Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                     Bu son olmayacaq... .....                 

"Bu, heç bir halda bizim müttəfiqlik münasibətlərimizə uyğun gəlmir" - deputat
Tarix: 11-03-2022, 09:17 | Çap et
"Bu, heç bir halda bizim müttəfiqlik münasibətlərimizə uyğun gəlmir"
Son günlər Rusiya Azərbaycana münasibətdə müxtəlif qeyri-dost addımlar atmağa başlayıb. Belə ki, Rusiyanın Müdafiə İdarəsinin Milli Mərkəzinin rəisi general-polkovnik Mixail Lizintsev brifinqdə bəyan edib ki, Kiyev və Zaporejye vilayətlərinin sakinləri üçün Suriyadan 50 ton ərzaq, “Dağlıq Qarabağ”dan isə 14 ton zəruri mallar gətirilib.

Bundan başqa, Qarabağ ətrafındakı Azərbaycan mövqelərinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisindən erməni silahlı tör-töküntüləri tərəfindən atəşə tutulması halları da müntəzəm xarakter alıb.

Azərbaycan, həmçinin, humanist prinsiplərdən çıxış edərək dünyanın müxtəlif məkanlarında humanitar böhranların aradan qaldırılmasına da yardım əlini uzadır. Son olaraq Azərbaycan belə bir humanitar yardımı Polşadan keçməklə indi çətin günlərini yaşayan Ukraynaya yollayıb. Bu addımda hər hansı bir siyasi çalar da yoxdur. Bakı, sadəcə, olaraq humanist prinsipləri əsas götürərək Ukrayna xalqına mənəvi dəstək olub.

Amma buna baxmayaraq, görünən odur ki, Azərbaycanın humanist addımı Moskvanı əməlli-başlı qıcıqlandırıb. Görünür, Rusiya onun razılığı və istəyi olmadan kənardan Ukraynaya hər hansı bir humanitar dəstəyin verilməsini istəmir. Ona görə də Azərbaycanın humanist addımına cavab olaraq tələm-tələsik qondarma qurumdan guya Ukraynaya dəstək üçün zəruri mallar gətirildiyini bəyan ediblər. Xarkovdakı Azərbaycan konsulluq binasının vurulması da bu mənada təsadüf sayıla bilməz. Rusiyanın bu hərəkəti onu göstərir ki, son zamanlar həddən artıq aqressivləşmiş Moskva ərazi bütövlüyünü dəstəkləmək və humanitar yardım göndərməklə Azərbaycanın Ukrayna məsələsində tutduğu mövqeyindən narazıdır.

