70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                 

“Ermənilərin çıxarılması nəzərdə tutulan plan üzrə həyata keçirilir” - deputat
Tarix: 23-08-2022, 08:10 | Çap et
“Ermənilərin çıxarılması nəzərdə tutulan plan üzrə həyata keçirilir”
Yayılan məlumatlar və gedən proseslər onu göstərir ki, Laçın dəhlizi, dəhliz boyunca yerləşən Zabux və Sus kəndləri, Laçın şəhəri və bir sıra strateji yüksəkliklər yaxın günlərdə Azərbaycanın tam nəzarətinə keçəcək.

Artıq Azərbaycan ordusunun təmsilçiləri adları çəkilən kəndlərdə və Laçının rayon mərkəzində olmuş, Rusiya sülhməramlıları və Qarabağda yaşayan erməni icmasının rəhbərləri ilə bərabər inventarlaşdırma aparıblar. Burada məqsəd yuxarıda adları çəkilən yaşayış məntəqələrinin, meşə örtüyü və ərazilərin yandırılmadan, dağıdılıb, qəsb olunmadan Azərbaycana təhvil verilməsidir. Laçın və dəhlizboyu kəndlərdə Suriyadan, Liviya və Rusiyadan gətirilmiş ermənilər 1994-cü ildən bəri məskunlaşdırılıb və indi onlar oradan çıxarılır. Azərbaycan tərəfi bundan əvvəlki Kəlbəcər nümunəsindən dərs çıxardaraq, bu dəfə tədbirli davranıb. Erməni icmasının avtoritetləri hansısa yolla prosesə cəlb olunub, Rusiya sülhməramlıları isə artıq xeyli müddətdir, Azərbaycanın dediklərini həvəslə icra etməkdədirlər. İndi sülhməramlı rus zabitləri azərbaycanlı jurnalist Eynulla Fətullayevin Laçın şəhərinə və Zabuxa komifilə olunmuş səfərini təşkil edir, onu qoruyur, eyni zamanda, Azərbaycan FHN-in yanğınsöndürən maşınlarını Laçın şəhərinə və Zabux kəndinə müşayiət edir, onları erməni aqressiyasından mühafizə edirlər.

Zabux və Sus kəndlərində, eləcə də Laçının mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Haqqın.az məlumat yayıb. “Kavkazskiy uzel” nəşri xəbər verir ki, “Laçın administrasiyası” adlanan qurum ermənilərə avqustun 20-dək yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Əmlakını vaxtında daşımağa vaxt tapmayan ailələrə əlavə 5 gün, yəni avqustun 25-dək vaxt verilib. Həmçinin bildirilir ki, erməni sakinlərinin tərk etməli olduqları bütün yaşayış məntəqələrinin artıq elektrik enerjisi və rabitə xətti kəsilib. 44 günlük müharibədən sonra Sus kəndində dörd və ya beş ailə qalıb, onlar da artıq kəndi tərk ediblər, əhalinin 90 faizi Laçını və Zabux kəndini tərk edib. Laçından üç, Zabuxdan isə beş ailə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində qalmağa qərar veriblər - onların Xankəndidə yerləşdiriləcəklərinə söz verilib. Özünü “Laçın administrasiyası”nın rəhbəri kimi təqdim edən Muşeq Alaverdyan avqustun 25-dək şəhərin Azərbaycanın nəzarətinə veriləcəyini bildirib. Onun “həmkarı” özünü “Zabux kənd administrasiyasının” başçısı adlandıran Andranik Çauşyan isə bildirib ki, artıq ailəsini köçürdüyü Xankəndində müvəqqəti məskunlaşmaq niyyətindədir: “Hazırda Zabuxda cəmi 30 nəfər qalıb, hamı əşyaların daşınması ilə məşğuldur”.

Laçındakı mağazalardan birinin sahibi Aida Balikyan etiraf edib ki, işğal illərində burada məskunlaşıb: “Ermənistan hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”.

Yeri gəlmişkən, İtaliyanın tag43.it portalı yazır ki, Qarabağda Rusiya sülhməramlıları ilə bağlı narazılıqlar son toqquşmalardan sonra xüsusilə artıb. “44 günlük müharibədən sonra ermənilər bu yerlərə qayıtdılar, çünki ruslar onların təhlükəsizliyinə zəmanət verdi. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirməlidirlər. Hər şey belə davam edərsə, o zaman bu əraziyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edəcəyik” - deyə Xankəndi sakini bildirib. Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən, Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilər vandal davranışlarından hələ də əl çəkmirlər. Zabuxdan köçən daha bir erməni evini yandırıb. Bu barədə telegram kanallarında video yayılıb. Videodan da göründüyü kimi, yaşlı erməni əlindəki bir şüşə benzini evə boşaldır. Qeyd edək ki, Laçının Zabux kəndi “Laçın dəhlizi”ndə Azərbaycan-Ermənistan sərhədində, Zabux çayı sahilində yerləşir və burada hələ də ermənilər yaşayır. Bu günlərdə ermənilər Zabuxdan köçürülür. Burada yaşayanlar əsasən Livan, Suriya, Rusiya, İraqdan köçüb gəlmiş ermənilərdir.

Yayılan məlumatlara görə, tək-tük ermənilər Qarabağda qalmağa qərar verirlər, əksəriyyət başını və qəbirlərini götürüb Ermənistana qaçırlar. Azərbaycan dövlətinin zarafat etmədiyini “Qisas” əməliyyatından sonra anlamağa başlayan erməni terrorçular da özlərini yığışdırmağa başlayıblar bu ərəfədə. Yeri gəlmişkən, FHN-in Qarabağ rayonları üzrə strukturlarının və texnikasının Laçın və dəhlizboyu kəndlərə göndərilməsi Azərbaycanın möhtəşəm və iddialı gedişlərindən sayılmalıdır. Ermənilər laçını yandırmasın, yandırsalar, FHN texnikası iş başında olacaq! Azərbaycanın digər bölgələrində yanğın çıxanda necə bizim öz yanğınsöndürənlərimiz hadisə yerində olursa, ayrılmaz və müqəddəs parçamız olan Laçını da yanğından özümüz qorumalı, özümüz söndürməliyik.

Belə bir ərəfədə, mərhələ xarakterli bir prosesi uğurla apardığımız zaman ölkə daxilindəki və xaricindəki hansı amillər prosesə kölgə sala bilər? Bu amillər yolundamı və ortaya hansısa təhdidlər çıxa bilərmi? Azərbaycan müxalifəti Laçın prsosesinə necə baxır və dövlətin siyasəti ilə razıdırmı? Prosesə İran və Rusiyanın loyallığı gözlə görünür, bəs, Qərb ölkələri nə əcəb heç səs eləmirlər, hansısa bəyanatlar, hansısa telefon zəngləri, səfərlər müşahidə edilmir? Hər kəs Azərbaycanın yaratdığı status-kvo ilə bu qədərmi razıdır?

Məsələ Qarabağdakı separatçı ermənilər və oyuncaq-saxta rejim üçün o qədər ümidsizdir ki, onların təmsilçiləri son günlər tək qaldıqlarını, Ermənistan ermənilərinin də onları tərk etdiklərini açıq şəkildə söyləyir və şikayətlənirlər. “Artsax cəmiyyəti tək qalıb’’, - deyə fəryad edən erməni fəallar və politoloqlar haqlıdırlarmı və bu əhval-ruhiyyə Azərbaycanın xeyrinədirmi? Tək qalıblarsa, buyursunlar bizim torpaqları tərk etsinlər.

Bu əhvalda olan icmanın Azərbaycana inteqrasiya prosesi necə olacaq? Dövlətimizin bu istiqamətdəki planları ermənilərin o cür pessimist əhvalına uğun gəlirmi? dia-az.life-ın məlumatına görə, BQP başqanı, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindən ermənilərin çıxarılması nəzərdə tutulan plan üzrə həyata keçirilir: “Azərbaycan tərəfi də qısamüddətli ”Qisas" əməliyyatında qətiyyətli şəkildə bir daha göstərdi ki, deyilən müddətdə bu addımlar atılmayacaqsa, ən sərt münasibəti ortaya qoyacaq. Bunu həm Rusiya sülhməramlıları, həm erməni hərbi birləşmələri, həm də Ermənistan rəhbərliyi gördü. O baxımdan da burada proses bizim istədiyimiz şəkildə gedir. Həqiqətən də biz qabaqlayıcı müəyyən addımlar ata bildik. Xüsusilə də Rusiya sülhməramlıları, Qarabağda yaşayan erməni separatçılarının təmsilçilərinin diqqətinə prosesin bu qədər gərginləşdirilməsi, yanğınların, dağıntıların törədilməsinin gələcəkdə onlar üçün böyük problemlər yaradacağını çatdırdıq. Bildirdik ki, Azərbaycan bu məsuliyyətsiz davranışların cavabını daha sərt şəkildə verə bilər. Bunu da onunla əsaslandıra bilər ki, bütün bunlar sizin Kəlbəcərdə, Laçında etdiklərinizin çox kiçik hissəsidir və biz sizə edirik. Bizim belə bir niyyətimiz yoxdur, amma siz bizi buna məcbur edirsiniz. O halda biz bu addımı istənilən vaxt sizə qarşı atmağa qadirik və bunu da edəcəyik. Ona görə də onların gələcəyin “Qisas-2"sini gözləmədən belə bir addım atmaları hər halda yerində oldu”.

F.Mustafanın sözlərinə görə, eyni zamanda Azərbaycan FHN-in yanğınsöndürənlərinin bölgəyə getməsi, rus hərbçilərin müşahidəsi ilə orda yerləşməsi mümkün yanğının lokallaşdırılmasını təmin edə biləcək ehtiyat addımlar idi: “Bu məsələdə Rusiya sülhməramlıları da prosesə Rusiyanın imzaladığı sənədə hörmət prizmasından yanaşdılar. Çünki bizim burada Rusiya sülhməramlılarından hansısa bir tələb, yaxud fədakarlıq istəyimiz olmayıb. Burda birbaşa Putinin altına imza atdığı sənəddən söhbət gedir. Həmin sənəddə də Azərbaycan öhdəsinə düşən yolu çəkibsə - bizə dəxli yoxdur, Ermənistan çəkəcək, çəkməyəcək, xüsusilə Laçın dəhlizi ilə bağlı vəziyyət necə olacaq - buyurub, hələ ki, həmin yolla hərəkət eləsinlər. İndi biz artıq Zəngəzur üzərində indekslənmişik, Zəngəzur dəhlizini həll etməyə iradə ortaya qoymasalar, onda Laçın dəhlizi ilə bağlı imkanlarımız daha da genişlənəcək. O halda məsələyə müdaxilə etmək imkanımız kifayət qədər real olacaq. Ermənilərin də bu məsələdə ümidsizləşməsi bizim illərdir gözlədiyimiz prosesdir. İllər keçdikcə, zaman bizim xeyrimizə işləyir. Təbii ki, biz arzu etdiyimiz hədəfə tam çatmamışıq. Amma arzu etdiyimiz hədəfə çatmaq üçün bütün pilləkənlərı qoyuruq. Yəni o binaya çıxamğımız üçün lazım olan pilləkənləri artıq qoymuşuq. İndi o binanın içərisinə qalxmaq üçün bizə müəyyən vaxt lazımdır. İndi vaxtdan ən ağıllı istifadə edən məhz Azərbaycan dövlətidir. Azərbaycan Prezidentinin də qətiyyətli şəkildə bu mövzuda kompromissiz bir siyasət sərgiləməsini müşahidə etməkdəyik. Son vaxtlar Ermənistan ictimaiyyətinə daha məqsədyönlü şəkildə mesajlar ötürülür və orda da öz rezonansını göstərir. Xüsusilə də Zəngəzur məsələsində Azərbaycanın hansısa güzəşti düşünmədiyini hər dəfə vurğulaması, üstəlik, Qərbi Azərbaycan icmasının yaranması da Ermənistanın iddialarına qarşılıq verəcək bir siyasi modelin də qurulduğunu təsdiqləyir. Yəni biz bütün platformalarda - siyasi, diplomatik, hərbi, mülki platformalarda - üstünlüyü artıq ələ götürmüşük”. Millət vəkili qeyd etdi ki, artıq sentyabrın 1-dən sonrakı yeni dövrün başlanğıcından bəhs etmək olar: “Çünki ərazi ilə bağlı imzalanan bütün bəndlər yerinə yetirildi. Qaldı əlimizdə olmayan ərazidə yaşayan ermənilərlə problemi çözmək. Bu problemin çözülməsi də Azərbaycan vətəndaşlığı kontekstində ola bilər. Azərbaycan bu ərazilərdə möhkəmlənəndən sonra Azərbaycan vətəndaşlığını stimullaşdırmalı, Azərbaycan vətəndaşı olmayan hər hansı bir erməninin terrorçu və separatçı kimi tanıtımını sürətləndirməlidir. Sonra da onlara qarşı hansısa bir mexanizm - hərbi, mülki, yaxud da cəza mexanizmləri - tətbiq olunanda hamı buna hazır olmalıdır. Çünki bunun təbliğatı bir neçə müddət həm beynəlxalq arenada, həm də ermənilərin öz arasında gedəcək. Onlar anlayacaqlar ki, Azərbaycan vətəndaşı olmadan Azərbaycanın suveren ərazisində yaşamaq perspektivləri ümumiyyətlə, yoxdur. Laçından sonra bu perspektiv tamamilə sıfra enəcək. Biz bir az səbirli olub bu prosesi gözləməliyik”.

BQP başqanının sözlərinə görə, Azərbaycan müxalifətinin bu proseslərə baxışı fərqlidir: “Kənardan idarə olunan Azərbaycan müxalifəti kədərlidir. Azərbaycanın cənubundan idarə olunan Azərbaycan müxalifəti çox üzüntülüdür. Onlar Laçının da boşalmasını artıq onların əlindən bütün şanslarının çıxması kimi qiymətləndirirlər. Azərbaycan dövlətinə bağlı bütün müxalifət qüvvələri bu məsələdə Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin yanındadır, bu siyasəti dəstəkləyir və bu siyasətin həyata keçməsi üçün öz dəstəyini ifadə edir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru