Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                 

Hüseyn Abdullayevin məhbəsdən müraciəti - “2/3 srokla” azadlığa çıxa biləcəkmi?
Tarix: 17-08-2022, 08:22 | Çap et
Hüseyn Abdullayevin məhbəsdən müraciəti
Keçmiş deputat və sahibkar, hazırda həbsdə olan Hüseyn Abdullayev (“Quska”) ona qarşı “əsassız cinayət təqibinin dayandırılması” xahişi ilə Prezident İlham Əliyevə müraciət edib. Almaniyadan siyasi sığınacaq almış Abdullayev qeyd edir ki, Türkiyədə qanunsuz saxlanılıb və Azərbaycana zorla deportasiya edilib, uydurma ittihamlarla həbs olunub.

Hüseyn Abdullayev xatırladır ki, Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu onun təqib edilməsinin beynəlxalq hüquqa zidd olduğunu tanıyıb və azad edilməsi barədə qərar çıxarıb.

“Uzun illər sizə mənim haqqımda yalan və böhtan xarakterli məlumatlar verən vəzifəli şəxslər bu qərarı yerinə yetirməyiblər”, - Hüseyn Abdullayev qeyd edir. Onun fikrincə, həmin şəxslər Azərbaycan qanunlarına məhəl qoymayaraq, onun cəzasının 2/3 hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətinə baxılmasını süni surətdə yubadırlar.

Hüseyn Abdullayev əmindir ki, dövlət başçısının bu “əzab və iztirablardan” xəbəri yoxdur və o, mərhum Heydər Əliyevin “ilk silahdaşlarından biri” olduğunu xatırladır. 1991-1992-ci illərdə buna görə Naxçıvanda təzyiq və təqiblərə məruz qalıb. O, Prezidenti əmin edir ki, onun heç bir siyasi ambisiyası və Azərbaycana qarşı “düşmən qruplarla” əlaqəsi yoxdur. “Mənim haqqımda deyilənlərin hamısı açıq-aşkar yalan və böhtandır”, - Hüseyn Abdullayev yazır və dövlət başçısının ona qarşı əsassız cinayət təqibinə son qoyacağına inandığını bildirir.

Öz növbəsində Hüseyn Abdullayevin vəkili Rəsul Cəfərov “Turan”a bildirib ki, indiki mərhələdə cəza müddətinin 2/3 hissəsinin çəkilməsinə görə azadlığa buraxılma üzrə hüquqi mexanizm var. Hələ iyulun əvvəlində müdafiə tərəfi müvafiq xahişlə müraciət edib. Bu iş üzrə növbəti məhkəmə iclası sentyabrın 5-nə təyin edilib. Vəkil əlavə edib ki, Hüseyn Abdullayevin azadlığa buraxılmasının digər mexanizmi Prezidentin əfv sərəncamı ola bilər.

Hüseyn Abdullayev 2013-cü ildə Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi başlanıb. Almaniyada yaşayarkən kütləvi etirazlara çağıran bir sıra mahnılar bəstələyib və sosial şəbəkədə yayıb. 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib. 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hüseyn Abdullayevin sentyabrın 5-də azadlığa çıxması mümkün görünürmü və indiyədək əfv üçün müraciət edibmi?

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiya üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, qanunvericiliyə görə, şəxs cəzasının 2/3-ni çəkibsə, həmin şəxsi vaxtından əvvəl şərti azad etmək və ya cəzaçəkmə rejiminin dəyişdirilməsi ilə müraciət hüququ yaranır: “Cəzasının 2/3-ni çəkən şəxs məhkəməyə müraciət etməlidir. Məhkəmə şəxsin cəzasının 2/3-i ilə azad edilməsi barədə qərar qəbul edə bilər. Bu zaman həmin şəxsin cəzaçəkmə müəssisəsində özünü necə aparmasına dair saxlanıldığı müəssisədən verilən rəyə diqqət yetirilir. Eyni zamanda prokurorun mülahizəsini də məhkəmə nəzərə almaqla qərar verir”.

Komissiya üzvü deyir ki, şəxsin azadlığa çıxması üçün digər yol isə əfvetmə institutundan keçir: “Ağır cinayətlərə görə cəza çəkən şəxslər cəzasının yarısını çəkəndən sonra ölkə başçısının adına əfv olunmaları üçün müraciət edə bilərlər. Belə olan halda Əfv Komissiyası müraciətlərə baxır və müvafiq rəy hazırlanaraq ölkə başçısına təqdim olunur. Amma həmin müraciətlərə baxılıb-baxılmaması Prezidentin müstəsna konstitusion hüququdur. İndiki halda şəxsin vaxtından əvvəl şərti cəza ilə azad etmə və əfv üçün müraciət hüququ yaranıb. Eyni zamanda saxlama rejimi növünün dəyişdirilməsi ilə bağlı müraciət hüququ yaranıb. Yəni məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün də müraciət edə bilər”.

Lakin komissiya üzvü deyir ki, müraciət hüququnun yaranması avtomatik olaraq şəxsin azad ediləcəyi və ya saxlama rejiminin dəyişdirilməsi anlamına gəlmir, sadəcə, müraciət hüququ yaranır.

Komissiya üzvünün sözlərinə görə, 2022-ci ildə əfv sərəncamının olacağı gözləntisi yoxdur: “Əlbəttə ki, bu, cənab Prezidentin müstəsna səlahiyyətidir. Azərbaycan praktikasını nəzərə alsaq, görərik ki, il ərzində ölkə başçısı tərəfindən bir qayda olaraq 1 əfv sərəncamı imzalanır. Ona görə də düşünürəm ki, əfv sərəncamı növbəti ildə verilə bilər”.

Xatırladaq ki, sonuncu əfv sərəncamı Prezident İlham Əliyev tərəfindən bu ilin mayında imzalanıb və 213 nəfər əfv edilib. Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloger, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru