Müxalifət iqtidarla Şuşada bir araya gəlir - tarixi tədbir keçiriləcək
Tarix: 14-06-2022, 10:36 | Çap et
Tarixi Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam olur. Həmin gün - 15 iyunda Şuşada böyük bir tədbir keçiriləcək. Tədbirdə Türkiyədən çoxsaylı qonaqların iştirakı nəzərdə tutulur. Ölkə müxalifəti də Şuşadakı bəyannamənin bir illiyi ilə bağlı tədbirdə iştirak edəcək.
Nəhayət, uzun illərdən sonra müxalifətin dövlət tədbirinə dəvət olunması müsbət hal kimi dəyərləndirilir.
AMİP sədri Arzuxan Əlizadə sənədin siyasi çəkisinə bir daha diqqət çəkdi: “Şuşa Bəyannaməsi çox böyük tarixi əhəmiyyəti olan bir sənəddir. Uzun illər idi ki, qardaş Türkiyə ilə "Bir millət-iki dövlət" konsepsiyasından çıxış edərək eyni platformada məsələlərlə bağlı mövqelərimizi uzlaşdırırıq. Hər zaman qardaş ölkə Azərbaycanın yanında olub, eynilə Azərbaycan da Türkiyənin yanında yer alıb. 2020-ci ildə qazandığımız zəfərdə də qardaş ölkənin kifayət qədər ciddi payı var. Azərbaycana mənəvi və siyasi dəstək verərək, hər saniyə Azərbaycanın yanında olduğunu bəyan etdi. Biz uzun illər deyirdik ki, Türkiyə ilə bu münasibətləri hüquqi çərçivəyə də salmaq lazımdır. Hərbi-strateji müttəfiqlik haqqında bəyannamə imzalanmalıdır. 2010-cu ildə iki qardaş dövlət arasında strateji müttəfiqlik haqqında bəyannamə imzalanmalıdır. Hesab edirdik ki, o sənəd yetərli deyil. Əhatəli bir sənədin imzalanmasına ehtiyacın olduğunu qeyd edirdik. Çox sevinirik ki, nəhayət, bizim arzularımız ötən il 15 iyunda reallaşdı.
Mədəniyyət, təhsil sahəsindən tutmuş hərbi müttəfiqliyə qədər özündə ehtiva edən bir sənəd imzalanıb. Həmin sənəddən çıxış edərək hələ başqa bir sıra sənədlərin də ratifikasiyası gündəmdədir. Bütün bunlar olduqca mühüm əhəmiyyəti olan tarixi hadisələrdir. Bu sənəddən çıxış edərək hər iki dövlət xarici siyasətində, həm də digər məsələlərdə, regionda aparılan siyasətdə birgə addımlayacaqlar. Hər iki dövlətin gələcəkdə, bütövlükdə türk dünyasının inkişafı üçün töhfə verəcək bir sənəddir. İki ildən artıqdır ki, ölkədə maraqlı bir proses gedir. Buna istənilən adı vermək olar. Yeni siyasi konfiqrasiya, yaxud da yeni siyasi münasibətlər sistemi olsun, nə olmasından asılı olmayaraq, bu münasibətlər mövcuddur. Təmaslar var. Dəfələrlə deyirdik ki, demokratik dövlətlərin təcrübəsindən çıxış edərək, müxalifət partiyaları da protokola salınmalı, dövlət tədbirlərində iştirakları təmin olunmalıdır. Ötən ayın 11-də Prezident Administrasiyasındakı görüşdə irəli sürdüyüm təkliflərin içərisində yer alanlardan biri də ondan ibarət idi ki, dövlət tədbirlərində müxalifətin iştirakı təmin edilsin. Bu ölkədə bir barış mühitinin formalaşmasına töhfə verə biləcək. Çox şükürlər olsun ki, artıq ilk addım atıldı. Şuşa Bəyannaməsinin bir illiyindəki tədbirə müxalifət də dəvətlidir ki, bu da ölkədə bütövlükdə iqtidar və müxalifət partiyaları arasında münasibətlərin yeni fazaya qədəm qoymasından xəbər verir. Ölkə daxili və xarici üçün çox ciddi mesajdır ki, ölkədə bir barış mühiti var, partiyalar bir mövqeyə gələ bilirlər. Müəyyən məsələlərdə təmasa girirlər, bir masa arxasında əyləşməyi bacarırlar. Bütün bunlar da ölkənin inkişafı üçün gələcəkdə mühüm töhfələr verəcək”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bunları dedi: “İyun ayının 15-də Şuşa şəhərində ”Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans keçiriləcək, biz də bu konfransda məmnuniyyətlə iştirak edəcəyik. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında bağlanmış çox əhəmiyyətli və strateji sənəddir. Məhz bu bəyannamədə açıq göstərilir ki, Azərbaycan və Türkiyə hər hansı birinin milli təhlükəsizliyinə təhdid yarandığı an bunu özünün milli təhlükəsizliyinə təhdid hesab edir, dərhal bu təhdidin, təhlükənin aradan götürülməsi üçün birgə hərəkətə keçirlər. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin çox yaxın qardaşlıq və müttəfiqlik münasibətlərinin həm də dünyaya nümayişi, Türk Dövlətləri Birliyinin yaradılmasına ən böyük töhfədir. Azərbaycan və Türkiyə birliyi, qardaşlığı əbədidir..."
ALDP rəhbəri Fuad Əliyev bu dəvəti müsbət sayır: “İyunun 15-də Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı Şuşa şəhərində tədbir keçiriləcək. Bu tədbirdə Azərbaycan və Türkiyə siyasi rəsmilərinin iştirakı nəzərdə tutulub. Azərbaycan və Türkiyə üçün bu bəyannamə çox vacib bir sənəddir. Şuşa Bəyannaməsinin mahiyyəti hərbi, siyasi, iqtisadi, mədəni sahələr üzrə, faktiki olaraq, dərinləşmiş Türkiyə-Azərbaycan münasibətlərinin sənəd halına salınmasıdır. Bəyannamənin bir illiyi ilə bağlı keçiriləcək tədbirə müxalifətin dəvət alması çox müsbət haldır. Bu dəvəti yaranmış iqtidar-müxalifət münasibətlərində bir addım irəliləyiş kimi qiymətləndirmək olar. Vacib olan və davam edən iqtidar-müxalifət dialoqu Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün, eləcə də Azərbaycanın timsalında regionun dayanıqlı inkişafını təmin edən bir vasitədir. Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara dövlət tərəfindən ayrılan diqqət artır. Ümid edirəm ki, bu münasibət daha da dərinləşəcək və müxalifət dövlət idarəetməsində iştirak edəcək”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|