Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

Şuşa adı ilə alver edirlər, möhtəkirlik edirlər - ETİRAZ
Tarix: 11-06-2022, 08:01 | Çap et
Şuşa adı ilə alver edirlər, möhtəkirlik edirlər
Şuşaya aldadıcı səfərlərin təşkili təəssüf doğurur. Bir müddət öncə Bakıda məktəb kollektivi Şuşaya səfər adı ilə aldadılmışdı. Şuşa şəhəri 1 saylı tam orta məktəbin müəllim heyətinə özünü "Şimşək Turizm" şirkətinin rəhbəri kimi təqdim edən Əlizamin Canızadə Şuşaya tur təşkil etdiyini bildirib. Səfərə getmək üçün isə 70 nəfər müraciət edib və hər biri ona 22 manat ödəyib. Təyin olunan gündə və vaxtda kollektiv məktəb binası önünə toplaşsa da “Şuşa avtobusu” gəlməyib və ziyarətçilər aldadıldıqlarını nəhayət, başa düşüblər. Məktəb rəhbərliyi polisə şikayət edib. Hazırda araşdırma aparılır.

Bir yandan da alimlər hansısa fırıldaqçının toruna düşüb. Bir qrup alimə Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi iddia olunur. Bu barədə tarixçi-alim Arif Gürşadoğlu öz "Facebook" hesabında bildirib. A.Gürşadoğlu qeyd edib ki, Şuşa adına çox saxtakarlıqlar olub, ancaq beləsi hələ olmamışdı: “Demək, Əlvan Cəfərov adlı bir nəfər - “İksad Azərbaycan”ın baş koordinatoru Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi Şuşa adıyla aldadıb. Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bir çirkin oyun qurulub. Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün gediblər. Kim seçib, necə seçib, bu, başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər və alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin! Xeyirdimi? Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı? 370 nəfərdən 70 manat alanda 25.900 manat pul edir”. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin faktla bağlı hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlərin idarəyə müraciət etməsi xahiş edilir.

Azərbaycan Milli Elmlər Akademiyası da bir qrup alimin Şuşaya getmək adı ilə aldadılması məsələsinə münasibət bildirib. AMEA-dan verilən xəbərə görə, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur.

İnsanları niyə Şuşa adıyla aldadırlar? Səbəb məlumdur, bunun adı insanlarımızın Şuşa həsrətindən, Şuşa həssaslığından sui-istifadə və gəlir əldə etmək hərisliyidir. Lakin Şuşa avtobusuna bilet satışında problemlər yaşandığı da məlumdur. Hətta Şuşa avtobusuna bilet satışı sosial şəbəkədə sosial evlərin işıq sürəti ilə satışıyla “müqayisə” də edilir. Necə ki, sosial evlər 5 saniyədə satılıb qurtardı, Şuşa avtobusuna biletlərin satışı başlayan andaca bitir. Elektron bilet satışı bunun üçündür ki, insanlar əziyyət çəksin? Bu cür halların qarşısını almaq olar, yəqin ki. Bəs boşluq hardadır?

Yazıçı-publisist, şuşalı Kərim Kərimli problemi yaranma səbəblərini göstərdi: - Keçmişdənqalma fraza var; hər şeyi kadrlar həll edir. Həmin fraza bu gün də aktuallığını saxlayır. Azərbaycan hökumətinin Şuşa ilə bağlı etibarına məmurlar xəyanət edir. Və bununla təkcə dövlətə, hökumətə yox, əsgərlərimizin əlbəyaxa döyüşlə azad etdiyi, şəhidlərimizin qanı ilə suvarılmış Şuşaya, Şuşa torpağına da xəyanət edirlər. Şuşa adıyla alver edirlər, möhtəkirlik edirlər. Bu da xəyanətin başqa bir üzüdür. Şuşa ilə bağlı işlər elə kadrlara həvalə edilməlidir ki, onlar Şuşa adını həyatlarından üstün tutsunlar. Necə ki, şəhidlərimiz bunu edib. Fırıldaqçılıq, möhtəkirlik o zaman ayaq açır ki, onun üçün əlverişli, münbit şərait formalaşır. Elektron bilet satışı ona görə təşkil edildi ki, möhtəkirliyə imkan yaranmasın. Amma gördüyümüz kimi bu sahəyə də müdaxilə edənlər var. Bilirsiz ki, “Yolumuz Qarabağadır” saytı yaradılıb. Bu sayta daxil olmaqla Şuşaya, Ağdama avtobus bileti sifariş etmək lazımdır. Amma inandırıram sizi, heç 2 ay irəliyə də bilet sifariş etmək olmur. Nə zaman sayta daxil olursan, qeyd edilir ki, biletlər satılıb qurtarıb. Bilet satışı olan gün sayta daxil olmağını görürsən, 5 saniyədə bilet satışı bitir. Bu, necə olur?!. Necə olur ki, hansısa turizm şirkəti 150 bileti mənimsəyir? Hansı hüquqla? Turizm şirkətlərinə əlahiddə hüquq verilib ki, yalnız onlar Şuşa biletlərinə sahiblənə bilər? Nə fırıldaq edirlərsə, biletləri mənimsəyirlər. Elmin nailiyyətlərindən saxtakarlıq, fırıldaqçılıq üçün istifadə edilir. 30 il Şuşa həsrətiylə yaşayan, bağrı qan insanlar var, Şuşaya hələ də həsrətdir. Bu insanların haqqına təcavüz etmək ən böyük günahdır, ən böyük cinayətdir. 30 illik Şuşa həsrətini bu cür çirkin alverlə gözdən salırlar. Vallah, səmimi deyirəm, anlayıram, hamıya pul lazımdır, hökumətə də, şirkətlərə də, ayrı-ayrı şəxslərə də. Ancaq bu qədər alçalmaq olmaz da! Bilet satışı, Şuşa səfərləri ilə bağlı dövlət orqanları ciddi məşğul olmalıdır, fırıldaqçılar, möhtəkirlər cəzalandırılmalıdır.

