Milli Şuranın ANTİMİLLİ GEDİŞLƏRİ... - BU NƏDİ BELƏ?
Tarix: 27-04-2022, 08:52 | Çap et
Demokratik Qüvvələrin Milli Şurası adlanan qurum yenidən ortaya çıxaraq “ictimai-siyasi fəallara qarşı repressiyalar var”, - deyə, bəyanat yayıb. Bəyanatın “əsas ruhu” aydındır - hakimiyyət ittiham edilir. Amma maraqlı olan bəyanat verənlərin beynəlxalq ictimaiyyətə və Azərbaycan cəmiyyətinə yönəlik ittihamlarıdır.
Milli Şura hesab edir ki, Azərbaycandakı vəziyyətə görə “beynəlxalq birlik də özünün kəsərsiz mövqeyi ilə ciddi məsuliyyət daşıyır”. Milli Şura “ölkədə belə bir vəziyyətin yaranmasına görə Azərbaycan cəmiyyətinin daşıdığı məsuliyyəti də xatırlatmağı özünə borc bilir”. Xalq hakimiyyətə qarşı “mütəşəkkil qaydada müqavimət göstərmədiyi, mübarizəni öndə olan az sayda ictimai-siyasi fəalın öhdəsinə buraxdığı” üçün qınanır. Maraqlıdır ki, Milli Şura təsvir etdikləri “qorxunc vəziyyətə” görə öz məsuliyyətləri haqda danışmır. dia-az.life-ın məlumatına görə, YAP-çı deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında bəzi qüvvələrin Ermənistandakı bir sıra qüvvələrlə sinxron hərəkət etdiklərini söylədi: “Azərbaycanda ictimai fəal şəxslərin fəaliyyəti üçün hər cür imkanlar yaradılıb. Dövlət ölkə vətəndaşlarının fəal olmasında, dünyada və ölkəmizdə baş verən proseslərdə aktiv iştirak etməsində maraqlıdır. Bunun üçün bütün ictimai fəal fərdlərimiz, təşkilatlarımız daima dəstəklənirlər. Azərbaycanda çoxsaylı vətəndaş cəmiyyəti institutları formalaşıb, demokratik institutlar yaradılıb, qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Azərbaycan dövləti də bütün bunlara dəstək verir. Ancaq təəssüf ki, hazırkı vəziyyətdə Azərbaycanın yaratdığı yeni reallıq ölkədən kənarda olan bir sıra aktyorlar tərəfindən müsbət qarşılanmadığı kimi, Azərbaycanı sevməyən bir sıra mərkəzlər tərəfindən də təqdir olunmur.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu olduqca artıqdır, sözü kəsərlidir, qətiyyətlidir. Son dövrlərdə Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməyən radikallar, revanşistlər Ermənistanda baş qaldırıb. Buna paralel olaraq, bəzi təşkilatlar da birdən-birə sanki ermənilərlə Azərbaycanda olmayan problemi aktuallaşdıraraq, ölkə cəmiyyətinə və dünyaya təqdim etməyə çalışırlar. Bu doğru deyil, olduqca qərəzli fəaliyyətdir. Bu, Azərbaycanı sevməyən mərkəzlərlə sinxron hərəkət etməkdir. Milli deyil, antimilli fəaliyyətdir. Hazırda Azərbaycan cəmiyyəti heç vaxt olmadığı qədər həmrəydir. Xalqımız heç vaxt olmadığı qədər milli məsələlər ətrafında bütün enerjisini səfərbər edib. Bizim çağırışımız ondan ibarət olardı ki, bu vaxta qədər əks qütbdə olanlar da hazırkı tarixi mərhələdə mövcud gerçəkliyi, reallığı dərk edərək, onu obyektiv qiymətləndirərək, öz fəaliyyətlərini antimilli deyil, milli maraqlar ətrafında formalaşdırsınlar”.
ALDP rəhbəri Fuad Əliyevin də fikirləri olduqca sərtdir: “Bu özfəaliyyət dərnəyinin hələ də fəaliyyət göstərdiyini bilmirdim. Keçmişin tör-töküntüləridir. İndi orada qalan 2-3 nəfər bu tipli bəyanat verməklə öz mövcudluğunu göstərmək istəyir. Kim bunları yaradıb, arxasında durub, xalq yaxşı tanıyır. İllər boyu xalqın ümidini qıran bunlar olub. Bir qrup insanı qabağa verib, özləri isə şəxsi maraqlarını təmin etmək üçün hakimiyyətlə danışıqlara gedirdilər, deputat olurdular. ”Ərəb inqilabı", “Narıncı inqilab”, Qazaxıstanda olan proseslərdən, Ukraynada gedən müharibədən danışırlar, həvəslənirlər, sanki bütün bunlar bizdə baş verir... Zelenskisayağı beynəlxalq birliyi ittiham edirlər... Bunlar Azərbaycanı Suriya, Ukrayna kimi görmək istəyirlər. İndi də növbəti sifariş alıblar ki, ölkədə qarşıdurma olsun, vətəndaşları “qorxunc vəziyyətlə” hədələyirlər. Azərbaycan cəmiyyəti bunlara dəstək vermədiyinə görə xalqı ittiham edirlər. Xalqımız çox müdrik xalqdır, şou aləminə aid olan belə “siyasətçilərin”, boşboğazların dalınca heç vaxt getməz və onları dəstəkləməz".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
|