"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                 

"İllər ərzində 3-5 nəfərdən ibarət, faktiki olaraq siyasi fəaliyyəti olmayan partiyaları da müşahidə etmişik" - Partiya sədri
Tarix: 16-09-2022, 09:14 | Çap et
"İllər ərzində 3-5 nəfərdən ibarət, faktiki olaraq siyasi fəaliyyəti olmayan partiyaları da müşahidə etmişik"
Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları hakimiyyət tərəfindən parlamentə təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı vətəndaş cəmiyyəti və mətbuat nümayəndələrinin iştirakı ilə dinləmələr keçirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı bu qanun layihəsini Azərbaycanın partiya sisteminin “qəsb edilməsinə yönələn mürtəce layihə kimi” qiymətləndiriblər. Bildiriblər ki, qanun layihəsi vətəndaşların ölkənin siyasi sistemində iştirak hüquqlarını kəskin şəkildə məhdudlaşdırır, Azərbaycan Respublikasının Konstitusiyasına və dövlətin beynəlxalq öhdəliklərinə ziddir. Dinləmələrin sonunda cəmiyyətin geniş təbəqələrinin iştirakı ilə alternativ qanun layihəsinin hazırlanması üçün müxalifət partiyalarının nümayəndələrindən və ekspertlərdən ibarət komissiyanın yaradılması barədə qərar qəbul edilib. Həmçinin sosial şəbəkədə iki qanun layihəsi - hakimiyyətin təqdim etdiyi və müxalifətin hazırladığı qanun layihələri üzrə xüsusi ictimai səsvermənin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda artıq parlamentə təqdim edilmiş qanun layihəsinin ekspertizası keçiriləcək və onun nəticələri Azərbaycanın üzv olduğu beynəlxalq institutlara təqdim olunacaq. Xəbəri “Turan” yayıb.

Ölkədə siyasi münasibətlər sisteminin əsasını təşkil edən qanunlardan biri də “Siyasi partiyalar haqqında” Qanundur. Azərbaycan müstəqillik əldə etdikdən qısa müddət sonra 3 iyun 1992-ci ildə “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi. 4 fəsil, 22 maddədən ibarət olan bu qanun ekspertlərə görə, keçid dövrü üçün məqbul sayıla bilərdi.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi 7 sentyabr 2022-ci ildə Milli Məclisin saytında yerləşdirilərək ictimai müzakirələrə açılıb. Bu yeni qanun 6 fəsil, 30 maddə, 306 müddəadan ibarətdir. Müxalif ekspertlərə görə, qanunda ən çox narahatlıq doğran məsələlərdən biri 20.10-cu müddəada yer alıb. “Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır.” Ekspertlərə görə, bu müddəa iqtidara imkan verəcək ki, ölkədəki müxalif şəxsləri dəqiq müəyyənləşdirib hər birini xüsusi nəzarətə alsın. Siyasi ekspert Nəsimi Məmmədli “Turan”a bu barədə deyib ki, yeni qanun təklifi ölkədə gizli siyasi fəaliyyətə meydan aça, xaricdən daha sistemli mübarizə formalarına gətirib çıxara bilər.

AXCP və Müsavat indiyədək niyə təkliflərini göndərməyiblər? Alternativ qanun layihəsinə hakimiyyətin münasibəti necə ola bilər? Layihədən narazılığı azaltmaq üçün iqtidar ortaq məxrəc təklif edə bilərmi? DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, AXCP və Müsavat həmişə olduğu kimi, yenə də hər şeyi qara rəngdə görmək ənənələrini davam etdirirlər: “30 il öncə qəbul edilən qanunun dəyişilməsinin vacibliyini əslində özləri də yaxşı bilirlər. Sadəcə olaraq, qeyd etdiyimiz xoşagəlməz ənənə ilə yaşamaları onlara bunu etiraf etməyə imkan vermir. İndiyə qədər özləri hər hansı təklif və ya qanun layihəsi hazırlayıb təqdim etməyiblər. Halbuki xeyli müddət öncədən bütün siyasi partiyalara təklifləri və ya layihələri varsa təqdim etmələri barədə çağırış olub. Dövrün heç bir çağırışı ilə ayaqlaşa bilməyən, bütün çağırışlardan özlərini geri qoyan təşkilatlar təkliflərini verəydilər, ictimai diskussiyalara qatılaydılar, qanun layihəsi hazırlayıb təqdim edəydilər. Bütün bunları etməyib, indi yenə mənasız hay-küy salmaq, mütərəqqi bir qanun layihəsindəki hansısa maddələrdən özlərinə sərf edən şəkildə rəy çıxarmaları qəbuledilən deyil. Onlar digər 39 partiya kimi qanun layihəsinə təkliflərini verəydilər. Bunu etməyib, indi alternativ qanun layihəsi hazırlayacaqlarını demələri məntiqsizlikdir və pozuculuqdur”.

