Siyasi dəyişiklik tələbi: 29 partiya lehinə, YAP, AXCP və Müsavat əleyhinə - REAKSİYALAR
Tarix: 22-08-2022, 10:24 | Çap et
Azərbaycanda fəaliyyət göstərən 29 siyasi partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair təkliflərlə çıxış edib. Lakin Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyaları (AXCP) ilə yanaşı, hakim Yeni Azərbaycan Partiyası (YAP) da bu müraciətə qoşulmayıb.
Qeyd edək ki, bir ay öncə Azərbaycan Parlamentində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ünvanlayıb.
Müraciətdə partiyaların qeydiyyat prosesinin sadələşdirilməsi, həmçinin qeydiyyatın yenidən dəqiqləşdirilməsi, partiya üzvlərinin sayının artırılması, seçkilərdə iştirakla bağlı məsələlər, televiziya və kütləvi informasiya vasitələrində (KİV) efir və yayım haqqının verilməsi və digər məsələlər öz əksini tapıb.
Xatırladaq ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 30 il öncə qəbul edilib və sonradan müxtəlif dəyişikliklərə məruz qalıb.
dia-az.life-ın məlumatına görə, müraciət müəlliflərindən olan Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 30 il qabaq qəbul edilib və bu səbəbdən yenilənməsinə ehtiyac var: “30 il kifayət qədər uzun müddətdir. O zamandan dünyada və Azərbaycanda çox ciddi dəyişikliklər baş verib, yeni reallıqlar yaranıb. Bu mənada siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunun da təkmilləşməsinə ehtiyac var”.
“Böyük Quruluş Partiyası olaraq bizim də yeni qanuna dair öz təkliflərimiz var. Birinci təklifimiz partiya üzvlərinin sayının artırırlması ilə bağlıdır. Digər təklif isə seçkilərlə əlaqədardır. Ən azı iki seçkidə iştirak etməyən partiyaların qeydiyyatına məhkəmə qaydasında baxıla bilər. Çünki partiyalar əsasən seçki məsələsinə fokuslanmalı və diqqət ayırmalıdır”, - deyə siyasətçi bildirib.
BQP sədrinin sözlərinə görə, parlamentdə təmsil olunan siyasi partiyalar üçün ali qanunverici orqanda fraksiya yaradılması məsələsi sadələşdirilməlidir: “Siyasi partiyaların fəaliyyətinə münbit şəraitin yaradılması, onların arasında sağlam rəqabətin formalaşması, seçkilərdə iştirakı baxımından əlverişli şəraitin mövcudluğu baxımından dəyişikliklər qaçılmazdır. Biz də bütün bu reallıqları nəzərə alaraq, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair müvafiq təkliflərimizi irəli sürmüşük”.
dia-az.life-ın məlumatına görə, müraciət müəlliflərindən olan REAL Partiyasının təmsilçisi Natiq Cəfərli isə AYNA-ya açıqlamasında qeyd edib ki, “Siyasi partialar haqqında” qanunla yanaşı, Seçki Məcəlləsinə də dəyişiklikləri labüd sayır: “Çünki Azərbaycan Respublikasının Konstutisiyasına dəyişiklik edilmədən, eyni zamanda mövcud iqtisadi şəraitdə dəyişikliklər paralel aparılmalıdır. Siyasi partiyalar üçün mövcud qanunda tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmalıdır. Parlament və bələdiyyə seçkilərində partiyaların üzvləri üçün imza toplanması qaydası ləğv edilməlidir. Bunu həyata keçirmək üçün isə siyasi partiyaların say məsələsinə yenidən aydınlıq gətirilməlidir”.
“Digər yandan prezident seçkilərində tələb olunan imzadan artıq səs toplayan namizədi irəli sürən partiya üçün növbəti seçkilərdə imza tələbi olmamalıdır. Ali qanunverici orqanda təmsil olunan partiyaların təmsilçilərinə İctimai Televiziyada efir vaxtı müəyyən edilməli və bu müddət ən azı həftədə yarım saatdan az olmamalıdır”, - deyə həmsöhbətimiz söyləyib.
Cəfərli hesab edir ki, partiyaların qeydiyyatı ilə yanaşı, onun qeydiyyatının ləğvi məsələsinə də qanunda aydınlıq gətirilməlidir: “Siyasi partiya ard-arda iki dəfə ümumi parlament, ya da ard-arda üç dəfə ümumi bələdiyyə seçkilərində namizəd irəli sürməkdən imtina etdikdə onun dövlət qeydiyyatı ləğv olunmalıdır. Partiyanın sədri və funskionerləri ölkənin ərazisində daimi yaşamalıdırlar. Bütün bunlar yeni qanun layihəsində öz əksini tapmalıdır”.
dia-az.life-ın məlumatına görə,Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məsələyə dair AYNA-ya şərhində deyib ki, Azərbaycanda qanun dəyişiklikləri əksər hallarda daha ciddi məhdudlaşmalara gətirib çıxarır: “Bu mənada “Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən ciddi gözləntilərimiz yoxdur. Yəqin ki, bu qanunla ölkədə siyasi fəaliyyət göstərmək daha da çətinləşəcək. Mövcud olan qanun mütərəqqidir, lakin ona riayət olunmur”.
“2000-ci ilin parlament seçkilərində proporsional sistem üzrə Müsavat Partiyası qələbə qazandı və bundan sonra YAP iqtidarı Konstitusiyada dəyişilik etdi. Proporsional seçki sistemini ləğv edərək, yalnız majoritar seçki sistemini saxladı. Məqsəd siyasi partiyaların fəaliyyətinə maneçilik yaratmaq və onları öz nəzarətinə almaq idi. İndiki halda yenidən bu mövzunun gündəmə gətirilməsi bir daha onu göstərir ki, hakimiyyət siyasi partiyaların fəaliyyətini tənzimləmək və öz maraqlarına uyğunlaşdırmaq istəyir”, - deyə müsahibimiz vurğulayıb.
Müsavat Partiyasının bu təşəbbüsə qoşulmaması barədə danışan partiya funksionerinin sözlərinə görə, ictimaiyyət müraciətin mətni ilə bağlı məlumatsızdır: “Bu müraciətdə hansı məqamlar öz əksini tapıb, “Siyasi partiyalar haqqında” qanuna hansı dəyişikliklər təklif olunur, bu barədə xəbərsizik. Nəinki, Müsavat Partiyası, ictimaiyyət də bundan məlumatsızdır. Yeni Azərbaycan Partiyasının niyə bu müraciətə qoşulmadığı da qaranlıq məqamdır. Hakim partiya bununla bağlı öz mövqeyini ifadə etdikdən və təkliflərin mətni ictimaiyyətə elan olunduqdan sonra Müsavat Partiyası da öz mövqeyini bildirəcək”.
Qeyd: Mövzu ilə bağlı YAP-dan münasibət öyrənmək cəhdimiz nəticəsiz qaldı. Partiyanın mərkəzi qərargahından bununla bağlı sualımıza cavab ala bilmədik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Bu gün, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Bu gün, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Bu gün, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Bu gün, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
|