K.Kərimli bildirdi ki, ola bilsin, 470 alimi eyni vaxtda - birdəfəyə Şuşaya aparmaq mümkün olmayıb. Ona görə gedə bilməyiblər. Amma istənilən halda iş düzgün təşkil edilməyib. Alimləri bu vəziyyətə salmaq olmaz:

- Məsələnin başqa bir tərəfinə toxunmaq istəyirəm. Xahiş edirəm məni düzgün başa düşün, oxucular da düzgün başa düşsün. Demirəm, Şuşa əlahiddə bir yerdir (hərçənd əlahiddə adlandırmaq da olar, kimsə etiraz etməz, bizcə – M.R.) , amma hər tədbiri Şuşada keçirməyə çalışmaq, buna cəhd etmək də düzgün deyil. Şuşa cənab Prezident tərəfindən “Mədəniyyət paytaxtı” elan edilib. Şuşa, təkcə Azərbaycanın deyil, dünyanın mədəniyyət paytaxtı statusunda bir şəhərdir. Bu şəhərdə xüsusi tədbirlər keçirilməlidir. Məsələn, “Xarıbülbül” festivalı, Muğam festivalı, Dünya azərbaycanlılarının qurultayı və sair böyük, iri həcmli, dünya dövlətlərindən nümayəndələrin qatılacağı tədbirlər. Yoxsa ki, hə, ad günümdü, 3-5 dostumla Şuşada qeyd edək, təfəkkürü ilə çıxış edilsə, bu, mərhum şairimiz Əli Kərimin məşhur “Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mənsə səni sevirəm susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir...” şeirinin motivi olacaq. Elmi konfransları başqa bölgələrdə də keçirmək olar. O qədər gözəl, səfalı yerlər var ki! Şuşada eyni vaxtda 500 nəfər eyni küçə ilə addımlaya bilməz ey... Bu qədər insanı toplayıb ora aparmaq bu qədər vacib idi ki?!. Bilirsiz, həmin o şeirdə olduğu kimi, indi Şuşaya gedənlər də 2 qismə bölünür: bir qisim şəhid balalarını, valideynlərinin, əcdadlarının qəbirlərini, evini, ocağını ziyarətə gedənlərdi, bir qisim də Cıdır düzündə şəkil çəkdirib sosial şəbəkədə paylaşanlar. Şuşa erməni separatçılarına, erməni cəlladlarına elə-belə təslim olmamışdı. Şuşalılar nə qədər şəhid verib şəhərləri uğrunda, nə qədər Vətən qazisi var bu şəhərin. Nə qədər köçkünü və küskünü. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında itkilər oldu, 2 gün sonra Şuşa səmasında vertolyotumuz vuruldu. Şuşalılar bir gecədə 40 tabut düzəltdilər. 40 nəfər dəfn edildi bir gündə. O şəhid ailələrinin mənəvi haqqı çatır bu gün Şuşanı görməyə, şəhid qəbirlərini ziyarət etməyə. Belə insanlar üçün istisnalar olmalıdır. Sizə bir misal çəkim. Həmin vurulan vertolyotda o zaman Şuşa rayon icra hakimiyyətində hüquqşünas işləyən Şahin Abbasov, həyat yoldaşı və qızı da vardı. 3-ü də şəhid oldular. 2 oğul övladları isə sağ qaldı. Şahin müəlimin oğlu Elman epilepsiya xəstəsidir. Mənə müraciət etdi ki, Şuşaya getmək istəyir. Mən ona Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimova müraciət etməyi məsləhət gördüm. Sağ olsun, Aydın müəllim, Elman Abbasovun Şuşa səfərinə icazə verib, şərait yaratdı. Şuşanı ziyarət edib qayıdandan sonra Elman mənə zəng edib dedi ki, ömrünün ən xoşbəxt gününü yaşadı. Hətta onu xəstəliyi səbəbindən 1 gecə Şuşada qonaq saxlayıblar ki, gecə yola çıxmasın. Yəni bu cür insanlar üçün istisnalar olmalıdır. Hesab edirəm ki, şuşalılar üçün 30-40 faiz kvota ayırmaq olar. Ya da xüsusi avtobus reysləri olsun, məhz şuşalılar üçün. Xahiş edirəm, məni düzgün başa düşün, Bakıda yaşayan birinin Şuşaya şuşalıdan öncə getməyinin izahı ancaq bu ola bilər ki, bacarıqlıyam, imkanlıyam, pulluyam, gedirəm. Belə olmaz axı. Hətta mən təklif etmişəm ki, 100 yaşdan aşağı şuşalıların siyahısı tutulsun, bu ahıl, yaşlı insanları hissə-hissə Şuşaya aparaq, qoy el-obalarını görsünlər, Vətən, torpaq həsrəti bitsin. “Şuşalılar” qrupunda rəhmətə gedənlər barədə məlumat verilir. Baxırsan, kimsə rəhmətə gedir. Anlayırsan ki, hə, bu da Şuşanı görmədən dünyadan köçdü. Bu, ağır dərddir...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru