"Sülh sazişi ən çox Ermənistana lazımdır" - Partiya sədri
Tarix: 20-05-2022, 08:53 | Çap et
Ermənistan müxalifəti hakimiyyətə gələcəkləri halda 1994-cü ildəki danışıqlar miqyasına qayıdacaqlarını bəyan edib. Revanşist qüvvələr indidən niyyətlərini çılpaqlığı ilə ortaya qoymağa başlayıblar. Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan hesab edir ki, proses İrəvanın əleyhinə işləyir: “Ermənistan hakimiyyəti Qarabağ məsələsi ilə bağlı öz mövqelərini aydınlaşdıra bilmir, ziddiyyətli bəyanatlar verir. Ermənistan hakimiyyətinin nümayəndələri Bakının məsələləri beynəlxalq aləmdə təqdim etmək cəhdlərinə adekvat cavab vermirlər. Bu halda Azərbaycan Rusiya sülhməramlılarının mandatının uzadılmaması üçün əlindən gələni edəcək. Deməli, bununla da Bakı Qarabağ üzərində tam nəzarətə malik olacaq”.
Qarabağdakı separatçı rejimin “milli assambleyası”nın “ədalət fraksiyası”nın üzvü Metakse Akopyan da o fikirdədir ki, Ermənistanın Azərbaycanın 5 prinsipdən ibarət təklifinə cavab verməsindən sonra özünü “dqr” adlandıran respublikanın bütün “nazirləri”, “prezidenti”, “deputatları” təcili olaraq Xankəndini azad etməli olacaqlar. “Biz hamımız Ermənistana qayıtmalı olacağıq” - Akopyan təlaşlı və məyus şəkildə belə söyləyib.
Bakı Ermənistanın 5 təklifə 6 təkliflə cavabını “absurd yanaşma” adlandırıb. Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan da Bakının haqlı olduğunu bildirir: “Bugünlərdə İrəvanın da təklifləri açıqlandı və səmimi etiraf etməliyəm ki, bu, tamamilə biabırçılıqdır”. Aşotyan qeyd edib ki, uzun müddət heç kim Azərbaycana və beynəlxalq ictimaiyyətə Ermənistanın siyasi, diplomatik düşüncəsini, potensialını ələ salmaq üçün belə imkan verməmişdi: “Nikol yalan deyir, Ararat yalan deyir, indi Edmon da onlara qoşulub. Ermənistan MDB-yə daxil olarkən Azərbaycanın ərazi bütövlüyünü tanımırdı, çünki ərazi bütövlüyü beynəlxalq strukturlara daxil olarkən tanınmır, ikitərəfli münasibətlər çərçivəsində tanınır. Azərbaycan istədiyini alır”.
Bütün bu erməni nümayəndələrinin narahatlıq dolu açıqlamaları belə təəssürat yaradır ki, onlar cəmiyyətə Paşinyanın “satqın” və “təslimçi” olduğu rəyini sırımağa çalışırlar. İctimai rəyi inandırmaq istəyirlər ki, gedişat Ermənistanın milli maraqlarının guya əleyhinədir və Paşinyan Azərbaycanın tələblərinə baş əyəcək. Bununla da imzalanmış sülh sənədi əsasında Qarabağda yuva salmış “artsax” terrorçu rejiminin ömrünə son qoyulacaq, bölgəyə müvəqqəti yerləşmiş rus hərbi kontingenti əraziləri tərk etməli olacaq. Hərçənd tam olaraq deyildiyi kimi görünmür. Əvvəla, Rusiyanın siyasi rəhbərliyinin sülhməramlı qüvvələrini belə tezliklə - 5 ilin tamamında Qarabağdan çıxarmaq niyyətində olduğu görünmür. İkincisi, Ermənistan rəsmiləri və “dqr” tez-tez rus qüvvələrinin Qarabağda uzunmüddətli qalması arzusunu, zərurətini dilə gətirirlər. Hətta əbədi buraya yerləşməsinə çalışırlar. Siyasi analitiklər necə düşünür, ermənilərdə olan bu həyəcan və təşviş həqiqətən hadisələrin onlar üçün son olduğundan irəli gəlir, yoxsa blef edərək cəmiyyətə yalan mesajlar ötürürlər? dia-az.life-ın məlumatına görə, deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a dedi ki, ermənilər heç vaxt öz ağlı ilə hürməyiblər, öz başları ilə fikirləşməyiblər, heç vaxt da torpaqlarımızı öz güclərinə işğal etməyiblər. “İndi Ermənistanı qarışdırırlar və mətbuatdan da bunu görməkdəyik. Bu gün Köçəryan, Sərkisyan və digərləri hakimiyyətə qayıtmaq istəyirlər və onların ağalarının da kim olduğunu bilirik. Amma erməni xalqı da yaxşı anlayır ki, onları bu bəlaya salan elə həmin cinayətkar klan olub. Ona görə dəstək vermirlər”, - deyə B.Sadıqov vurğuladı.
Onun sözlərinə görə, ermənilər xəstə təfəkkürə malikdirlər: “Özlərini inandırmışdılar ki, guya Qarabağı alıblar, öz güclərinə əllərində 30 il saxlaya biliblər. Vətən müharibəsi isə bu mifləri darmadağın etdi. O baxımdan indi proseslərdən görünür ki, xoşluqla sülh müqaviləsi imzalamayacaqlar. Azərbaycan isə güclü ordusunu qurub, qardaş Türkiyə yanındadır, strateji və siyasi cəhətdən bizi dəstəkləyir, cənab İlham Əliyev nəyi, nə vaxt etməyi yaxşı bilir. Əgər ermənilər hərb istəyirsə, 44 gündə onlara göstərdik, kiməsə arxalanırlarsa, görsünlər ki, onlar hansı haldadırlar. Sadəcə, bu gün başını itirmiş erməni millətinin başçısı yoxdur. Ona görə hərə bir şey danışır. Ölkəni idarə edəcək, hamının qəbul etdiyi bir lider yoxdur. O zaman bu vəziyyətdə nə vaxt silah alıb ordu quracaqlar, iqtisadiyyatlarını dirçəldəcəklər? Bizsə öz yolumuzla gedirik, sülh istəyirik, dünyaya da bunu bəyan edirik. Yəni bütün parametrlərdə - cəbhədə, informasiya müharibəsində və diplomatiyada qalib gəlmişik, indi dediyiniz məsələləri də bir-bir yoluna qoyacağıq”.
ALDP sədri Fuad Əliyev isə hesab edir ki, bu mövqedən çıxış edənlərin əksəriyyəti keçmiş korrupsioner klanın üzvləridir: “İrəvandakı müxalifətlə Qarabağdakı separatçıların fikirləri üst-üstə düşür, koordinasiyalı hərəkət edirlər. Bu qüvvələr erməni cəmiyyətini uçuruma aparmaq naminə Qarabağ məsələsini daim gündəmdə saxlamaq istəyirlər. Ancaq bundan sonra nə edə bilərlər? Ordusunun döyüşmək gücü yoxdur, yenidən Kəlbəcərə, Ağdama hücum edə bilməzlər, qalır sülh müqaviləsi, onun imzalanması tarixini uzatmağa çalışırlar. Ümid edirlər ki, vaxt keçdikcə geosiyasi vəziyyət dəyişə bilər və arzularına çatarlar. Amma sülh sazişi ən çox Ermənistana lazımdır. Əgər istəmirlərsə, bundan yenə erməni xalqı zərər görəcək”.
Partiya sədrinin fikrincə, Paşinyan hakimiyyəti də sülh təklifi ilə bağlı həyasız mövqe qoymaqda davam edir: “Onlar Qarabağ erməniləri üçün ayrıca muxtariyyət istəyir, təhlükəsizliyə zəmanət tələb edir, Minsk Qrupunu çağırırlar. Azərbaycan fikrini aydın şəkildə ifadə edib. Təbii ki, burada revanşist və separatçı dairələr bərk narahatdır. Onlar dərk edirlər ki, mövcudluqları prosesi pozmaqdan asılıdır. Bəli, sülh müqaviləsinin olması terrorçu dəstələrin və ”dqr"in Xankəndindən rədd olub getməsi ilə nəticələnəcək. Amma sülhməramlılar məsələsi Rusiya və Azərbaycan arasında danışıqlardan asılıdır. Qarabağda yaşayan erməni əhalisinin inteqrasiyasına qədər onların burada qalması mümkün ola bilər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|