Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                 

Deputatın “kredit faizlərini endirin” təklifi ciddi qarşılanmır: - “Mənasız və populist...”
Tarix: 30-04-2022, 09:21 | Çap et
Deputatın “kredit faizlərini endirin” təklifi ciddi qarşılanmır:
Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli kreditlər, kredit faizləri haqqında məsələni gündəmə gətirib. O, bank borclarının, faizlərin bu gün əsas problemlərdən biri olduğunu deyib: “Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin. Yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir. Camaat qazandığının hamısını borca verir. Biz Mərkəzi Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, kredit faizlərinə 5-6 faiz limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”. İndiki vəziyyətdə deputatın bu təklifinin reallaşmasını gözləmək olarmı, bu, nə dərəcədə realdır? dia-az.life xəbər verir ki, AYNA məsələni ekspertlərlə aydınlaşdırmağa çalışıb.

Hüquqşünas, bank və maliyyə eksperti Əkrəm Həsənov hesab edir ki, bazar iqtisadiyyatı şəraitində deputatın təklifi keçərli deyil: “Bu, tipik populist çıxışdır. Tahir Kərimli Azərbaycanın dövlət müstəqilliyinə səs vermiş deputatlardan biridir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında biz yalnız dövlət müstəqilliyimizi deyil, həmçinin də iqtisadi sistemin seçimini də qeyd etmişik ki, bu da bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı şəraitində kredit şərtləri təkliflə tələbin əlaqəsi əsasında müəyyən olunur. Buna görə də əgər biz SSRİ sisteminə geri qayıtmırıqsa, kredit faizlərini inzibati amirlik üsulu ilə müəyyən edə bilmərik”.

“Yəni deputatın təklifi bazar iqtisadiyyatı şəraitində işləyəcək bir təklif deyil. Lakin bu, o demək deyil ki, bazar iqtisadiyyatı şəraitində faiz dərəcələrinə təsir etmək mümkünsüzdür. Dövlət orqanlarının, xüsusilə də elə parlamentin bu məsələdə öz çəkisi, yeri var”, - deyə həmsöhbətimiz bildirib.

Faizlərin yüksək olmasının üç əsas səbəbini diqqətə çatdıran ekspertin sözlərinə görə, birinci və ikinci səbəb bankların maliyyələşdirilməsi, əmanətlərin faizi ilə bağlıdır: “Bilirik ki, banklar digər müştərilərdən cəlb etdiklərini kredit şəklində verir. Bu da əsasən bank əmanətləridir. Bizdə bank üzrə qorunan əmanət faizi yerli valyutada 12, xarici valytada isə 2.5 faizdir. Bunu da Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası müəyyən edib. 12 faizlə əmanət qəbul edən bank 5-6 faizlə necə kredit versin?! Ziyanla işləməlidir? Bankın özünün də xərcləri var və qazancı da olmalıdır. “Əmanətlərin sığortalanması haqqında” Qanunu parlament qəbul edib, o cümlədən də Tahir Kərimli. Qorunan əmanətlərə faiz müəyyən edilməsi səlahiyyəti Himayəçilər Şurasına verilib. Buna etiraz etsinlər, qanunla müəyyənləşdirilsin. Əmanət faizi 12 yox, 2 faiz olsun. Normal iqtisadi bank sistemlərində xaricdə belədir. 12 fazilə də əmanət olar?! Əmanət faizləri enərsə, buna əsasən banklarda kredit faizləri də enmiş olacaq”.

“Mərkəzi Bankın uçot dərəcəsi hazırda 7.75 faizdir. Müəyyən vaxtlarda – 2009-2010-cu ildə 2-3 faiz olub. İqtisadi nəzəriyyəyə görə, Mərkəzi Bank uçot dərəcsi ilə banklara və bank olmayan kredit təşkilatlarına kredit verəndə bu, onların verdiyi kredit dərəcələrinə də təsir etməlidir. Bizdə isə heç vaxt təsir etmir. Qeyd etdiyim kimi 2009-2010-cu illərdə Mərkəzi Bankın uçot dərəcəsi aşağı olsa da, o vaxt bankların kredit faizi indikindən də baha idi. Çünki Mərkəzi Bank bütün banklara bu krediti bərabər formada vermir. Burada da inhisarçılıq var. Təbii ki, bir neçə bank Mərkəzi Bankın ucuz kreditini alır, o birilər kənarda qalır və kredit faizləri yüksək olur. Lakin bu, bütün banklara şamil edilsəydi, rəqabət şəraitində kredit faizləri enəcəkdi”, - deyə ekspert söyləyib.

Onun sözlərinə görə, parlament bu məsələni Mərkəzi Bank qarşısında qaldırmalıdır: ““Mərkəzi Bank haqqında” Qanunda birbaşa qeyd edilməlidir ki, bu cür ayrı-seçklik olmasın. Eyni zamanda da parlament sözügedən kreditin qaydasını müəyyən etməlidir. Niyə indiyə qədər müəyyən etməyib? Mərkəzi Banka sui-istifadə halları üçün imkan yaradıb? Bunu da bizim deputatlar ediblər. Qanundakı bu cür boşluqlar öz təsirini göstərir”.

Kredit faizlərinin yüksək olmasının digər səbəbi kimi Həsənov ölkədə investisiya mühitinin əlverişli olmamasını göstərib: “Məhkəmə-hüquq sistemi sahibkarlar, banklar, vətəndaşlar üçün bərbaddır. Qeyri-müəyyənliklər çoxdur. Heç kəs bilmir ki, məhkəmələr sabah onların işinə necə baxacaq. Qeyri-rəsmi və rəsmi xərclər çox olduğundan, banklara da məhkəmə sistemindəki bu vəziyyət bəlli olduğundan onlar öz gələcək itkilərini faizə qoyurlar. Biz gərək məhkəmə sistemini düzəldək. Təəssüf ki, bizim qanunlarımız da məhkəmələrə şərait yaradır ki, öz səlahiyyətlərindən sui-istifadə etsinlər. Bu gün hər kəs məhkəmələrin fəaliyyətindən narazıdır. Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Apellyasiya Məhkəməsinin hakimlərini parlament təyin edir. Bunları dəyişdirsinlər də! Parlament “Əmanətlərin sığortalanması haqqında” Qanuna, “Mərkəzi Bank haqqında” Qanuna dəyişiklik etsinlər, hakimlərin kənarlaşdırılması haqqında, ümumiyyətlə, məhkəmə sisteminin yaxşı işləməsi istiqamətində təkliflər versinlər. Bunları etsinlər, o zaman təkliflər işləsə, fazilər də enəcək. Əks halda populist fikirlərlə çıxış etmək lazım deyil”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu da eyni fikirdədir. O, deputation fikrinin heç bir əsası olmadığı qənaətindədir: “Populist çxışdır, iqtisadi əsası yoxdur, ölkədə inflyasiya səviyyəsi yüksəkdirsə, borc faizləri necə aşağı ola bilər? Bu iki göstərici arasında düzmütənasiblik var”.

Çıxış yollarına qaldıqda, mütəxəssis əhalinin gəlir qazanması üçün sərbəst təşəbbüskarlıq hüquqlarının yaradılmalı olduğunu qeyd edib: “Azad sahubkarlıq və təsərrüfatçılıq imkanları yaradılmalıdır. Bazarlarda inhisarçılıq aradan qaldırılmalıdır, giriş baryerləri ləğv edilməlidir. Dövlət rəqabəti dəstəkləməlidir, bank bazarı liberallaşdırılmalıdır. İş yerləri açılmalıdır ki, əhalinin daimi gəlirləri olsun”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru