“Real partiya kriteriyalarına cavab verənlərin sayı çox deyil” - Tural Abbaslı
Tarix: 29-06-2022, 08:40 | Çap et
31 illik müstəqillik dönəmində ölkədə 66 siyasi partiya rəsmi dövlət qeydiyyatına alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında partiyaların 2021-ci ilin maliyyə hesabatı ilə bağlı ən son məlumatlara görə, hazırda 58 partiya rəsmi dövlət qeydiyyatındadır. Rəsmi dövlət qeydiyyatına alınmasa da, öz mövcudluğunu bəyan edən partiyaların sayı daha çoxdur. 5,3 milyon seçicisi olan bir ölkə üçün bu qədər partiyaların olması nəinki cəmiyyəti sosial-siyasi, milli ideyalar ətrafında səfərbər edir, əksinə, xırda qruplara parçalayaraq dağınıq hala salır. Bu barədə “Turan”dakı məqaləsində ekspert Nəsimi Məmmədli yazır.
Ekspert yazır ki, ölkədə siyasi partiyaların rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı ən yüksək nəticə 1 illik Elçibəy iqtidarı dövrünə təsadüf edir. 1992-ci ilin iyul ayından 1993-cü ilin may ayınadək 10 ay ərzində 19 partiya rəsmi qeydiyyata alınıb.
Xatırladaq ki, həmin vaxt ölkədə çox ağır müharibə gedirdi. Minlərlə gəncin şəhid olduğu bir dövrdə bu qədər partiyanın yaranması cəmiyyətdə diqqəti müharibəyə deyil, siyasi rəqabətə yönəltmişdi. Müstəqilliyin ilk illərində qeydə alınan partiyaların çoxluğu cəmiyyətdə siyasi plüralizmə deyil, hərc-mərcliyə gətirib çıxarırdı.
10 illik mərhum prezident Heydər Əliyev iqtidarı zamanı 25, 18 illik İlham Əliyev iqtidarı zamanı isə 22 partiya dövlət qeydiyyatına alınıb. 1993-1995-ci illərdə 2 partiya Ali Məhkəmənin qərarı ilə ləğv olunub, 6 partiya isə Yeni Azərbaycan Partiyasının (YAP) 5 mart 2021-ci il tarixli VII qurultayında YAP-a qoşulmaqla bağlı qərar qəbul edib.
Ekspert iddia edir ki, partiyaların çoxluğu indi nə siyasi plüralizmə, nə də siyasi fəallığa yol açır. Eyni zamanda hərc-mərclik yaratmaq imkanları da yoxdur. “Nə qədər təzadlı görünsə də apolitik şəraitdə partiyaların çoxluğu demokratik proseslərə xidmət etmir. İnsanların partiyalara qeyri-ciddi münasibəti möhkəmlənir, siyasi fəaliyyətə meyl daha da azalır. Vətəndaşların partiyalardan gözləntisi məişət səviyyəsinə enir”.
Ekspertin iddiasından yola çıxaraq, bir neçə partiyanın buna münasibətini öyrənməyə çalışdıq. Ölkədə siyasi partiya bolluğu pisdirsə, niyə, yaxşıdırsa, nəyi?
AĞ Partiya başqanı Tural Abbaslı sualımızın səbəblərini belə izah etdi: “Hesab edirəm ki, partiyaların çoxluğunu və ya azlığını dövlət inzibati resurslarla tənzimləməməlidir. Dünyanın heç bir yerində bu tənzimləmə məcburi qaydada deyil. Məsələn, ”heç bir dövlətdə beş partiyadan artıq partiya ola bilməz, yaxud 10 il ərzində bu qədər partiyadan artıq partiya qeydə alınmamalıdır" kimi təcrübə yoxdur. Odur ki, partiyaların çoxluğunu və ya azlığını dövlətlərdə siyasi struktur müəyyən edir. Mən də razıyam ki, bu gün ölkəmizdə kifayət qədər partiyalar var. Amma 58 partiyanın içərisində real partiya kriteriyalarına cavab verənlərin sayı heç bir əlin barmaqlarının sayı qədər deyil. Burada da obyektiv və subyektiv səbəblər var. Məsələn, deyə bilərik ki, insanların bəziləri partiyalardan sırf iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün istifadə edirlər. Onlar siyasi partiyanın fəaliyyəti istiqamətində heç bir addım atmırlar. Onların məqsədi özlərini partiya lideri, sədri kimi göstərərək, hakimiyyətdən bu və ya digər imtiyazlar əldə etmək, maliyyə gəlirlərinə nail olmaq, özlərinə və ətraflarına şərait yaratmaqdır. Bütün bunlar göz önündədir. Partiyaların güclü olmaması, siyasi proseslərə təsir etməmə səbəblərinə gəlincə, bu, daha çox hakimiyyətin proseslərə yanaşma tərzindən doğur. Bir sözlə, iqtidar məqsədyönlü şəkildə apardığı siyasətlə partiyaları siyasi səhnədən sıxışdırıb çıxarıb. Bura proporsional seçkinin ləğv edilməsi, partiyaların dövlət idarəçiliyindən uzaqlaşdırılması, repressiya və digər amillər daxildir. Bu səbəblərdən partiyaların güclənməsinin hər zaman qarşısı alınıb. Ümumilikdə, YAP da daxil, Azərbaycanda partiya kriteriyalarına cavab verən partiyaların sayı olduqca azdır. Bu da təkcə müxalifətin deyil, hökumətin də zəifliyidir. Dövlətdə partiyalar ictimai fikrə təsir edə bilmirlərsə, bu, dövlətin xarici qüvvələr qarşısında zəifliyinin göstəricidir. Partiyaların gücünü isə ədalətli seçkilər göstərir. Hakimiyyəti də arada başa düşmək olur, çünki şəffaf seçkilərdə yaxşı bilirlər ki, məğlub olacaqlar. Onun üçün də saxtakarlığa gedirlər. Amma demokratik seçkilərə çox ehtiyac var. Hakimiyyət bunun üzərində düşünməlidir".
ALDP rəhbəri Fuad Əliyev bildirdi ki, əhalinin əksəriyyəti bitərəfdir: “Siyasi partiyaların çox və yaxud az olması heç nəyi dəyişmir. ABŞ-da 200, Rusiyada 32, İtaliyada 100, Fransada 70-ə yaxın partiya var. Hesab edirəm ki, əsas neçə partiyanın olması deyil. Hesab etmirəm ki, partiyaların çoxluğu cəmiyyəti xırda qruplara parçalayır. Bütün siyasi partiyaların üzvlərinin sayı heç bir milyon etmir. Seçicilərin sayı isə 5,3 milyondur. Qalan 4,3 milyon bitərəflərdir. Cəmiyyətin böyük bir hissəsi heç bir partiyanın üzvü deyil. Bunun harası xırda qruplara parçalanır? Əsas partiyaların fəaliyyətindən asılıdır. Əgər təsis olunan partiya uzun müddətdir fəaliyyətsizdirsə, bax, onda sual yaranır - kimə və niyə bu partiya lazımdır?! Hər bir yaranan siyasi partiyanın hədəfi hakimiyyətə gəlməkdir. Fərq etmir, təkbaşına və yaxud koalisiya formasında gəlir. Bunun üçün də aktiv siyasi fəaliyyətdə olmalıdır. Siyasi partiyalar prezident, parlament və bələdiyyə seçkilərində iştirak etməlidirlər. Mütəmadi olaraq mətbuatda, sosial şəbəkələrdə, cəmiyyətdə olan müxtəlif problemlərlə bağlı açıqlamalar verilməlidir. Azərbaycanda qeydiyyatdan keçən 58 siyasi partiyanın 25-nin az-çox fəaliyyəti var. Qalanların fəaliyyəti demək olar ki, yoxdur. Üç il bundan qabaq iqtidar-müxalifət dialoquna start verilməsəydi, bu partiyaların adlarını, mövcudluğunu heç bilməyəcəkdim. Baxmayaraq ki, onlar bu prosesdən yararlanıblar, ofislə təmin olunublar, yenə də fəaliyyətləri görsənmir. Hesab edirəm ki, siyasi partiyaların cəmiyyətdə nüfuzun qaldırılması heç də partiyaların sayın azalmasından keçmir. Birinci növbədə proporsional seçki sistemi bərpa olunmalıdır. Bununla da həm partiyalarda daxili sağlam rəqabət olacaq, həm də bitərəf seçicilərin rəğbətini qazanmaq uğrunda rəqabət olacaq”.
YAP-çı deputat Ceyhun Məmmədov isə məsələyə bu cür şərh verdi: “Hesab edirəm ki, siyasi partiyaların çoxluğu heç də demokratiya ilə əlaqələndirilməli deyil. Sadəcə, burada əgər siyasi partiya çoxdursa, demokratiyaya xidmət edir, demokratik mühitdən xəbər verir. Düşünürəm ki, partiyaların konkret planları, məqsəd və məramları olmalıdır. Partiyaların ölkənin ictimai-siyasi həyatında rolu görünməlidir. Hər bir partiya proseslərdə aktiv olmalıdır. Əgər bir partiyanın varlığı və yoxluğu bilinmirsə, o barədə biz ciddi düşünməliyik. Cəmiyyətdə gedən proseslərdə partiyalar aktiv rol oynamağı bacarmalıdırlar. Müxalifətçilik o demək deyil ki, ölkədə gedən bütün proseslərə neqativ münasibət sərgiləsinlər. Dünyada ümummilli məsələdə iqtidarla müxalifət vahid mövqedən çıxış edirlər. Partiyanın ideoloji xətti, yanaşması, hədəfləri olmalıdır. Partiyalar ətraflarına insan kütləsi yığmağı bacarmalıdırlar”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|