Deputat qeyd etdi ki, Milli Məclisin saytında yerləşdirilmiş yeni qanun layihəsi ilkin versiyadır. Eyni zamanda olduqca mütərəqqi bir sənəddir. Layihənin hazırlanmasında əksər partiyaların iştirakı təmin olunub: “Belə ki, dövlət qeydiyyatına alınmış 39 siyasi partiyanın layihə ilə bağlı təkliflər təqdim etməsinə şərait yaradılıb. Həmçinin Milli Məclisdə layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Bütün bu faktorlar ortada olduğu halda bir-iki siyasi təşkilatın iddiaları, əsassız hay-küyləri yersizdir. Bizim üçün əsas odur ki, yeni qanun layihəsinin hazırlanması cəmiyyətdə müsbət qiymətləndirilib. Eyni zamanda qanun layihəsi parlamentdə, komitə iclaslarında müzakirəyə çıxarılmazdan əvvəl onun ictimai müzakirəsi keçiriləcək. Bu isə onu göstərir ki, prosesin ictimai əlçatanlığının tam təmin edilməsi üçün mümkün olan bütün demokratik və şəffaf şərait yaradılıb. Hələlik layihənin ilkin variantıdır və geniş ictimai müzakirədən, təkliflərin nəzərə alınandan sonra hazırlanacaq sənəd parlamentin müzakirəsinə çıxarılacaq. İctimai süzgəcdən keçərək hazırlanacaq yen qanun layihəsi ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyaya uyğun olaraq siyasi sistemin daha da inkişaf etməsinə öz müsbət töhfəsini vermiş olacaq”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, siyasi partiyaların qanun layihəsinə öz təkliflərini və əsaslıdırsa iradlarlarını bildirmək hüququ var. Artıq bir sıra partiyalar qanun layihəsinə təkliflərini irəli sürüblər. Milli Məclisdən gözlənti odur ki, ölkədə partiyaların inkişafına şərait yaradacaq təkliflər qəbul edilsin, siyasi partiyaların inkişafına mane ola biləcək hər hansı müddəalar isə qanuna daxil edilməsin: “1992-ci ildə qəbul olunan qanuna 30 il müddətində 60-dan çox əlavə və dəyişikliklər edilib. Buna baxmayaraq, müasir dövrə uyğunlaşdırmaq üçün "Siyasi partiyalar haqqında" Qanunun yenilənməsinə ehtiyac var. Amma bu yenilənmə sərtləşmə istiqamətində olmamalıdır. İrəli sürülən qanun layihəsində qəbul etdiyimiz məqamlarla yanaşı, qəbul etmədiyimiz müddəalar da var. O müddəalar ki, qanunu sərtləşdirir. Belə müddəaların layihədən çıxarılmasını gözləyirik. Qanun layihəsində siyasi partiyaların qeydiyyata alınması ilə bağlı bir sıra məhdudiyyətlərin artmasını görürük. Təbii ki, bütün bunlar ictimai-siyasi müzakirələrdən keçəcək. Eləcə də istər partiyadaxili, istərsə də digər partiyalarla birgə müzakirələr keçiririk. İlkin olaraq qanunda olan çatışmazlıqlar və əlavə təkliflərimizi təqdim edəcəyik. Hesab edirik ki, qanun məhdudlaşdırıcı xarakterli olmamalıdır. Əksinə, elə xarakterli olmalıdır ki, partiyanın fəaliyyəti üçün geniş imkanlar yaratsın, siyasi partiyalaşma institutuna töhfə versin. Həmçinin biz illər ərzində 3-5 nəfərdən ibarət, faktiki olaraq siyasi fəaliyyəti olmayan partiyaları da müşahidə etmişik. Bu cür partiyaların da qeydiyyatda qalması düz deyil. Bu da nəzərə alınmalıdır. Lakin konstitusiya ilə verilmiş hüquqlar var və bunlardan biri də partiyalarda və digər birliklərdə birləşmək hüququdur. Bu hüquq da heç bir halda məhdudlaşdırılmamalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru