Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                 

"Hətta Sovet İttifaqını çökdürmək istəyərkən belə, Qərb bu şəkildə sərt addımlar atmayıb" - deputat
Tarix: 9-03-2022, 08:32 | Çap et
"Hətta Sovet İttifaqını çökdürmək istəyərkən belə, Qərb bu şəkildə sərt addımlar atmayıb"
Məlum olduğu kimi, beynəlxalq sanksiyalar fonunda bir çox qlobal brend və şirkətlər Rusiya bazarını təkr edib. Onların arasında BP, “Shell”, “Coca-Cola”, “FedEx”, “Zoom”, “SnapChat”, “Nestle”, “Dell Technology”, “Disney”, “Nokia”, “Ericsson”, “Oracle”, HP, “Honda”, “Mazda”, “Mercedes-Benz”, “Volvo”, “General Motors”, “Buick”, “Cadillac”, “Chevrolet”, “Volkswagen” “Skoda”, “Lamborghini”, “Bentley”, “Ducati”, GMC, “Audi”, “Bolt”, “Boeing” və digər nəhəng markalar yer alır. Ümumi olaraq Rusiya bazarını tərk edən beynəlxalq şirkətlərin sayı yüzlərlədir.

Bu qərar onların fəaliyyətinə və Rusiya iqtisadiyyatına nə kimi zərbələr vuracaq? DİA.AZ xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, qlobal brendlərin və şirkətlərin ölkəni tərk etməsi Rusiya bazarına sarsıdıcı zərbələr vuracaq: “Əvvəla onu deyim ki, dünya tarixində heç vaxt bir ölkəyə qarşı bu qədər sanksiyalar tətbiq edilməyib. Buna qədər ən çox sanskiyalar İrana qarşı olub və onun da miqyası Rusiya ilə müqayisədə çox kiçikdir. Beynəlxalq brendlərin və şirkətlərin kütləvi şəkildə bir ölkəni tərk etməsi ilk belə haldır”.

“Moskva tarixdə heç zaman olmadığı qədər təzyiqlərlə üzləşib. Hətta Sovet İttifaqını çökdürmək istəyərkən belə, Qərb bu şəkildə sərt addımlar atmayıb. Bütün bunlar deməyə əsas verir ki, ABŞ və Avropa Rusiyaya qarşı mövqeyində qətiyyətlidir və yəqin ki, bu sanksiyalar hələ uzun müddət davam edəcək. Rusiya çox pis dövrə qədəm qoyub və əsas strateji məhsullarını ixrac edə bilmir”, - deyə deputat bildirib.

Həmsöhbətimiz Rusiyaya qarşı sanksiyalardan ABŞ və Avropa bazarlarının da təsirlənəcəyini deyib: “Sözsüz ki, Rusiya dünyanın ən böyük dövlətlərindən biridir və bu ölkədə iqtisadi sistemin iflic olması dünya bazarına da təsirsiz ötüşməyəcək. Amma dünya bazarının bundan itirəcəyi daha az olacaq, nəinki Rusiyanın. Təsəvvür edin ki, Rusiyanın dünyanın maliyyə bazarlarına çıxışı yoxdur, qarşılıqlı ticarət səviyyəsi minimuma enib, əksər dövlətlərlə aviasiya əlaqəsi kəsilib, hökumət büdcə vəsaitlərini müharibəyə yönəldir. Bunun bir müddət sonra hansı ağır nəticələrə gətirib çıxaracağını hesablamaq üçün iqtisadçı olmağa da gərək yoxdur. Oranı tərk edən qlobal brendlər demokratiyaya dəstək verdiklərinə görə, əldə etdiyi müsbət reputasiyanın hesabına Rusiyadakı itkilərini kompensasiya edəcəklər”.

“Bir müddət sonra Rusiyada kütləvi işsizlik hökm sürəcək. İqtisadiyyat defolt vəziyyətinə düşəcək. Bunun qarşısını almaqda isə rus hökuməti aciz qalacaq. Hələ bu sanksiyalar yenidir. Bir müddət sonra əhali bunun təsirlərini öz gündəlik həyatında hiss edəcək. Hətta Rusiya Ukraynaya qarşı hücumları dayandırsa belə, sanksiyalar tam aradan qalxmayacaq” , - deyə Əhmədov vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərli də düşünür ki, qlobal brend və şirkətlərin Rusiya bazarını tərk etməsi ağır nəticələr doğuracaq: “Məsələn, beş milyon insan işsiz qalacaq. Ümumi olaraq Rusiya bazarını tərk edən brend və şirkətlərin əməkdaşlarının sayı beş milyondur. Yəni, bu qədər insan həmin şirkətlərin Rusiyadakı nümayəndəliklərində fəaliyyət göstərir. Lakin elə beynəlxalq şirkətlər də var ki, onlar Rusiyanın müxtəlif şəhərlərində distributor və dilerlərlə çalışır. Onların da sayı az deyil. Qlobal brendlərin ölkəni tərk etməsindən sonra həmin rus şirkətləri də fəaliyyətsiz qalacaq. Təxmini hesablamalar onu deməyə əsas verir ki, onların da sayı beş milyon civarındadır”.

“Təsəvvür edin ki, əmək qabiliyyətli 10 milyon insan beynəlxalq sanksiyalar nəticəsində öz işini itirəcək. Digər yandan beynəlxalq maliyyə bazarlarına çıxışın olmaması, müharibə nəticəsində xərclərin artması, Rusiya ilə hava yolları əlaqələrinin kəsilməsi, günü-gündən artan sanksiyalar ciddi işsizliyə və sosial fəlakətə gətirib çıxaracaq”, - deyə müsahibimiz qeyd edib.

Ekspert düşünür ki, Rusiya sonu məlum olmayan bir yola çıxıb: “Kreml anlayır ki, Ukraynaya qarşı hücumları nəticəsində tətbiq edilən beynəlxalq sanksiyalar bir müddət sonra sosial partlayışa səbəb olacaq. Bu baxımdan daxildə repressiv meylləri gücləndirməyə, insanları xof altında saxlamağa çalışır. Bu məqsədlə qanunlarda belə, mürtəce dəyişikliklər edir, əhalinin etiraz ruhunu önləmək üçün müxtəlif üsullardan yararlanır. Bununla yəqin ki, kütləvi etirazların qarşısını bir müddət ala biləcək. Lakin bu, uzun sürməyəcək. Əhali görəndə ki, dünyadan təcrid olunub və artıq normal qidalanmaqda də əziyyət çəkir, bütün Rusiya şəhərlərini etirazlar bürüyəcək. Əslində ABŞ və Avropanın məqsədi də sanksiyalar yolu ilə Putinin daxildə dayaqlarını sarsıtmaqdır”.

Cəfərlinin fikrincə, Rusiya Ukraynaya qarşı hücumları dayandırsa belə, Qərbin sanksiyalarından yayına bilməyəcək: “Çünki ortada suveren bir ölkənin ərazi bütövlüyünün pozulması, çoxlu sayda itkilər var. Yəqin ki, bu dəfə Rusiyaya güzəşt olmayacaq və şimal qonşumuzu qarşıda ağır fəlakət gözləyir. Bütün bunlarla yanaşı, hadisələrin gedişatı ilə bağlı qəti proqnoz vermək çətindir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru