Samir Şərifov inflyasiyanın səbəbini doğru izah etmədi - Ekspert danışır
Tarix: 27-05-2022, 09:24 | Çap et
Ötən gün Milli Məclisin komitə iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasından danışan Maliyyə naziri Samir Şərifov inflyasiyadan da bəhs edib. Nazir bildirib ki, ötən il sabit milli valyutanın məzənnəsi şəraitində ölkəmizin iqtisadi inkişafına mənfi təsirlər olub. S.Şərifovun sözlərinə görə, bu təsirlər əsasən xarici faktorlarla bağlı idi: “Söhbət inflyasiyanın artmasından gedir.
Bizim ölkəmizdə də nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi oldu. İnflyasiyanın artmasının əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır. Cari ildə də proses təəssüf ki, davam edir və hətta daha da kəskinləşib”. Nazir ötən ilin əvvəlində Azərbaycanda yanacağın, qazın və digər məhsulların qiymətlərinin artırılmasına da toxunub. O, dünya miqyasında qazın qiyməti ilə müqayisədə Azərbaycanda qiymətlərin çox aşağı olduğunu vurğulayıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də bildirib ki, 2021-ci ildə məcburi tələb artıb və təklifin məcburi tələbə çevik reaksiya verə bilməməsi ortaya çıxıb. Buna görə də ciddi şəkildə inflyasiya və qiymət artımı ilə üz-üzə qalmağımıza səbəb olub. dia-az.life-ın məlumatına görə, inflyasiya ilə bağlı “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, dünya iqtisadiyyatı pandemiya ilə üzləşdiyi zaman mübarizə metodologiyasında fiskal və monetar siyasət tətbiq olundu. Ekspertin sözlərinə görə, çərçivəsiz şəkildə monetar və fiskal siyasət, müxtəlif sahələrə yardımlar dolayı yolla inflyasiyaya yol açdı:
“Hətta bazarda ərzaq məhsullarının qiyməti qalxmasaydı belə yenə inflyasiya sunami dalğası kimi dünya ölkələrini bürüyəcəkdi. Bununla paralel ərzaq məhsullarının son 10 ildə dinamik artımı 2020-21-ci illərdə pik həddə çatdı və inflyasiya böyüdü. Əlbəttə, orası həqiqətdir ki, biz inflyasiyanı xaricdən idxal etmiş olduq. Amma etiraf edək ki, daxildə də inflyasiyanı “istehsal” etdik. Enerji daşıyıcılarının qiymətini qaldırmaqla buna şərait yaratdıq. Ən azından dizel yanacağının birdən-birə 33 faiz bahalaşması ərzaq və qeyri-ərzaq məhsullarının da bahalaşmasına səbəb oldu. Bu da gözlənilən idi. Çünki istehsalçı öz məhsulunu topdan və pərakəndə satış məntəqələrinə nəqliyyat vasitələri ilə çatdırır. Paralel olaraq kommunal xərclərin artması da inflyasiya öz “töhfəsini” verdi”. İqtisadçı vurğulayıb ki, daxili bazarda piştaxtalara məhsulun çatmasında əngəllər var: “Bu əngəlləri yaradanlardan biri marketlərdər. Digər məqam isə odur ki, ölkəyə gətirilən məhsullar müəyyən məntəqələrə daxil olur və oradan topdansatışı həyata keçirilir. Səbəbi “bəlli olmayan” 20-30 faiz bahalaşma da həmin məkanlarda baş verir. Bunun qarşısı alınmalıdır. Yəni inflyasiyanın yeganə səbəbi dünya bazarında ərzaq məhsullarının bahalaşması deyil. Məsələni bu cür qoymaq düzgün deyil. Son olaraq qeyd edim ki, dünyanın bir nömrəli taxıl ixracatçısı Rusiya ilə bu sektorda beşinci sırada dayanan Ukrayna arasında gedən müharibə taxıl və digər məhsulların bahalaşmasını təmin edəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|