Xanımları partiya sədrlərinin ayağını yuyub? - Özləri etiraf etdi...
Tarix: 27-05-2022, 10:50 | Çap et
Aparıcı Lalə Azərtaşın fikirləri günlərdir ki, gündəmdən düşmür.
Belə ki, aparıcı bir neçə gün öncə canlı yayımda boşanmalar barədə danışarkən fikirlərini maraqlı şəkildə ifadə edib:
“Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan. Hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”.
Onun bu sözləri qısa zamanda sosial şəbəkələrdə əsas müzakirə mövzusu olub.
Günlərdir gündəmi zəbt edən fikirlərlə bağlı aparıcı sadəcə “el dilində” deyilən bir söz olduğunu deməklə kifayətləndi. Buna baxmayaraq, həm şou biznes nümayəndələri, həm də digər tanınmış şəxslər Lalə Azərtaşı tənqid edib. Lakin aparıcının bu sözləri məcazi mənada dediyini bildirən və hətta ona dəstək olan şəxslərin də var.
Bəs siyasətçilər bu barədə düşünürlər? Partiya sədrlərin həyat yoldaşlarının kişilərin ayağını yumasına necə baxırlar? dia-az.life xəbər verir ki, cebhe.info bu suallara cavab tapmaq üçün partiya sədrləri arasında sorğu keçirib.
Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə açıqlamasında deyib ki, Azərbaycan ailəsində qadın və kişi arasında hər zaman hörmət olub:
“Hesab edirəm ki, bu məcazi mənada deyilən ifadədir və Lalə Azərtaşı linç etmək də heç bir halda düzgün deyil. Buna baxmayaraq, Azərbaycanda ailə başçısı hər zaman xanımına çox isti münasibətlərdə olub. Yəni fərqində olmaq lazımdır ki, ailənin xanımı övladların anasıdır və ailəni yönləndirən əsas simadır. Həmçinin, qarşılıqlı olaraq ailənin xanımı da həyat yoldaşına övladlarının atası və ailənin keşiyində dayanan şəxs olaraq ən yüksək səviyyədə hörmət edir. Sirr deyil ki, ailə başçısına ən yüksək səviyyədə hörmət edən qadın onu ucaldıb. Azərbaycan ailəsində qadın və kişi hər zaman bərabər hüquqlara sahib olub. Təbii ki, burada yaxşı və tam ailələrdən söhbət gedir. Düşünürəm ki, qadının həyat yoldaşının ayaqlarını yumasında heç bir qəbahət yoxdur. Əgər bir balaca narahatlıq keçirirəmsə, xanımım o narahatlığın aradan qaldırılması üçün əlindən gələni etməyə çalışır. Dərman vermək, ayaq yumaq və s. kimi şeylər normal ailələrdə olur. Əslində ayaq yumaq ifadəsi qadının da öz ailə başçısının keşiyində durması deməkdir”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, ailədə sevgi və hörmət olanda heç bir hərəkət alçaldıcı sayılmır:
“Amma evdə kiminsə öz üstünlüyünü nümayiş etdirmək üçün ayaq yumağı tələb etməsi yolverilməzdir və qətiyyən belə şeyi təqdir etmək olmaz. Qadının öz həyat yoldaşına məhəbbətini və istəyini bu şəkildə ifadə etməsini isə ancaq alqışlamaq lazımdır. Yeri gələndə ər arvadının, arvad da ərinin ayaqlarını yumalıdır. Əlbəttə ki, həyat yoldaşım ayaqlarımı yuyub. Mən xəstə olanda və ya çox ağır işlədikdən sonra ayağım batıbsa, yuyub. Burada nə var ki?”
Ağ Partiya başqanı Tural Abbaslı isə bildirib ki, həyat yoldaşı ağır və xoş gündə həyatının yoldaşıdır:
“Biz həm xalq, həm də millət olaraq çox minillik tarixə malikik. Bizim milli-mənəvi və dini dəyərlərimiz var. Düşünürəm ki, ailə ən gözəl formada bizim mental dəyərlərimizdə və dinimizdə öz əksini tapıb. Bu qaydalara uyğun olan hər şeyi qəbul edir, uyğun olmayanları isə qəbul etmirik. Yəni biz milli-mənəvi dəyərlərimizə və soyumuza, kökümüzə bağlı xalqıq. Həyat yoldaşım hələ ayaqlarımı yumayıb, amma lazım olsa, yuyacağını bilirəm. Hətta lazım olsa mən də onun ayaqlarını yuyaram. Yəni peyğəmbərimizin nümunələri var ki, biz onları götürə bilərik”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə belə şeyləri qəbul etmədiyini bildirib:
“Yəni indiki dövrdə belə şeyləri doğru saymıram. Ailədə qarşılıqlı şəkildə bir-birinə hörmət olmalıdır. İnsan xəstə və ya yaralı olsa, ayaq yumaq olar. Lakin bu, əks halda insanın bir növ alçadılması deməkdir. Mənim həyat yoldaşım ayaqlarımı yumayıb. Çünki heç vaxt ayağımı özüm yuya bilməyəcək vəziyyətə düşməmişəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|