Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                 

Partiyalara 90 gün vaxt verilir… - Açıqlanan yeni qanun layihəsində nə var, nə yox?
Tarix: 10-09-2022, 08:03 | Çap et
Partiyalara 90 gün vaxt verilir…
Bir neçə ay əvvəl Prezident Administrasiyası (PA) “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış etmişdi və siyasi təşkilatlara öz təkliflərini yazılı şəkildə PA-ya təqdim etməsi barədə məktublar göndərmişdi. Bu təşəbbüs hakimiyyətyönlü deputatlar, ictimai qurumlar tərəfindən də dəstəklənmişdi. Müxalifət isə hökumətin siyasi azadlıqları daha da məhdudlaşdırmağa hazırlaşdığı barədə xəbərdarlıq edirdi. Bir sıra siyasi təşkilatlar iqtidarın təklifinə müsbət cavab verərək, öz təkliflərini müvafiq instansiyalara göndərdiklərini açıqladılar.

Sentyabrın 7-də PA-nın təklif etdiyi qanun layihəsi Milli Məclisə göndərilib və qurumun saytında yerləşdirilib. Sentyabrın 28-də parlament komitəsində layihə ətrafında ictimai müzakirələrin keçiriləcəyi qeyd olunub.

Layihədə qeyd olunan bir sıra maddələr isə kəskin reaksiya doğurdu, çünki özündə açıq məhdudiyyətlər və qeyri-real fəaliyyətləri, tələbləri əks etdirir. Məsələn, layihədə qeyd olunur ki, qeydə alınmayan, qeydiyyatı ləğv olunan təşkilatların və onların üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır.

Ən çox tənqidə məruz qalan başqa maddələrə gəlincə, onlardan daha bir neçəsini qeyd etmək olar:

Maddə 5. Siyasi partiyanın təsis edilməsi

5.1. Siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir.

Maddə 6. Siyasi partiyanın dövlət qeydiyyatı

6.1. Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalıdır.

6.3. Bu Qanunun 5.9-cu maddəsinə uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu Qanunun 5.9-cu və 6.2-ci maddələrində müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur.

16.5. Siyasi partiyanın sədri və sədr müavinləri yalnız Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan partiyanın üzvləri sırasından seçilə bilər. Sədr və sədr müavinləri siyasi partiyanın icra orqanında və məşvərətçi qurumlarında, o cümlədən onların rəhbərliyində təmsil oluna bilər.

Daha bir neçə məhdudlaşdırıcı tələblər də var. Məsələn, iki dəfə seçkidə ard-arda iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğvi, hazırda dövlət qeydiyyatı olan təşkilatların 90 gün ərzində bu qanundakı tələblərə uyğunlaşması ə s.

Maraqlıdır, layihədə əks olunan bu maddələrin sırasında siyasi partiyalardan göndərilən təkliflər də yer alıbmı?

ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli Pressklub.az-a bildirib ki, ilkin layihədə onların təqdim etdiyi təkliflərdən ancaq ard-arda seçkilərdə iki dəfə iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv olunması əskini tapıb: “Hesab edirik ki, partiyaların əsas işi seçkilərə fokuslanmaqdır, davamlı boykot yolu tutmaq siyasi təşkilat üçün heç bir halda məqbul sayıla bilməz”.

N.Cəfərli bildirir ki, hələlik ReAL-ın başqa təklifləri layihədə yer almayıb, xüsusən qeydiyyat məsələsinin seçkilərə istiqamətləndirilməsi, habelə seçki prosesinə inzibatı müdaxilələrin azaldılması barədə təkliflər sənəddə yoxdur: “Hesab edirik ki, bu, ilkin layihədir, bu barədə çox ciddi diskussiyalar, müzakirələr aparılacaq”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Pressklub.az-a deyib ki, partiyaların maliyyələşməsi, partiya-dövlət münasibətləri, habelə daxili intizam məsələləri ilə bağlı müəyyən təkliflər veriblər. “Amma layihədə nəzərə alınıb-alınmadığını tam olaraq bilmirəm, çünki layihə ilə ətraflı tanış olmamışam”, – o qeyd edib.

Q.Əlibəyli hesab edir ki, layihədə partiyaların təsis olunması, üzvlərinin sayının 10 min nəfərə qaldırılması, partiya sədrinin və təsisçilərin azı 20 il Azərbaycanda yaşaması, qeydiyyatdan keçmiş partiyalara 90 gün ərzində bu tələblərə uyğunlaşdırmaq barədə təkliflər yolverilməzdir. “Çünki Konstitusiyada Prezidentə ölkədə yaşamaq üçün 10 illik tələb var, 18 yaşında seçib-seçilmək hüququ olan vətəndaşa 20 il ölkədə yaşamaq tələbi qəbulolunmazdır. Bundan başqa, qanunun geriyə qüvvəsi olmadığı halda, qeydiyyatlı partiyalara onun şamil olunması anlaşılan deyil. Hesab edirəm ki, bu məsələlər ciddi müzakirə olunmalıdır. Qalan mövzulara layihə ilə ətraflı tanışlıqdan sonra münasibət bildirmək olar”, – partiya sədri qeyd edib.

Müsavat partiyasının başqanı Arif Hacılı Pressklub.az-a bildirib ki, onlar PA-a yeni qanunla bağlı təklif göndərməyiblər: “Biz əvvəldən bu fikirdəydik ki, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər gerçək müxalifətə, o cümlədən Müsavata qarşı olacaq. Təəssüf ki, fikirlərimdə yanılmamışam”.

Deputat Vüqar Bayramov isə Pressklub.az-a bildirib ki, Azərbaycanda siyasi müstəvidə həyata keçirilən islahatların dərinləşməsi prioritet olmaqla yanaşı, müasir dövrün çağırışlarındandır:

“Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına bu islahatların tərkib hissəsi kimi baxmaq lazımdır. Yeni inkişaf hədəfləri kontekstində “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zəruri idi. Nəzərə almaq lazımdır ki, mövcud “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib. Aydındır ki, ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən hüquqi müstəvidə də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını vacib edirdi. Layihənin hazırlanması prosesində demokratik dəyərlərin gözlənilməsi və şəffaflığın qorunması əsas prinsiplərdən olub. Belə ki, qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib və bu ayın 28-də ilk ictimai dinləmə də təşkil ediləcək. Məhz bu prinsiplərin gözlənilməsi layihənin hazırlanması prosesində siyasi partiyaların daha fəal iştirakına zəmin yaratmışdır. Artıq 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib ki, bu da prosesdə siyasi inklüzivliyin yüksək olduğundan xəbər verir. Çox vacib məqamlardan biri də layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin nəzərə alınmasıdır. Layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib və yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsiplərinə uyğun olaraq hazırlanmasının göstəricisidir”. Deputatın sözlərinə görə, Milli Məclisin saytında yerləşdirilmiş layihə ilkin variantdır və bu da o deməkdir ki, ictimai dinləmə zamanı verilən təklifləri nəzərdən keçirilməklə qanun layihəsi daha da təkmilləşdiriləcək.

Hüquqşünas Əlsəgər Məmmədli hesab edir ki, layihənin təqdimatına dair xəbərin ilk cümləsini oxuyandan sonra davamını oxumağa ehtiyac qalmır. “Layihədə yazıblar ki, siyasi partiya təsisçisi olmaq üçün sıravi təsisçilər azı son 20 ili Azərbaycanda daimi yaşayan şəxslər olmalıdır. Bu layihəni yazanların məntiqinə mat qalmamaq mümkün deyil. Azərbaycan Konstitusiyasının 100-cü maddəsi bu ölkəni bütünlüklə əmanət etdiyimiz prezidentin cəmi 10 il Azərbaycanda daimi yaşamasını tələb edir. Amma bir partiyanın 200 təsisçisinin hər birindən 20 il! Bu layihənin davamını heç oxumağa ehtiyac var?”, – hüquqşünas sual edir.
//PRESSKLUB.AZ//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru