"Ola bilsin ki, bu məsələdə Rusiya sülhməramlı qüvvələrinin Ermənistana təzyiqi var" - Partiya sədri
Tarix: 20-07-2022, 07:51 | Çap et
Azərbaycanın Qarabağ bölgəsində qanunsuz olaraq fəaliyyət göstərən erməni silahlı qüvvələrinin bölmələri Ermənistana qaytarılır. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O deyib ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri Qarabağa göndərilib: “Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir. Ermənistandan Qarabağa artıq hərbi çağırışçılar olmayacaq”.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam yekunlaşacaq. Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev erməni silahlılarının Qarabağdan çıxarılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi icra etməməsinə kəskin narazılığını bildirib və bunun nəticələri olacağını elan etmişdi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev vurğulayıb ki, Ermənistan tərəfi bununla faktiki olaraq üçtərəfli bəyanatı icra etmədiyini etiraf etmiş oldu. Şəfiyev Armen Qriqoryanın bəyanatının Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışından sonraya təsadüf etməsinə diqqət çəkib: “Prezident İlham Əliyev çıxışında təkcə Ermənistana xəbərdarlıq etməmişdi, həm də Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə toxunmuşdu. Faktiki olaraq buna onlar şərait yaradıblar. Ola bilsin ki, bu məsələdə Rusiya sülhməramlı qüvvələrinin Ermənistana təzyiqi var. Amma gözləməkdə fayda var. Görək, Ermənistan bunu necə icra edəcək”. dia-az.life-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə bildirib ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, rus sülhməramlılarının Azərbaycana daxil olması ilə paralel olaraq erməni hərbi birləşmələri ərazini tərk etməli idi. Partiya rəhbərinin sözlərinə görə, xeyli zaman keçsə də, bu, baş vermədi:
“2020-ci ilin dekabrın 1-dək razılaşmada nəzərdə tutulan digər proseslərin baş verməsini gözlədik. Ardıcıl olaraq Ağdam, Kəlbəcər və Laçın Azərbaycana təhvil verildi. Laçının boşaldılmasından sonra konkret olaraq erməni silahlıları ilə bağlı məsələnin üzərinə getməyə çalışdıq. Qarabağdakı erməni silahlılarının hərbçilərimizə, mülki vətəndaşlarımıza təhdid yaratdığını davamlı dilə gətirdik. Ümumən, torpaqlarımızdakı erməni terrorçuları ilə bağlı ölkə ictimaiyyətində ciddi narazılıq var idi. Bir müddət sonra dövlət başçısı məsələnin üzərinə getdi. Eyni zamanda Rusiyanın vəzifəli şəxsləri Azərbaycanda səfərdə olarkən Müdafiə Nazirliyimiz tərəfindən erməni silahlılarının çıxarılması məsələsi xüsusi vurğulandı. Qeyd olundu ki, üçtərəfli sazişin 4-cü bəndinin icrasında Rusiyanın üzərinə məsuliyyət düşür. Prezident sonuncu müşavirədə çıxışı zamanı çox doğru olaraq bəyan etdi ki, Rusiyanın siyasi-hərbi rəhbərliyinin də məsuliyyət payı var. Bəyannaməyə imza atan tərəflərdən biri Rusiya rəhbərliyidir. Qarabağdakı erməni silahlı qruplaşmaları birmənalı ölkəni tərk etməlidir. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözləri yekun və yetərli açıqlama deyil. Sadəcə, hazırkı situasiyada Azərbaycan konkret mövqe ortaya qoyduğu, dövlət başçısı İrəvana və Moskvaya mesaj verdiyi üçün Ermənistan rəsmiləri öz açıqlamaları ilə vəziyyəti bir qədər “yumşaltmağa” çalışırlar. Ermənistan və Rusiya rəhbərliyi birmənalı olaraq konkret vaxt müəyyən etməli və həmin gündən etibarən erməni silahlıları Qarabağdan çıxarılmalıdır. Erməni tərəfi sentyabr ayında prosesin sona çatacağını deyir. Ancaq Rusiyanın bununla bağlı heç bir rəsmi açıqlaması yoxdur”.
A.Əlizadə vurğulayıb ki, rəsmi Bakının tələbi aydın və konkretdir:
“Azərbaycan torpaqlarında bir nəfər erməni silahlısı qalmamalıdır. Erməni silahlı qruplaşmaları dedikdə, sadəcə, Qarabağdakı separatçıları nəzərdə tutmuruq. Azərbaycan ərazisində Ermənistanın hərbi strukturlarına, hüquq-mühafizə orqanlarına bağlı da silahlı dəstələrin mövcudluğu yolverilməzdir. Ardıcıl olaraq bu məsələnin üzərinə gedilməli, ərazimizdə erməni hərbi birləşmələrinin varlığına birdəfəlik son qoyulmalıdır. Əks halda ən tez zamanda Qarabağdakı terrorçuları tərksilah etmək, zərərsizləşdirmək məqsədi ilə Azərbaycan Ordusunun növbəti anti-terror əməliyyatı başlayacaq. İstənilən an bu hüquqdan istifadə etmək haqqımız var”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|