşmiş yerli ruhanilərə, istər Səudiyyə Ərəbistanı təmayüllü radikallığa meyilli şəxslərə milli dəyərlərimizə və dövlət qanunlarımıza müvafiq fəaliyyət göstərmələri üçün bu qanun birbaşa təsir edəcək.
Ancaq yenə də diqqətli olmaq vacibdir ki, xarici təsirlərdən qaynaqlanan ünsürlər yenə də məscidlərə sızmasın.
Habelə pirlərə, ziyarətgahlara təyin edilən şəxslər də milli dövlətçilik ənənələrinə vaqif olan şəxslər olsun.

Çünki insan məscidə inancına görə gedir. Oranı müqəddəs hesab edir və inanır ki, orada danışılanların hamısı həqiqətdir. Odur ki, məscid imamlarını təyin edərkən də hər şeydən öncə xaricə bağlı olub-olmaması aydınlaşdırılmalıdır. Əgər zərrə qədər Azərbaycan Respublikasının siyasi xəttinə, ərazi bütövlüyünə, hər hansı maraqlarına qarşı gələn ölkədə təhsil alıb, təlim görübsə, əsla onu Allah evinə yaxın qoymaq olmaz.

Düşünürəm ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sayəsində bütün bunlar öz müsbət həllini tapacaq. Daha Qumda yarı siyası, yarı dini təhsil alanlar yox, yerli dini məktəblərdə oxumuş, milli ruhlu, ənənəvi islamı qavramış şəxslər məscidlərə təyinat alacaqlar.

Çünki Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin indiyəcən olan fəaliyyəti və kifayət qədər savadlı, dini dərindən bilən kadr potensialı onlarda var.

Həm də dövlət qurumu olduğuna görə səlahiyyəti daha böyükdür.

İnanıram ki, həm məscidlərə rəhbər təyinatı, həm də nəzir məsələsi sarıdan bu qərarın verilməsi din sahəsində keçirilən müsbət islahatların önəmli hissəsidir və bu, çox doğrudur”.

Nəzir ödəmələrinin onlayn şəkildə təşkili barədə danışan informasiya texnologiyaları üzrə mütəxəssis Emin Qasımovun sözlərinə görə isə nəzir ödəmə sistemləri onlayn alış-veriş sistemlərindən fərqlənməyəcək.

“Ödəmə sistemləri ianələri müəyyən bir bankın hesabına mədaxil edəcək. Ödənişlər tam şəffaf formada reallaşacaq. Sui-istifadə və ya kənar hesablara köçürülmə hallarından söhbət gedə bilməz. Artıq bir çox ölkələrdə “nəzir vermək” anlayışına bənzər “Donate” ve “Help” onlayn maddi dəstək xidmətləri var. Bunlara yanğınla mübarizə, müharibədən zərər görənlərə yardım və s. istiqamətləri də aiddir.
Koronavirus bəlasından qurtulmadığımızı və pandemiya şəraitində həyatımıza davam etdiyimizi unutmamalıyıq.
Onlayn ödənişlər vasitəsilə lüzumsuz təmaslardan, risklərdən qorunub, özümüzün və yaxınlarımızın xəstələnmək ehtimalını minimuma endirəcəyik.
İstənilən bank kartları (pensiya kartları daxil olmaqla) vasitəsilə hər hansı bir ödəmə terminalından ianələr etmək mümkün olacaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru