“Aşura mərasiminin Azərbaycan bayrağı ilə keçirilməsi böyük irəliləyişdir, tədirəlayiq addımdır” - deputat
Tarix: 6-08-2022, 09:59 |
Çap et
“Aşura mərasiminin Azərbaycan bayrağı ilə keçirilməsi böyük irəliləyişdir, tədirəlayiq addımdır. İdeyanı kimlər düşünübsə, sağlam bir yanaşma ortaya qoyublar”.
DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
F.Mustafa qeyd edib ki, ritualların da fars üslubunda deyil, Azərbaycan mentallığına uyğun ağayana tərzdə icra olunması təqdirəlayiqdir: “İmam Hüseyn şəhiddir və bütün şəhidlərimizə göstərdiyimiz sayğı və üslubda onu yad etməliyik. Qalır bir məsələ. O da bu qədər inanclı insanın öz içindən təqlid etməyə ruhani lider seçə bilməməsidir. Azərbaycan dindarı yalnız Azərbaycanda yaşayan, azərbaycanlı olan din xadimininin nüfuzuna tabe olarsa ölkədə dini siyasi alətə çevirmək, təhlükə olaraq görmək imkansız olacaq. Hətta dini geyimlərimizi də, başörtümüzü də Azərbaycana xas milli geyim formasında tərtib etsək, inanın ki, ölkədə lazımsız məzhəb söhbətləri də gündəmdən çıxmış olar. Dini liderinizi nə İranda, nə Səudiyyədə, nə İraqda, nə də Türkiyədə axtarmazsınız. Müstəqil dövlətdə dini liderlər də müstəqil və əhli-Vətən olmalıdır...”