"Siyasi partiyalar haqqında" Qanun dəyişir - zəruri edən səbəblər, gözlənilən yeniliklər
Tarix: 28-07-2022, 09:31 | Çap et
Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər.
Müraciətdə “ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi” qeyd edilib.
Sənədin hazırlanması üzrə işə başlanılıb.
Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunub.
Yeni qanunda nələr olacaq? Hansı dəyişikliklər gözlənilir? Məhdudlaşdırıcı normalar, yoxsa açılımlar gözlənilir?
AĞ Partiya başqanı Tural Abbaslı məsələyə bu cür şərh verdi: “Partiyalar haqqında yeni qanunun qəbul olunması ilə bağlı söhbətlər çoxdan siyasi dəhlizlərdə gedir. Amma hələ ki bununla bağlı konkret bir addım atılmayıb. Dönəm-dönəm biz də istər media, istərsə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri və əməkdaşları ilə görüşlərdə bununla bağlı fikirlərimizi bildirmişik. Düşünürəm ki, bu zərurət var. Siyasi partiyalarla bağlı qanun dəyişməlidir. Dünyada və regiondakı yeni siyasi reallıqları nəzərə alaraq, yeni qanun layihəsi qəbul olunmalıdır. Qanun layihəsi qəbul olunarkən əsasən burada hakimiyyət nəzərə alınmamalıdır. Yəni iqtidarın mövqeyinin gücləndirilməsi nəzərə alınaraq, qanun layihəsi nəzərdə tutulmamalıdır. Çünki hakimiyyətlər dəyişir, amma dövlətlər qalır. Sistemin ayaqda durması, demokratik quruluşun, dövlətin hərbi, siyasi, iqtisadi inkişafı üçün dəyişikliklər olunmalıdır. Bir dönəmin, bir siyasi partiya iqtidarının maraqları nəzərdə tutulmamalıdır. Çünki bu günün iqtidarı sabahın müxalifəti, yaxud müxalifəti də iqtidarı ola bilər. Əsas diqqət siyasi partiyaların təsir mexanizmlərinin artırılmasına yönəlməlidir.
Partiyalar siyasi səhnənin aktyorlarıdır, dövlətin taleyinə qərar verəcək siyasi quruluşlardır. Əgər maddi-texniki baxımdan partiyalar üçüncü qüvvələrdən, yəni dövlətdən və özündən deyil, başqa qüvvədən asılı olsa, bu o deməkdir ki, dövlətin gələcək maraqları təhlükə altına düşür. Sərbəst rəqabətə öncəliklə şərait yaradılmalıdır. Bunun üçün olan maneələr aradan qaldırılmalıdır. Partiyaların sayının çox və ya az olması qanunda öz əksini elə tapmalıdır ki, sağlam rəqabətlə, sosial sifarişlə öz yerlərini tuta bilsinlər. Təbii ki, bunların hamısı ədalətli seçkiyə söykənir. Amma hər halda, seçkiyə qədər elə kriteriyalar müəyyən oluna bilər ki, bu kriteriyalar hansı partiyaların həqiqətən də partiya statusunda qalmasına layiq olduğunu göstərər. Yaxşı olardı ki, bir qanun layihəsi partiyalara təqdim olunardı. Biz onun üzərində fikir mübadiləsi aparsaq, daha uyğun olardı. Tezliklə çoxpartiyalı sistemin inkişafına xidmət edəcək qanunun qəbul olunacağına inanırıq. Amma parlamentdə qanun layihəsi müzakirəyə çıxarılmamışdan öncə ictimai müzakirəsini daha uyğun hesab edirəm”.
ALDP rəhbəri Fuad Əliyev bu qanunun qəbulunun gecikdiyini söylədi: “Hesab edirəm ki, yeni qanun layihəsinə edilən dəyişikliklər siyasi partiyaların fəaliyyətini daha da tənzimləyəcək, stimullaşdıracaq, onlara yeni qüvvə, yeni can verəcək. Burada xüsusilə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi və 1992-ci ildə qəbul olunan qanuna 30 ildən sonra yeni baxış, yeni maddələrin əlavə olunması, yeni variantların qanuniləşdirilməsi məsələləri əks olunmalıdır. Bu, partiyaların fəaliyyətini daha da stimullaşdıracaq, aktivləşdirəcək, qanuna və hüquqa hörmət çərçivəsində fəaliyyətini genişləndirəcək. Bütun hallarda bu qanun çoxdan lazım idi. ”Siyasi partiyalar haqqında" qanun layihəsinə olunan əlavə və dəyişiklikləri təqdirəlayiq hesab edirəm. Yeni qanun layihəsi qəbul olunacaqsa, sənəd müasir dövrdə digər dövlətlərdə olduğu kimi iqtidar-müxalifət münasibətlərində tənzimləmə rolu oynamalıdır ki, bir-birinə qarşı hörmət formasında siyasi mübarizənin yolunu müəyyən etsin. Fikrimcə, sənəd partiyaların dövlətdən maliyyələşməsinin hüququnu müəyyən etməli və eyni zamanda partiyaların fəaliyyətinə bürokratik əngəllərin aradan götürülməsi ilə qanunauyğun formada fəaliyyəti tənzimləməlidir. Partiyaların qeydiyyatı, maliyyələşməsi, seçki qərargahlarının yaradılması məsələsi yeni qanunda yəqin ki əksini tapacaq. Digər tərəfdən, partiyalara ianələrin köçürülməsi onlayn qaydada həyata keçirilməlidir. ALDP-nın təkliflərinə gəlincə, deyə bilərəm ki, təkliflərimizi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdə, ona təqdim etmişdim. Bu barədə o özü də qeyd etmişdir ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilir. Hər halda, Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbuluna ehtiyac var".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib ki, sözügedən qanuna dəyişikliklər məsələsi çoxdandır ki, gündəmdədir: “Qanun 1992-ci ildə qəbul olunub və indiyə qədər 27 dəfə qanuna düzəlişlər edilib. Bizim də dəyişikliklə bağlı təkliflərimiz var. Xüsusilə də siyasi partiyaların maliyyələşməsi və bir sıra digər məsələlərlə bağlı təkliflərimizi təqdim edəcəyik. Təbii ki, partiyaların gələcək inkişafına yönələcək dəyişikliklər olacaqsa, bunu alqışlayacağıq. Çünki həqiqətən də bir sıra düzəlişlərə ehtiyac var. Partiyaların ölkənin siyasi gündəminə təsirini artıracaq, onların normal fəaliyyətini təmin edəcək, insanlarla münasibətləri gücləndirəcək düzəlişlər edilməsinə ehtiyac var”.
Parlament partiyalarından olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Bizim.media-az.life-a açıqlamasında bu addımı yüksək qiymətləndirib: “Nəzərə almalıyıq ki, bu qanun 1992-ci ildə, Azərbaycanın müstəqilliyini yeni əldə etdiyi dönəmdə qəbul olunub. Bu dövr ərzində siyasi proseslərdə böyük dəyişikliklər baş verib. BAXCP hər zaman ”Siyasi partiyalar haqqında" Qanuna dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etmişik. Partiyamızın lideri Qüdrət Həsənquliyev də partiya daxilində zaman-zaman bu məsələni qaldırıb.
Biz partiya olaraq bu işdə aktiv formada iştirak edib, təkliflərlə çıxış edəcəyik. Xüsusən də siyasi partiyaların qeydiyyatı məsələsində dəyişikliklər var. Azərbaycan Qafqazda yeganə ölkədir ki, parlamentdə müxalifət fraksiyası yoxdur və proporsional sistem tətbiq olunmur. Bu da partiyaların fəaliyyətinə ciddi təsir göstərir. Zənnimcə, yeni qanun layihəsinin qəbulunda proporsional seçki sistemində təmsilçilik də öz yerini alacaq". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|