"Mark Libbi həm də auditoriya təcrübəsi olan biridir" - deputat
Tarix: 1-07-2022, 08:19 | Çap et
ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb. Vaşinqtonda yaşayan azərbaycan əsilli jurnalist Aleks Raufoğlu “Turan”a müsahibəsində bu mümkün təyinatı şərh edib.
O deyib ki, Mark Libbi İraq, Kipr kimi fərqli qaynar siyasi nöqtələrdə xidmət etmiş, eləcə də Dövlət Departamentinin Əməliyyat Mərkəzində böhranların idarə edilməsi üzrə çalışmış peşəkar diplomatdır: “Lakin həmkarlarının təbirincə, onun ən çətin diplomatik vəzifəsi, yəqin ki, 2018-ci ilin ortalarından Brüsseldə Tramp administrasiyasını təmsil etməsi olub və bu işi səliqə ilə bacarıb. Hər halda, prezident Co Baydenin andiçmə mərasiminin ardından ABŞ-ın Aİ-dəki missiyasına müvəqqəti rəhbərlik ona həvalə olundu. Ötən yay Brüsseldəki fəaliyyətini başa vuraraq, Vaşinqtona qayıdıb və buradakı Milli Müharibə Kollecində dərs deyir”.
“Niyə məhz Mark Libbi? Onun Azərbaycana səfir kimi göndərilməsində hansı siyasi mənalar axtarmaq olar” sualına isə belə cavab verib: “İlk növbədə bu seçim ondan xəbər verir ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərdə müəyyən ardıcıllığın qorunmasında maraqlıdır. Üç il bundan öncə ABŞ hökuməti karyera diplomatı Litzenbergeri Azərbaycana göndərməklə bir dönüşə imza atmışdı.
Xatırlayırsınızsa, ondan əvvəlki 3 səfirin rezyümesində əsasən enerji təcrübəsi göz qamaşdırırdısa, Lee Litzenberger tamamilə başqa səmtdən - hərbi-siyasi bürodan gəlirdi, üstəlik, Brüssel təcrübəsinə malik idi. Cənab Libbinin diplomatik portreti də sələfininkinə çox uyğun gəlir. Xüsusilə Bayden Administrasiyasının Şərqi Avropa, Balkanlar və Qafqaz strategiyalarının uzlaşdırılmasında son aylar Brüsselə verdiyi önəmi nəzərə alsaq, səfir Libbinin təcrübəsindən Azərbaycanda təyinatı üzrə istifadə oluna bilər. Mən ötən ilin yazında dövlət katibi Blinkenin Avropaya səfərlərindən birinin ardından səfir Libbinin ABŞ-Avropa gənc peşəkarları qarşısında bir çıxışını yaxından izləmişdim. Təxminən 10 dəqiqəlik çıxışın əksər hissəsini o, dəyərlərə və dəyərlər əsasında münasibətlərin inkişafına həsr etmişdi. Ümumi mesaj təxminən ondan ibarət idi ki, dəyərlər üzərində möhkəmlənən münasibətlər ölkələri və xaqları bir-birinə sıx bağlamaqla, ən etibarlı və uzunmüddətli əməkdaşlığı şərtləndirir. ABŞ-Azərbaycan münasibətləri çoxdandır belə yanaşma tərzinə susayıb... Təcrübə sübut edib ki, karyera diplomatlarından fərqli olaraq, enerji profilli səfirlər - əlbəttə ki, müəyyən istisnalar hər zaman olur - fəaliyyətləri dövründə məsələn, insan haqları kimi mövzularda ictimai çıxışlardan, o cümlədən müstəqil media və müxalifət liderləri ilə birbaşa təmaslardan çəkiniblər. Bakını tərk etdikdən sonra isə öz ölkələrində Azərbaycan hakimiyyətinin neft-qaz siyasətinə lobbiçilik etməyi üstün tutublar, bununla da onlar ABŞ xalqının Azərbaycanla dəyərlərə söykənən uzunmüddətli əməkdaşlıq maraqlarını, özlərinin, belə demək mümkünsə, fərdi yanaşmalarına qurban veriblər. Sualınıza qayıdaraq, bir amili də vurğulamaq istərdim ki, son dövrlər Dövlət Departamentinin Azərbaycanla bağlı illik hesabatlarında Bakıdakı səfirliyin, xüsusilə də səfirin siyasi məhbuslar, azadlıqlar və təhlükəsizlik kimi mövzularda hökumətlə davamlı təmaslarının nəticələrinə tez-tez istinad edilir. Belə təmasların qorunub gücləndirilməsi vacibdir. Hətta ən böhranlı anlarda belə... Hər iki sahədə cənab Libbinin təcrübəsi ümumi işə ciddi töhfə qata bilər. Xüsusilə də nəzərə aldıqda ki, Birləşmiş Ştatlar Azərbaycanla bağlı hazırkı siyasətində “proqnozlaşdırıla bilinmə”nin tərəfdarıdır".
Yeni səfir təyinatı hələ bir müddət çəksə də, aydındır ki, Ağ Ev seçimini edib. Ekspertin deməsindən belə aydın olur ki, ABŞ enerji məsələlərini deyil, “daxili vəziyyətə” daha çox nüfuz etmək istəyindədir.
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu namizədliyi müsbət sayır: “Mark Libbinin namizədliyinin Azərbaycanda fəaliyyət göstərəcək səfir kimi irəli sürülməsi hesab edirəm ki, Baydenin strateji anlamda düşündüyü və verdiyi vacib qərarlardan biridir. Bunun isə bir çox səbəbləri var. Əvvəla, Libbinin həm də akademik təcrübəsi var. Onun məlum namizədliyə qədər Milli Müharibə Kollecində müəllim kimi çalışması da dediklərimə dəlalət edir. Yəni Mark Libbi həm də auditoriya təcrübəsi olan biridir və dünya siyasətində söz sahibi olan hazırki liderlərin, eyni zamanda böyük diplomatların tərcümeyi halına nəzər salsaq görərik ki, söylədiyim məqam karyera tramplinində olduqca vacib əhəmiyyətə malikdir. İkincisi, Bayden inauqurasiyadan dərhal sonra ABŞ-ın Aİ-dəki missiyasına müvəqqəti rəhbərliyi Libbiyə həvalə edib. Səbəb isə heç şübhəsiz ciddi etimad və güvən olub. Ən nəhayət, Mark Libbi Kipr və İraq kimi kritik nöqtələrdə xidmət göstərib və həmin xidmət müddətində vəziyyəti idarə etmək, balans tapmaq, hər gün dəyişən diplomatik duruma uyğun qərarlar vermək təbii ki, bu işə məsul insandan böyük istedad, təcrübə tələb edib. Düşünürəm ki, Mark Libbi kimi peşəkar diplomatın namizədliyinin irəli sürülməsi yaxşı haldır. Üstəlik, hər iki ölkə üçün yaxşı haldır”.
Siyasi analitik Asif Nərimanlı burada Türkiyə ilə paralellik apardı: “ABŞ-ın enerji profilli səfir təcrübəsini dəyişdirməsi Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı ola bilər. Artıq bu layihə işləyir, hərçənd Rusiya ilə qarşıdurmadan sonra Avropanın enerji təhlükəsizliyinin daha da aktuallaşması və Azərbaycanın bu prosesdə açar ölkələrdən biri kimi qəbul edilməsi fonunda bu dəyişiklik də diqqət çəkir. Təbii ki, yeni səfir də enerji məsələlərini prioritet olaraq görəcək, xüsusilə Transxəzər layihəsinin aktual olması baxımından. Lakin Mark Libbinin namizədliyinin irəli sürülməsinə bir neçə kontekstdə baxmaq mümkündür: birincisi, onun Brüssel təcrübəsinə sahib olmasıdır. Vaşinqtonun Cənubi Qafqazda Avropa İttifaqı üzərindən hərəkət etmək istəyi görünür. Qarabağ məsələsinin həllindən sonra bu daha qabarıq şəkildə ortaya çıxdı. Mümkündür ki, ABŞ eyni xətti davam etdirmək məqsədilə belə təyinata gedir. İkincisi, yeni səfir namizədin ”daxili məsələyə" daha çox diqqət yetirərsə, ki, bunu fəaliyyətə başladıqdan sonra daha aydın görə biləcəyik, bu, Vaşinqtonun böyük strategiyasında taktiki gedişli olaraq qiymətləndirilə bilər. Fikrimcə, Ukraynada sonra əsas qarşıdurma cəbhələrindən biri Cənubi Qafqaz olacaq, hətta bu prosesin başlandığını da deyə bilərik və burada toqquşan tərəflər təkcə ABŞ-Rusiya yox, həm də ABŞ-Çindir. Çinin “Bir kəmər bir yol” layihəsinin ən aktual marşrutu olan orta dəhlizi Azərbaycan üzərindən keçir, Zəngəzur dəhlizi də bu layihənin kompenentlərindən biridir. ABŞ başda olmaqla, Qərb dəhlizin “yol məntiqi” ilə açılmasında maraqlıdır, çünki Rusiyanın burada təsir gücünün olmasını istəmirlər, lakin son proseslər, xüsusilə Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə səfəri Brüssel razılaşmasının arxa plana keçdiyini, “dəhliz məntiqinin” önə çıxdığını göstərir. Bu, Çinin də bölgədə aktivləşməsinin önünü aça bilər. Bu gözləntilər fonunda Vaşinqtonun Bakının “daxili işlərinə” mümkün müdaxiləsi də təzyiq məqsədi daşımasına hesablanmış addımı ola bilər. Burada Türkiyədə 2023-cü il seçkiləri də xüsusi qeyd olunmalıdır. Türkiyə daxilindəki proseslər göstərir ki, AKP-nin seçki ilə iqtidardan getməsi planları dövriyyədədir. Türkiyədə post-Ərdoğan dövrünə hazırlaşanlar Azərbaycanda da eyni prosesin həyata keçirilməsində, ən azı Bakı və Ankaranın türk coğrafiyası üzərindəki planlarının ABŞ-ın maraqlarına uyğunlaşdırılmasında maraqlıdır. İstisna deyil ki, Türkiyə daxilində gözlənilən proseslər Azərbaycanda da həyata keçirilsin. Bu kontekstdə yeni səfirin “daxili məsələlərə” nə qədər diqqət ayıracağı önəmli məqam olacaq". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|