İlqar Məmmədov yenə təkrar seçki istəyir - gec deyilmi?
Tarix: 1-07-2022, 08:54 | Çap et
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə parlamentdə təmsilçisi olmayan seçki dairələrinin məsələsi qaldırılır.
125 nəfərlik Azərbaycan parlamentində 7 yer boşdur.
Milli Məclisə son seçki 2020-ci il fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələr ləğv olunub.
116 saylı Qəbələ dairəsindən deputat Fəttah Heydərov 2020-ci il avqustun 4-də vəfat edib.
55 saylı Xaçmaz şəhər dairəsindən deputat Eldəniz Səlimov 2021-ci il avqustun 3-də həbs edilib, hazırda 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası çəkir. Cəza hökmü 2022-ci il fevralın 28-də qanuni qüvvəyə minib və Eldəniz Səlimov mandatını itirib.
50 saylı Abşeron-Qobustan dairəsindən deputat Şahin Seyidzadə dövlət orqanlarında vəzifəyə keçdiyi üçün Mərkəzi Seçki Komissiyasının 17 mart 2022-ci il iclasında onun mandatına xitam verilib.
Seçki etibarsız sayıldığı halda təkrar seçki, deputat mandatı boş qalanda əlavə seçki təyin edilməlidir. Ancaq belə qərarlar olmayıb.
İlqar Məmmədov Prezidentə müraciətində qeyd edir ki, 7 dairədə yaşayan 380 mindən çox seçici uzun müddətdir Milli Məclisdə təmsilçisiz qalır: “Parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub deyə toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirak vətəndaşların haqqıdır”.
İlqar Məmmədov həmçinin bildirir ki, REAL Partiyası 33 və 35 saylı dairələrin ümumilikdə 1651 seçicisindən seçki istəyi haqda imzalar toplayıb, həmin imzalar məktuba əlavə olunub.
Hökumət niyə müxalifətlə bu məsələdə uzlaşmır? Dairələrdə təkrar seçki keçirmək artıq gec deyil ki? Payızda ola bilərmi? dia-az.life-ın məlumatına görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, REAL Partiyasının sədrinin müraciəti normaldır. Qanunvericiliyə uyğun olaraq, boş dairələrdə deputat seçkiləri 6 ay ərzində keçirilməli idi: “Amma pandemiya meydana gəldi və buna görə boş dairələrdə seçkilər vaxtında keçirilmədi. Nəticədə iki il yarıma yaxındır həmin dairələr deputatsız qalıb. Növbəti parlament seçkilərinə iki il yarım qalıb. Bu da az müddət deyil. Boş dairələrdə təkrar seçkilər keçirilə bilər. Qanun buna qadağa qoymur. Seçkinin keçirilməsinə ehtiyac var. Seçicilərin hüquqlarının qorunması üçün onların dairəsində deputatlar seçilməlidir. Seçkinin məhz bu payız olub-olmayacağını isə dəqiq söyləyə bilmərəm. Bunu ancaq hakimiyyət bilir. Sadəcə, ara-sıra yayılan xəbərlərə görə, islahatlarla əlaqələr referendum ola bilər və boş dairələrdə seçkilər də o zaman keçirilə bilər”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, deputatsız qalmış dairələrə seçkilərin keçirilməsi konstitusiyanın tələbidir: “Qarşıda hazırkı Milli Məclisin 2 il yarımdan bir qədər artıq müddətinin qalması o deməkdir ki, təkrar seçkilərin keçirilməsi hələ gec deyil. Konstitusiyada göstərilir ki, Azərbaycan Milli Məclisi 125 deputatdan ibarətdir. Bu gün isə Milli Məclis 118 deputatla fəaliyyət göstərir. 400 minə yaxın seçicinin də hüquqları var. Bu amillər həmin dairələrə seçkilər indiyə qədər keçirilməliydi. Heç olmasa, bundan sonrakı dövrdə qarşıdakı payız aylarında keçirilməlidir”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, boş qalan dairələrdə seçkilər keçirilməsi qanunvericiliyin tələbi olsa da, hələ də seçkilər keçirilməyib və nədən buna gedilmədiyi suallar yaradır: “İndiyə qədər pandemiya ilə əsaslandırırdılar. İndi pandemiya problemi də aradan qalxmış sayılır. Müxalifətdən tez-tez müraciətlər olsa da, nəticəsi yoxdur. Müxalifətin bu məsələdə hakimiyyətə təsir etməyə gücü çatmır. Mən hesab edirəm ki, boş dairələrdə seçkilər keçirilməyəcək. Qəfil növbədənkənar seçkilərə gedilməyəcəksə, indiki parlamentin müddəti 2024-cü ildə başa çatır, seçkilər məhz o zaman olacaq. Yəni haqqında söhbət gedən dairələr böyük ehtimalla sona qədər elə boş da qalacaq. Hökumət təmsilçiləri deyirlər ki, boş dairələrin yerləşdiyi rayonlardakı digər dairələrin deputatları var, seçicilər hər hansı məsələ və problemləri ilə bağlı həmin deputatlara da müraciət edirlər və edə bilərlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|