Bu iddialar nə dərəcədə gerçəkliyi əks etdirir? Narahat olmağa dəyərmi? Azərbaycanın Ukrayna siyasətində yanlışı varmı? DİA.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, YAP-çı deputat Elman Nəsirov Rusiyada Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasını istəməyən qüvvələrin fəallaşdığını düşünür: “Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 30 ili tamam oldu. Bu 30 illik tarix ərzində münasibətlərimiz strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunurdu. Amma bu ilin 22 fevral tarixində ölkə Prezidenti, cənab İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında imzalanmış bəyannamə ikitərəfli münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Ancaq son zamanlar ikitərəfli münasibətlərimizdə bəzi anlaşılmaz məqamlar da baş verir ki, bu heç bir halda müttəfiqlik münasibətlərinin ümumi ruhuna uyğun gəlmir. Həmin münasibətlərə kölgə salır. Bu ilk növbədə onunla bağlıdır ki, tez-tez Rusiyanın rəsmiləri tərəfindən Dağlıq Qarabağ ifadəsi işlənir. Elə bu yaxınlarda Rusiyanın Müdafiə İdarəsinin Milli Mərkəzinin rəisi general-polkovnik Mixail Lizintsev brifinqdə bəyan edib ki, Kiyev və Zaporejye vilayətlərinin sakinləri üçün Suriyadan 50 ton ərzaq, ”Dağlıq Qarabağ"dan isə 14 ton zəruri mallar gətirilib. Bu nə ifadədir? Belə anlaşılır ki, bu şəxs oranı ayrıca bir inzibati ərazi vahidi kimi görür. Bu bəyanatdan elə çıxır ki, o, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etmir. Ümumiyyətlə, Dağlıq Qarabağ deyilən inzibati ərazi vahidliyi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il 7 iyul tarixli fərmanı ilə Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Belə bir inzibati ərazi vahidi olmaya-olmaya rusiyalı generalın belə bir mövqe ortaya qoyması təbii ki, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bir addımdır. Halbuki haqqında bəhs etdiyim müttəfiqlik haqqında bəyannamənin birinci bəndinin birinci maddəsində qeyd olunub ki, hər iki dövlət öz münasibətlərini ərazi bütövlüyü, suverenlik məsələləri, bir-birinin daxili işlərinə qarışmama, qarışıqlı hörmət, güc tətbiq etməmək, hədələməmək üzərində qurur. Belə olan vəziyyətdə Dağlıq Qarabağ ifadəsini rus generalı nə üçün işlədir? Bunu da brifinqdə səsləndirir və jurnalistlər də yayırlar. Demək, beynəlxalq aləmə bu cür təqdim etmək istəyirlər. Bu da Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı yönəlmiş addım kimi qəbul edilməlidir. Heç bir halda bizim müttəfiqlik münasibətlərimizə uyğun gəlmir. Bir sözlə, ona kölgə salır. Bu, çox məsuliyyətsiz bir davranışdır. Eyni zamanda rus sülhməramlılarının Qarabağdakı nəzarət zonasında da qeyri-qanuni erməni birləşmələri, separatçıların tör-töküntüləri atəşkəs rejimini intensiv şəkildə pozurlar. Bu addımları ilə də 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli sənədin bütün məzmununa, mahiyyətinə, fəlsəfəsinə daban-dabana zidd bir fəaliyyət ortaya qoyurlar. Bizi də narahat edən budur. Atəşkəsin intensiv pozulması halları rus sülhməramlılarının gözü qarşısında baş verir. Ağdam istiqamətində gündə 30-a qədər atəşkəsin pozulması halları qeydə alınır. Rus sülhməramlıları bunun qarşısını almaq üçün niyə real tədbirlər görmürlər? Halbuki onların vəzifəsi bunların qarşısını almaqdır. Nə üçün kənar seyrçi mövqedə dayanırlar? Bununla əllərində silah olan həmin tör-töküntüləri ruhlandırırlar. Onlarda arxayınlıq yaranır ki, atəşkəsi pozarıq, heç bir cəza da almarıq. Bütün bunlar təbii ki, cavabı gözlənilən suallardır. Haqlı olaraq Azərbaycan ictimaiyyəti bu suallara cavab istəyir. Bütün bu baş verənlər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasına daban-dabana zidd olan addımlardır. Rusiyada bəzi dairələr maraqlıdır ki, Bakı-Moskva münasibətlərinə xələl gətirsinlər. Görünür, bu əlaqələrin müttəfiqlik səviyyəsinə qalxması Rusiyada kimlərisə narahat edib. Bütün bu məsələlərə aydınlıq gətirilməlidir. Bunun qarşısını almaq üçün əsaslı tədbirlər görülməlidir".

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Rusiyaya rəsmi Bakının sərt reaksiya verməsinin vacibliyinə toxundu: “Bir tərəfdən Qərbin Ukraynanı tək buraxdığını gördük, o biri tərəfdən də Rusiyanın müttəfiqləri sayılan Çin, İran, Venesuela da tam Moskvanın yanında durmadılar. Dünya çapında bütün bu konfiqurasiyanı gördükdə Azərbaycan ən optimal varianta əl atıb. Rusiya ilə müttəfiqlik imzası, paralel olaraq Ukraynaya humanitar yardım göstərərək rəsmi Bakı balanslı siyasət irəli sürdü. Təbii ki, bu cür mövqe Rusiyanın ürəyincə olmadı. Ona görə Rusiya Müdafiə Nazirliyi tərəfindən Azərbaycana qarşı bu cür provokasiya oldu. Əvvəllər də buna oxşar provokasiyalar Rusiya tərəfindən müşahidə edilmişdi. Məsələn, müharibədən qabaq Rusiya XİN-in Azərbaycana qarşı dəfələrlə provokativ addımlar atdığını gördük. İndiki zamanda Rusiyanın Azərbaycanı qarşısına alması maraqlarına cavab vermir. Onsuz da Rusiya dünyada kifayət qədər təklənib. Lakin Azərbaycan da Rusiyanın provokasiyalarına ciddi etirazını Moskvaya bildirməlidir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru