“Bu, ədalətsizlikdir və məsələ tezliklə öz həllini tapmalıdır” - Deputatdan ETİRAZ
Tarix: 19-05-2022, 09:24 | Çap et
Bugünlərdə uzun illərdir Milli Məclisin Aparat rəhbəri postunda fəaliyyət göstərmiş Səfa Mirzəyev vəzifəsindən gedib. Onun yerinə 1989-cu il doğumlu Fərid Hacıyev təyin edilib. 1990-95-ci illərdə deputat olmuş xeyli insan iddia edirdi ki, onların deputat pensiyalarının verilməməsinin, əmək fəaliyyətlərinin düzgün hesablanmamasının səbəbkarı Səfa Mirzəyevdir. Məlum qanun layihəsinin müəllifinin o olduğu deyilirdi.
Bugünlərdə Milli Məclisin sabiq sədri İsa Qəmbərə pensiya verilmədiyi, cəmi 180 manat müavinət təyin edildiyi məsələsinin ortaya çıxması və gündəmin müzakirə mövzularından birinə çevrilməsi həmin deputatların pensiya alması məsələsini aktuallaşdırıb. Bəs Səfa Mirzəyevin vəzifədən getməsi həmin qanunda dəyişikliyə səbəb olacaqmı? Qanunun 1990-95-ci illərdə fəaliyyət göstərmiş deputatlara da şamil edilməsi üçün hansısa addımlar atılması mümkündürmü?
Milli Məclisin deputatı Razi Nurullayev bildirdi ki, 1990-1995-ci illərdə deputat olmuş şəxslərin, xüsusən də istiqlalçı deputatların pensiyası məsələsi ilə bağlı indiyə qədər parlamentdə iki dəfə danışıb, təklif verib: “Bəyan etmişəm və indi də bu mövqedəyəm ki, həmin şəxslərin keçmiş deputat kimi pensiya almaq hüququ tanınmalıdır. O şəxslər deputat olub və qanunvericilikdə dəyişiklik edib onlara kömək etmək lazımdır ki, sabiq deputat kimi pensiya ala bilsinlər. Həmin deputatların bir çoxu çox ağır bir dövrdən, ağır məhrumiyyətlərdən keçərək Azərbaycanın müstəqilliyi üçün qərarlar qəbul ediblər, fəaliyyət göstəriblər. Mən xüsusilə buna görə o şəxslərə pensiya almaları məsələsində dəstək verirəm”.
R.Nurullayev qeyd etdi ki, 1990-1995-ci illərdə deputat olmuş şəxslərə deputat pensiyasının verilməsinin qarşısını kəsən məlum qanunun qəbul edilməsində Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzyevin günahlandırılması düzgün deyil: “Səfa Mirzəyev bu kimi məsələlərdən uzaq adam olub. Eyni zamanda Milli Məclis Aparatının rəhbəri qanun qəbul etmir. Sözügedən məsələ aparat rəhbərindən asılı olan məsələ deyil. Qanunvericilik təşəbbüsü ilə deputatlar çıxış edir. O qərarı Səfa müəllim verməyib, məsələdə siyasi çalar da var idi. Bu baxımdan da düşünmək lazım deyil ki, Səfa Mirzəyev vəzifədən gedibsə, haqqında söhbət gedən məsələ dərhal həllini tapacaq”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirdi ki, qanunun hazırlanmasında hansısa şəxsi günahlandırmaq yanlışdır. Bu cür məsələlər bilavasitə qanunlarla tənzimlənir və qanun layihələrini ya aidiyyəti dövlət qurumları hazırlayır, ya da Milli Məclisin komitələri qanun layihələri hazırlayıb təqdim edir: “Bu məsələdə biz hər birimiz diqqətli olmalıyıq. Bu proses ümumi qanunvericiliyə uyğun olaraq tənzimlənir.
Amma burada bir məsələ var ki, ümumiyyətlə, dövlət qulluğunda işləyən insanların fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən 1990-95-ci illərdə fəaliyyət göstərmiş deputatlarla da bağlı məsələ diqqətdə saxlanılmalıdır. Bizim bəzi həmkarlarımız bu məsələyə toxunublar və mümkün qədər biz bu məsələni nəzərə almalıyıq".
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı isə bildirib ki, deputat statusu və deputat hüquqları ilə bağlı qanunlar nədənsə yalnız konstitusiyanın qəbulundan sonrakı dövrə, yəni 1995-ci ildən sonraya aid edilir. Amma bu insanlar 1990-cı ildə daha çətin şəraitdə Milli Məclisə seçiliblər və o dövrdə parlamentdə çox mühüm qərarların qəbul olunmasında xidmətləri olub: “Mən başqa məsələləri deyə bilmərəm, təbii ki, konstitusiyanın öz tələbləri var və ondan sonra bir çox sahələrdə nizam yaranır. Ancaq Məclis məsələsi tamamilə ayrı məsələdir. Məclisin fəaliyyəti bütün dövrlərdə 1990, 1995-ci il və sonralar da qırılmaz bir xətt üzrə inkişaf edib. Ona görə də 1990-cı ildə seçilən millət vəkillərinin ümumi qanundan kənarda saxlanılmasını, təqaüd məsələsində onların hüquqlarının tanınmamasını düzgün hesab etmirəm. Dəfələrlə demişik ki, deputatların təqaüd məsələsi eyni zamanda 1995-ci ildən əvvəlki milli şuranın üzvlərinə də aid edilsin. Təəssüf ki, bu söz qulaqardına vurulur, ya Cənab Prezidentə çatdırılmır, yaxud mane olan başqa qüvvələr olur.
Bizim bu deputatlara təqaüd verilməsi ilə bağlı qaldırdığımız məsələ, xahişlərimiz havadan asılı vəziyyətdə qaldı. Onlardan neçə nəfər ehtiyac içində dünyasını dəyişdi. Bu gün həmin tərkibdən yaşayan cəmi 4-5 nəfər qalıb. Onlara təqaüd verməklə dövlət kasıblamaz. Bu bir haqqın, ədalətin bərpasıdır. İndiki millət vəkilləri üçün də çox xoş olar. Mənim o dövrkü millət vəkili həmkarlarımın bu gün 180, yaxud 280 manatlıq təqaüdlə sıxıntı içində yaşadığını, amma bizim normal təqaüd aldığımızı eşidəndə mənəvi üzüntü yaşayıram. Bu, ədalətsizlikdir və məsələ tezliklə öz həllini tapmalıdır.
Konstitusiya 1995-ci ildə qəbul olunsa da, dövlətçiliyin bərpası məntiqinə söykənirdi. 1990-cı ildə dövlət müstəqilliyinin bərpası haqqında bəyanat qəbul olunub, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyi bərpa edilib, sonrakı proseslər də müstəqilliyin bərpası və möhkəmlənməsi istiqamətində gedib. Ona görə də o konstitusiya yeni bir sistem, dövlət yaratmır. Əslində əvvəlki dövrün davamıdır. Bu səbəbdən də 1990-cı illə 1995-ci il arasında uçurum yaratmaq, sanki hər şey tamam yenidən başlayıb məntiqi doğru deyil". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|