"Kağızda çox gözəl yazılıb ki, Azərbaycanda sərmayələrin təşviqi var" - deputat
Tarix: 5-07-2022, 08:22 | Çap et
"Azərbaycanda iş yerlərinin azaldığını müşahidə edirik. Digər bir problem isə odur ki, həm Rusiya, həm də Ukraynada iqtisadi vəziyyət çətinləşib və böhran vəziyyətinə çatır. Ukrayna və Rusiyada olan azərbaycanlıların da ölkəmizə meyllənməsi prosesi başlayır. Həm də o ölkələrdən Azərbaycana göndərilən vəsaitlərin miqdarı azalıb". DİA.AZ xəbər verir ki, bu sözləri Sitat.info-ya açıqlamasında deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, xeyli insan təyyarə yolu ilə vətəninə geri dönüb, quru sərhədlər açılarsa, Azərbaycana kütləvi qayıdış gözlənilir: "Görünür ki, quru sərhədlərinin açılmamasının səbəblərində biridə budur. Ölkəmiz insanların belə kütləvi şəkildə qayıtmasına hazır deyil. Çünkü, ölkədə yaşayan insanların işlə təminatında problemlər var. Pandemiya dövründə də işləyən zavodların, fabriklərin və müəsissələrin işçi heyətləri ən azı 2-3 dəfə azalıb. Elə şirkət var idi ki, onun 1800 işçisi var idi, indi cəmi 300 işçisi qalıb. Belə görünür ki, işsizlik kütləviləşməyə başlıyıb. Belə bir halda hamımız təklif edirik ki, parlamentdə də məsələ qaldırırıq ki, yeni sosial paketlər olmalıdır, pensiyalar artmalıdır, digər müxtəlif müavinatlarda artım olmalıdır ki, insanlar bahalaşmaya, eyni zamanda da inflyasiyaya tab gətirə bilsinlər".
Deputat vurğuladı ki, hal-hazırda neft və qaz layihələrindən gələn gəlirlər artıb və bunun müqabilində belə bir artımın edilməsi gözlənilir: "Hökumət də bunu ciddi bir şəkildə müzakirə edir. Amma bunların hamısı yardımdır. Yəni, insan yadrımla xoşbəxt yaşaya bilməz. Yardımla sadəcə ölməmək üçün yaşıyar. Dövlət nə qədər yardım versə də, o yenə razı qalmayacaq və xoşbəxt olmayacaq. Sadəcə bu onlara kömək üçün edilir və edilməlidir. Biz bunu təklif edirik. Amma bununla bərabər insanların yaxşı rəqabətli və pul qazana biləcəyi iş yerləri yaradılmalıdır. Bu iş yerini də dövlət yaratmalı deyil. Ümumiyyətlə dövlətin bizneslə məşğul olması qəbahətdir. Dövlətin bizneslə məşğul olması sahibkarların əlini -qolunu bağlıyır. Bu sahədə rəqabətlə işləyən sahibkarları məhv edir və məmur biznesini inkişaf etdirir. Büdcə pullarının talanmasına yol açır və bu baxımdan dövlət birmənalı olaraq bizneslə məşğul olmamalıdır".
R.Nurullayevin fikrincə, bizneslə iş adamları məşğul olmalıdır, onlara şərait yaradılmalı, böyük miqdarda əlçatan kreditlər verilməlidir: "Onların xarici tərəfdaşlarla işləməsinə dövlət kömək etməlidir. Dövlət öz səfirliklərinin vasitəsilə öz resursları vasitəsi ilə iş adamlarına pul qazanmaq üçün şərait yaratmalıdır. Zavod- fabrik açmaq üçün şərait yaratmalıdır. Bütün bunlar hamısı kağızda var. Kağızda çox gözəl yazılıb ki, Azərbaycanda sərmayələrin təşviqi var, sənaye məhəllələrinə pul qoyanlara vergidən azad olunmaq üçün sertfikatlar da verilib. Amma bunların hamısı ayrı-ayrı seçilmiş şəxslərə edilir. Hər kəsə bu şərait verilmir. Və bu gün kimsə gətirib Azərbaycana pul qoyanda pulunun toxunulmazlığına inanmır, əmlakının toxunulmazlığına inanmır. Gələcəkdə zavod və fabriklərə qoyduğu investisiyadan daha çox pul qazananda özünün təhlükəsizliyinə zəmanət ala bilmir. Təbii ki, cənab prezident hər zaman deyib ki, mən iş adamlarının yanındayam və bu səmimiyyətə iş adamları inanır. Lakin iş adamlarının hamısının cənab prezidentə çıxışı yoxdur və onlar sözlərini bir başa cənab prezidentə demirlər. Bəzən onların cənab prezidentə yazdığı məktubları belə öz aralarında ötürə- ötürə ya itirirlər , ya da gizlədirlər. Məktublar öz ünvanına çatmır. Buna görə də iş adamları çox ciddi problemlərlə üzləşirlər. Mən deputatı olduğum İmişli rayonunun iş adamları ilə görüşürəm, xeylisinin çox ciddi problemləri var. Müxtəlif yerlərdən mənə siyasi partiya rəhbəri kimi, bir deputat kimi müxtəlif iş adamları müraciət edirlər. Bu iş adamlarının problemləri başlarından aşır. İstər məhkəmələrlə, istər bəzilərinin icra hakimiyyətləri ilə problemləri olur. Vətəndaşlarla və ya ayrı-ayrı məmurlarla problemləri olur. Gərək bunların hamısı həll olunsun, dinlənilsin və çarə tapılsın. İş yerini adamları yaratmalıdır. Amma bu gün iş adamları o stimulu, o motivasiyanı ala bilmirlər. Buna görə də onlar Azərbaycana yatırım etmək istəmir, bəziləri isə öz işlərini bağlayıb gedib".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|